çaq sözü azərbaycan dilində

çaq

Yazılış

  • çaq • 82.6087%
  • Çaq • 13.0435%
  • ÇAQ • 4.3478%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Adi çaqqal
Adi çaqqal (lat. Canis aureus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. == Yarımnövləri == Əsasən iki yarımnövə ayrılır. Aralıq Dənizi və Cənubi Avropada (bura həmçinin Qafqaz və Dağıstandada yaşayanlar da aiddir) yaşayan çaqqallar Canis aureus maeoticus yarımnövünə aid hesab olunur. Yaşayış arealın şərq hissəsində (Hindistan, Orta Asiya, İran) yaşayanlar isə tipik Canis aureus aureus yarımnövünə aid hesab edilir. Bunlardan başqa adi çaqqalın Şimali Afrikada yaşayan və sayı az olan bir neçə yarımnövü də var: Canis aureus algirensis Canis aureus anthus Canis aureus bea Canis aureus lupaster Canis aureus maroccanus Canis aureus riparius Canis aureus soudanicusLakin adi çaqqalın bu cür təsnifatı ilə bütün zooloqlar razılaşmır.
Adi çaqqal qanqalı
Aleksandr Çaqareli
Aleksandr Antoniviç Çaqareli (1844—1929) — Gürcü yazıçısı və filoloqu və ali təhsilli müəllimi. == Həyatı == 1844-cü ildə keşiş ailəsində anadan olub. Mənşəyinə görə gürcüdür. 1865-ci ildə Tiflis Ruhani Seminariyasını bitirdikdən sonra Birinci Tiflis Kişi Gimnaziyasının son VII sinfinə daxil oldu. 1866-cı ildən iki il Sankt -Peterburq Universitetinin Tarix və Filologiya fakültəsində mühazirələrə qatıldı. Sonra Çaqareli ağır xəstələndi və həkimlər ona paytaxtı tərk etməyi tövsiyə etdilər. Təhsilini 1868-ci ilin payızında Münhen Universitetinin Fəlsəfə Fakültəsinin Filologiya Bölməsində davam etdirdi. 1869-cu ilin yazında Tübingen Universitetinə keçdi, burada filologiyadan əlavə professor Rotun rəhbərliyi altında şərq dillərini- erməni, ərəb, fars və ən sıx şəkildə Sanskrit dilini öyrəndi. 1870-ci ildən əvvəlki fənlərə (Zaxau və Müllerdən) türk və gürcü dillərinin əlavə olunduğu Vyana Universitetində oxudu. 1871-ci ildə Rusiyaya qayıdaraq Sankt-Peterburq Universitetinin Şərq Dilləri fakültəsinin gürcü-erməni kateqoriyasında imtahan verdi və "Tarix və şeirdə Amazonlar" tezisini təqdim edərək elmlər namizədi alimlik dərəcəsi aldı.
Həbəşistan çaqqalı
Həbəşistan çaqqalı (lat. Canis simensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü.
Pyotr Çaqin
Pyotr İvanoviç Çaqin - Azərbaycan KP MK-nın ikinci katibi"Krasnaya qazeta"-nın baş redaktoru P.İ.Çaqin idi. O,bu vəzifəyə ÜK(b)P-nın Moskvada 1925-ci ildə, 18-31 dekabr aralığında keçirilən 14-cü qurultayında təyin edilmişdi.
Yanis Çaqste
Yanis Çaqste (14 sentyabr 1859[…] – 14 mart 1927[…], Riqa) — Latviyalı Dövlət və Siyasi Xadim; 18 noyabr 1922-ci ildən 14 mart 1927-ci ilə qədər Latviya Respublikasının 1-ci Prezidenti və Latviya Respublikasının Milli Silahlı Qüvvələrinin Ali Baş Komandanı olan Yanis Çaqste, Latviya tarixinin ilk Prezidenti olub.
Yəhəraltı çaqqal
Yəhəraltı çaqqal (lat. Canis mesomelas və ya Lupulella mesomelas) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. CAR-da və Afrikanın şərq sahillərində Nubiyadan Ümid burnuna qədər ərazilərdə yaşayır. Çaqqalın bu növü insanlara tez alışır.
Zolaqlı çaqqal
Zolaqlı çaqqal (lat. Canis adustus və ya Lupulella adusta) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü.
Çaqal-i Mustafa (Nəqədə)
Çaqal-i Mustafa (fars. چقال مصطفي‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 379 nəfər. yaşayır (71 ailə).
Çaqama şəlaləsi
Çaqama şəlaləsi (茶釜の滝, Chagama no taki) – Yaponiyanın Akita prefekturasının Kazuno rayonunda, Yoneşiro çayının Yoakeşima qolunun üzərində yerləşən şəlalə. 1990-cı ildə Yaponiya Ətraf Mühit Nazirliyi tərəfindən nəşr olunmuş "Yaponiyanın Top-100 şəlaləsi" siyahısındadır. Şəlalə 100 metr yüksəklikdən tökülür və bu, onu siyahının ən hündür şəlalələrindən biri edir. Şəlalə həm də siyahının ən təcrid olmuş şəlaləsidir. Şəlaləyə çatmaq üçün relyefi sıldırımlı olan ərazidə 5,5 kilometr yolu piyada getmək lazımdır.
Çaqan gölü
Çaqan gölü (və ya Bakapan) (qaz. Шаған) — Qazaxıstan ərazisində yerləşən göl. Göl insan fəaliyyəti nəticəsində meydana gəlmişdir. Bəzən gölü «atom gölü» olaraq adlandırırlar. Gölün ümumi həcmi təxmini olaraq 100 000 m³ olaraq qiymətləndirilir. Göldə radioaktiv çöküntülər çox olduğundan suyunun tərkibi radioaktivdir. Gölün əsas mənbəyi İrtış çayının qollarından biri olan Çaqan çayıdır. Radioaktiv çöküntülər səbəbindən çayın və onun axdığı ərazilərdə yaşayış üçün təhlükələr yaradır. Göl inzibati cəhətdən Qazaxıstanın Şərqi Qazaxıstan vilayəti ərazisində yerləşir. == Tarixi == SSRİ atom proqramına görə Çaqan çayının yatağı yaxınlığında yeratlı atom sınağı həyara keçirilməsi planlaşdırılır.
Çaqanı burnu
Çaqanı burnu (ukr. Чагани, Чегене, krımtat. Çegene, Чегене) — Kerç yarımadasının ucqar şimal nöqtələrindən biri, Krımın Leninski rayonu ərazisində yerləşən burun. Şimal-şərqdən Kazantip körfəzi ilə əhatələnir. Qərbində Qaralar regional lanşaft parkı yerləşir. == Xarici keçidlər == Xəritə Azov dənizinin coğrafi obyektləri.
Çaqqal
Çaqqal — Afrika və Avrasiya ərazisinə xas olan itlər fəsiləsinin orta ölçülü nümayəndəsidir. "Çaqqal" sözü tarixi olaraq canina subtribasına aid bir çox itləri adlandırmaq üçün istifadə edilmişdir, lakin müasir dövrdə bu söz ən çox üç növün adlandırılmasında istifadə edilir: yəhəraltı çaqqal (Lupulella mesomelas),Qara Afrikada olan zolaqlı çaqqal (Lupulella adusta) və cənub-mərkəzi Avropa ilə Asiyada yerləşən adi (qızıl) çaqqal (Canis aureus). Çaqqallar monofiletik kladlar yaratmasa da, onlar fürsətçil hər şey yeyənlər, kiçik və orta ölçülü heyvanların yırtıcısı və peşəkar leş yeyənlərdir. Çaqqallar arasında ən yayılmış sosial vahid monoqam cütlük sayılır. Onlar öz ərazilərini möhkəm qoruyur və ərazi sərhədlərini sidik və nəcis vasitəsi ilə nişanlayırlar. Böyük ərazilərdə cavan yetişkən çaqqallar öz ərazilərini qurana qədər öz valideynləri ilə qala bilərlər. == Xüsusiyyətləri == Uzunluğu 30-35 sm olan quyruqları ilə birlikdə bədən uzunluqları 85-95 sm-ə çatır. Bədən ağırlıqları 7-12 kilo arasında dəyişir. == Qidalanma == Çaqqallar gündüz çox aktiv olmurlar. Gündüzləri, əsasən, böyük heyvanlardan qorunmaqla keçirirlər.
Çaqqal Karlos
İliç Ramires Sançes (isp. Ilich Ramírez Sánchez) və ya tanınan adı ilə Çaqqal Karlos – hazırda Fransada həbsdə olan Venesuela terrorçusu. 16 qətldə şübhəli bilinir. == Bioqrafiya == 1949-cu ilin 12 oktyabr tarixində Venesuelada anadan olub. Çaqqal gənclik dövründə 10-dan çox ölkədə yaşayıb. Onun ailəsi intelligent ailə idi. Dindar müsəlman olan anası vaxtının çoxunu dini öyrənməyə sərf edirdi. Ramiresin atası qatı kommunist idi. O, SSRİ-nin yaranma ideyasını dəstəkləyir, Vladimir Leninə pərəstiş edirdi. Bu səbədən üç övladını Leninin şərəfinə adlandırmışdı.
Çaqqal nəfəsi (film, 2013)
Çaqqal nəfəsi — İranlı rejissor Babək Şirinsifətin çoxseriyalı filmi. == Məzmun == Kriminal melodram janrında olan serialin əsas ana xətti bir neçə paralel süjet üzərində qurulub. Film iki qadının taleyindən bəhs edir. Təsüdüfi bir qətl törətdiyi üçün həbsxanaya düşmüş Nərgiz adlı gənc qadının (33-35 yaş) həbsxanadan çıxdıqdan sonra başına gələnlər və keçmişdə biznes fəaliyyətiylə məşğul olub, lakin kimlərsə tərəfindən şərlənib həbsxanaya saldırılan Gülarə adlı yaşlı qadının öz günasızlığını sübut etmək yolunda apardığı mübarizəsi yer alıb. == Haqqında == “Çaqqal nəfəsi” adlı serialda əməkdar artist Qurban İsmayılov, Gülzar Qurbanova, Rasim Cəfərov, Elgün Həmidov və digər tanınmış aktyorlar rol alıb. Ekran əsərində tanınmış teleaparıcı Səxavət Nur da debütünü edib. Filmin ssenari müəllifi İlqar Fəhmidir. Seriala musiqini iranlı bəstəkar Hamid Sabet yazıb.
Çaqqal oğlu çaqqal (film, 1972)
== Məzmun == Multiplikasiya filmində çaqqal acgözlük edib ələ keçirdiyi qəniməti canavarla yarı bölmək istəmir, ona görə də hiyləyə əl atır. Müəlliflər demək istəyirlər ki, acgözlük insanı hər cür sifətə salır, onu yaltağa çevirir. Yaltaq isə dostunu düşməndən seçə bilmir. == Film haqqında == Kukla filmidir. Bu ilk və yeganə genişekranlı Azərbaycan cizgi filmidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Mirzə Rəfiyev Ssenari müəllifi: Araz Dadaşzadə Operator: Əlihüseyn Hüseynov Quruluşçu rəssam: Mirzə Rəfiyev, Eduard Abdullayev Rejissor assistenti: Hafiz Əkbərov Multiplikasiya rəssamı: Rauf Dadaşov Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Əziz Şeyxov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Çaqqallarla Rəqs
Çaqqallarla rəqs — 17 dekabr 2010-cu ildə vizyona girən Şəvkət Çoruh, İlkər Ayrık, Teymur Acar və Murad Ağqoyunlunun oynadığı filmdir. Rejissoru Murad Şəkərdir.
Çaqqallarla Rəqs (film, 2010)
Çaqqallarla rəqs — 17 dekabr 2010-cu ildə vizyona girən Şəvkət Çoruh, İlkər Ayrık, Teymur Acar və Murad Ağqoyunlunun oynadığı filmdir. Rejissoru Murad Şəkərdir.
Çaqqallarla Rəqs (filmlər seriyası)
Çaqqallarla rəqs — rejissor Murad Şəkər tərəfindən çəkilmiş Türkiyə istehsalı olan filmlər seriyasıdır. Film Çaqqallarla rəqs filmi ilə başlayıb, Çaqqallarla rəqs 6 filmi ilə kulminasiya nöqtəsinə çatır. Filmlərin çəkilişi səkkiz ildən artıq davam edib.
Çaqqallarla Rəqs 2: Xəstəsiyik Dədə
Çaqqallarla rəqs 2: xəstəsiyik dədə — Çaqqallarla rəqs filminin davam filmi. 7 Dekabr 2012 tarixində vizyona girmiş olan filmdə başrolları Şəvkət Çoruh, İlkər Ayrık, Teymur Acar, Murad Ağqoyunlu oynamaqdadır. Rejissorluğunu və ssenaristliyini Murad Şəkər götürmüşdür. Filmin çekilişləri İstanbulun müxtəlif səmt və məkanlarında 4 həftə davam etmiş və filmin çəkimi tamamlanmışdır. == Haqqında == İlk film olan Çaqqallarla Rəqs filmi sonunda işlədikləri günahlar nədəni ilə həbsxanaya girən Qayın Gökhan, Mühasibatçı Sərvət, Del Piero Hikmət və Köftə Nəcmi çətin günlər keçirməkdədirlər. Həmdə çox sevdikləri və pul qazandıqları futbolu və məhəllədəki dostları ilə yaxınlarından ötrü darıxırlar. Həbsxanada olduqları vaxtda ediləcək olan tibbi bir təcrübə üçün qobay olmağa razı olurlar. Beləcə həbsxanadan da şərtli təhliyə olabiləcəklər. Şərtli təhliyələri edilən film qəhrəmanları günah önləyən dərmanları istifadə etməyə başlıyarlar. Çölə çıxanda öz aralarında artıq çaqqallıq etməyəcəklərinə dair bir-birlərinə söz verirlər.
Çaqqallarla Rəqs 2: Xəstəsiyik Dədə (film, 2012)
Çaqqallarla rəqs 2: xəstəsiyik dədə — Çaqqallarla rəqs filminin davam filmi. 7 Dekabr 2012 tarixində vizyona girmiş olan filmdə başrolları Şəvkət Çoruh, İlkər Ayrık, Teymur Acar, Murad Ağqoyunlu oynamaqdadır. Rejissorluğunu və ssenaristliyini Murad Şəkər götürmüşdür. Filmin çekilişləri İstanbulun müxtəlif səmt və məkanlarında 4 həftə davam etmiş və filmin çəkimi tamamlanmışdır. == Haqqında == İlk film olan Çaqqallarla Rəqs filmi sonunda işlədikləri günahlar nədəni ilə həbsxanaya girən Qayın Gökhan, Mühasibatçı Sərvət, Del Piero Hikmət və Köftə Nəcmi çətin günlər keçirməkdədirlər. Həmdə çox sevdikləri və pul qazandıqları futbolu və məhəllədəki dostları ilə yaxınlarından ötrü darıxırlar. Həbsxanada olduqları vaxtda ediləcək olan tibbi bir təcrübə üçün qobay olmağa razı olurlar. Beləcə həbsxanadan da şərtli təhliyə olabiləcəklər. Şərtli təhliyələri edilən film qəhrəmanları günah önləyən dərmanları istifadə etməyə başlıyarlar. Çölə çıxanda öz aralarında artıq çaqqallıq etməyəcəklərinə dair bir-birlərinə söz verirlər.
Çaqqallarla Rəqs 3: Sıfır Problem (film, 2014)
Çaqqallarla rəqs 3: sıfır problem — Murad Şəkərin rejissorluğunu etdiyi, Çaqqallarla rəqs 2: xəstəsiyik dədə filminin davamı kimi 2014-cü il istehsalı Türkiyə komediya filmidir. == Mövzu == == Filmin heyəti == Şəvkət Çoruh — Gökhan Murad Ağqoyunlu — Del Piero Hikmət Timur Acar — Küftə Nəcmi İlkər Ayrık — Mühasibatçı Sərvət Dərya Şənsoy — Mehriban Dərya Baykal — Mehribanın anası Gürkan Uygun — Polis Didəm Balçın — Fatma Hakan Bilgin — Bərbər Hüseyn Ceyhun Yılmaz — Adəm Bülənt Sərtdaş — Dəli Rəcəb Bülənt Çolak — Şərəfsiz Mətin Ünal Silvər — İbrahim Günay Qaracaoğlu — Müəllimə Hakan Həpcan — Taksi şoferi == Təqdimat == 5 dekabr 2014-cü ildə 407 kinoteatrda təqdim edilən film, ilk 3 gündə 380.063, ilk həftəsonunda isə 629.004 tamaşaçı tərəfindən izləndi. Bu müddət ərzində 6,478,564 türk lirəsi gəlir əldə etdi.
Çaqqallarla Rəqs 4 (film, 2016)
Çaqqallarla Rəqs 4 — Çaqqallarla rəqs 3: sıfır problem filminin davamıdır. Baş rollarda Şəvkət Çoruh, İlkər Ayrık, Timur Acar və Murad Ağqoyunludur. Film 25 noyabr 2016-cı ildə kinoteatrlarda göstərilmişdir .
Çaqqallarla Rəqs 5 (film, 2018)
Çaqqallarla Rəqs 5 — Çaqqallarla rəqs 4 filminin davamıdır. Baş rollarda Şəvkət Çoruh, İlkər Ayrık, Timur Acar və Murad Ağqoyunludur. Film 7 noyabr 2018-ci ildə kinoteatrlarda göstərilmişdir.
Çaqqallı talası
Güllüqoruq (Çaqqallı) — Qəbələ şəhəri ərazisində qədim yaşayış yeri. Qəbələ şəhər xarabalığından 3–4 km şərqdə yerləşir. Onun şimal tərəfini indiki Tövlə kəndi ilə qoruq arasındakı meşəlik, cənub tərəfini isə süni torpaq sədd və böyük bir əkin sahəsi, qərb tərəfini Covurluçay, şərq tərəfini Qocalançay sərhədləndirir. Covurluçay Güllüqoruq ilə Qəbələ şəhər xarabalığı arasında təxminən 2 km enində eyni adlı dərədən axır. İndiki zamanda Güllüqoruq 50 hektaradək sahəsi olan əkin yeridir. Əkin sahəsinə çevrilməzdən əvvəl burada yastı təpələr, qədim qəbristanlıq, pir yerləri və həddindən artıq cırlaşmış qızılgül kolları olmuşdur. Məhz qızılgül kollarına görə yerli əhali buranın bir hissəsini Güllü qoruq adlandırmışdır. Bu qoruq yararlı əkin sahəsinə çevrildikdən sonra kəsəyənlə qidalanmaq üçün bura çoxlu çaqqal gəldiyinə görə yerli əhali buranı eyni zamanda Çaqqallı tala da adlandırmağa başlamışdı. 1959-u ildə Güllü qoruqda təsərrüfat işləri zamanı buradakı yastı təpələrdən biri dağıdılmışdır. Təpəliyin altından üzə çıxan çoxlu miqdarda kirəmit qırıqlar və daş sütun altlıqları diqqəti cəlb etmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.06 dəfə / 1 mln.
2015 •••••••••••• 0.17
2016 •••••••••••• 0.17
2018 •••••••••••••••••••• 0.30
2019 •••••••••• 0.14
2020 •••••••••••••••••• 0.27

"çaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çaq nədir? #çaq sözünün mənası #çaq nə deməkdir? #çaq sözünün izahı #çaq sözünün yazılışı #çaq necə yazılır? #çaq sözünün düzgün yazılışı #çaq leksik mənası #çaq sözünün sinonimi #çaq sözünün yaxın mənalı sözlər #çaq sözünün əks mənası #çaq sözünün etimologiyası #çaq sözünün orfoqrafiyası #çaq rusca #çaq inglisça #çaq fransızca #çaq sözünün istifadəsi #sözlük