Əhməd Didat
Əhməd Didat (1 iyul 1918, Surat, Britaniya Hindistanı – 8 avqust 2005) — Missioner.
== Həyatı ==
Əhməd Didat 1918-ci ildə, Hindistanda anadan olmuş, elə eyni ildə onun atası, Cənubi Afrikaya səfərə getmişdir. 1927-ci ildə, onun anası vəfat etdi, Əhməd Didat atasının yanına səfər etdi.
Əhməd Didat, ibtidai təhsilini bitirir, orta təhsilinə başlayır, lakin 2-ci ili (8-ci sinifdə) vəziyyətləri ağırlaşdığı üçün iş axtarmaq məcburiyyətində qalır. Vəziyyətləri elə çətinləşirki, Əhməd Didat ailəsinə kömək etməli olur. Elə uşaq ikən məktəbi buraxır və işləməyə başlayır. Amma qiraəti (kitab oxumağı) tərk etmir, xüsusilə də İslam ədəbiyyatına, İslam mədəniyyətinə və İslami elmlərə üstünlük verməyə başlayır.
Beləcə o, Hindistanda İslam dinini, xristian missionerləri qarşısında müdafiə etməyi öz üzərinə götürür.
Əhməd Didat böyüyüb, yaşa dolduqca, biliyi və elmi artır, təlimi özü özlüyündə davam etdirirdi. O artıq anlamışdı ki, İslamı müdafiə etmənin ən gözəl yolu, elm və biliklə qarşı tərəfə hücum etməkdir, qarşı tərəfin hücumunu gözləmək deyil.