* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2018 | •••••••••••••••••••• | 0.45 |
1 is. [fars.] klas. Göz. Gər inanmazsan ki, qəmzən yıxdı könlüm şəhrini; Bəs bu fəryadım nədəndir, didə qandan nəm durur? Nəsimi. Ağla, didəm, qanlı yaşın sel olsun; Gizlin dərdin söyləməyə dil olsun. M.V.Vidadi. Kim səni didəsi giryan eləmiş? Kim səni halı pərişan eləmiş? A.Səhhət. □ Dideyi-giryan klas. – ağlar göz. Həqq bilir, yar deyil canü-dilimdən qaib; Nola gər qaib isə dideyi-giryanımdan. Füzuli. Parə-parə ciyərim şişə çəkib etdi kəbab; Dikdi göz dideyigiryanıma göyçək-göyçək. Ə.Nəbati. Ağladım hicrinə, biganəni güldürdü mənə; Baxmadı dideyi-giryanıma, gözdən düşdüm. Ə.Vahid.
Azərbaycan dilinin izahlı lüğəti / didə1 Farsca didən (görmək) məsdəri ilə qohumdur, “göz” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / didə1 [fars.] сущ. клас. вил; dideyi-giryan клас. шезвай вилер, нагъв алай вилер.
Azərbaycanca-ləzgicə lüğəti / didəf. 1) göz; 2) görmüş. Didei-giryan ağlar göz; didei-pürxun qanla dolu göz, qanlı göz.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti(Quba) ana. – Didə, çüreg vər mənə
Azərbaycan dilinin dialektoloji lüğəti.