diz sözü azərbaycan dilində

diz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • diz • 92.8494%
  • Diz • 7.0423%
  • DİZ • 0.1083%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qışlaq-i Diz
Qışlaq-i Diz (fars. قشلاق ديز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 330 nəfər yaşayır (79 ailə).
Diz
Diz (Şahrud) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. Diz (Xoreşrüstəm) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Diz — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd.
Diz (Xoreşrüstəm)
Diz (fars. ديز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 212 nəfər yaşayır (54 ailə).
Diz (Şahrud)
Diz (fars. ديز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 509 nəfər yaşayır (136 ailə).
Diz qapağı
Diz qapağı (patella kimi də tanınan) — bud sümüyü ilə birləşən və diz oynağının ön oynaq səthini əhatə edən və qoruyan düz, yuvarlaqlaşdırılmış üçbucaqlı sümük. Diz qapağı siçan, pişik, quş və it kimi bir çox dördayaqlılarda olur, lakin balinalarda və ya əksər sürünənlərdə olmur. == Anatomiyası == İnsanlarda diz qapağı bədəndəki ən böyük sesamoid sümüyüdür (yəni, vətər və ya əzələdə yerləşmiş). Körpələr təxminən 4 yaşına qədər sümükləşməyə başlayan yumşaq qığırdaqdan ibarət diz papağı ilə doğulur. == Tərkibi == Diz qapağı üçbucaq formasında olan sesamoid sümükdür, uc hissəsi aşağı baxır. Başı diz qapağının ən aşağı hissəsidir. İti uclu formaya malikdir və diz qapağı vətərələrinə birləşir. Ön və arxa səthlər nazik kənarla, mərkəzə isə daha qalın bir kənarla birləşdirilir. Budun dördbaşlı əzələsi sümüyünün vətərəsi diz qapağının əsasına, orta geniş əzələnin özünə, geniş və medial lateral əzələ isə müvafiq olaraq diz qapağının xarici yan və medial kənarlarına birləşir. Diz qapağının ön hissəsinin yuxarı 3/1 hissəsi qaba, yastı və kobuddur, budun dördbaşlı əzələsi vətərinin bağlanmasına xidmət edir və çox vaxt ekzostozlara malikdir.
Diz qoruyucusu
Bədənin ayaq hissəsini zədələnmədən qoruyan əlavə vasitədir. Əsasən alpinizm kimi idman növündə bu vasitələrdən istifadə edirlər. Xüsusi xidmət orqanlarının geyimi olan "robokopda da bu vasitələr mövcüddür.
Diz qapağının sınıqları
Diz qapağının sınıqları — diz qapağı adətən ona düz istiqamətdə təsir edən zərbədən (yıxılma zamanı) baş verir. Nadir hallarda xarici impuls ilə provokasiya edilmiş, gözlənilmədən, cəld, sərt diz oynağında ayağın bükülməsi nəticəsində ola bilər. Diz qapağının sınıqlarında hərəkət zamanı güclənən ağrı, şişkinlik, diz qapağında aktiv hərəkətin məhdudlaşması meydana çıxır. == İlk yardım == Diz qapağında yara olduqda ona aseptik sarğı qoyulur. Sınmış sümük fraqmentlərinin öz istiqamətini dəyişməməsi məqsədilə nəqliyyat immobilizasiyası olunur. Dizi açılmış (bükülməmiş) vəziyyətdə Kramer ya improvizə edilmiş (əlaltı vasitələrdən) şina vasitəsilə fiksə edirlər. Şina arxadan daban sümüyündən başlayaraq sağrı nahiyəsinə qədər qoyulur. Diz qapağının sınıqları ilə zədələnmişlər təcili olaraq xərəkdə xəstəxananın cərrahi şöbəsinə çatdırılmalıdır. == Həmçinin bax == Qabırğa sümüyü; Sınıqlar; Zədə; Yara; Sarğı.
Yaralı diz qətliamı
Yaralı diz qətliamı (ing. Wounded Knee Massacre) - Siu qəbiləsinin üzvlərinin ABŞ silahlı qüvvələrinin əsgərləri tərəfindən kütləvi şəkildə qətlə yetirilməsi. 29 dekabr 1890-cı ildə 62-si qadın və uşaq olmaqla 153 nəfər Siu hindusu öldürülmüşdür. General Neslon Miles tərəfindən Daxili İşlər Komissiyasına göndərilən məktubda, olay qətliam olaraq adlandırılmışdır. 1890-cı ildə ABŞ dövləti, Siuların Ruh rəqsini ifa etmələrindən narahat olmağa başladı. Bir çoxları bu rəqsin döyüşdən əvvəl, tanrıları köməyə çağıran rəqs olduğunu iddia etməyə başladılar. Əslində ruh rəqsi yalnız milli mədəniyyətin yaşadılması üçün oynanılan rəqs idi. Bununla Siular pozulan hüquqlarına etiraz etmək istəyirdilər. Ordu naziri Siuların döyüşə hazırlaşdığından şübhələnib, VII süvari alayı Payn Ric və Rosbud yaxınlığında Lakota hidnularının yaşadığı düşərgəyə göndərdi. ABŞ ordusunun zabitləri, rəqsin dərhal dayandırılmasını tələb etdilər.
Dirsək və Diz qoruyucuları
Hacı Qiyasəddin ağa Dizaği
Hacı Qiyasəddin ağa Dizaği - Qarabağ bəylərindən, qurucu, xeyriyyəçi == Həyatı == Hacı Qiyasəddin ağa 1633-cü ildə Dizaq mahalının Qarğabazarı kəndində dünyaya gəlmişdi. Kəndlərinin kədxudası olmuşdu. Qurucu və xeyrxah adam olub. O, hicri-qəməri 1095-ci (miladi 1683/84) ildə doğma kəndlərində məscid tikdirmişdi. Həmin məbəd Hacı Qiyasəddin məscidi adlanır. Tarixi abidə kimi qorunur. Hacı Qiyasəddin ağanın Məhəmməd ağa adlı oğlu vardı.
Helsinki Dizayn Muzeyi
Helsinki Dizayn Muzeyi (fin Designmuseo, isv. Designmuseet) Finlandiya paytaxtında yerləşən, həm Finlandiya həm də xarici sənaye, moda və qrafik dizayn nümunələrinin sərgiləndiyi muzeydir. Muzey Helsinkinin Korkeavurenkatu küçəsində yerləşir və Finlandiyanın Dövlət mülkiyyətinə daxildir. Bina 1873-cü ildə tikilib və 1978-ci ildən bəri muzey kimi fəaliyyətini davam etdirir. Muzey binasında dizayn işləri 1894-cü ildə memar Qustaf Nüström tərəfindən neoqotika üslubunda aparılıb. 2002-ci ildə muzey adını Designmuseo ("Dizayn Muzeyi") kimi dəyişməyinin səbəbi bir əvvəlki adının çox uzun və mürəkkəb olması idi. Həmçinin muzeydə kafe və mağaza fəaliyyət göstərir. 2017-ci ildə Finlandiya Respublika günü münasibətilə muzey özünün yenilənmiş kolleksiyalarını qonaqların ixtiyarına vermişdir. Muzeydə 1870-ci ildən günümüz qədər olan fin dizayn tarixi sərgilənir. Muzeydə sərgilənən nümunələrə 75.000-dən çox əşya və 100.000 rəsm əsəri daxildir.
Kalbaoruc Dizə
Kalbaoruc Dizə (əvvəlki adı: Oruc Dizə (?-1 mart 2003)) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məzrə kənd inzibati ərazi dairəsi tərkibindəki Oruc Dizə kəndi Kalbaoruc Dizə kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kalbaoruc Dizə kəndi Məzrə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Məmmədrza Dizə kəndi mərkəz olmaqla, Məmmədrza Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Oruc dizə olmuşdur. Oykonim Kalbaoruc (Kərbalayı Oruc şəxs adının təhrifə uğramış formasıdır) və dizə qədim İran mənşəli termin olub "kənd", "qala" komponentlərindən düzəlmişdir. Sonralar oykonimin tərkibindəki kalba sözü düşmüşdür. 2003-cü ildən kəndin adı yenidən Kalba Oruc dizə kimi rəsmiləşdirilmişdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmayıb. == Coğrafiyası və iqlimi == Kənd Naxçıvançayın sahilində, Zəngəzur silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Kənd əhalisi əsasən taxılçılıq,bostançılıq, heyvandarlıq və digər sahələrlə məşğuldur.
Kələntər Dizə
Kələntər Dizə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. == Tarixi == Orta əsrlərdə kəndin yaxınlığında Kiran şəhəri yerləşirdi. 29 mart 2005-ci ildə Kələntər Dizə və Qoşadizə kəndləri Sabirkənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qoşadizə kəndi mərkəz olmaqla, Qoşadizə kənd inzibati ərazi dairəsi yaradılmışdır. Aza bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 21 km şimalda, Ordubad-Naxçıvan avtomobil yolunun kənarındadır. Əhalisi 226 nəfər(2000); Klubu, kitabxanası, tibb məntəqəsi var. Məzrə -Ordubad rayonunda kənd,Üstüpü bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 40 km şimal-qərbdədir. Əhalisi bağçılıq, əkinçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi var.
MTU-881 KA 500 Dizel Mühərriki
MTU-881 KA 501, Almaniyanın MTU şirkətinin PzH 2000 özüyeriyən haubitsası üçün istehsal etdiyi dizel mühərrikidir. T-155 Fırtına üçün Türkiyədə lisenziya altında istehsal olunur.
Mexanizm dizayn nəzəriyyəsi
Mexanizm dizayn nəzəriyyəsi (ing. mechanism design) — oyunçuların rasional hərəkət etdikləri və iqtisadi aktyorların hərəkətlərinin sosial seçim funksiyası üçün optimal bir həllə səbəb olduğu istədikləri hədəflərə çatmaq üçün mexanizmlər və təşviqlərin yaradılmasına yanaşma olan iqtisadiyyat və oyun nəzəriyyəsi sahəsində bir iş. Bu yanaşma ilk dəfə 1960-cı ildə Leonid Qurviç tərəfindən təklif edilmişdir. Leonid Qurviç 1959-1960-cı illərdə iqtisadi resursların əsas müddəalarını ilk dəfə "Resursların bölüşdürülməsi proseslərindəki optimallıq və informasiya səmərəliliyi" məqaləsində formalaşdırmış, 1973-cü ildə həqiqət xüsusiyyətini, daha sonra identifikasiya prinsipini formalaşdırmış və 2006-cı ildə birlikdə Stanley Reiter [ru] ilə "İqtisadi Mexanizmlərin Dizaynı [en]" mexanizmlərinin dizaynı haqqında bir kitab nəşr olundu. Erik Maskin 1980-1984-cü illər üçün məqalələrində "tətbiqetmə nəzəriyyəsi" deyilən bir sənəd hazırladı: lazımi xüsusiyyətlərə sahib olması üçün belə bir protokolun tərtib edilməsi. Və Roger Myerson 1979-1985-ci illər üçün sənədlərində bu yanaşmanı auksionlara tətbiq etmişdir . İsveç Kral Elmlər Akademiyası, 2007-ci ildə Alfred Nobel İqtisadiyyat Memorial Mükafatını Leonid Gurviç, Eric Maskin və Roger Myerson'a "optimal qaynaq bölgüsü mexanizmləri nəzəriyyəsinin təməlini qoyduğuna görə" verdi. İqtisadi mexanizmlərin dizaynı - ayrı-ayrı iqtisadi agentlərin hərəkətlərinin sosial seçim funksiyası üçün optimal bir həllə gətirib çıxardığı qarşılıqlı əlaqə mexanizmi yaradan yanaşmadır. Mexanizm - iqtisadi agentlərin qarşılıqlı əlaqəsidir, strateji oyun formasıdır. Oyun oyunçuların (iqtisadi agentlərin) hərəkətlərinin təsviri və bir sıra hərəkətlərin nəticəsidir.
Milli Dizayn Akademiyası
Milli Dizayn Akademiyası (ing. National Academy of Design) ― 1825-ci ildə Nyu-York şəhərində ABŞ mədəniyyət xadimləri tərəfindən qurulan Amerikan Rəssamlar Birliyi. Akademiyanın baniləri arasında ixtiraçı Samuel Morze, rəssamlar Aşer Braun Düran və Tomas Koul, Martin E. Tompson, Çarlz Kuşinq Rayt da yer alır. Təşkilatın məqsədi "tədris və sərgilər yolu ilə Amerikada təsviri sənətlərin tanıtması" idi. Akademiyanın ən çox 450 üzvü ola bilər ki, onlar Amerikalı sənətçi və memarlardan ibarətdir. Akademiyada nəzdində sənət məktəbi və muzey var. Qurulmasından üç il keçdikdən və İlkin adların verilməsindən spnra 1828-ci ildə akademiyanın adı "Milli Dizayn Akademiyası" oldu və yarıməsr bu adla fəaliyyət göstərirdi. 1997-ci ildə direktor Annett Blauqrund institutun adını "Milli Akademiya, Muzey və İncəsənət Məktəbi" (ing. National Academy, Museum and School of Fine Art) ki, “rəssamlar, muzey və məktəb birliyini özündə cəmləşdirən yeni bir inteqrasiya ruhu” əks olunsun və "dizayn" sözü ilə bağlı qarışıqlıq aradan qalxsın.
Milli İncəsənət, Memarlıq və Dizayn Muzeyi
Milli İncəsənət, Memarlıq və Dizayn Muzeyi (norv. Nasjonalmuseet for kunst, arkitektur og design) — Norveçin paytaxtı olan Oslo şəhərində muzey. Muzey 1 iyul 2003-cü il tarixində təsis olunmuşdur. Muzey Memarlıq Muzeyi, İncəsənət Sənayesi Muzeyi, Milli Sərgilər, Dekorativ İncəsənət və Dizayn Muzeyi, Müasir İncəsənət Muzeyi və Norveç Milli Qalereyasının birləşməsindən ibarətdir. Üç əsas sərgi İncəsənət Muzeyi, Müasir İncəsənət Muzeyi və Milli Qalereyanın binalarında keçirilir. Milli Qalereya 2019-cu ildə bərpa işlərinə görə bağlanılmışdır. Binanın açılışı 2020-ci il üçün nəzərdə tutulmuşdur. Milli Muzey ölkənin ən geniş incəsənət, memarlıq və dizayn kolleksiyasını yığır, qoruyur və nümayiş etdirir. Muzeyin kolleksiyasına təxminən 400.000 əsər aiddir. Milli Qalereya (norv.
Mirzə Məhəmməd bəy Dizaği
Mirzə Məhəmməd bəy Kərbəlayı İsmayıl bəy oğlu (1803, Xatınbulaq, Qaryagin rayonu – Xatınbulaq, Qaryagin rayonu) — Qarabağ atlı alayının süvarisi, mahal mirzəsi, kədxuda. Mirzə Məhəmməd bəy Kərbəlayı İsmayıl bəy oğlu 1803-cü ildə Qarabağın Xırdapara-Dizaq mahalının Xatınbulaq kəndində anadan olmuşdur. İbtidai təhsilini molla yanında almışdır. Sonra Şuşa şəhərində mədrəsə də təhsilini davam etdirmişdir. Mahal naibi Məlik Həsən bəy Sultanovun göstərişi ilə mirzə təyin edilmişdir. Atası Kərbəlayı İsmayıl bəy vəfat edəndən sonra kəndlərinə kədxuda vəzifəsinə keçirilmişdir. Mahalın savadlı, sayılan adamlarından idi. Mirzə Məhəmməd bəy 1829-cu ildə Qarabağ atlı alayına göndərilmiş, bir müddət burda xidmət etmişdir. Göstərdiyi şücaətə görə, medalla təltif olunmuşdur. Mirzə Məhəmməd bəy Nisə xanımla ailə qurmuşdur.
Məlik Namazəli bəy Pirəhmədli-Dizaği
Məlik Namazəli bəy Şəmil bəy oğlu Pirəhmədli (1735) — Qarabağ bəylərindən biri, Xırdapara-Dizaq mahalının naibi, məlik. Məlik Namazəli bəy Şəmil bəy oğlu 1735-ci ildə Qarabağın Dizaq nahiyəsinin Pirəhmədli kəndində dünyaya göz açmışdı. Mükəmməl mədrəsə təhsili almışdı. Xanlığın ictimai-siyasi yaşamında fəal iştirak etmişdi. İbrahimxəlil xan Sarıcalı-Cavanşir onu yeni yaranmış Xırdapara-Dizaq mahalına naib, məlik təyin etmişdi. Savaş zamanı mahalın piyada tüfəngçilərinə başçılıq edirdi. Onun törəmələri Məliknamazəliyev soyadını daşıyırlar. Məlik Namazəli bəyin Rəhim bəy adlı oğlu vardı. M.İ. Əmrahov, Ə. Çingizoğlu, H.İ.Həsənov. Qarabağ xanlığı.
Məmmədrza Dizə
Məmmədrza Dizə (əvvəlki adı: Yeniyol) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məzrə kənd inzibati ərazi dairəsi tərkibindəki Yeniyol kəndi Məmmədrza Dizə kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kəndi Məzrə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Məmmədrza Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənddə mədəniyyət evi mövcuddur. Kənddə Məmmədrza Dizə kənd tam orta məktəbi fəaliyyət göstərir. Kənddə 1994-cü ildə inşa edilmiş Məmmədrza Dizə kənd məscidi yerləşir. Kənddə səhiyyə müəssisəsi mövcuddur.
Mərv Dizac (Şəbüstər)
Mərv Dizac (fars. مروديزج‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 188 nəfər yaşayır (47 ailə).
Ocaqkəndi (Dizmar-i Şərqi dehistanı)
Ocaqkəndi (fars. اجاق كندي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 25 nəfər yaşayır (9 ailə).
Oqtay Əliyev (rəssam-dizayner)
Qaraqaya (Dizmar-i Mərkəzi dehistanı)
Qaraqaya (fars. قره قيه‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 37 nəfər yaşayır (11 ailə).
Qrafik dizayn
Qrafik dizayn hər hansı bir məlumatı müəyyən bir hədəf kütləsinə çatdırmaq məqsədilə mətbəə, fotoqrafiya və illustrasiyadan istifadə edərək loqo, afişa, bilbord, baner, mətbuat elanı, qablaşdırma, kitab, jurnal, reklam filmi, çizgi film kimi dizaynları bədii ölçülər daxilində yazılı və vizual elementlərlə dizayn edən visual ünsiyyət və problemlərin həlli prosesidir. Qrafik dizaynerlər fikir və ideyalarını vizual yolla təqdim etmək üçün simvolları, şəkil və mətnləri kombinasiya edirlər. Qrafik dizayn tarix boyu müxtəlif formalarda tətbiq edilmişdir, qədim Çin, Misir və Yunanıstandakı əlyazmalar qrafik dizaynın keçmiş formasının bariz nümunələrdir. XV əsrdə çap və kitab istehsalı inkişaf etdikcə sonrakı dövrlərdə müxtəlif yeni yazı tipləri və kompozisyalarla qrafik dizaynda da irəliləyişlər oldu. XIX əsrdə sənaye inqilabı yeni texnologiya və ticarət imkanları yaratdı və nəhayət, XIX əsrin sonu XX əsrin əvvəllərində reklam agentlikləri, kitab naşirləri və jurnallar məzmuna uyğun bir ifadə yaratmaq üçün ünsiyyətin bütün vizual elementlərini təşkil edən art direkotrlar işə götürdülər. Nəhayət, 1922-ci ildə tipoqraf William A. Dwiggins inkişaf etməkdə olan sahəni müəyyənləşdirən bir qrafik dizayn hazırladı. XX əsrdə dizayn üçün bədii və kommersiya imkanlarının mümkünlüyü, dizaynerlər üçün mövcud olan texnologiya qrafik dizayn sahəsini daha da inkişaf etdirdi. Qrafik dizaynerlər bir çox sahələrdə işləyirlər, lakin bəzi sahələr vardır ki, bu sahənin inkişafında qrafik diaynerlərin rolu birinci dərəcəlidir. İnternet və çap dünyasında ixtisaslı qrafik dizaynerlərə böyük imkanlar var və bu sahələr iqtisadiyyatın ən sabit və ənənəvi sektorlarıdır. Bu sahələr: İnternet və proqram təminatı kompaniyaları; Reklam agentlikləri; Televizya studiyaları və video kompaniyalar; Korporativ brending və konsultasiya kompaniyaları.
Rudolf Dizel
Rudolf Dizel (alm. Rudolf Christian Karl Diesel‎; 18 mart 1858[…], Paris – 30 sentyabr 1913, La Manş boğazı) — Dizel mühhərikini ixtira edərək (1897) avtomobilqayırmanın yaranmasında xüsusi rol oynamış alman mühəndis və ixtiraçı. Rudolf Dizel 1858-ci ildə anadan olmuşdur. Fransa-rus müharibəsi zamanı ailəsi ilə birlikdə İngiltərəyə qaçmışdır. Həmin vaxt o Almaniyaya təhsil almağa gedir. 1873-cü ildə real məktəbi əla qiymətlərlə və 1875-ci ildə Auqsburq politexnik məktəbini bitirir. Sonra o Münhen ali texniki məktəbinə dəvət olunur. Buranı Dizel ali məktəbin tarixində ilk dəfə olaraq ən yaxşı qiymətlərlə başa vurur. 27 fevral 1892-ci ildə Dizel "yeni rasional istilik mühərriki" üçün patent ərizəsi verir. 23 fevral 1893-cü ildə "Yüksək istiliyi işə çevirmək üçün üsul və avadanlıq" adı altında onun patenti imperatorluğun patent şöbəsində qeydə alınır.
Sen-Dizye (rayon)
Sen-Dizye (fr. Saint-Dizier) — Fransanın Şampan-Ardenn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Marna. Suprefektura — Sen-Dizye. Rayon əhalisi 2006-cı ildə 73 764 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 47 nəf / km². Rayon sahəsi — 1571 km².
Sistemlərin dizaynı
Sistem dizaynı müəyyən tələblərə cavab verən bir sistem üçün memarlıq, modul, interfeys və məlumatların müəyyənləşdirilməsi prosesidir. Sistem dizaynı sistem nəzəriyyəsinin məhsul inkişafına tətbiq edilməsi kimi qəbul edilə bilər. Sistemlərin təhlili sistem arxitekturası və sistem mühəndisliyi fənləri ilə bəzi hallarda üst-üstə düşür. Sistemlərin dizaynı istifadəçinin müəyyən tələblərini təmin etmək üçün sistemlərin müəyyənləşdirilməsi və inkişaf etdirilməsi prosesidir. 1990-cı ilə qədər sistem dizaynı baza emal sənayesində mühüm və əhəmiyyətli rol oynayırdı. 1990-cı ildə kompüter avadanlığı və proqram təminatının standartlaşdırılması modul sistemlərin qurulmasına gətirib çıxardı. Ümumi platformalarda çalışan proqramın artan əhəmiyyəti proqram mühəndisliyi intizamını artırmışdır. Sistemin memarlıq dizaynı bu sistemin strukturunu, davranışını və digər növlərini və analizini təsvir edən sistem memarlıq dizaynını vurğulayır. Sistemin məntiqi dizaynı sistemin məlumat axınlarının, giriş və çıxışlarının mücərrəd təmsilçiliyinə aiddir. Bu, tez-tez faktiki sistemin mücərrəd (bəzən qrafik) modelini istifadə edərək modelləşdirmə vasitəsilə aparılır.
Sumbatan-Dizə
Sumbatan Yaşayış Yeri — Оrdubad rayоnunda, Sabirkəndin cənub-qərbində, Gilançayın sağ sahilində , Ordubad–Naxçıvan yolundan 800 m şimalda, , eyni adlı dağın üzərində yerləşir,Rəsul və Süleyman dərələrini əhatə edir. Arxeoloji tədqiqatlardan öyrənirik ki, Sumbatan-Dizə yaşayış yeri E.ə. II minilliyin sonu – I minilliyin əvvəllərində Sumbatan dağının zirvəsini və yamaclarını əhatə edən, ilk vaxtlarda qəbilə birləşmələrinin mərkəzi olan bu 6–7 hektarlıq kənd genişlənərək bir neçə əsr ərzində 20 hektarlıq yaşayış yerinə çevrilir.. Azərbaycan ərazisində bu tip relyefə uyğunlaşdırılmış şəhərlər çox olmuşdur. Azərbaycanda bu tipli kənd yerləri tədricən müdafiə divarları ilə möhkəmləndirilərək şəhərlərə çevrilmişlər. E.ə. II minilliyin sonlarında ətrafı müdafiə divarları ilə möhkəmləndirilmiş şəhərlərdən biri də Sumbatan-Dizə olmuşdur. Sumbatan-Dizə şəhəri bir neçə dəfə dağıntıya məruz qalsa da bərpa edilmiş və sasanilər dövrünə qədər şəhər kimi mövcud olmuşdur. Əhəmənilər dövründən sonra ikinci dəfə sasanilər zamanı güclü dağıntıya məruz qalmış Sumbatan-Dizə, şəhər kimi öz funksiyasını itirmiş və kiçik yaşayış məskəninə çevrilmişdir. Bu qədim şəhər öz adını günümüzə qədər qoruyub saxlamışdır.
Merve Dizdar
Merve Dizdar (25 iyun 1986, İzmir) — türk aktrisası. Kann və Qızıl Portağal kinofestivallarının "Ən yaxşı aktrisa" mükafatları da daxil olmaqla müxtəlif mükafatlara sahibdir. Merve Dizdar 25 iyun 1986-cı ildə İzmirdə anadan olub. Çanaqqala 18 Mart Universitetinin Aktyorluq fakültəsini bitirib. Kadir Has Universitetində yüksək səviyyəli aktyorluq proqramı üzrə magistr təhsilini tamamlayıb. Teatr karyerasına Semaver Kumpanya ilə başlayıb və "Craft Theatr"-da davam etdirir. İlk tammetrajlı filmi olan "Bir Ses Böler Geceyi" filmində Cem Davranla birlikdə oynayıb. "Kavak Yelleri", "Geniş Aile", "Bir Yastıkta", "Doksanlar" və "Çılgın Dersane Üniversitede", "Masumlar Apartmanı" kimi seriallarda çəkilib. 2018-ci ildə ailə quran aktrisa 2021-ci ildə həyat yoldaşı Gürhan Altundaşardan boşanıb.
Scilla diziensis
Mişenko zümrüdçiçəyi (lat. Scilla mischtschenkoana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin zümrüdçiçəyi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Çoxillik, soğanaqlı ot bitkisidir. Soğanaq 1-1,5 sm enində, üzəri boz qınla örtülüdür. Gövdə zəif, 15-20 sm hündürlükdə, yarpaqları 2-4 ədəd yaşıl, tərs-xətvari-neştərşəkilli, küt ucludur. Çiçəkləri ağ rəngdə, bəzən mavi çalarlıdır. Salxım çiçək qrupuna toplanmış çiçəkləri az saylıdır. Çiçək altlığının yarpacıqları 10–12 mm uzunluğunda, iti ucluqlu, uzunsov–ellipsivaridir.
Dizdar
Dizdar (fars. qala keşikçisi‎) — Osmanlı imperiyası dövründə qalaların idarə olunmasından məsul olan komandirlərə verilən addır. Qalanın xarici təhlükələrdən mühafizə və müdafiə edilməsi, eyni zamanda da qalanın daxilində nizam-intizamın yaradılması dizdarın vəzifəsi idi. Bəylərbəyinin, sancaqbəyinin və qazıların dizdarları işdən çıxarmaq səlahiyyətləri var idi. 1826-cı ildən bu vəzifə qala komandanlığı ilə əvəz olunmuşdur.
Səssiz Dəniz (Dizi)

diz sözünün leksik mənası və izahı

  • 1 is. 1. Qıçın diz oynağı olan hissəsi, bükülən yeri. Dizlərini bükmək. – Getdim bağa üzümə; Tikan batdı dizimə. (Bayatı). Göy ot dizdən yuxarı qalxmışdı. C.Məmmədquluzadə. □ Diz qapağı – dizin üstündəki sümük. [Nurəddinin] sağ ayağı diz qapağından çıxmışdır. S.S.Axundov. [Qədir] … ovucları ilə diz qapaqlarını ovdu, ayaqlarını oynatdı. Mir Cəlal. Diz oynağı – baldır sümüyünü bud sümüyü ilə birləşdirən oynaq. // Şalvarın, qıçın həmin yerini örtən hissəsi. Şalvarın dizləri sürtülüb. 2. Qıçın diz oynağından buda qədər olan hissəsi. Uşağı dizi üstündə oturtmaq. – …Kərbəlayı Cəfər dizi üstə oturub üzüqoylu düşmüşdü çörəyin üstə. C.Məmmədquluzadə. ◊ Diz çökdürmək, diz üstə çökdürmək – zorla tabe etmək, tabe olmağa, təslim olmağa məcbur etmək. Tarixi əzmiylə yaradanları; Niyə çökdürdünüz bu gün diz üstə? B.Vahabzadə. Diz çökmək, diz üstə çökmək – 1) dizlərini yerə dayayaraq oturmaq və ya təzim əlaməti olaraq dizlərini yerə qoyaraq əyilmək. Uşaqların əllərindən tutub gedirəm o bədbəxtin yanına, diz üstə çöküb yalvarırıq, əlac olmayır. N.Vəzirov. Məhkum ayağa qalxaraq, Abbasqulu ağanın qarşısında diz çökdü… Ə.Sadıq; 2) məc. tabe olmaq, itaət etmək, təslim olmaq. [Qətibə:] Əlahəzrətin özü, Qızıl Arslanın qarşısında diz çökəcəyini görəcəkdir. M.S.Ordubadi. Tarix özü şahid olub; Bu dostluğun qarşısında; Düşmənin diz çökdüyünə. R.Rza. Dizə çıxmaq – həddən artıq çox olmaq. Zibil dizə çıxırdı. – Gün isti, yer qızğın, toz çıxır dizə; Çibinlər, milçəklər soxulur gözə. H.K.Sanılı. Dizlərini qucmaq (qucub oturmaq) – məyus, aciz, naəlac bir halda oturmaq, yazıq-yazıq oturmaq. Bir neçə gün bundan əqdəm şadlığından bilmirdin nə edəsən, indi dizlərini qucub qafiləsi vurulmuş ərəbə oxşayırsan, məgər nə olub? N.Vəzirov.

    Azərbaycan dilinin izahlı lüğəti / diz

diz sözünün etimologiyası

  • 1 Dilimizdə indi müstəqil işlədilməyən dir sözü olub, ondan dir-ə, dir-sə, diz (r-z əvəzlənməsi ilə bağlıdır) sözləri törəyib. Dirə və dirsə feilidir; -sə şəkilçisi adlardan arzu, istək, meyil bildirən feil əmələ gətirib (su-sa), həmin qəlib üzrə dir-sə feili, ondan isə dir-sə-k ismi yaranıb. Türk dillərində “balka” mənasında tir ismi və “подпирать” anlamında onun feil korrelyatı olub. Diz və dirsək sözləri tir ismi ilə qohum ola bilər. Başqa yozum: tuva dilində dızıla (dazıla) sözü “soyunmaq” anlamında işlədilir. Onda diz “lüt yer, ətsiz yer” kimi də başa düşülə bilər. (Tuvaca dızır“голое место” kimi açıqlanıb). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / diz

diz sözünün rus dilinə tərcüməsi

  • 1 1. колено; 2. коленный;

    Azərbaycanca-rusca lüğət / diz
  • 2 I сущ. колено: 1. сустав, соединяющий бедренную и берцовую кости. Dizini qatlamaq сгибать колено, dizə qədər по колено, до колен; dizi üstə на коленях; dizi üstə durmaq стоять на коленях, dizi üstə sürünmək ползать на коленях, dizi üstə oturmaq сидеть на коленях, dizini əzmək разбить колено 2. часть одежды (брюк, штанов, чулок и т.п.), прикрывающая колени 3. ноги от коленного сустава до таза. Uşağı dizi üstünə oturtmaq посадить ребёнка себе на колени II прил. коленный. анат. Diz qapağı коленная чашечка, diz refleksi коленный рефлекс, diz oynağı коленный сустав ◊ diz vurmaq встать на колени; diz(-ə) çökdürmək kimi ставить, поставить на колени кого; qarşısında diz çökmək kimin преклонять, преклонить, склонять, склонить колени перед кем; dizinə düşmək kimin припасть, броситься к ногам чьим, кого; dizinə döyədöyə qalmaq кусать (себе) локти; dizə çıxır nə очень много чего

    Azərbaycanca-rusca lüğət / diz

diz sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. knee; ~i üstə durmaq to kneel; ~ çökmək to go* / to fall* on one’s knee; to beg (for smth.); ~ə qədər up to one’s knees, knee-deep; bir kəsi ~i üstə çökdürmək to bring* someone to his knees; ~inə döymək (peşman olmaq) to repent bitterly (of), to be* sorry (for, d.) awfully II. s.: ~ qapağı anat. knee-cap, knee-pan; patella; ~ oynağı anat. knee joint

    Azərbaycanca-ingiliscə lüğət / diz

diz sözünün fransız dilinə tərcüməsi

diz sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. мет; // метӀин, метӀен; diz qapağı метӀин кӀвалакӀ; diz oynağı метӀин жалгъа (мет кьвечӀил жезвай чкадин жалгъа); 2. вахчагдин метӀел гьалтзавай пай; şalvarın dizi вахчагдин мет; 3. кӀвачин метӀелай вини пай; ** diz çökdürmək, diz üstə çökdürmək метӀер ягъиз тун, гужуналди муьтӀуьгъарун, муьтӀуьгъ (табий) хьуниз мажбур авун; diz çökmək, diz üstə çökmək метӀер ягъун а) метӀерал ацукьун ва я метӀер чилиз яна сажда авун; б) пер. муьтӀуьгъ хьун, табий хьун, итӀаат авун; dizə çıxmaq метӀез акъатун, кьадардилай артух гзаф хьун, метӀяй фин (мес. жив, руг).

    Azərbaycanca-ləzgicə lüğəti / diz

diz sözünün türk dilinə tərcüməsi

"diz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#diz nədir? #diz sözünün mənası #diz nə deməkdir? #diz sözünün izahı #diz sözünün yazılışı #diz necə yazılır? #diz sözünün düzgün yazılışı #diz leksik mənası #diz sözünün sinonimi #diz sözünün yaxın mənalı sözlər #diz sözünün əks mənası #diz sözünün etimologiyası #diz sözünün orfoqrafiyası #diz rusca #diz inglisça #diz fransızca #diz sözünün istifadəsi #sözlük