Şirin və Xosrov (Dəhləvi)
"Şirin və Xosrov" — Əmir Xosrov Dəhləvinin "Xəmsə" toplusuna daxil olan ikinci əsəridir.
== Məzmunu ==
Dehləvinin “Şirin və Xosrov” poemasının məzmunu, poemanın tərkib hissələri təxminən Nizaminin “Xosrov və Şirin” poemasında olduğu kimidir. Əsərdə iştirak edən obrazlar, baş verən hadisələr də əsas etibarilə Nizami əsərində təsvir olunduğu kimidir. Hətta, bu əsəri bir növ iqtibas da adlandırmaq olar. Lakin, Dehləvi öz zövqüncə, eləcə də, dövrünün, mühitinin tələblərinə uyğun şəkildə əsərinin süjetində bəzi dəyişikliklər əmələ gətirmiş, poemada müəyyən epizodları artırıb-əksiltmişdir.
Şair çalışmışdır ki, əsərin məzmunu, onun ana xətti saray əhvali-ruhiyyəsinə, hakim təbəqənin amal və arzusuna uyğun gəlsin, hadisələri dövrünün zadəgan mühitinə uyğun bir tərzdə nəzmə çəksin. Məhz bu nöqteyi-nəzərdən Dehləvi Nizami əsərində əsas qəhrəman olan Şirin obrazını ikinci yerə, şahzadə xosrov obrazını isə ön plana çəkmişdir. Digər tərəfdən də, Fərhadı adı bir zəhmətkeş kimi yox, Çin şahzadəsi, Çin xaqan nəslinə mənsub bir şəxs kimi təsvir tərənnüm etmişdir. Dehləvi adi və zəhmətkeş insan haqqında fikir söyləmək istəməmiş, əməkçi bir sənətkarı şahlar şahı Xosrova qarşı qoymaqdan çəkinməmişdir. Bu əhvali-ruhiyyə çox qabarıq şəkildə bütün əsər boyu özünü göstərir.