dəhşətli sözü azərbaycan dilində

dəhşətli

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dəhşətli • 97.0929%
  • Dəhşətli • 2.8486%
  • DƏHŞƏTLİ • 0.0585%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 56.49 dəfə / 1 mln.
2002 •••••••••• 61.67
2003 ••••••••• 57.48
2004 ••••••••• 55.25
2005 •••••• 38.46
2006 •••••••• 50.90
2007 •••••••• 47.57
2008 ••••••• 45.31
2009 •••••• 38.88
2010 •••••••••• 61.82
2011 ••••••••••• 66.40
2012 •••••••••••• 75.12
2013 •••••••••••••••••••• 130.41
2014 •••••••••••••••••• 112.23
2015 •••••• 38.45
2016 •••••• 32.97
2017 ••••• 31.87
2018 ••••• 30.26
2019 •••• 22.95
2020 •••••• 34.74

dəhşətli sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Dəhşət doğuran, son dərəcə qorxunc; müdhiş. Əgər bu, həqiqətə çevrilsəydi, gör Müqim bəy Cavanşir üçün necə dəhşətli faciə üz vermiş olardı. S.Rəhimov. Kambayev dəhşətli sonun yaxınlaşdığını görürdü. S.Rəhman. // İnsanı dəhşətə salan, dəhşət hissi oyadan, faciəli, çox ağır. Dəhşətli mənzərə. – “Nadir şah” faciəsində yazıçı … saray intriqalarının ən dəhşətli səhnələrini təsvir edir. M.Arif. 2. Çox pis. Dəhşətli hava. Dəhşətli külək. 3. Çox güclü, şiddətli, dözülməz. Dəhşətli ağrı. – Kül rəngli havada toz-duman var; Dəhşətli soyuq, ayaz, boran var. A.Şaiq. Xavər dörd aylıq dəhşətli əzablardan arıqlamış, ordları batmış Kərimxana baxır, gözünü sarıqlı gözündən çəkə bilmirdi. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / dəhşətli

dəhşətli sözünün sinonimləri (yaxın mənalı sözlər)

dəhşətli sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 DƏHŞƏTLİ – FƏRƏHLİ Tiflisdəki dəhşətli Metex qalasına köçürtdülər (S.Rəhman); İndi biz fərəhli günlər keçiririk. DƏHŞƏTLİ – MÜLAYİM Kül rəngli havada toz-duman var; Dəhşətli soyuq, ayaz, boran var (A.Şaiq); Hava mülayimdir.

    Azərbaycan dilinin antonimlər lüğəti / dəhşətli

dəhşətli sözünün rus dilinə tərcüməsi

  • 1 1. страшный, ужасный, потрясающий, жуткий, грозный, чудовищный; 2. страшно, ужасно, жутко, грозно;

    Azərbaycanca-rusca lüğət / dəhşətli
  • 2 прил. страшный, ужасный: 1. внушающий чувство страха, ужасающий. Dəhşətli mənzərə страшная картина, dəhşətli hadisə страшное событие, dəhşətli adam страшный человек, dəhşətli ölüm страшная смерть, dəhşətli silah страшное оружие 2. значительный по силе, глубине проявления. Dəhşətli zərbə страшный удар, dəhşətli çığırtı страшный крик, dəhşətli ağrı страшная боль

    Azərbaycanca-rusca lüğət / dəhşətli

dəhşətli sözünün inglis dilinə tərcüməsi

dəhşətli sözünün fransız dilinə tərcüməsi

dəhşətli sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. дегьшетлу; дегьшет арадал гъидай, гзаф кичӀе жедай; // инсан дегьшетдиз гъидай, гзаф залан; 2. гзаф пис, акьалтӀай пис (мес. гар, гьава); 3. гзаф гужлу, гзаф къати, эхиз тежер (мес. тӀал, къай).

    Azərbaycanca-ləzgicə lüğəti / dəhşətli

"dəhşətli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dəhşətli nədir? #dəhşətli sözünün mənası #dəhşətli nə deməkdir? #dəhşətli sözünün izahı #dəhşətli sözünün yazılışı #dəhşətli necə yazılır? #dəhşətli sözünün düzgün yazılışı #dəhşətli leksik mənası #dəhşətli sözünün sinonimi #dəhşətli sözünün yaxın mənalı sözlər #dəhşətli sözünün əks mənası #dəhşətli sözünün etimologiyası #dəhşətli sözünün orfoqrafiyası #dəhşətli rusca #dəhşətli inglisça #dəhşətli fransızca #dəhşətli sözünün istifadəsi #sözlük