Məhsəti sözü azərbaycan dilində

Məhsəti

Yazılış

  • Məhsəti • 97.9819%
  • məhsəti • 2.0181%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məhsəti (Gəncə)
Məhsəti — Azərbaycan Respublikasının Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 dekabr 2011-ci il tarixli, 270-IVQ saylı Qərarı ilə Gəncə şəhərinin Kəpəz rayonunun Məhsəti yaşayış məntəqəsinə qəsəbə statusu verilmiş, Məhsəti qəsəbəsi mərkəz olmaqla Məhsəti qəsəbə inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Qəsəbə Məhsəti Gəncəvinin adını dayışır. == Əhalisi == Məhsəti qəsəbəsində 4 minə yaxın yaşayış evi mövcuddur.
Məhsəti Gəncəvi
Məhsəti Gəncəvi (12 may 1089, Gəncə – təq. 1181, Gəncə) — XII əsrdə yaşamış Farsdilli ədəbiyyatın ən görkəmli qadın nümayəndəsi, sufi Əxi təriqətinin üzvü. 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Məhsəti Gəncəvinin 900 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib. Məhsəti Gəncəvinin əsli Bəlx şəhərindən olub milliyətcə Şərq farslarından olmuşdur ( indiki terminologiya ilə Tacik ) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Məhsəti Gəncəvi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. XI əsrin sonları – XII əsrin əvvəllərində yaşamış müsəlman intibahının parlaq nümayəndəsi olmaqla öz şerlərində sənətkar, şair, müğənni və mütrib obrazlarını tərənnüm edən yeni şəhər peziyasının təmsilçisi idi. Məhsəti hər şeydə birincilik qazanmışdır. O, ilk məşhur orta əsr Fars şairəsi, ilk şahmatçı qadın və çox ehtimal ki, şərqdə ilk qadın bəstəkardır. Onun tərcümeyi-halı rəvayətlər və müəmmalar haləsinə bürünüb, şairənin həyatı barədə məlum olan faktlarsa hər halda həmin dövrün müsəlman cəmiyyətinin anlayışında həddən artıq qeyri-adiliyi ilə fərqlənir. Əlbət ki, əgər bu faktlara sözün həqiqi mənasında yanaşılarsa. Rəvayətlərə əsasən, o, Gəncənin Xərabat məhəlləsində yaşamış, vaxtını qonaqlıqlarda, musiqi və rəqs məclislərində keçirmişdir.
Məhsəti Gəncəvi Mərkəzi
Məhsəti Gəncəvi Mərkəzi — Gəncə şəhərində yerləşən mərkəz. Məhsəti Gəncəvi Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib. Mərkəzin açılışı 2014-cü il yanvarın 21-də baş tutub. == Mərkəz haqqında == Binanın inşasına 2013-cü ildən başlanılıb və 2014-cü il yanvarın 21-də açılış mərasimi baş tutub. Məhsəti Gəncəvi Mərkəzi 3 mərtəbə, 1 zirzəmidən ibarətdir. Mərkəzin qarşısında şairin heykəli, onun adını daşıyan bağ vardır. Məhsəti Gəncəvi Mərkəzində; Məhsəti otağı, Məhsəti muzeyi, qədim milli musiqi alətləri salonu, milli geyimlər salonu, şahmat fiqurları, elektron kitabxana və s. yerləşir. Mərkəzdə şairin portretləri olan xalçalar, nümayiş etdirilir.Mərkəzdəki elektron köşkdə Məhsətinin rübailəri Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Mərkəzin milli geyimlər sərgisində Məhsəti Gəncəvinin yaşadığı dövrdə, xüsusilə də İntibah dönəmində xanımlara xas milli geyim nümunələri sərgilənir.
Məhsəti Gəncəvinin heykəli (Gəncə, 1983)
Məhsəti Gəncəvinin heykəli — heykəltəraşı Münəvvər Rzayeva olan və 1983-cü ildə Gəncə şəhərində qoyulmuş heykəl. Hündürlüyü 5 metr olan heykəlin memarı isə L.Rüstəmovdur. Münəvvər Rzayevanın dediyinə görə Məhsəti Gəncəvi obrazını yaratmaq üçün o ömrünün 20 ilini sərf edib. Şairənin dolğun obrazını yaratmaq üçün saysız-hesabsız variantlar işləmişdir. Heykəl hazırda Gəncədə Xan bağında yerləşir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 4.69 dəfə / 1 mln.
2003 •••••••• 3.54
2004 •••••••• 3.37
2005 ••••• 2.02
2006 •••••• 2.48
2007 •••• 1.69
2008 ••• 1.22
2009 •••••• 2.40
2010 •••••••••• 4.54
2011 ••••••••• 3.95
2012 •••••••••••••••••••• 9.38
2013 •••••••••••••••• 7.29
2014 •••••••••••••••••••• 9.44
2015 •••••••••••• 5.61
2016 •••••••••••••••• 7.46
2017 ••••••••• 4.06
2018 •••••• 2.55
2019 •••••• 2.50
2020 ••••••• 3.05

məhsəti sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan qadın adlarının izahlı lüğəti.

Ay üzlü xanım; aybəniz, Aya məxsus.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

Oxşar sözlər

#məhsəti nədir? #məhsəti sözünün mənası #məhsəti nə deməkdir? #məhsəti sözünün izahı #məhsəti sözünün yazılışı #məhsəti necə yazılır? #məhsəti sözünün düzgün yazılışı #məhsəti leksik mənası #məhsəti sözünün sinonimi #məhsəti sözünün yaxın mənalı sözlər #məhsəti sözünün əks mənası #məhsəti sözünün etimologiyası #məhsəti sözünün orfoqrafiyası #məhsəti rusca #məhsəti inglisça #məhsəti fransızca #məhsəti sözünün istifadəsi #sözlük