* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | ••••• | 6.69 |
2004 | ••••••• | 10.44 |
2005 | ••• | 3.37 |
2006 | •••• | 5.18 |
2007 | ••• | 3.81 |
2008 | ••••• | 7.31 |
2009 | •••••• | 8.80 |
2010 | •••• | 5.63 |
2011 | ••• | 4.29 |
2012 | •••• | 4.90 |
2013 | •• | 2.19 |
2014 | •••• | 5.15 |
2015 | •••••••••••••• | 22.29 |
2016 | •••••••••••••••••••• | 32.28 |
2017 | •••••••••••••••• | 24.88 |
2018 | •••••••••••••• | 21.87 |
2019 | •••••••••••••••••• | 28.79 |
2020 | •••••••• | 12.73 |
1 is. [fars.] 1. Ev qapısı ilə otaqların qapıları arasında olan üstüörtülü aralıq; koridor. Yığılıb dağ kimi hər yanda kitab; Evdə, dəhlizdə və eyvanda kitab. M.Ə.Sabir. Əyləşir qocalar ikibir, üçbir; Qocalar evinin dəhlizlərində. B.Vahabzadə. // Küçə qapısı ilə ev, yaxud evlə həyət arasında üstüörtülü yol. Burası qəsrin həyətini küçə qapısı ilə bir-birinə vəsl edən dəhlizdən ibarət idi. M.S.Ordubadi. 2. məh. Böyük otağa yapışıq kiçik otaq. 3. məh. Keçid. … Dərənin arxasındakı dəhlizdə üst-üstə yığılan pətəklərdən … arılar dəstə-dəstə çıxırdılar… S.Rəhimov. 4. is. tib. Qulaq boşluğu, orta qulaq.
Azərbaycan dilinin izahlı lüğəti / dəhliz2 DƏHLİZ Cövdət uşaqları dəhlizə ötürdü (H.Abbaszadə); KORİDOR, QƏFƏXANA (arx.) İkisinin arasındakı koridorun (qəfəxana) bir nəfərinə məkulat yığılırdı, o biri tərəfində də iri bir su küpü basdırılmışdı... (Çəmənzəminli).
Azərbaycan dilinin sinonimlər lüğəti / dəhliz2 I сущ. 1. прихожая, передняя, сени 2. коридор: 1) проход, соединяющий отдельные части квартиры, здания. Dəhlizə çıxmaq выйти в коридор 2) узкое длинное пространство, проход, ограниченные с обеих сторон. Hava dəhlizi воздушный коридор (полоса пролета для самолетов), humanitar dəhliz гуманитарный коридор см. humanitar; Şərq-Qərb (Avrasiya) nəqliyyat dəhlizi Восточно-Западный (Евразийский) транспортный коридор; см. traseka 3. вестибюль. Metronun dəhlizi вестибюль метро 4. тамбур (часть помещения между наружными и внутренними дверьми) 5. диал. передняя часть хлева, куда входит скот 6. анат. преддверие (начало входа в какое-л. отверстие). Dəhliz arteriyaları артерии преддверия II прил. 1. коридорный. Dəhliz qapısı коридорная дверь 2. мед. вестибулярный. Dəhliz zarı вестибулярная перепонка, dəhliz mərkəzləri вестибулярные центры, dəhliz cihazı вестибулярный аппарат
Azərbaycanca-rusca lüğət / dəhliz1 [fars.] сущ. 1. дегьлиз, коридор, тендерак; // кьван (куьчединни кӀвалин рикӀинин арада авай кьил кӀеви рехъ); 2. нугъ. чӀехи кӀвалихъ галкӀанвай гъвечӀи кӀвал; 3. фидай чка, ара, рехъ; 4. мед. япун бушлугъ, юкьван яб.
Azərbaycanca-ləzgicə lüğəti / dəhlizf. 1) küçə qapısı ilə pilləkən arasında aralıq yer; 2) böyük otağın yanındakı kiçik otaq; 3) koridor; 4) qulağın içindəki boşluq; orta qulaq.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti(Çənbərək) 1. xanada ox keçirilən dəlik. – Xananın dəhlizi dardı, şapalag sığmır 2. dirəyin haçası. – Kərəni qaldır qoyax dirəyin dəhlizinə
Azərbaycan dilinin dialektoloji lüğəti.