* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••• | 311.78 |
2003 | ••••••••••••••• | 283.06 |
2004 | •••••••••••• | 230.42 |
2005 | ••••••••••••••• | 286.11 |
2006 | ••••••••••••••• | 277.27 |
2007 | •••••••••••• | 230.46 |
2008 | ••••••••••••• | 252.63 |
2009 | ••••••••••••••••• | 322.21 |
2010 | •••••••••••••••••• | 335.86 |
2011 | •••••••••••••••••• | 347.37 |
2012 | ••••••••••••••••••• | 365.79 |
2013 | ••••••••••••••••••• | 361.62 |
2014 | ••••••••••••••••••• | 364.50 |
2015 | ••••••••••••••••••• | 372.90 |
2016 | ••••••••••••••••• | 326.78 |
2017 | •••••••••••••••••••• | 392.65 |
2018 | •••••••••••••••••• | 350.74 |
2019 | ••••••••••••••••••• | 363.44 |
2020 | ••••••••••••••••• | 329.00 |
1 is. 1. Üzərində sakin olduğumuz planet: Yer kürəsi (bu mənada böyük hərflə). Ay Yerin peykidir. Yerlə Günəş arasında 150 milyon kilometr məsafə var. Yer Günəş ətrafında fırlanır. 2. Quru (su səthi müqabili). Dənizdən yer görünmürdü. 3. Yer qabığının üst qatı; torpaq (bu mənada çox vaxt “altı” sözü ilə). Yer altında qazılmış şaxta. Yer altından çıxan mədən. Yer altından tapılmış mədəniyyət abidələri. – Bizlər … Kürün, Arazın və yerin altındakı suları qoyub, gedib yalandan Allaha yalvarırıq ki, bizə su göndərsin. C.Məmmədquluzadə. [Əhməd:] Bəs gərək yer qazam ki, oradan pul çıxsın. Ə.Haqverdiyev. 4. Üzərində dayandığımız və hərəkət etdiyimiz sahə. Yerdə oturmaq. Yerdən qaldırmaq. Əlindəki şeyi yerə qoymaq. Yer yaşdır. Tapdaq yer. – Amma hamı dövrə vurub yerdə oturub, təkcə Teymur əyləşib uca bir taxtın üstündə. “M.N.lətif.” Məşədi Kazım ağa … xıxlanmış dəvə kimi … yerə çökdü. M.S.Ordubadi. Sanki göylərdə uçan quş kimiyəm; Sanki yerdən uçurulmuş kimiyəm. M.Müşfiq. 5. Kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən (yaxud edilməyən) torpaq sahəsi. Əkin yeri. Xam yerlər. Əkməyə yer azlıq edir. Mülkədar yerləri. – Eldarın atası Mərdəkanda xozeyinlərin bağında bağbanlıq edər, oğlu da su çəkər, yer işlər, araba qoşarmış. S.Hüseyn. 6. Ölkə, ərazi, vətən, diyar, məmləkət. Babalarımızdan qalan yerlər. – Sizə kimdən və nə yerdən danışım. Təbriz vilayətindən. “Aşıq Qərib”. [Bəkir:] Bu yerlərə mən azçox bələdəm… N.Vəzirov. İnsan oğlu, uzaqlaşma, gəl yaxın; Başqa yerdən alınmasın sorağın. M.Müşfiq. 7. Ölkə, vilayət, şəhər, kənd və s. Bu yerləri birinci dəfə görürəm. Nə gözəl yerdir! Tanış yerlər. O yerlərdə olmamışam. Uzaq yerlərdən gələn qonaqlar. 8. Üzərində bir şey olan, yaxud ola bilən müəyyən sahə, məntəqə, məkan və s. Şəhərin bağ salınmış yeri. Küçənin qurtaran yerində. Yol dağa qalxan yerdə. Keçmişdə boş çöl olan yerdə indi böyük binalar ucalır. // Bir işin, hadisənin və s.-nin baş verdiyi, ya olduğu məntəqə, məhəl. Hadisə baş verən yer. Qəza yerinə getmək. // Bir işə məxsus məhəl (ev, idarə, müəssisə, məntəqə və s.). Əyləncə yeri. – [Kərbəlayı Qubad:] Bircə tez ol, başına dönüm, istəyirəm bu gün bir dükan yeri alım. Ü.Hacıbəyov. Mehriban bir ildən artıq bir zaman idi ki, teatr və kino kimi tamaşa yerlərinə getməmişdi. S.Hüseyn. Teymur onu tez-tez kinoya, teatra və rəqs yerlərinə aparırdı. M.Hüseyn. // Bir məqsəd üçün ayrılmış sahə, yer səthi, parçası. İşləmək üçün yer ayırmaq. Qışlama yeri. 9. Əyalət, mərkəz olmayan yer (adətən cəm şəklində). Yerlərdən gələn nümayəndələr. Yerlərdə işləri canlandırmaq. 10. Bir şeyin ayrıca hissəsi, parçası. Paltar görünən yerindən ləkələnmişdir. Bədəninin bəzi yeri qızarmışdır. Dam çox yerdən axır. // Kitabın, musiqinin, pyesin və s.-nin ayrıca hissəsi, parçası. Əsərin yaxşı yerləri çoxdur. Komediyada gülməli yerlər azdır. Məqalənin bəzi yerlərini yenidən yazmaq lazımdır. 11. Teatrda, kinoda, vaqonda və s.-də oturacaq (stul, skamya və i.a.). Zalda hərə öz yerində oturdu. Biletiniz neçənci yerədir? Vaqona girib özünə yer tutdu. 12. Ev, məskən, mənzil və s. Qalmağa yeri yoxdur. Düşməyə yerin varmı? 13. Vəzifə, xidmət, qulluq, iş. Ştatda boş yer yoxdur. Yerlərin hamısı tutulmuşdur. Özünə bir yer tap, işlə. – Bəli, vaxt oldu ki, şəhərdə pristavlıq yeri açıldı. N.Nərimanov. [Hacı Səməd xanın] yerinə Tehran kabinəsinin məsləhəti ilə müavini Sərdar Rəşid təyin olundu. M.S.Ordubadi. 14. İz, nişanə, əlamət, əsər. Yara yeri. Tikiş yeri. Ləkənin yeri qalıb. Bıçaq yeri. – Qatıq dağılar, yeri qalar; Ayran dağılsa, nəyi qalar? (Ata. sözü). 15. Ayrı olaraq götürülə bilən, sayıla bilən yük, bağlama. Mənim 5 yer yükümün ağırlığı 40 kilo olmaz. 16. məc. Mənbə, məxəz mənasında. Lotubaşı, sən qovunu ver, mən sənə bir xeyirli yer deyim. “Aşıq Qərib”. [Aslan bəy:] Yaxın yerdən bilmişəm. Özü xəbər göndərmiş. C.Cabbarlı. 17. məc. dan. Ev, ailə mənasında. [Məmməd:] …İkinci vəsiyyətim də budur ki, qızım Nərgiz xanımı varlı yerə ərə vermə. “Aşıq Qərib”. 18. Yorğan-döşək, yataq. …Birisi gecə yatır və sübh yerindən duranda neçə xalvar elm və kamal sahibi olur, dəxi heç kəsi bəyənmir. C.Məmmədquluzadə. [Vahid] yerin içində oturub, yuxudan tamam ayılmaq üçün neçə dəfə kirpiklərini çaldı. Mir Cəlal. □ Yer salmaq – yatmaq üçün bir yerdə yorğan-döşək düzəltmək, yataq hazırlamaq. Durur, nənəm mənim üçün yer salır; Üstümü örtür, mənə layla çalır. A.Səhhət. Qulluqçu taxtapuşda yer saldı, çıxıb uzandım və vaxtından vaxtına da bişmiş-zad verirdilər. Çəmənzəminli. 19. Parçada, xalçada və s.-də əsas rəng; fon. Xalının yeri göydür. Bu çitin yeri məxməridir. 20. Bir adamın cəmiyyətdə, ailədə, elmdə, idmanda və s.-də tutduğu mövqe. Cəmiyyətdə öz yerini müəyyən etmək. Yarışda birinci yeri tutmaq. 21. Qabın, yeşiyin, kisənin və s.-nin içərisində şey olmadan çəkisi. Yerini çəkmək. Malın yeri nə qədərdir? 22. Yerdə şəklində – …halda, …zaman(da), …vaxt(da), …məqamda. O, getdiyi yerdə birdən yıxıldı. Qaçdığı yerdə ayağına tikan batdı. – [Molla Xəlil] müəllimi yaxşı yerdə tutmuşdu. S.Hüseyn. Camal əmi zarafatyana dedi: – Hə, …ay arvad! İclasa getməyə şirin hazırlaşdığın yerdə mən səni saxladım. Ə.Vəliyev. 23. Yerində şəklində – 1) öz məqamında, münasibət düşdükdə, öz vaxtında. Lap yerində gəldin. Yerində söylənmiş söz. Bunları yerində demək lazımdır; 2) düzgün olaraq, haqlı olaraq. Onu yerində işdən çıxardılar. Ona yerində oldu; 3) …məqamında, …vaxtında. İşin şirin yerində soyuq bir şey Eyvaz kişinin sol qoluna dolandı. Ə.Vəliyev; 4) …vəziyyətində, …halında. Onun yerində mən olsaydım; 5) durduğu, oturduğu yerdə. [Sultan] sağasola baxdı, yerində qurcuxub stulu cırıldatdı. İ.Hüseynov. 24. Yer(in)də şəklində – …yaşında, …sinnində, …böyüklükdə. Atası yerində kişi. Babam yerində qoca. – İsticə lavaşım var; Hər gecəyə aşım var; Demə, dədəm yerdəsən; Ancaq əlli yaşım var. M.Ə.Sabir. [Əminə:] Aralıqdan baxdım, gördüm iki qız xeylağı dayanıb. Biri olardı sənin yerdə, o biri demə görmədim, Fatma! Qantəmir. [Qumru:] Anam yerdə arvadsan, evimə gəlibsən, xoş gəlibsən. Mir Cəlal. 25. Yeridir şəklində – layiqdir, cəzasıdır, əcəb olur. Ona nə eləsələr, yeridir. – [Əhməd:] Vur, – deyirdi, – faşistə nə qədər güllə vursan, yeridir. Mir Cəlal. 26. Yerinə şəklində – əvəzinə. Onun yerinə yoldaşı qol çəkdi. Bizim yerimizə də təbrik elə. – Mən Molla Vaqifəm, eylərəm əfqan; Gözlərim də yaş yerinə tökər qan. M.P.Vaqif. [Nurəddin ağa:] …Mədrəsə yerinə, azarxana yerinə, bax gör, hansı yolla tarac olur sərmayə. N.Vəzirov. □ Yerinə qoymamaq – qətiyyən saymamaq, …hesab etməmək. Necə ki şikəst adamları adam yerinə qoymazlar, bizi də o biri millətlər adam yerinə qoymurlar. C.Məmmədquluzadə. …Bu allahsız qızı heç olmazsa gözünün ucu ilə də baxmır. [Ələmdarı] kişi yerinə qoymur, qozbel faytonçu Topuşdan da aşağı tuturdu. S.Rəhimov. ◊ Yer altından yasa gedən – gizlincə, əlaltından iş görən adam haqqında. [Kəndli:] Elədir, bu molla Qafar çox yer altından yasa gedəndir. S.Rəhimov. Yer altından yasa getmək – gizlicə, əlaltından, heç kəsin xəbəri olmadan iş görmək. Yer eləmək – 1) başqası oturmaq üçün bir qədər o yana çəkilmək, çəkilərək başqasına yer vermək. Bir az yer elə, o da otursun. – Sədr cəld geri çəkilib heyətdə Hacıya yer elədi. Mir Cəlal; 2) məc. təsir etmək, ağır gəlmək, tutmaq. Deyəsən, söz ona yer elədi. – Sarıqlı mollanın “cahad” haqqındakı sözləri çox adamlara yer elədi. Mir Cəlal. Dünənki iclas Gülşənə yaman yer eləmişdi. Ə.Vəliyev. Yer quruculuğu – torpaqdan istifadə qaydalarını nizama salan tədbirlər sistemi. Yer quruculuğu işləri. Yer oynamaq – yer tərpənmək, zəlzələ olmaq. Yer tutmaq məc. – 1) rol oynamaq, mövqe tutmaq, bu və ya başqa əhəmiyyəti olmaq. Cabbarlının əsərlərində qadın çox görkəmli bir yer tutur. M.Arif; 2) əbəs yerə çox sahəni işğal etmək, artıqlıq etmək. Bu şeylər burada ancaq yer tutur. Yer üzündən götürmək – yox etmək, aradan qaldırmaq. Yer üzündən götürülmək – yox edilmək, ortadan qaldırılmaq. [Sara xanım:] Götürüb qəzetçilərə buyruq vermisən, onlar da yazırlar ki, gərək tezliklə çadra yer üzündən götürülsün. Qantəmir. Yer üzündən yox olmaq – yoxa çıxmaq, itmək. Sədinin “Gülüstan”ı neçə vaxtdır ki, yer üzündən yox olubdur. Hər kəs yerini bilirsə və ya özündə varsa, idarəmizə xəbər versin. “Mol. Nəsr.” …yer yox idi (yer də yoxdur) – çox qələbəlik, həddən artıq çoxluq, basabas, sıxlıq bildirir. Adam əlindən yer yoxdur. – Bakı vağzalının səkilərində tərpənməyə yer yox idi. Mir Cəlal. Yerdə qalanı – 1) bir şeyin, vaxtın qalan qismi. Üç saat məktəbdə keçirdiyi vaxtdan başqa, günün yerdə qalanını Əmiraslan hər bir əmr və göstərişdən azad idi. S.S.Axundov; 2) digərləri, başqaları. Yerdə qalmaq – 1) cəzasız qalmaq, əvəzi verilməmək. Yara deyin, bizdən qarğış almasın; Yerdə qalmaz ahü zari Həsənin. Aşıq Həsən. [İsmət:] Ah, qanın yerdə qaldımı, Qanpolad?! H.Cavid; 2) nəzarətsiz qalmaq, baxımsız qalmaq, köməksiz qalmaq, himayəsiz qalmaq; 3) qalıq olmaq. Yerdə nə qədər qaldı? 4) heç kəs tərəfindən istənilməmək, bəyənilməmək. Yerdən göyə qədər (kimi) – son dərəcə çox, həddindən artıq. Aralarında yerdən göyə qədər fərq var. – Zeynəb oğlundan yerdən göyə kimi razıdır. C.Məmmədquluzadə. Yerdən olmaq – 1) avara-sərgərdan qalmaq, vəzifəsindən və s.-dən məhrum olmaq; 2) başqasının təhriki ilə fikrini, qərarını dəyişdirmək. [Şəhrəbanu xanım:] Müsyö Jordanın və Şahbazın bir para ağılsız sözlərindən yerdən oldu. M.F.Axundzadə. Yerdən-yerə vurmaq – 1) çırpmaq. Qürbət xala o gün nə silə, nə süpürə bildi. Sancı çəkən hamilələr kimi qıvrıldı, açıldı, özünü yerdən-yerə vurdu. Mir Cəlal; 2) məc. heç etmək, puça çıxartmaq. Yerə atmaq (tullamaq) – bax yerə salmaq. Yerə batasan! Yerə batsın! Yerə batmış – qarğış ifadəsi. [Ağabanı Məşədi Səfərə:] …Ay külbaş, sənin Kərbəlayı Xuduş kimi lay-lay oğlanların ola-ola, ay yerə batasan, sənin təzədən evlənməyinin nə mənası var. M.Əliyev. Yerə batmaq – adı, sorağı qalmamaq, əsərəlaməti qalmamaq. Yerə batsın deyilir şərlə zülüm; Qalmasın yerdə nə zülmət, nə ölüm! S.Vurğun. Yerə girmək məc. – 1) çox xəcalət çəkmək, çox utanıb sıxılmaq. [Gəray ağa:] Axı sən niyə utanıb-qızarıb yerə girmirsən? S.Rəhimov; 2) bax yerə batmaq. [Bibixatun:] …Sənin namusun olsa əriyib yerə girərsən. Utanmayıb başına papaq qoyub gəzirsən, deyirsən kişiyəm. Ə.Haqverdiyev. Yerə qoymaq – bir daha etməmək, əl çəkmək, tərgitmək. Bu xasiyyətini yerə qoy. – Səttar kişi onunla zarafatlaşmağı yerə qoymurdu. Ə.Əbülhəsən. Yerə salmaq – 1) düşürmək, endirmək, devirmək; 2) məc. nəzərə almamaq, yerinə yetirməmək, rədd etmək. Bağlama, aç üzünü; Örtmə o qaş-gözünü; Gəl mənə naz eləmə; Yerə salma sözümü. (Bayatı). Yerə sərilmək – yıxılmaq, yerdə uzanıb qalmaq. Qopdu qanlı bir fırtına; Ölüm hökmü verildi; Qarşı duran igid gənclər; Bir-bir yerə sərildi. A.İldırım. Yerə soxmaq – utandırmaq, başını aşağı etmək, xəcalət çəkməsinə səbəb olmaq, rüsvay etmək. [Turxan oğluna:] Daha nə olacaq!… Daha nə olsun ki, dost-düşmən içində bizi yerlərə soxdun! H.Cavid. Yerə vurmaq – 1) məğlub etmək, yenmək; 2) heçə çıxarmaq, puça çıxarmaq. Çəkilən zəhməti niyə yerə vurursan? – Şairlik adını yerə vuranlar; Sinəmə yüz yerdən yara vuranlar. Şəhriyar. Yeri deyil – 1) …arasında olmamalıdır. Bura onun yeri deyil. Ora bizim yerimiz deyil; 2) qeyrimünasibdir, münasibətsizdir. Bu sözlərin yeri deyil. – Axır, bunu uşaq da bilir ki, meydan xanım yeri deyil, meydana pəhləvanlar çıxıb güştü tutarlar. C.Məmmədquluzadə. [Kamilə:] Bu saat o söhbətin yeri deyil. S.Rəhman. Yeri düşəndə (gələndə) – münasib olanda, münasib vaxt düşəndə, məqamında, məqamı çatdıqda. Dünyada faydalı, dəyərli nə var; Toplamaq istədim yeri düşəndə; Səadəti üçün mən öz xalqımın; Öyrənmək istədim düşmənimdən də. O.Sarıvəlli. Yeri gəlmişkən – təsadüfdən istifadə edərək, fürsətdən istifadə edərək, məqamı gəlmişkən. Yeri gəlmişkən onu da deyim ki, … – Yeri gəlmişkən burada ərəb əlifbasının birinci tərtibini və rəqəm vəzifələrini göstərəlim. F.Ağazadə. Yeri görünmək – bir yerdə, məclisdə və s.-də olmayan, lakin olması arzu edilən adam haqqında çox zaman ölən adam haqqında deyilir. Köçüb gedən o əziz dostların yeri görünür; Sədaları qarışıb çöllərin nəvası ilə. Şəhriyar. Yeri var(dır) – 1) yerində olar, haqlı olar. Yeri vardır nə qədər gəlsən əgər fəryadə. M.Hadi. Mən də şimşək kimi çaxsam, yeri var; Çağlayanlar kimi axsam, yeri var. M.Müşfiq; 2) münasib olar. [Asya:] …Bilmirəm hayandan gəldi çıxdı bura arşınmal alan? …Genə bir bəy balası ola, ya bir tacir oğlan ola, yeri var. Ü.Hacıbəyov. Yeri yoxdur – əbəsdir, mənasızdır, yersizdir, artıqdır, lüzumsuzdur. [Qoca kəndli:] Canım, boş qışqırmağın yeri yoxdur. Ə.Haqverdiyev. Yerin altını da, üstünü də bilmək – hər şeyin təfərrüatını bilmək (adətən çoxbilmiş və hiyləgər adam haqqında). O, yerin altını da bilir, üstünü də. – [Ələmdar:] Daha biz bəy deyilik ki, yerin altını da, üstünü də əlimizin içi kimi bilək. S.Rəhimov. Yerin təkindən (dibindən) məc. – haradan olursa olsun. Yerində bitmək (donmaq) – 1) yerində olmaq, yerində oturub qalmaq; 2) məc. donub qalmaq, heyrət içində qalmaq. İmamqulu gözlərini alaçığın bacasına dikib yerində bitdi. Çəmənzəminli. Gülpəri daş kimi yerində donur; Ala gözlərindən üsyan oxunur… S.Vurğun. Yerində qalmaq – olduğu yerdəcə ölmək. Əlini naqana atdığı zaman; Göy Vəli mıx kimi yerində qalır; Titrəyib, xəncəri əlindən salır. S.Vurğun. …yerində olmamaq – münasib olmamaq, uyğun olmamaq. Yerində oturtmaq məc. – çox lovğa, iddialı adama eybini, ləyaqətini göstərərək cavab vermək, həddini göstərmək, yerini göstərmək. Telli arvad …[Rüstəm kişiyə] baxanda filosofluq edib deyirdi: – Ay qoca dünya, o qədər mənəm-mənəm deyənləri yerində oturtmusan! M.İbrahimov. Yerində saymaq – 1) durduğu yerdə addımlamaq; 2) məc. inkişaf etməmək, irəliləməmək, irəli hərəkət etməmək, olduğu yerdə qalmaq. [Süsən:] Hər halda biz yerində sayanlardan deyilik. İ.Hüseynov. Görün hələ nə qədər; beyni iflic olan var; öz yerində sayan var. X.Rza. Yerində turp əkilmək – bərbad olmaq, xaraba qalmaq, uçulub-dağılmaq. [Gəray ağa:] Mülkünüz xaraba qalacaq, bəlkə xan sarayının divarları kimi dözüm gətirməyəcək. Yerində turp əkiləcəkdir. S.Rəhimov. Yerindən dəli kimi qalxmaq (sıçramaq) – hövlnak qalxmaq, yerindən sıçramaq. [Rupça xatun] yerindən dəli kimi qalxdı. Çəmənzəminli. Yerindən eləmək – 1) avara qoymaq, öz əsas işindən ayrılmasına, avara qalmasına səbəb olmaq; 2) yerindən, yuvasından məhrum etmək. Yerindən qımıldanmamaq – 1) tərpənməmək, qımıldanmamaq; 2) səsi çıxmamaq. Bütün bu müddətdə Molla min dəfə özündən gedirsə də, yerindən qımıldanmır. “M.N.lətif.” Yerindən oynatmaq – 1) laxlatmaq; 2) məc. təhrik edərək fikrini, qərarını dəyişdirməyə, yaxud bir işə iqdam etməyə məcbur etmək. Molla Sadığın təmkinlə söylədiyi bu sözlər adamları yerindən oynatdı. İ.Şıxlı. Yerinə düşmək – münasib vaxtda olmaq, məqamında olmaq, uyğun olmaq. Mirzə Cavad sözünün yerinə düşdüyünə sevindi. Mir Cəlal. Yerinə gəlmək – ölən bir arvadın yerinə ərə getmək. [Xədicə] anasının yerinə gələn qadınla yola gedə bilməmişdi. S.Hüseyn. Yerinə yetirmək – icra etmək, həyata keçirmək. Tapşırığı yerinə yetirmək. Vəzifəsini yerinə yetirmək. – Müqim bəy xanımın meyvəcat barədə tapşırığını yerinə yetirdikdən sonra Alagözü “güzgü otağına” gətirdi. S.Rəhimov. Yerini almaq – həyata keçmək, yerinə yetirilmək. Nisə xalanın sərəncamı bütün mənası ilə yerini alırdı. Qantəmir. Yerini dar eləmək (etmək) – maneçilik, narahatlıq, çətinlik törətmək; hərəkətinə, inkişafına, fəaliyyətinə mane olmaq. [Güllü:] Bircə de görüm mən sənə neyləmişəm? Yerini dar eləmişəm, ya ərini əlindən almışam? Ə.Haqverdiyev. Yerini göstərmək – 1) bir şeyi nişan vermək; 2) bax yerində oturtmaq. Tahir bir istədi qışqırsın, tülküsifət natiqi fitə bassın, ona öz yerini göstərsin, amma məclisdə oturanların töhmətindən çəkinib dinmədi. M.Hüseyn. Yerini xəlvət etmək – yerini heç kəsə bildirməmək, yerini gizli saxlamaq. Tamam beş günün müddətində yerimi xəlvət etmək üçün gündə bir ev dəyişdim. “Mol. Nəsr.” Yerini tutmaq – əvəz etmək. Heç bir adam onun yerini tuta bilməz. – [Sayalı:] Maşallah, yekə oğlan olubsan, torpağı sanı yaşayasan, lap atan Səmədin yerini tutubsan. İ.Şıxlı. Yerini verməmək – əvəz edə bilməmək. Heç şey verməz bu dağların yerini; Min bir rəngə girir burda təbiət. S.Rüstəm. Yerlə yeksan etmək – 1) yerə tökmək, dağıtmaq; 2) məc. məhv etmək, xarabaya döndərmək, uçurub dağıtmaq, viran etmək; 3) vurub öldürmək. Saymadan sultanı, xanı; Eyləyibsən nahaq qanı; Badam kimi növcavanı; Yer ilə yeksan eylədin. Aşıq Pəri. Yerlə yeksan olmaq – 1) yerə tökülmək, dağılmaq. Sünbüllər yerlə yeksan olmuşdu; 2) məc. xarabaya dönmək, uçulmaq, məhv olmaq, viran olmaq. Şəhər göyə sovrulub; Yer ilə yeksan oldu; Min ilin yaratdığı; Bir ana qurban oldu. B.Vahabzadə. Mirzə ata-anasının az qala yerlə yeksan olmuş qəbirlərinə baxdı, sonra qonur gözlərini Qədirin üzünə zillədi. İ.Məlikzadə. Bir yerdə – bax bir. [Mərcan bəy:] Sözün doğrusu, daha bundan sonra mən səninlə bir yerdə … çörək yeməyəcəyəm. Ü.Hacıbəyov. Bir gün Qərənfillə Bahadur yenə adi qayda üzrə bir yerdə evə dönürdülər. S.Rəhman. Bir yerə (araya) gəlmək – toplanmaq. Bir yerə gəlmək – bir qərar vermək. Mübahisədən nə çıxar, bir yerə gəlmək lazımdır. Boş yerə – bax boş. Ömrü ucuz verdi… bir iş görmədən; Boş yerə ölməyin nə mənası var?! B.Vahabzadə. Dan yeri – bax dan. …duran (olan) yerdə – …var ikən, …ola-ola. Amma mən duran yerdə Qədirin qulluğa getməsi, lap nahaqdır. Mir Cəlal. Qara yer – qəbir, məzar. Qəlbində yer eləmək (etmək, salmaq) – özünə yer tutmaq, əsər və əlamət buraxmaq. Silindi qəlbində yer salan qəhər. M.Rahim. Öldürdüyü düşmənə qarşı olan nifrət hissi ilə qarışıq bir acı duyğu da gənc qızın hələ qəlbində yer etməyə macal tapmamışdı. Ə.Əbülhəsən. Nahaq yerə – bax nahaq. Nə yerdə – hansı vəziyyətdə. İşləriniz nə yerdədir? Onun məsələsi nə yerdə qaldı? …o yerə (elə yerə) çatdı ki, … (çatmışdı ki, …) – bir işin, hadisənin gedişində ən son nöqtəni, həddi bildirir. Söhbət o yerə çatdı ki, … – [Rübabənin] Vahid ilə ünsiyyəti o yerə gəlib çatmışdı ki, heç biri o birindən kənarda yaşamır, yaşaya bilmirdi. Mir Cəlal. …olan yerdə – 1) …olduğu halda, bir halda ki, … Aşkar şeydir ki, təzə olan yerdə köhnə qanunlar gərək pozulsunlar. C.Məmmədquluzadə; 2) …kimi, …olaraq. Kəsbkarlıqdan əlin çıxdı, usan! Ər olan yerdə, görüm, yox olasan. M.Ə.Sabir. Öz yerində – qaydada, nizamda. [Süleyman:] Şükür Allaha, hər şey öz yerində sazdır. Ü.Hacıbəyov. Öz yerindədir – öz qabiliyyət və ləyaqətinə görə vəzifə tutan adam haqqında. İndi o, öz yerindədir. Sağ yer qoymamaq – bax sağ. Yalan yerə – nahaq yerə; nahaqdan, yalandan. Dövlətliyə yaltaqlana bilmərəm; Qəmli ikən, yalan yerə gülmərəm. M.Ə.Sabir.
Azərbaycan dilinin izahlı lüğəti / yer1 Güman edirik ki, yer və yerimək sözləri etimoloji baxımdan eyni kökə malikdir. Məlumdur ki, yer və göy sözləri bir-birinin antonimidir. Göy (köy) “od”, “işıq”, “yanmaq” anlamı ilə bağlıdır. Günəş, Ay, ulduzlar, ildırım aləmi göydür, oddur, işıqdır. Yer isə “ayaqaltı”dır, üzərində hərəkət etdiyimiz məskəndir - ulu türk babalarımız başımızın üstünü göy, ayağımızın altını yer adlandırmaqda heç də səhv etməyiblər. Deməli, yer və yerimək eyni sözdən törəyib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / yer9 1. YER, ƏRZ, YER KÜRƏSİ (səma müqabili) 2. yer bax torpaq 2 3. yer bax iş 2 4. yer bax yorğan-döşək
Azərbaycan dilinin sinonimlər lüğəti / yer1 YER – GÖY Göydən bir damcı da düşmədi yerə; Yerdən sular coşdu, sellər oyandı (H.Hüseynzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / yer1 1. земля, почва; 2. место; 3. постель; 4. кон, туш, ставка (при игре); 5. тара;
Azərbaycanca-rusca lüğət / yer2 I сущ. 1. земля: 1) третья по порядку от Солнца планета солнечной системы. Yerin diametri диаметр Земли, Yerin quruluşu строение Земли, Yerin radiusu радиус Земли, Yerin süni peykləri искусственные спутники Земли, Yerin nüvəsi ядро Земли, Yerin öz oxu ətrafında fırlanması вращение Земли вокруг своей оси, Yerin tarixi история Земли 2) верхний слой земной коры, почва, грунт, поверхность. Yerdə uzanmaq лежать на земле, yeri şumlamaq пахать землю, yer qazmaq копать землю, yerə yıxılmaq упасть на землю, yerə düşmək падать на землю, yerdən qalxmaq подняться с земли 3) суша. Dənizçilər yeri gördülər моряки увидели землю, yer və su земля и вода 4) территория, находящаяся в чьем-л. владении. Fermerin yeri земля фермера, əkin yeri пахотная земля, yerə sahib olmaq владеть землей, yer almaq получить землю 2. место: 1) пространство, которое занято или может быть занято кем-, чем-л. Açıq yer открытое место, boş yer свободное место, bağ üçün yer место для сада, divan üçün yer место для дивана, yer axtarmaq искать место, yer ayırmaq выделить место 2) определённое пространство, пункт, где происходит что-л. İş yeri место работы, istirahət yeri место отдыха, görüş yeri место встречи, cinayət yeri место преступления, hadisə yeri место происшествия, təyinat yeri место назначения, doğulduğu yer место рождения 3) пространство (стул, кресло, полка и т.п.), специально предназначенное для размещения кого-л., чего-л. Teatrda yer место в театре, kupedə yer место в купе, yer saxlatmaq бронировать место 4) определённый участок, точка какого-л. предмета, тела. Vədənin ağrıyan yeri больное место (тела), bir neçə yerini ləkələmək nəyin ставить пятна в нескольких местах чего 5) край, округа, местность. Gözəl yerlər красивые места, tanış yerlər знакомые места, sakit yerlər спокойные места, dağlıq yer гористая местность, doğma yerlər родные места, mən bu yerlərdənəm я уроженец (уроженка) этих мест, bu yerləri tərənnüm eləmək воспевать эти места 6) провинция, периферия, а также периферийная организация, учреждение. Yerlərdən gələn nümayəndələr делегаты с мест, yerlərdə işləri canlandırmaq оживить работу на местах 7) часть, отрывок художественного или музыкального произведения. Əsərin yaddaqalan yerləri запоминающиеся места произведения, kitabın zəif yerləri слабые места книги 8) положение, занимаемое кем-л. в чём-л. Birinci yeri tutmaq занять первое место, layiqli yer достойное место, cəmiyyətdəki yeri kimin место в обществе чьё, həyatdakı yeri kimin место в жизни чьё, elmdəki yeri kimin место в науке чьё 9) должность, служба; вакансия. Direktor yeri место директора, mühəndis yeri место инженера 3. местность. Əhali yaşayan (məskun) yer населённая местность, uzaq yer отдалённая местность, kənd yeri сельская местность, düzənlik yer равнинная местность, yerin xəritəsi карта местности 4. разг. постель. Yer salmaq постелить постель, yerindən qalxmaq подняться с постели, yerində uzanmaq лежать в постели, yerində yatmaq спать в постели, yer açmaq разостлать постель, yerini yığmaq прибрать постель 5. разг. тара. Yerini çəkmək взвешивать тару, тарировать 6. кон (в азартных играх – место, куда кладётся ставка) 7. фон (ткани обоев и т.п.), по которому сделан рисунок II прил. 1. земной. геогр. Yer kürəsi земной шар, yer qabığı земная кора, yer maqnetizmi земной магнитизм, yer cazibəsi земное притяжение, yer elektrik sahəsi земное электрическое поле, yer qütbü земной полюс, yer ekvatoru земной экватор, yer meridianı земной меридиан, yer uzunluğu земная долгота, yer kölgəsi земная тень, yer işığı земной свет, гидрогеол. yer səthinin geoloji quruluşu геологическое строение земной поверхности, yer qabığının orta səviyyəsi средний уровень земной коры 2. земляной. Yer anbarı земляной амбар; в составных терминах: бот. yerfındığı арахис (земляной орех), yergilası мохунка (земляная черешня), yersarmaşığı будра (лиана); лингв. yer zərfi наречие места, yer zərfliyi обстоятельство места, yer budaq cümləsi придаточное предложение места ◊ yer ölçmək упасть на землю плашмя, растянуться; yer eləmək kimə nədə помочь к ому занять место где, поместить где кого, что; yer eləyir kimə обижает, наносит обиду; yer eləyir ki, … обидно, что …; yer yoxdur kimə, nəyə нет места кому, чему, для кого; yer üzündən silmək, götürmək kimi, nəyi стереть с лица земли кого, что; yer altından yasa gedən о человеке, действующем исподтишка; ayağımın altından yer qaçdı я удивлен (поражён) услышанным; özünə yer tapmamaq не находить себе места; bütün yer üzündə в целом мире: özünə yer eləmək втискиваться, пролезать куда; qəlbində yer eləmək (etmək, salmaq) kimin снискать любовь чью; yerin altını da bilmək, üstünü də видеть на три аршина под землей; yerin deşiyindən çıxartmaq kimi, nəyi из-под земли достать кого, что; yerin də qulağı var и земля имеет уши; yerə girmək сквозь землю провалиться; yerə batmaq запропаститься, деваться, деться неизвестно куда; iynə atsan yerə düşməz иголке негде упасть; əl-ayağını bir yerə yığmaq kimin женить кого; boş yerə попусту, понапрасну; ayrı yerə yozmaq придавать иной смысл (о слове, высказывании); yerə vurmaq нанести обиду кому; yerə vursan yer dağılar бутуз (об упитанном ребёнке); yerə mıxlanmaq застыть на месте, стоять как вкопанный; yerə soxmaq kimi опозорить, заставить краснеть кого перед кем; yerə salmaq nəyi уронить что; yerə girəsən чтобы ты сквозь землю провалился; yerə düşməyə qoymamaq nəyi с руками оторвать, расхватать что; yerə girməyə hazır idi был готов провалиться сквозь землю; sözünü yerə salmamaq kimin не отказывать к ому в просьбе; sözünü yerə salmaq kimin отказать к ому в просьбе; səbəbsiz yerə беспричинно, без причины, sözü bir yerə qoymaq сговариваться, сговориться, решить действовать совместно (сообща); özünü o yerə qoymamaq прикидываться непонимающим; nahaq yerə напрасно, понапрасну; kürəyini yerə vurmaq kimin положить кого на обе лопатки, одержать верх над кем; kürəyini yerə qoymamaq не сдаваться, не признавать своего поражения, yeri görünür чувствуется отсутствие чьё; yeri deyil: 1. nəyin не место чему; 2. kimin не место к ому; yeri gəlmişkən к слову, кстати; yeri rahatdır, yeri istidir kimin теплое местечко у кого; yeri-göyü birbirinə qatmaq перевернуть всё вверх дном; yerdə qalmayacaq: 1. kim выйдет замуж (о девушке); 2. не останется без наказания, без возмездия; yerdə qalan остальное; yerdə qalanlar все остальные; bir yerdə: 1. где-то; 2. kimlə совместно, вместе с кем; bir yerdə qərar tutmamaq (tapmamaq) не находить себе места; hər yerdə везде, всюду, повсюду; heç yerdə нигде; o yerdə ki … там, где …; adam olmayan yerdə adamdır (о плохом, недостойном человеке, скверной личности); yerdən göyə kimi razı olmaq: 1. kimdən быть бесконечно благодарным к ому; 2. nədən быть очень довольным чем; hər yerdən отовсюду, со всех мест; heç yerdən: 1. ниоткуда; 2. ни с того ни с сего (без видимой причины); 3. неожиданно; 4. из ничего, из-за пустяков; yerdən götürmək kimi протянуть руку помощи к ому; yerinə düşdü попал в точку; не в бровь, а в глаз; yerinə oturtmaq kimi посадить на место кого; yerinə süpürgə çəkmək nəyin очистить под метёлку, ничего не оставить; boğazının yoğun yerinə salmaq драть, надрывать горло, орать во всю глотку; yerini verməz kimin, nəyin не заменит, не может заменить кого, чего; yerini isti eləmək устраиваться, устроиться в теплом местечке; yerini dar eləmək kimin мешать к ому; yerini şirin eləmək стараться, постараться понравиться к ому-л., вызвать чью-л. симпатию к себе; yerini acı eləmək вызвать чью-л. антипатию к себе; yerini tanımamaq не знать своего места, не знать границ чему; yerini aldı nə сбылось, осуществилось что; yerini müəyyən etmək kimin, nəyin определить место, местонахождение кого, чего; yerini tanıtmaq kimin см. yerini göstərmək; yerini bərkitmək упрочивать, упрочить своё положение; yerini göstərmək указать на место, поставить на место; sənin yerində на твоём месте; yerində möhkəm oturmaq занимать прочное положение где-л.; yerindən oynatmaq: 1. nəyi сдвинуть с места, расшатать что; 2. kimi вывести из себя кого; yerindən eləmək kimi лишить места кого; yerindən oynamaq: 1. сходить, сойти со своего места, расшататься; 2. выходить, выйти из себя, вспылить, разгневаться; yerindən tərpətmək kimi сдвинуть с места кого; yerindən tərpənməmək: 1. не трогаться с места; 2. не предпринимать ничего; ağzı isti yerdədir kimin ни забот, ни хлопот у кого; iş nə yerdədir? как обстоит дело? sizin yerinizdə на вашем месте; yeriniz məlum жаль, что вас там не было; yerlə göy qədər как небо и земля (о разнице)
Azərbaycanca-rusca lüğət / yer1 I. i. 1. earth; ~in səthi earth’s surface; 2. (səyyarə) the Earth; Yer Günəş ətrafında fırlanır The Earth goes round the sun; 3. (torpaq) earth, land, soil, ground; gilli ~ clayey earth; Təyyarə yerə düşdü The plane fell to (the) ground; ~ şumlamaq to plough land; münbit ~ rich / fertile soil; ~də oturmaq to sit* on the ground; 4. place; bir kəsə ~ vermək to make* a room for smb.; ~ini bir kəsə vermək to give* up one’s place to smb.; iş ~i working place; bir ~dən başqa ~ə getmək to move from one place to another; birinci ~ tutmaq (yarışda) to gain / to win first place; birinci ~i bölüşdürmək to share first place, to share the lead; 5. (teatrda və s.) seat; qabaq ~lər front seats; arxa ~lər back seats; sürücünün ~i driver’s seat II. s. 1. earth’s; elm. terrestrial; ~ şarı the (terrestrial) globe; ~ qabığı the earth’s crust; 2. qram.: ~ zərfliyi adverbial modifier of place; ~ budaq cümləsi adverbial clause of place
Azərbaycanca-ingiliscə lüğət / yer1 is. 1) terre f ; ~in səthi surface f de la terre ; 2) Terre f (səyyarə) ; 3) terre f, sol m (torpaq) ; 4) place f ; terrain m ; sürücünün ~i siège m du conducteur ; ~ kürəsi globe m terrestre ; 5) qram. ~ zərfliyi complément m circonstanciel de lieu ; ~ budaq cümləsi proposition f subordonnée circonstancielle de lieu
Azərbaycanca-fransızca lüğət / yer1 сущ. 1. ччил; Ччил, Ччилин шар, Ччилин гирда; 2. ччил, кьуру; 3. ччил; накьв; yerdə oturmaq ччилел ацукьун; 4. чка; əkin yeri никӀин чка (ччил); yarışda birinci yeri tutmaq акъажунра сад лагьай чка кьун; // уьлкве, ватан, диге, мемлекат; вилаят, шегьер, хуьр; идара, кархана ва мс.; // кӀвал; qalmağa yeri yoxdur адаз амукьдай чка авач; // кӀус, пай, чӀук; // везифа, къуллугъ, кӀвалах; // гел, лишан, эсер; yara yeri хирен чка; // мес-яргъан, ксудай чка; yer salmaq чка вегьин, мес(ер) вегьин, ксудай чка гьазурун; // гамунин, парчадин ва мс. асас ранг; фон; xalının yeri yaşıldır гамунин чка къацу я; // къапунин, ишигдин, шешелдин ва мс. ичӀи тир гьалда заланвал; // пер. рах. кӀвал, хзан; 5. yerdə чкадал, ...гьалда, ...чӀавуз, ...вахтунда; 6. yerində а) чкадал, вичин вахтунда; б) чка алаз, дуьзгуьн яз, гьахълу яз; в) ...чкадал, ...вахтунда, ...чӀавуз; г) ...гьалда, ...везиятда; д) акъвазай (ацукьай) чкадал; 7. yer(in)də чкадал (алай), ...яшда авай; 8. yeridir чка я, лайих я, жаза я, ажеб жеда; 8. yerinə чкадал, патахъай, эвезда; ** yer altından yasa gedən ччилерикай фидайди, чинеба, гъилин кӀаникай вичин кар аквадай кас; yer altından yasa getmək чилерикай фин, чинеба, гъилин кӀаникай, садазни хабар авачиз са кар авун; yer eləmək а) чка авун, масадаз чка гун; б) пер. эсер авун, заланз атун, кьун (мес. гафуни); yer quruculuğu ччиликай (накьвадикай) менфят къачунин къайдаяр гуьнгуьна ттвадай тедбиррин система; yer oynamaq ччилер зурзун (юзун), зурзалаг хьун; yer tutmaq пер. чка кьун а) роль къугъун, са метлеб аваз хьун; б) гзаф чка кьун, артухвал авун; yer üzündən yox olmaq ччилин винелай квахьун, квахьун; yerdə qalanı а) чкадал аламай(ди), чкадал аламай пай; б) амайбур, муькуьбур, масабур; yerdə qalmaq а) ччилел амукьун, жазасуз амукьун; б) килигдай кас авачиз амукьун, куьмек авачиз амукьун; в) чкадал аламукьун, артух аламукьун; г) са касдизни кӀан тахьун, бегенмиш тахьун; yerdən göyə qədər (kimi) ччилни цав кьван, акьалтӀай гзаф, лап гзаф, кьадардилай артух; yerdən olmaq а) чкадивай хьун, авара хьун, магьрум хьун (кӀвалахдивай ва мс.); б) фикир, къарар дегишрун (масадан гафуниз килигна); yerdən-yerə vurmaq чиляй-чилиз ягъун а) чилел гьалчун, чилел элягъун; б) пер. гьич авун, пуч авун; yerə atmaq (tullamaq) кил. yerə salmaq; yerə batsın! ччил(ер)ик фий! манада къаргъиш; yerə batmaq чилик фин, тӀвар (ван, эсер, суракь, гел, лишан) амукь тавун; yerə girmək пер. а) ччиляй-ччилиз фин, гзаф хажалат чӀугун, гзаф регъуь хьун; б) кил. yerə batmaq; yerə qoymaq мад хъувун тавун, гъил къачун, терг авун; yerə salmaq а) ччилел авудун, авудун; б) пер. ччилел вегьин, кьилиз акъуд тавун, ред авун; yerə sərilmək чилел ярх хьун, акьалдун, ччилел яргъи хьана аламукьун; yerə soxmaq регъуь авун, кьил агъузун, русвагь авун, хажалат чӀугуниз себеб хьун; yerə vurmaq ччилиз ягъун, магълуб авун, кӀаник кутун; гьич авун, пуч авун; yeri deyil чка туш; yeri düşəndə (gələndə) чка атайла, чка къведамаз, кутугай вахт атайла (хьайила); yeri gəlmişkən чка атайла, вахт атайла, фирсетдикай менфят къачуна; yeri görünmək чка акун, са межлисда ва мс. авачир, амма хьун лазим тир (гзафни-гзаф кьенвай) касдикай рахадамаз; yeri var(dır) чка ала, гьахълу я (жеди); кутугайди я (жеди); yeri yoxdur чка туш, нагьахъ (ерсуз, манасуз, лазимсуз) я, артух я; yerin altını da, üstünü də bilmək ччилин кӀанни-кӀукӀни чир хьун, гьар са затӀ вири куьлуь шуьлуьйрал гьалтна чиз хьун (гзаф чидай, амалдар касдикай рахадамаз); yerin təkindən (dibindən) пер. ччилин кӀаняй, гьар гьинай хьайитӀани; yerində bitmək (donmaq) а) чкадал къах хьун, чкадал ацукьна аламукьун; б) пер. къах хьана амукьун, мягьтел хьана (пагь атӀана) амукьун; yerinda qalmaq чкадал аламукьун, алай чкадал кьин; yerində oturtmaq пер. чкадал ацукьарун, лавгъа касдиз вичин айибар къалурна жаваб хгун, чка къалурун (чирун), гьадди чирун; yerində saymaq а) акъвазай чкадал камар вегьин (къекъуьн, чукурун); б) пер. вилик тефин, кисир тавун, алай чкадал аламукьун; yerində turp əkilmək чкадал келемар (кӀлампӀар) цанваз хьун, барбатӀ хьун, харапӀа хьун; уьцӀена-чукӀун; yerindən dəli kimi qalxmaq (sıçramaq) чкадилай дилиди хьиз къарагъун (гадар хьун), къудгъунна къарагъун, чкадилай гадар хьун; yerindən eləmək чкадивай авун а) авара тун (авун), асас кардивай къакъатуниз, авара хьуниз себеб хьун; б) чкадикай, мукакай магьрум авун; yerindən qımıldanmamaq чкадилай юза тахьун а) юза тахьун, юзун тавун; б) ван акъат тавун; yerindən oynatmaq чкадилай юзурун а) юзурун; б) пер. фикир (къарар) дегишруниз мажбур авун; yerinə düşmək чкадал атун, кутугай вахтунда (макъамда) хьун (гаф); yerinə gəlmək чкадал атун, кьенвай са папан чкадал гъуьлуьз хъфин; yerinə qoymamaq гьисаб тавун, гьисаба такьун, кваз такьун; yerinə yetirmək кьилиз акъудун, ижра авун; yerini almaq чка кьун, кьилиз акъатун, кьиле фин; yerini dar eləmək (etmək) чка дар (сал) авун, манийвал (четинвал) арадал гъун; гьерекат авуниз, вилик финифиз, кӀвалахуниз маний хьун; yerini göstərmək чка къалурун а) са затӀ лишан гун; б) кил. yerində oturtmaq; yerini xəlvət etmək чка хелвет авун, чка садазни чир тавун, чка чинеба хуьн; yerini tutmaq чка кьун, эвез авун; yerini verməmək чка тагун, эвез ийиз тахьун; yerlə yeksan etmək а) чиле тун, кукӀварун; кӀаняй акъудун, терг авун, пуч авун; б) пер. ччилив(ди) сад авун, чукӀурун, уьцӀуьрун, харапӀадиз элкъуьрун; в) яна кьин; yerlə yeksan olmaq а) чиле гьатун; кӀаняй акъатун, терг хьун, пуч хьун; б) ччилив(ди) сад хьун, уьцӀуьн, чукӀун, ацахьун, харапӀадиз элкъуьн; bir yerdə кил. bir; bir yerə (araya) gəlmək са арадиз атун, санал кӀватӀ хьун; bir yerə gəlmək са къарардал атун; boş yerə кил. boş; dan yeri кил. dan; ...duran (olan) yerdə ...авай чкада, ...аламаз, ...аваз-аваз (...алаз-алаз); qara yer мичӀи чка, сур; qəlbində yer eləmək (etmək, salmaq) рикӀе чка авун (кьун), вичиз чка кьун, вичикай эсер ва лишан тун; nahaq yerə кил. nahaq; nə yerdə гьи гьалда, гьи везиятда, гьикӀа; öz yerində вичин чкадал, къайдада; sağ yer qoymamaq кил. sağ; yalan yerə тапарривай, гьахъ алачиз, нагьакьа.
Azərbaycanca-ləzgicə lüğəti / yer