yerbəyer sözü azərbaycan dilində

yerbəyer

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yerbəyer • 93.3702%
  • Yerbəyer • 6.6298%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

yerbəyer sözünün leksik mənası və izahı

  • 1 zərf 1. Hər biri öz yerində; qaydada, müntəzəm. Məclis əhli yerbəyer əyləşdilər. “Aşıq Ələsgər”. [İlyas:] …O kişilərdən gələn kağızları yerbəyer saxlasın. S.Rəhimov. □ Yerbəyer etmək (eləmək) – 1) hər şeyi öz yerinə qoymaq, nizam və səliqə ilə yığmaq, yerləşdirmək, qayda ilə qoymaq. Sona ev işinə məşğul idi və Bahadır öz şeylərini yerbəyer edirdi. N.Nərimanov. Osman dükanı üçün gətirdiyi malları yerbəyer etməklə məşğul idi. M.Hüseyn. [Əlləzoğlu] süfrədə hər şeyi yerbəyer elədi, qara kirli əlləri ilə şişləri bir-bir qamarlayıb kababı iri, çökək bir nimçəyə çəkdi. İ.Hüseynov; 2) rahatlamaq, yerləşdirmək. Qərəz, oğlan atı yerbəyer eləyəndən sonra yuxarı çıxdı. (Nağıl). Gecə gəlib səni yerbəyer edərəm. M.S.Ordubadi. Hamını yerbəyer eləyəndən sonra, müəllim gülə-gülə uşaqlara dedi… Mir Cəlal. Yerbəyer olmaq – qayda ilə yerini tutmaq, yerləşmək, hərə öz yerini tutmaq. 2. Hər yerdən, hərə bir tərəfdən, hərə öz yerindən. Həsrətindən əlif qəddim büküldü; Cismim bəndi yerbəyerdən söküldü. M.V.Vidadi. Qızlar gülüşərək yerbəyerdən qışqırışdılar. Ə Məmmədxanlı.

    Azərbaycan dilinin izahlı lüğəti / yerbəyer

yerbəyer sözünün etimologiyası

  • 1 Və bağlayıcısı ərəb mənşəlidir, bizdə onun yerinə ma(mə) bağlayıcısı olub. Az-maz (az-ma-az), darmadağın (dar-ma-dağın) sözlərində özünü saxlaya bilib. Birbəbir, yerbəyer, cürbəcür sözlərindəki bə hissəsi də həmin ma(mə) bağlayıcısının qalıqlarıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / yerbəyer

yerbəyer sözünün sinonimləri (yaxın mənalı sözlər)

yerbəyer sözünün rus dilinə tərcüməsi

  • 1 пунктуально, досконально, подробно

    Azərbaycanca-rusca lüğət / yerbəyer
  • 2 нареч. досконально, подробно. Yerbəyer danışmaq рассказывать подробно; yerbəyer etmək (eləmək): 1. размещать, разместить; раскладывать, разложить; располагать, расположить 2. налаживать, наладить, приводить, привести в порядок; yerbəyer olmaq: 1. располагаться, расположиться, размещаться, разместиться; 2. улаживаться, уладиться

    Azərbaycanca-rusca lüğət / yerbəyer

yerbəyer sözünün inglis dilinə tərcüməsi

  • 1 z. 1. thoroughly, in detail, at great length; əhvalatı ~ danışmaq to detail the story; ~ etmək to place (d.), to accommodate (d.); to distribute (d.); 2. to put* right (d.), to regulate (d.); to put* in order (d.); şeyləri ~ etmək to put* things right / in order

    Azərbaycanca-ingiliscə lüğət / yerbəyer

yerbəyer sözünün fransız dilinə tərcüməsi

yerbəyer sözünün ləzgi dilinə tərcüməsi

  • 1 нареч. 1. чка-чкадал, гьар сад вичин чкадал; къайдада; yerbəyer etmək (eləmək) а) чка-чкадал авун (эцигун), гьар са затӀ вичин чкадал эцигун (кӀватӀун); къайдада ттун; б) чка авун, регьятрун, динжрун; yerbəyer olmaq чка-чкадал хьун, гьарда вичин чка кьун; 2. yerbəyerdən чка-чкадилай, гьар патахъай, гьарда вичин чкадилай.

    Azərbaycanca-ləzgicə lüğəti / yerbəyer

"yerbəyer" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yerbəyer nədir? #yerbəyer sözünün mənası #yerbəyer nə deməkdir? #yerbəyer sözünün izahı #yerbəyer sözünün yazılışı #yerbəyer necə yazılır? #yerbəyer sözünün düzgün yazılışı #yerbəyer leksik mənası #yerbəyer sözünün sinonimi #yerbəyer sözünün yaxın mənalı sözlər #yerbəyer sözünün əks mənası #yerbəyer sözünün etimologiyası #yerbəyer sözünün orfoqrafiyası #yerbəyer rusca #yerbəyer inglisça #yerbəyer fransızca #yerbəyer sözünün istifadəsi #sözlük