dərbədər sözü azərbaycan dilində

dərbədər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dərbədər • 90.0000%
  • Dərbədər • 6.6667%
  • DƏRBƏDƏR • 3.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

dərbədər sözünün leksik mənası və izahı

  • 1 sif. [fars.] Qapı-qapı gəzən, avara, yurdsuz; ev-eşiyindən, yerindənyurdundan avara düşmüş. // Zərf mənasında. Ey dərbədər gəzib ürəyi qan olan çocuq! Bir loğma nan üçün gözü giryan olan çocuq! M.Ə.Sabir. □ Dərbədər düşmək (olmaq) – qapı-qapı gəzmək, evsiz-eşiksiz qalmaq, yerindən-yurdundan olmaq. [Vəzir:] İndi vəzarəti hər kəsə ki layiq görürsən, ona ver, mən başımı götürüb bu vilayətdən dərbədər olacağam. M.F.Axundzadə. Dilənmək qəsdilə düşüb dərbədər; Gəzərkən bir evdə pakizə düxtər. Q.Zakir. Dərbədər düşsün! (olsun!) – qarğış ifadəsi. [Balakişi:] Ay sizi bizim başımıza çıxardanlar dərbədər düşsünlər! Ə.Haqverdiyev. [Xırdaxanım:] Dərbədər olsun, məni bu evə düçar eyləyən! N.Vəzirov. Dərbədər etmək – 1) bax dərbədər qoymaq. Çərxi-kəcrəftar eylədi vətəndən dərbədər məni. Q.Zakir. Sonra gündən-günə divanəsər etdin məni sən; Məktəbimdən soyudub, dərbədər etdin məni sən. A.Səhhət; 2) dağıtmaq, darmadağın etmək. Aradan keçdi illər; Çarın söndü çırağı; Tarix etdi dərbədər; O qanlı təmtərağı. Ə.Cavad. Sən ölməklə bitməyəcək məsələ; Qoşunların dərbədər olsun gərək. Ə.Vahid. Dərbədər qoymaq (salmaq) – avara salmaq, qapılara düşməsinə səbəb olmaq, evsiz-eşiksiz qoymaq, yurd-yuvasından ayrı salmaq. Xanimanımdan məni saldı, Nəbati, dərbədər; Əqlə bax, Məcnun kimi biganələrdən küsmüşəm. Ə.Nəbati. Şikəstə Zakirin varı var idi; Xalq içində etibarı var idi; Əbəsəbəs saldı dərbədər, gözəl. Q.Zakir.

    Azərbaycan dilinin izahlı lüğəti / dərbədər

dərbədər sözünün etimologiyası

  • 1 Farsca hərfi mənası “qapı-qapı (gəzən)” deməkdir (dər “qapı”dır). Di­dər­gin sözünün sinonimi kimi işlədilir, “evsiz-eşiksiz” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / dərbədər

dərbədər sözünün sinonimləri (yaxın mənalı sözlər)

dərbədər sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. устар. скиталец II прил. бездомный (о человеке); dərbədər düşmək (olmaq) лишиться крова, скитаться; dərbədər salmaq kimi лишить всего, пустить по миру кого

    Azərbaycanca-rusca lüğət / dərbədər

dərbədər sözünün inglis dilinə tərcüməsi

dərbədər sözünün fransız dilinə tərcüməsi

dərbədər sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] прил. гьаят-гьаят (кӀвал-кӀвал, рак-рак) къекъведай, авара; кӀвал-югъ авачир, кӀваливай-къавай хьана гьакӀ гьатнавай, къекъвечи; // dərbədər düşmək (olmaq) гьаят-гьаят къекъуьн, кӀвал-югъ авачиз амукьун, кӀваливай-къавай хьун, къекъвечидин куькве гьатун; dərbədər düşsun! (olsun!) кӀвал чӀур хьуй! манада (къаргъиш); dərbədər etmək а) кил. dərbədər qoymaq; б) дарбадагъ авун, чукӀурун, кӀаняй акъудун; dərbədər qoymaq (salmaq) авара авун, кӀвал-югъ авачиз тун, кӀваливай-къавай авун, къекъвечидин куькве ттун.

    Azərbaycanca-ləzgicə lüğəti / dərbədər

dərbədər sözünün türk dilinə tərcüməsi

"dərbədər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dərbədər nədir? #dərbədər sözünün mənası #dərbədər nə deməkdir? #dərbədər sözünün izahı #dərbədər sözünün yazılışı #dərbədər necə yazılır? #dərbədər sözünün düzgün yazılışı #dərbədər leksik mənası #dərbədər sözünün sinonimi #dərbədər sözünün yaxın mənalı sözlər #dərbədər sözünün əks mənası #dərbədər sözünün etimologiyası #dərbədər sözünün orfoqrafiyası #dərbədər rusca #dərbədər inglisça #dərbədər fransızca #dərbədər sözünün istifadəsi #sözlük