dərələr sözü azərbaycan dilində

dərələr

Yazılış

  • dərələr • 65.8824%
  • Dərələr • 34.1176%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dar dərələr
Dar dərələr- Belə dərələrə Təngi tipli dərələr də deyilir.Bu tip dərələrin əsas xüsusiyyəti ondan ibarətdir ki,onlar dar olmaqla yanaşı nisbətən böyük yamaclara malikdirlər.Yamacların meyl bucağı bəzi hallarda 700-800,hətta 900 də çata bilər.Belə dərələrdə əsasən dərinlik və ya dib eroziyası hökm sürdüyündən onlar dərin olur.Digər tərəfdən suyun maksimal sürəti ilə əlaqədar olaraq bu dərələrdə müşahidə edilən süxur qırıntıları əsasən ölçüsünə görə iri olur.Belə dərələrin əmələ gəlməsində çöküntülərin fiziki xassələrinin böyük əhəmiyyəti vardır.Əgər həmin ərazidə nisbətən suda tez həll olan (məsələn:əhəngdaşı) süxurlar vardırsa,həmin dərənin əmələgəlməsi üçün əlverişli şərait yaranır.Digər tərəfdən böyük su keçiriciliyə malik olan çöküntülər(qum və qumdaşı) şaquli istiqamətdə daha tez yuyularaq,belə dərə tipinin əmələ gəlməsinə səbəb olur.Bu dərələr əsasən dağ silsilələrində müşahidə olunur.Məsələn:Qafqaz,Alp,Pamir,Himalay və s.
Heterotip dərələr
Heterotip dərələr (rus. гетеротипные долины, ing. heterotypic valleys) /yun. heteros-başqa və tupos-görünüş, nümunə, tip/ - ayrı-ayrı hissələri mənşəcə fərqlənən / tektonik, erozion və s./ və yaxud geoloji strukturlarla müxtəlif müna¬sibətdə olan, morfoloji cəhətdən qeyri-yekcins dərələr.
Subasarlı dərələr
Subasarlı dərələr — Subasarlı dərələr əsasən düzənlik və ovalıqlarda, qismən isə kiçik dağarası çökəklikdə müşahidə olunur. Mülayim iqlim qurşağında, eləcə də suyun artması ilə əlaqədar olaraq subasarlı dərədə su çay vadisini tamamilə örtür. Bəzən subasarlı dərənin və çay vadisinin eni olduqca böyük olur. Belə ki,Cənubi Amerikanın Amazonka çayının aşağı axarında vadinin maksimal eni təqribən 20 km-ə çatır. Bu dərədə suyun səviyyəsi qalxaraq subasarlı çay dərəsini tamamilə tutur. Bu proses Cənub yarımkürəsinin tropik sahəsinin yağmuru ilə bağlıdır.Ukraynanın Dnepr çayının aşağı axınında subasarlı dərənin eni təxminən 25 km-ə çatır. Qeyd etmək lazımdır ki, subasarlı dərənin kənar hissələrində çayın dərinliyi azalaraq nisbətən xırda süxur hissəciklərinin çökməsinə səbəb olur. Subasarlı çay dərəsinin yamacında adətən üfüqi eroziya nəticəsində əmələ gələn pillələr və ya terraslar mövcuddur.
Kanyon tipli dərələr
Kanyon tipli dərələr- (rus. каньон ing. Canyon) Müəyyən dərəcədə dar dərə tipinə oxşayırlar.Ancaq kanyon tipli dərələrin yamaclarında müəyyən pillələr və ya terraslar əmələ gəlir.Onların mənşəyi kanyonun yamaclarında yerləşən müxtəlif süxurların eroziya prosesinə qarşı davamlılığı ilə bağlıdır.Bu səbəbdən də kanyon tipli dərələrdə pillələr olur.Hal-hazırda dünyada ən böyük kanyon ABŞ-dadır.Həmin kanyon Kolorado çayı üzərindədir.Onun maksimal dərinliyi 2 km-dən çox,uzunluğu isə təqribən 300 kilometrə bərabərdir.Kanyon tipli dərələr Yer kürəsinin başqa sahələrində də vardır.Bunlardan biri İspaniyanın Taxo çayı üzərindədir.Azərbaycanda isə Kəlbəcər rayonu ərazisindəki Tərtər çay dərəsində də müşahidə oluna bilər.
V şəkilli dərələr
V şəkilli dərələr- Erozion mənşəli çay dərələrinin əksəriyyəti bu tip dərələrə aiddir.Dərənin V şəkilli quruluşa malik olması birinci növbədə üfüqi eroziyanın təsiri ilə əlaqədardır.Ona görə də bu dərələrin yamacları yuyularaq bir -birindən bir qədər aralı olur.Qeyd edək ki,tektonik mənşəli dərələrin əksəriyyəti V şəkilli quruluşa malikdir.Buna misal olaraq Reyn çay dərəsinin orta hissəsini göstərmək olar.
Dərələrin təsnifatı
Dərələrin təsnifatı- dırılırin bir sıra təsnifatı mövcuddur.Morfoloji, genetik, inkişaf mərhələsinə görə və s. Dərələrin təsnifatı aşağıdakı kimi təqdim olunur: 1)ancaq eroziya prosesləri nəticəsində əmələ gələn,dərələr; 2) tektonik strukturlara uyğun gələn, erezion dərələr; 3) digər ekzogen amillərlə yenidən əmələ gəlmiş, erezion dərələr; 4) qalıq dərələr və s.
Çay dərələri
Azərbaycanın müasir, əsasən, mövsümi, qismən daimi çayları qar, buzlaqlar, yağış və yeraltı sularla qidalanmaqla müxtəlif formalaşma xüsusiyyətlərinə, mürəkkəb quruluşa, qədim inkişaf tarixinə malik olan dərə şəbəkəsi əmələ gətirir və relyefin təkamülündə əhəmiyyətli rol oynayır. Ərazinin müxtəlif hissələrində inkişaf etmiş çay şəbəkəsi morfoloji xüsusiyyətlərinə, yaşına, tektonik strukturlarla münasibətinə, uzunluqlarına, terras səviyyələrinin sayına, sululuq dərəcəsinə və sutoplayıcı hövzələrinin ölçülərinə görə fərqlənirlər. Çay dərələrinin orta hissəsi əsasən ortadağlıqda yerləşir və bu hissədə, əsasən, yataq nisbətən genişlənir və terras səthləri aydın seçilir. Əksər çay dərələrinin yamaclarının meyilli və astanalı olması burada da davam edir, onların dərinliyi 2000 metrə çatır. Buna baxmayaraq yataqda allüvi və sel materialları toplanır. Ana süxurlar isə daha çox meyilli və astanalı sahələrdə səthə çıxır. Çay dərələrinin aşağı hissəsi alçaqdağlığa və onların dağətəyi maili düzənliklərə çıxan sahələrinə uyğun gəlir. Bu hissədə çay dərələri xeyli genişlənir, dərinliyi isə 200-500 metrdəın artıq olmur. Səthi nisbətən hamar olub, geniş sahəni əhatə edən akkumulyativ terraslar formalaşır. Cənub yamacın gətirmə konuslarının zirvələri bir qayda olaraq burada yerləşir və burada akkumulyasiya prosesi üstünlük təşkil edir.
Çay dərələri və terrasları

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.20 dəfə / 1 mln.
2008 ••••••••• 0.24
2010 ••••••••••••• 0.36
2011 ••••••••••••••• 0.43
2012 •••••••••••••••••••• 0.60
2013 ••••• 0.15
2017 •••••• 0.16
2018 ••••••••••••••• 0.45
2019 ••••• 0.14

"dərələr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dərələr nədir? #dərələr sözünün mənası #dərələr nə deməkdir? #dərələr sözünün izahı #dərələr sözünün yazılışı #dərələr necə yazılır? #dərələr sözünün düzgün yazılışı #dərələr leksik mənası #dərələr sözünün sinonimi #dərələr sözünün yaxın mənalı sözlər #dərələr sözünün əks mənası #dərələr sözünün etimologiyası #dərələr sözünün orfoqrafiyası #dərələr rusca #dərələr inglisça #dərələr fransızca #dərələr sözünün istifadəsi #sözlük