dərdəcər sözü azərbaycan dilində

dərdəcər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dərdəcər • 93.3333%
  • Dərdəcər • 6.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

dərdəcər sözünün leksik mənası və izahı

  • 1 sif. Azarlı, dərdli, xəstə, nasaz, zəif. Dərdəcər adam. Dərdəcər uşaq. □ Dərdəcər olmaq – dərdə düşmək, azara düşmək. Mehdi tutulandan sonra Nəbi ya dərdəcər olub öləcək, ya da üzə çıxacaqdır. “Qaçaq Nəbi”. [Hacı Qara:] Durub gedim evə, tədarükümü görüm, … yoxsa qüssədən dərdəcər ollam. M.F.Axundzadə. [Cənnətəli:] Vallah, az qalmışam dərdəcər olum. N.Vəzirov.

    Azərbaycan dilinin izahlı lüğəti / dərdəcər

dərdəcər sözünün etimologiyası

  • 1 Dilimizdə südəcər, dərdəcər kimi sözlər mövcuddur. Qaynaqlarda əcər müstəqil söz kimi verilib və “yemək” anlamında izah olunub. Güman etmək olar ki, əcər sözü içmək (və ya aşmaq) feili ilə bağlı yaranıb: südiçər (südaşar) sözü südəcər şəklinə düşüb. Aşar kəlməsi qədimdə “yemək” mənasında işlədilib, aş sözü ilə bağlıdır. Deməli, südəcər “südlə qidalanan” deməkdir, dərdəcər isə “dərd yeyən” deməkdir. Hazırda mürəkkəb quruluşunu itirərək, düzəltmə söz kimi şərh olunur. Müasir dilimizdə dərdəcər kəlməsi dərdli, “xəstə” mənalarını əks etdirir. Sözün bir yozumu da belə olar bilər: dərdüzər (dərd üzüb deyirik) kəlməsi təhriflə bağlı dərdəcər formasına düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / dərdəcər

dərdəcər sözünün sinonimləri (yaxın mənalı sözlər)

dərdəcər sözünün rus dilinə tərcüməsi

dərdəcər sözünün ləzgi dilinə tərcüməsi

dərdəcər sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Bakı, Qazax) 1. dərdli (Bakı). – Əybi kim elər-əybəcər, soğanı kim yeyər-dərdəcər 2. xəstə (Qazax). – Dərdini çəx’məxdən dərdəcər olmuşam

Azərbaycan dilinin dialektoloji lüğəti.

"dərdəcər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dərdəcər nədir? #dərdəcər sözünün mənası #dərdəcər nə deməkdir? #dərdəcər sözünün izahı #dərdəcər sözünün yazılışı #dərdəcər necə yazılır? #dərdəcər sözünün düzgün yazılışı #dərdəcər leksik mənası #dərdəcər sözünün sinonimi #dərdəcər sözünün yaxın mənalı sözlər #dərdəcər sözünün əks mənası #dərdəcər sözünün etimologiyası #dərdəcər sözünün orfoqrafiyası #dərdəcər rusca #dərdəcər inglisça #dərdəcər fransızca #dərdəcər sözünün istifadəsi #sözlük