Say Yes (Mişel Vilyamsın mahnısı)
"Say Yes" ABŞ müğənnisi Mişel Vilyamsın keçmiş "Destiny's Child" qrupunun üzvləri Beyonse və Kelli Roulandla birgə ifa etdiyi mahnıdır. Mahnıda xor tərəfindən ifa olunan "when Jesus say yes, nobody can say no" sözləri məşhur Nigeriya ilahisindən götürülmüşdür.
2005-ci ildə "Destiny's Child" qrupunun dağılmasından sonra "Say Yes" mahnısı hər üç qrup üzvünü bir gə iştirakı ilə ifa edilmiş və ekranlaşdırılmış ilk musiqi əsəridir.
"Say Yes" mahnısının klipi rəsmən 18 iyun 2014-cü ildə təqdim edilmişdir.
== Fon ==
Orijinalda "When Jesus Says Yes" adlanan Nigeriya mahnısı əsasında yazılmış "Say Yes" mahnısının prodüseri Harmoni Samuelsdir. Vilyams mahnının demo versiyasını keçmiş qrup üzvləri Beyonse Noulz və Kelli Roulanda göndərir və sonradan onlar mahnıda qonaq ifaçı kimi iştiraka razılaşırlar. "Rap-up Magazine" jurnalına verdiyi müsahibədə Beyonse mahnıda qonaq ifaçı kimi qərar verməsindən danışır və deyir: "Bu mahnı o qədər ilhamlandırıcıdır ki…bu cür mahnılar çox azdır və mən bu mahnının bir hissəsi olmaqdan fəxr edirəm."
== Hit-paradlarda ==
"Say Yes" BK hit paradlarında 106-cı yerdə debüt etmişdir. Çıxışının ilk həftəsində Fransada mahnı 151-ci yerdə debüt etmişdir. "Say Yes" Vilyamsın Fransa hit paradına daxil olan ilk solo sinqlıdır. ABŞ-də "Billboard Gospel Songs" hit-paradında mahnı beşinci yerdə, "Gospel Digital Songs chart" hit-paradında isə birinci yerdə debüt etmişdir.