yem sözü azərbaycan dilində

yem

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yem • 95.0460%
  • Yem • 4.8519%
  • YEM • 0.1021%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yem
== Yem bitkiləri == Yem — kənd təsərrüfatı heyvanlarının yemləndirilməsi üçün becərilən birillik, ikiillik və çoxillik bitkilər. Buraya siloslu və dənli yem bitkiləri aiddir. Azərbaycanda birillik və çoxillik yem otları, şalğam, yemlik, yerkökü, yem çuğunduru, turneps, kartof (yemlik sortları), yerarmudu, yemlik qarpız və qabaq, qarğıdalı, günəbaxan, yem kələmi və s. becərilir. Yaşıl yem üçün dənli-paxlalı (noxud, soya, mərci) və dənli yemlər (çovdar, vələmir, arpa, darı) bitkilər, dənli yemlər almaq üçün çöl noxudu, at paxlası, noxud, vələmir, arpa, qarğıdalı, darı, kalış və s. bitkilərdən istifadə olunur. == Yem əmsalı == İstifadə olunan yem kütləsinin, yemi istifadə edənin çəkisinin artımına nisbəti (onların kimyəvi tərkibindən asılı olmayaraq). Yem əmsalı sənaye heyvanlarının inkişafı üçün yem resurslarının effektivliyini göstərir. == Yem norması == Heyvanların sağlam saxlanmasını v ə yüksək məhsuldarlığını təmin etmək üçün zəruri qidalı maddələrin miqdarı. Yemləmə məhsuldarlıqdan (südlük, ətlik, yunluq, yumurtalıq), məhsulun tərkibindən (südün yağlılığı) fizioloji vəziyyətdən (böyümə, dölün inkişafı və s.) asılı olaraq normaya salınır.
Yem güldəfnəsi
Samanlıq güldəfnəsi (lat. Trigonella foenum-graecum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güldəfnə cinsinə aid bitki növü. Vətənı Yaxın Şərq, Xüsusən Suriya, Cənubi-Qərbi Avropa, Hindistan və Çindir. Çindən Aralıq dəniziniə qədər geniş sahəyə yayılıb. Toxumları və bəzi ölkələrdə yaşıl yarpaqları göyərti kimi istifadə olunmaqdadır. Dadı acıtəhər və ətirlidir. Efirində 40 növ maddə tapılır. Qədimdən Orta Şərq ve Hind mətbəxində istifadə olunmaqdadır. == Xüsusiyyətləri == Sarə-kəhrəba rəngli rombşəkilli güldəfnə toxumları, adətən şoraba və pastaların hazırlanmasında isitfadə olunur. Xüsusən Hindistan subkontinentinin mətbəxində rast olunur.
Yem noxudu
Əkin lərgəsi (lat. Vicia sativa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü.
Yem və dəyişdirmə
Yem və dəyişdirmə — dələduzluğun növü. Bu, əsasən pərakəndə satışda istifadə edilsə də, digər kontekstlərə də aid edilir. İlk növbədə, müştərilər satıcıların reklam etdiyi aşağı qiymətə olan məhsulları və ya xidmətlərinə görə "yemə düşürlər", lakin onlar mağazaya gələndə ya reklam edilən məhsulların mövcud olmadığını aşkar edirlər, ya da satıcılar müştərilərə oxşar, lakin daha yüksək qiymətə olan məhsullara baxmağa məcbur edirlər. Buna "dəyişdirmə" deyilir. "Yem və dəyişdirmə" üsulları kommersiya mədəniyyətinin bir hissəsi kimi uzun və geniş bir tarixə malikdir. Məsələn, məsələn, Çin müəllifi Çjan İnyinin təxminən 1617-ci ildə dələduzluq haqqında yazdığı "Dələduzluq haqqında kitab" əsərində bunun bəzi variasiyalarına rast gəlmək olar. == Leqallığı == "Yem və dəyişdirmə" İngiltərə və Uelsdə 2008-ci ildə qəbul edilmiş "İstehlakçıları ədalətsiz ticarət təcrübələrindən qorumaq" haqqında qanun çərçivəsində qadağandır. Bu qanunun pozulması cinayət məsuliyyəti daşıyır. Dələduzluğun bu növü Kanadada Rəqabət haqqında qanuna əsasən qadağandır. "Yem və dəyişdirmə" Avstraliyada 2010-cu ildə qəbul edilmiş "Rəqabət və istehlakçı haqqında akt"a görə qadağandır.
Turneps (Yem turpu)
Turneps (Yem turpu) — kələmkimilər (Brassicaceae) fəsiləsinə daxil olan ikiillik çarpaztozlanan bitki. == Haqqında == Yem turpu (turneps) insanlar tərəfindən çox qədim zamanlardan becərilən, tezyetişən, soyuğadavamlı, yüksək məhsuldar, az tələbkar bitkidir. Yem turpu yabanı turpdan əmələ gəlmiş və Avroasiyada geniş yayılmışdır. Onun Rusiya ərazisində qida üçün becərilməsi şüurlu əkinçiliyin başlandığı vaxtdan hesab edilir. XIX əsrin əvvəllərindən isə yem bitkisi kimi becərilməyə başlanmışdır. Bu vaxtdan da şalğam bitkisinin iki adı yaranmışdır: 1) şalğam (qida kimi istifadə edilən, məhsuldarlığı aşağı, ancaq nisbətən şirin sortları), 2) turneps (yem kimi istifadə edilən, məhsuldar, az dadlı sortları). Yem turpunun əsas əkinləri Rusiyanın Qeyriqaratorpaq zonasında cəmlənmişdir. Soyuğadavamlılığı və vegetasiya müddətinin qısa olması onun Qütb dairəsinin riskli əkinçilik rayonlarınıda da müvəffəqiyyətlə becərilməsinə imkan verir. Hektardan 500–600 sentnerə qədər kökümeyvə məhsulu verə bilir. Orta məhsuldarlığı isə 300–400 s/ha-dır.
Hissar yemişanı
Hissar yemişanı (lat. Crataegus hissarica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyanın endemik bitkisidir. Hissar ovalığında yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 4 m-ə çatan, sıx tüklərlə örtülmüş, qırmızımtıl cavan zoğlara malik ağacdır. Yarpaqları 5-7 bölümlüdür. Vegetasiya müddəti aprel ayının 2-3-cü ongünlüyündən başlayaraq sentyabr ayının əvvəlinə qədər davam edir. İyun ayında çiçəkləyir, meyvələri oktyabr ayında yetişir. == Ekologiyası == Şaxtaya davamlıdır. Dağ çaylarının sahili boyu tək-tək və ya qarışıq meşələrdə bitir.
Karyagin yemliyi
Karyagin yemliyi (lat. Tragopogon karjaginii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yemlik cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Az öyrənilənlər" kateqoriyasına aiddir – EN B1ab(v). Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN Statusu: EN B1ab (v). == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir, 60 sm hündürlükdədir. Kökətrafı yarpaqlar gövdə yarpaqlarından uzundur. Gövdə yarpaqları əsaslarında enlənir, təpəcikdə isə uzun, nazik, sivriləşir. Çiçəkverənlər səbətaltında qalınlaşmış, oyuq formasında olur. Səbətləri iri olur.
Korolkov yemişanı
Korolkov yemişanı (lat. Crataegus korolkowii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Kükü (yemək)
Kükü – İran və Azərbaycan mətbəxinə aid olan, yumurtadan hazırlanan yemək növü. == Yayılması == Səfəvilər və Qacarlar dövrünə aid kulinariya kitablarında kükünün adı çəkilir. Qacar sənədləri kükünü qəlyanaltı kimi təqdim etmişdir. İranda Yeni il və Novruz bayramı zamanı kükü bişirmək ənənəsi mövcuddur. İranda yaşayan ermənilər və gürcülər Pasxa bayramı zamanı kükü bişirirlər. == Hazırlanması == Tipik kükü inqredientlərin tavada yağla qızardılması ilə hazırlanır. Bu zaman tavanın üstü bağlı olmalıdır. Bişirmə də kükünün hazırlanma metodlarından biridir. Kükü adətən çörəklə servis edilsə də, İranın şimalında düyü ilə servis edilir. == Növləri == Kükünün bir çox çeşidi hazırlanır.
Külçə (yemək)
Külçə, südlü çörək və ya şirin çörək — un məmulatı. Azərbaycanın milli mətbəxindən. == Etimologiya == Bu un məmulatı Ağdam-Füzuli və Qəbələ ləhcələrində külçə, Aranda şirin çörək, Naxçıvan və Qubada tıxma, Bakıda isə südçörəyi adlanır.
Küçə yeməyi
Küçə yeməyi — küçədə, bazarda, yarmarkada və ya digər ictimai yerdə hazır yemək və ya içki satışı. Qida tez-tez portativ qida kabinəsi, ərzaq səbəti və ya yemək maşınında satılır və dərhal istehlak üçün nəzərdə tutulur. 2007-ci ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının verdiyi məlumata görə, hər gün 2,5 milyard insan küçə yeməyi yeyir.
Lələkvari-kəsikyarpaq yemişan
Lələkvari-kəsikyarpaq yemişan (lat. Crataegus pinnatifida) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Ləpirçi: Mən yeməli deyiləm
Ləpirçi: Mən yeməli deyiləm — Rövşən Abdullaoğlunun "Ləpirçi" silsiləsindən olan ilk kitabı. Roman Amerikanın Erik Hoffer adına kitab müsabiqəsində (Eric Hoffer Book Award) uğur qazanıb. Kitab münsiflər heyətindən uğurlu rəylər toplayaraq finalçılar arasında yer alıb. == Məzmun == “Ləpirçi” silsiləsi Afrika tayfalarının gizli və aşkar düşmənlərindən, böyük bir materikin taleyini dəyişməyə cəhd edən cəsur və mərd insanların mübarizəsindən danışır. Bu kitablar, eyni zamanda oxucunu müxtəlif Afrika tayfalarının qədim mədəniyyəti, inanc və əfsanələri, insanla təbiətin əsrarəngiz rabitəsi ilə də tanış edəcək; həyat fəlsəfəsi, yaradılış, insan və cəmiyyətin psixologiyası ilə bağlı mühüm suallara aydınlıq gətirəcək. Silsilənin ilk kitabı olan “Mən yeməli deyiləm” Afrika xalqları arasında ən çox zülmə məruz qalmış tayfalardan biri olan piqmeylərdən bəhs edir. Digər tayfaların bir heyvan kimi ovlayıb yediyi bu insanlar daha sonra yerlilərlə yanaşı, həm də ağdərili istilaçılar tərəfindən hər cür təcavüzə məruz qaldılar. Dünyanın ən qısaboy xalqı olan piqmeylər XX əsrin əvvəllərində Avropa və Amerika heyvanxanalarında “təkamülü tamamlanmamış insan” adı ilə canlı eksponat kimi qəfəsdə saxlanılırdılar. Yumruq boylu insanların talelərini dəyişmələri üçün qarşılarında duran ən mühüm sual bizi, bəlkə də, heç vaxt düşündürməyib: insan olduğunu isbat etməyin bir yolu varmı? == Nəşr == Kitab 2020-ci ildə Bakıda Qədim Qala nəşriyyatında "Ləpirçi" silsiləsində 264 səhifədə 60x84 ölçüsündə çap edilib.
Mahmızlı yemişan
Mahmızlı yemişan (lat. Crataegus crus-galli) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Amerikanın Şərq hissəsidir. Yemişanın bu növü 1656-cı ildən Rusiyada mədəni halda becərilir. == Botaniki təsviri == Hündürlüyü 6-10 m-ə, eni 6-8 m-ə çatan, sallaq budaqlı, xoruzun mahmızına bənzər tikanları, enli-yumru, əyri, şaxəli çətiri olan kol və ya balaca ağacdır. Yarpaqları uzunsov, yumurtaşəkilli, uzunluğu 8-10 sm, eni 4-5 sm-ə qədərdir, ayanın üst səthi parlaq tünd-yaşıl, alt səthi açıq-yaşıl, kənarı sivridişlidir. Çiçəkləri ağ, diametri 2 sm-ə qədərdir, 15-20 ədəd olmaqla qalxan çiçək qrupuna yığılmışdır. Meyvələri al-qırmızı, çəyirdək meyvədir, sentyabrın üçüncü ongünlüyündə yetişir, bütün qış dövründə budaqların üzərində qalır. Payızda al-qırmızı şarşəkilli meyvələri və qırmızı, sarı yarpaqları bitkiyə çox dekorativ görünüş verir. == Ekologiyası == Bitki quraqlığa, şəhər şəraitinə yaxşı dözür, soyuğa davamlı deyil.
Meyer yemişanı
Meyer yemişanı (lat. Crataegus meyeri) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Balkan, Kiçik Asiya, İran və Qafqazda bitir. == Botaniki təsviri == Hündürlüyü 3–4 m-ə qədər olan tikanlı ağac və ya koldur. Cavan zoğu al qırmızıdır. Yarpaqları hər iki tərəfdən tükcüklü, 5-7 bölümlüdür. Yarpaq saplağı sıx tükcüklüdür. Meyvəsi ovalşəkilli tünd qırmızıdır. İki və ya bir çəyirdəklidir. Budağlarının qabığı boz, qırmızı qonurdur.
Naan (yemək)
Naan (farsca نان‎, hindce नान, urduca نان‎, kürdce nan, çin dilinde ise 馕) — buğdadan hazırlanmış çörəkdir. Təndir çörəyinə də həmçinin naan deyilir. Mərkəzi Asiya, Cənubi Asiya, Cənub-Şərqi Asiya və Karib hövzəsi ölkələrin mətbəxlərinə aiddir. == Ümumi məlumat == Hindistanla yanaşı Əfqanıstan, İran, Nepal, Pakistan, Tacikistan, Özbekistan və digər Orta Asiya ölkələrində məşhur yeməkdir. Türk dilində (misal üçün qazax, qırğız, özbək, uyqur və s.) çörək “nan” adlanır. Esas erişteni buğda unundan hazırlanmış xemşr teşkilr edir. Ancaq zövqdən asılı olaraq lobya, tərəvəz, pendir və ya kartofda əlavə edilir. Naan sup, çay və ya müxtəlif sulu yeməklə yeyilir. == Etimologiyası == Naan sözü ingilis dilinə 1810-cu ilde Villiyam Tokko gətirib. Fars dilində “nan” çörək deməkdir.
Ordubad yemişanı
Orta Yeməzli
Orta Yeməzli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd. Orta Yeməzli yaşayış məntəqəsi vaxtilə Ağdam rayonunun Ətyeməzli (əsli Atyeməzli) kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Sonralar oykonimin tərkibindəki ət (at) komponenti düşmüşdür. Həmin kənddən bir qədər yuxarıda Yuxarı Yeməzli, kəndə məxsus qişlaq yerində isə Aşağı Yeməzli kəndləri yarandiqdan sonra kənd Orta Yeməzli adlandinlmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Otun üzərində səhər yeməyi
Çəmənlikdə səhər yeməyi və ya Çəmənlikdə piknik (fr. Le Déjeuner sur l'herbe) — Fransız impressionist rəssamı Eduard Manenin 1862-1863-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Tablo hal-hazırda Paris şəhərində Orse muzeyində saxlanılır. Tabloda çılpaq qadınla iki qara geyimli kişi təsvir edilmişdir. Arxa fonda digər bir qadın suyun içərisində təsvir edilib. Eduard Mane Çəmənlikdə səhər yeməyi əsərini 1863-cü ildə tamamlayıb sərgilənmək üçün Paris Salonuna təqdim etdi. Salonda rəsm əsərlərinin qiymətləndirilməsi ilə məşğul olan komitə bu tablo ilə yanaşı, daha 3000 tablonu salonda nümayiş etdirməkdən imtina etdi. İmtinanın əsas səbəbi kimi əsərlərin lazımi keyfiyyətdə olmaması göstərildi. 1863-cü ildə imperator III Napoleonun əmri ilə məşhur muzey və salonlarda sərgilənməkdən imtina edilən tablolar Rədd edilənlər salonu adlı mərkəzdə toplandı. Çəmənlikdə səhər yeməyi tablosu da bu salonda sərgilənməyə başladı.
Pallas yemişanı
Pallas yemişanı (lat. Crataegus pallasii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Böyük Qafqazın cənubunda rast gəlinir. == Botaniki təsviri == Yarpaqlari dərin, təxmini orta damarcığadək 5-7-11 hissələrə bölünmüşdür. Meyvələri açıq qırmızı, ellipisvari, 1 çəyirdəklidir. == Ekologiyası == Quru günəşli yamaclarda, palıd və şam meşələrində bitir. == Azərbaycanda yayılması == Böyük Qafqazda, Naxçıvan MR ərazisində təbii halda rast gəlinir. == İstifadəsi == Yaşıllaşdırmada geniş istifadə olunur.
Pazşəkilli yemişan
Pazşəkilli yemişan (lat. Crataegus cuneata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Çin, Yaponiya və Tayvunda geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5 m, çətrinin diamеtri 3 m olan ağacdır. Çətiri kürəvi və ya yumurtavari formada olur. Budaqlarında nazik tikanlar yеrləşir. Yarpaqların kənarı tam, yumurtavaridir, üstü çılpaq, parlaqdır. Çiçəkləri ağ rənglidir, sıх, çətirvari çiçək qrupuna toplanmışdır. Kasa yarpaqcıqları və ləçəkləri 5-dir. Yumurtalıq 1-5 mеyvə yarpaqcığından əmələ gəlmişdir.
Pontika yemişanı
Pontika yemişanı (lat. Crataegus pontica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Ümumi yayılması == Azərbaycanda, Оrtа Аsiyа Rеspubliкаlаrındа, Türкiyə, İrаq və İrаndа yаyılmışdır. == Azərbaycanda yаyılmаsı == Zаqаtаlа-Bаlакən və Nахçıvаn MR (Bаbəк, Şаhbuz) ərаzilərində dəniz səviyyəsindən 800–2000 m yüksəkliklərdə təbii hаldа rаst gəlinir. == Stаtusu == Аzərbаycаnın nadir bitкi növüdür. EN A1abc; Bb(i,ii). == Bitdiyi yеr == Quru, əsаsən dаşlı, bəzən yаmаclаrdа təк аğаclаrlа bitir, bəzən кiçiк коlluqlаr əmələ gətirir. == Təbii еhtiyаtı == Azərbaycanda dar bir arealda yayılmışdır. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 6–10 m-ədəк оlаn, еnli çətirli аğаcdır. Budаqlаrı tünd bоz, illiк budаqlаrı və zоğlаrı tüкcüкlüdür.
Poyarnova yemişanı
Poyarnova yemişanı (lat. Crataegus laciniata subsp. pojarkovae) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinin crataegus laciniata növünə aid bitki yarımnövü. == Təbii yayılması == Krım dağlarının şərq hissəsində təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 3–6 m olan endemik ağac və ya koldur. Yarpaqları növbəli, 3-5 pərli, seyrək tükcüklü, gümüşü rəngdədir. Çiçəkləri ağ qalxanvari çiçək qrupuna yığılmışdır. Meyvəsi sarı, yumru və ya armudvaridir (uzunluğu 25 mm-dən). 3-5 çəyirdəkli yeməlidir. İyunda çiçəkləyir, meyvəsi sentyabarda yetişir.
Qafqaz yemişanı
Qafqaz yemişanı (lat. Crataegus caucasica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Ümumi yayılması == Azərbaycan. == Azərbaycanda yayılması == Talış, Gədəbəy (Qalakənd), Qazax, Daşkəsən, Cəbrayıl, Naxçıvan MR-in Ordubad rayonu ərazilərində rast gəlinir. == Statusu == Azərbaycanın endem bitki növüdür. CR A2abc; C1. == Bitdiyi yer == Orta dağ qurşağına qədər daşlı-qayalı kolluqlu yamaclarda, dərələrdə, açıq yerlərdə bitir. == Təbii ehtiyyatı == Azərbaycanda dar bir arealda yayılmışdır. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 2-3, bəzən 5 m-ədək olan koldur. Bəzən bitkinin hündürlüyü 7 m, gövdəsinin diametri 18 sm-ə qədər ola bilir.
Qarameyvəli yemişan
Qarameyvəli yemişan (lat. Crataegus nigra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii şəraitdə Qərbi Avropada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 7 m-ə çatan dəyirmi çətirli ağacdır.Cavan zoğları aşağıya doğru sallanır, üzərində qısa tikanlar vardır. Yarpaqları yumurtavari və ya dəyirmi-yumurtavaridir, iti uclu, üstdən tünd yaşıl, alt hissəsi isə açıq yaşıl rəngli, zəif tükcüklüdür, uzunluğu 4-9 sm, еni isə 3-6 sm-dir. Qaidəsi еnli pazvari və ya bölümlüdür. Yarpaq saplağı ayadan 2-3 dəfə qısadır. Kənarları qеyri bərabər dişlidir. Çiçəkləri ağ və ya çəhrayı rəngli, diamеtri 15 mm-ə qədərdir, sıх, tüklü hamaşçiçək qrupuna yığılmışdır. Çiçək saplağı qısadır, еrkəkcikləri sarı tozcuqlarla örtülmüşdür.
Qaraqaşlı yemişan
Qaraqaşlı yemişan (lat. Crataegus atrofusca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3-5 m-ə qədər olan koldur. Gövdə qabığı qəhvəyi və ya bozdur. Çətiri kürəvi və ya yumurtavari, tikanlıdır. Yarpaqları növbəli, adətən dilimlidir. Çiçəkləri mürəkkəb qalxanvarı çiçək qrupuna toplanmaqla budaqların ucunda yerləşmişdir. Kasayarpaqcıqları və ləçəkləri 5-dir. Yumurtalıq 1-2-5 meyvə yarpaqcığından əmələ gəlmişdir.
Qarnıyarıq (yemək)
Qarnıyarıq — Sote edilmiş doğranmış soğan, sarımsaq, qara bibər, pomidor, istəyə bağlı yaşıl bibər, cəfəri və qiymə qarışığı ilə doldurulmuş badımcandan ibarət yemək.
Quru səhər yeməyi
Səhər yeməyində xırtıldayan qarğıdalı və ya xırtıldayan qarğıdalı taxıl, işlənmiş dənli bitkilərin dənindən hazırlanmış səhər yeməyi olub, əsasən Qərb dünyasında tez-tez səhər yeməyi üçün istifadə olunur. Ən çox südlə qarışdırılır, eyni zamanda qatıq və ya meyvə ilə də yeyilə bilər. Bəzi şirkətlər qarğıdalı unu və yulaf əsaslı və yüksək lifli taxıl yeməyinin sağlamlığa faydalarını vurğulayaraq məhsullarını reklam edirlər. ABŞ-də taxıllar tez-tez lazımi vitaminlərlə zənginləşdirilirlər, eyni zamanda sağlam səhər yeməyi üçün lazım olan vitaminlərin əksəriyyətindən məhrum da ola bilərlər. Külli miqdarda tərkibində şəkər olan taxılların çoxu istehsal olunur. Bir çox səhər yeməyi ekstruziya ilə istehsal olunur. Səhər yeməyində istifadə edilən taxıl sənayesinin ümumi mənfəət nisbəti 40-45 %, bəzi bazarlarda 90 %-ə kimi nüfuz etmiş və tarixi boyu davamlı olaraq böyümüşdür. ABŞ-də müxtəlif səhər yeməyi taxıllarının sayı 160-dan (1970) 340-a (1998) qədər artmışdır; 2012-ci il üçün proqnozlaşdırılan trend 4.945-dir. Bu yüksək rəqabətli bazarda, səhər yeməyində istifadə edilən taxılların istehsalı ilə məşğul olan şirkətlər getdikcə artan sayda müxtəlif ləzzətlərdə olan dənli bitkilər inkişaf etdirmişdirlər. Bir çox sadə buğda və ağ yulaf əsaslı dənlər mövcud olsa da, digər tatlar şirindir.
Qırmızımeyvəli yemişan
Qırmızımeyvəli yemişan (lat. Crataegus sanguinea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Avropanın şərqindən başlayaraq Orta Asiya daхil olmaqla Qərbi və Şərqi Sibirə qədər gеniş arеalı əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 4-6 m-ə çatan, parlaq al-qırmızı,qonur budaqları üzərində 2-4 sm uzunluqda sivri tikanları olan kol və ya balaca ağacdır. Yarpaqları yumurtaşəkilli, 3-7 dilimli, uzunluğu 6 sm, еni 4-5 sm-dir. Çiçəkləri ağdır, diamеtri 5 sm olan qalхan çiçək qrupuna yığılmışdır, mayın aхırında çiçəkləyir. Mеyvələri al qırmızı, şarşəkilli, 3-4 toхumlu çəyirdəkmеyvədir, avqust-sеntyabr aylarında yеtişir. Yеddi yaşından еtibarən mеyvə vеrməyə başlayır. == Ekologiyası == İstiyə, soyuğa, qışa davamlıdır, torpağa tələbkar dеyil. == Azərbaycanda yayılması == Naxçıvan MR təbii halda rast gəlinir.
Sinoviski yemişanı
Crataegus × pseudoazarolus (lat. Crataegus × pseudoazarolus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5-6 m olan ağacdır. Cavan zoğları seyrək-ağ keçəli, sonradan təxminən çılpaq, yaşılımtıl və al qırmızı olur, bir və ikiillik zoğlar isə al-qırmızı-qonur, bir az parlaq, qoca budaqları bozumtul-qonur və ya bozdur. Yarpaq qoltuğunda yerləşən iynələri seyrəkdir. Fertil zoğlarda olan yarpaqlarının uzunluğu 30-70 mm, eni 25-70 mm, yumurtavari və ya bəzən təxminən yumru, enli, uzunsov bünövrəli və iti ucludur. Beş-yeddi enli bölümlüdür, bölümlər yumurtavari olmaqla üstdən ucu biz, mərkəzindən qeyri-bərabər dişlidir. Steril zoğların yarpaqlarının uzunluğu 60-70 mm, eni 60-80 mm, üstü yaşıl rəngli, tutqun, yapışıqlı tükcüklüdür. İri yarpaqları bəzən çılpaq, alt tərəfi açıq yaşıldır.
Çoxsahəli Pambıq Əkini Sahələrində Balanslaşdırılmış Yem Bitkiləri (1984)
Çoxsahəli pambıq əkini sahələrində balanslaşdırılmış yem bitkiləri (film, 1984)
Birillik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini (film, 1986)
Birillik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini qısametrajlı sənədli filmi rejissor Ruslan Şahmalıyev tərəfindən 1986-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Elmi-kütləvi film respublikada sənaye əsasları üzrə intensiv surətdə inkişaf etdirilən heyvandarlığın möhkəm yem bazası ilə təmin olunmasına həsr edilmişdir. == Məzmun == Elmi-kütləvi film respublikada sənaye əsasları üzrə intensiv surətdə inkişaf etdirilən heyvandarlığın möhkəm yem bazası ilə təmin olunmasına həsr edilmişdir. Filmdə mal-qaranın qidalı yemə tələbatını ödəmək üçün bir sıra müsbət keyfiyyətli birillik dənli, paxlalı bitkilərin becərilməsini genişləndirməyə xüsusi diqqət yetirilməsindən danışılır. Filmdə bu bitkilərin aralıq, təkrar və qarışıq əkinləri ətraflı şəkildə izah olunur. Kinolentdə eyni zamanda birillik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini barədə Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bölmə və laboratoriyalarında aparılan tədqiqat işləri əsas yer tutur. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.

yem sözünün leksik mənası və izahı

  • 1 is. 1. Heyvanlara verilən yeyəcək (arpa, ot, saman və s.). Qidalı yemlər. Şirəli yem. Siloslanmış yem. – Qara atları tövləyə çəkib yem verdi. (Nağıl). Yem gətirib yoxsa sizə verməyə? Ya ki gəlib bir quru dindirməyə? A.Səhhət. Kişi axurda yem yeyən atlarını göstərib fəxr edirdi. Mir Cəlal. // Quşlara verilən dən və s. Toyuqlara yem vermək. Quş yemi. 2. Quş və heyvanı cəlb etmək üçün tələyə, cələyə, duzağa qoyulan yeyəcək şey. Tələ yemi.□ Balıq yemi – qarmağa taxılan soxulcan və s. 3. məh., xüs. Əl üsulu ilə daş çıxararkən pazla daşın arasına qoyulan quru ot. ◊ Yemi artıq düşmək – qudurmaq, həddini azmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / yem
  • 2 ру фураж en fodder de Futtermittel fr produits de fourrage es forraje it foraggio

    Günəş energetikası terminləri lüğəti / yem

yem sözünün etimologiyası

  • 1 Deyim qəlibi üzrə ye-yim şəklində olub. Sonra -yim şəkilçisindəki ilk iki səs ixtisara düşüb və kəlmə yem formasında sabitləşib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / yem

yem sözünün sinonimləri (yaxın mənalı sözlər)

yem sözünün rus dilinə tərcüməsi

  • 1 1. корм; 2. кормовой;

    Azərbaycanca-rusca lüğət / yem
  • 2 I сущ. животн. корм, фураж (для животных и птиц). Yem ehtiyatı запас кормов, yem tədarükü заготовка кормов, yemlərin qidalılığı питательность кормов, qaba yemlər грубые корма, qarışıq yem комбинированный корм (комбикорм), zülallı yemlər белковые корма, dənli yem зерновой фураж, otlaq yemi (yaşıl ot) подножный корм, şirəli yemlər сочные корма II прил. кормовой, фуражный. животн. Yem bazası кормовая (фуражная) база, yem balansı кормовой баланс, yem vahidi кормовая единица, yem qarpızı кормовой арбуз, yem bitkiləri кормовые растения, yem noxudu фуражный горох, yem qarışıqları кормовые смеси, yabanı yem bitkiləri дикорастущие кормовые растения, yem otları кормовые травы, yem çuğunduru кормовая свёкла; yem mətbəxi кормовая кухня, yem paylama кормораздача, yem planı кормовой план, yem rasionu кормовой рацион, yem sahəsi кормовая площадь, yem fondu кормовой (фуражный) фонд; yem anbarı фуражный склад; yem borusu пищевод, yem həzmi пищеварение, yem qıtlığı бескормица, tələ yemi приманка, yem təknələri (axurları) кормушки, yem sexi кормоцех, yem zavodu кормозавод ◊ yem olmaq kimə быть, стать добычей для кого; yemi artıq düşmək: 1. с жиру беситься; 2. стать заносчивым; 3. обнаглеть; yemi deyil kimin nə не по зубам, не по плечу что к ому; yem istəmir, su istəmir есть не просит, пригодится (о какой-л. вещи)

    Azərbaycanca-rusca lüğət / yem

yem sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. forage, feed, feeding stuff; provender; (quru) fodder; qaba ~ coarse fodder / forage, roughage; şirəli ~ rich / succulent fodder; toyuq ~i feed; bir kisə toyuq ~i a bag of hen feed; ~ vermək to give* fodder (to); ~ toplamaq to lay* in a supply of fodder; tələ ~i bait, lure; məc. enticement II. s. fodder (attr.), forage (attr.); ~ bitkiləri fodder crops; ~ otları fodder grass; ~ bazası forage reserve; ~ çuğunduru fodder beet

    Azərbaycanca-ingiliscə lüğət / yem

yem sözünün fransız dilinə tərcüməsi

  • 1 is. fourrage m, mangeaille f ; pâture f ; qaba ~ fourrages maigres ; şirəli ~ herbe f juteuse ; ~ vermək affour(r)ager vt ; tələ ~i appât m, amorce f ; ~ bitkiləri plantes fourragères ; ~ çuğunduru betterave f fourragère

    Azərbaycanca-fransızca lüğət / yem

yem sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. ем (1. гьайванриз, къушариз гудай тӀуьн (векь, мух, алафар, ттвар ва мс.); 2. къуш, гьайван ва мс. кьун патал ракьарал (желедал, кьуларал.) эцигдай недай затӀ; // balıq yemi гъетер кьун патал кӀиринал гьалсдай паркӀв ва мс.; 3. нугъ. хуьс. къван акъуддамаз кунанни къванцин арада твадай кьуру векь); ** yemi artıq düşmək ем артух хьун, къудур хьун, кьацӀалай алатун.

    Azərbaycanca-ləzgicə lüğəti / yem

yem sözünün türk dilinə tərcüməsi

"yem" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yem nədir? #yem sözünün mənası #yem nə deməkdir? #yem sözünün izahı #yem sözünün yazılışı #yem necə yazılır? #yem sözünün düzgün yazılışı #yem leksik mənası #yem sözünün sinonimi #yem sözünün yaxın mənalı sözlər #yem sözünün əks mənası #yem sözünün etimologiyası #yem sözünün orfoqrafiyası #yem rusca #yem inglisça #yem fransızca #yem sözünün istifadəsi #sözlük