İnternet mem
İnternet mem və ya İnternet fenomen — internetdə və ya Kütləvi İnformasiya Vasitələrində bir neçə gün ərzində məşhurlaşmış şəxs, heyvan, hadisə, video, əşya, şəkil və s. deyilir. İnternet fenomenlər və ya internet memlər əsasən müəyyən internet saytlar və YouTube, Facebook və Twitter kimi sosial şəbəkələr vasitəsilə məşhurlaşmalar bura daxildir.
Azərbaycanda internet fenomenlərin yaranması və məşhurlaşması əsasən 21-ci əsrdən başladı. Beləki, Azərbaycanda internet istifadəçilərin sayının artması, sosial şəbəkələrin çox böyük nüfuzla istifadə edilməsi tez bir zamanda Azərbaycanda internet sayəsində məşhurlaşmış insanların meydana çıxmasına səbəb oldu. Bunlara "Prostoy vətəndaş", "Alqasım oğlanı", "Tağı Əhmədov", "Daşqınov Fəlakət Sunami oğlu", "Tı kto takoy? Davay, do svidaniya!", "Əhalinin şeyi ilə oynamayın!", "327 milyon əhali", "Toyda xeyir-dua", "Ayə, hareyə gedirsən, ayə?" və s. kimi internet hadisələr aiddir.