memuar-salnamə sözü azərbaycan dilində

memuar-salnamə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • memuar-salnamə • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Memuar
Xatirə yaxud memuar — oçerk kimi faktiki həyat materialı və sənədlilik əsasında yazılır. Amma oçerkdən fərqli olaraq, xatirədə konkret bir şəxsdən bəhs etmək məhdudiyyəti yoxdur. Xatirədə əsas şərt müəllifin iştirak etdiyi, şahidi olduğu hadisələri təsvir etməkdir. Bundan əlavə, xatirədə həcm məhdudiyyəti də yoxdur. Xatirə həcmcə oçerkdən xeyli böyük də ola bilər. C.MəmmədquIuzadənin "Xatiratım", A.Şaiqin"Keçmiş günlər", Ö.F.Nemanzadənin "Xatirələrim", S.Rüstəmin "Unudulmaz müəllim", M.Hüseynin "Bir ay, bir gün", Anarın "Sizsiz" əsərləri xatirə nümunələridir. Dəqiqlik, tarixi həqiqətin gözlənilməsi memuar janrının mühüm xüsusiyyətləridir. Bu janrda yazılan əsərlərdə şəxsiyyətlərə, hadisələrə müəyyən fərqli yanaşmalar da ola bilər.
Salnamə
Salnamə - tarixi hadisələrin xronoloji ardıcıllıqla yazılması, orta əsrlərin tarixi əsərlərinin əsas növlərindən biri. Salnamə xronika ilə eyniyyət təşkil edir.
"Salnamə" Studiyası
Salnamə — Azərbaycanda film studiyası. == Tarix == 1988-ci ildə xronikal-sənədli, elmi–kütləvi və tədris filmləri birliyinin bazasında yaradıldı. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərir. Sənədli filmlər istehsal edir. Rəhbəri Nazim Hüseynovdur. 1993-cü ildən sonra isə dövlət statuslu müstəqil sənədli filmlər studiyası adlandırıldı. Hər il dövlət sifarişi ilə 1 film çəkilir. Bundan başqa süjetlər, kinoçarxlar istehsal olunur. Maliyyənin 90 faizini dövlət ödəyir. 3 dəqiqəlik lentlərə xronikal süjetlər çəkilir.
Daş Salnamə Muzeyi
Daş Salnamə Muzeyi — Azərbaycanın daş plastikası tarixinə həsr edilmiş muzeydi. Muzeydə daş plastikanın bir çox növləri sərgilənir. Dövlət Bayrağı Meydanı ərazisində yerləşən Daş salnamə muzeyi Heydər Əliyev Fondu tərəfindən yaradılıb. Azərbaycanda mənəvi həyatın ən arxaik xüsusiyyətləri məhz daş plastika ənənələrində saxlanılıb. == Tarixi == Muzey 1921-ci ildə inşa olunmuş və vaxtilə neft mədənlərinin enerji təminatı üçün nəzərdə tutulmuş elektrik stansiyasının binasında yerləşir. Sonralar bina tamamilə bərpa edildi. Bərpa işlərindən sonra Daş salnamə muzeyi kimi fəaliyyət göstərir. Muzeyin açılışı 2015-ci il iyunun ayının 8-də baş tutdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva muzeylə tanış olublar. == Ekspozisiya == Azərbaycanın müxtəlif guşələrində aşkar edilmiş çoxlu sayda daş plastikasının nümunələri ilə yanaşı, qədim eksponatların əhəmiyyətli hissəsini funksional məna daşıyan və heç bir bəzəyi olmayan müxtəlif məişət əşyaları təşkil edir.
Salnamə (film studiyası)
Salnamə — Azərbaycanda film studiyası. 1988-ci ildə xronikal-sənədli, elmi–kütləvi və tədris filmləri birliyinin bazasında yaradıldı. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərir. Sənədli filmlər istehsal edir. Rəhbəri Nazim Hüseynovdur. 1993-cü ildən sonra isə dövlət statuslu müstəqil sənədli filmlər studiyası adlandırıldı. Hər il dövlət sifarişi ilə 1 film çəkilir. Bundan başqa süjetlər, kinoçarxlar istehsal olunur. Maliyyənin 90 faizini dövlət ödəyir. 3 dəqiqəlik lentlərə xronikal süjetlər çəkilir.
"Salnamə" sənədli filmlər studiyası
Salnamə — Azərbaycanda film studiyası. == Tarix == 1988-ci ildə xronikal-sənədli, elmi–kütləvi və tədris filmləri birliyinin bazasında yaradıldı. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərir. Sənədli filmlər istehsal edir. Rəhbəri Nazim Hüseynovdur. 1993-cü ildən sonra isə dövlət statuslu müstəqil sənədli filmlər studiyası adlandırıldı. Hər il dövlət sifarişi ilə 1 film çəkilir. Bundan başqa süjetlər, kinoçarxlar istehsal olunur. Maliyyənin 90 faizini dövlət ödəyir. 3 dəqiqəlik lentlərə xronikal süjetlər çəkilir.
Şah İsmayıl Səfəvinin tarixi (salnamə)
"Şah İsmayıl Səfəvinin tarixi" (Farsca: تاریخ شاه اسماعیل صفوی) “Tarix-i şah İsmayıl-i Səfəvi” - I Şah İsmayılın naməlum (adı bilinməyən) tarixçisi tərəfindən ədəbiyyatda şərti olaraq “Tarix-i şah İsmayıl-i Səfəvi” (“Şah İsmayıl Səfəvinin tarixi”) adını almış, I Şah İsmayılın həyatının salnaməsi yazılmışdır. Əsər I İsmayılın əcdadları haqqında qısa tarixi ekskursla başlanır, onun gəncliyində baş verən hadisələri işıqlandırır, Səfəvilər dövlətinin banisinin bütün şahlıq dövrünü əhatə edir və onun oğlu I Şah Təhmasibin Təbriz taxtına çıxması ilə başa çatır. Əsər tam nəşr olunmamışdır. Yalnız I İsmayılın həyatının ilk illərinə (1499-cu ilədək) aid olan parçalar keçən yüzilliyin sonunda Denison Ross tərəfindən ingilis dilinə tərcümədə dərc olunmuşdur. Salnamənin iki əlyazma nüsxəsi məlumdur: onlardan biri Londonda - Britaniya muzeyində, digəri isə Kembric Universitetinin kitabxanasında saxlanılır. Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti.

Oxşar sözlər

#memuar-salnamə nədir? #memuar-salnamə sözünün mənası #memuar-salnamə nə deməkdir? #memuar-salnamə sözünün izahı #memuar-salnamə sözünün yazılışı #memuar-salnamə necə yazılır? #memuar-salnamə sözünün düzgün yazılışı #memuar-salnamə leksik mənası #memuar-salnamə sözünün sinonimi #memuar-salnamə sözünün yaxın mənalı sözlər #memuar-salnamə sözünün əks mənası #memuar-salnamə sözünün etimologiyası #memuar-salnamə sözünün orfoqrafiyası #memuar-salnamə rusca #memuar-salnamə inglisça #memuar-salnamə fransızca #memuar-salnamə sözünün istifadəsi #sözlük