Sem sözü azərbaycan dilində

Sem

Yazılış

  • Sem • 93.4343%
  • SEM • 4.7980%
  • sem • 1.2626%
  • sEM • 0.5051%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sem Anderson
Sem Anderson (ing. Sam Anderson) - ABŞ aktyorudur. Həyat yoldaşı Barbara Andersondan əkiz uşaqları vardır.
Sem Berns
Sempson Qordon "Sem" Berns (23 oktyabr 1996, Providens[d] – 10 yanvar 2014, Foksboro[d], Massaçusets) — progeriya xəstəliyindən əziyyət çəkən və xəstəlik haqqında insanları maarifləndirən amerikalı aktivist. 2013-cü ilin yanvarında Semin həyatından bəhs edən “Semə görə həyat” adlı film çəkilir. Sem Berns “Xoşbəxt həyat üçün fəlsəfəm” adlı çıxışı ilə TEDx konfransında çıxış etdikdən bir il sonra vəfat etdi. == Progeriya Araşdırma Fondu == Sem Berns 23 oktyabr 1996-cı ildə Amerikanın Rod-Aylend ştatının Providens şəhərində anadan olub. Semin valideynləri Skot Berns və Lesli Qordon pediatr idilər. Onlar Semin xəstəliyi haqqında o, hələ iki yaşına çatmamış, 22 aylıq olarkən öyrəndilər. Təxminən bir il sonra onlar xəstəlik haqqında məlumatlılığı artırmaq, xəstəliyin səbəbləri və mümkün müalicə üsulları ilə əlaqədar axtarşılara təşviq etmək, əziyyət çəkənlərə və onların ailələrinə dəstək olmaq məqsədilə resurslar təklif etmək üçün Progeriya Araşdırma Fondunu təsis etdilər.. == TEDx konfransı == Sem 2013-cü ildə “Xoşbəxt həyat üçün fəlsəfəm” adlı çıxışı ilə TEDx konfransında çıxış etdi. Ölümünə üç ay qalmış çıxış lentə alındı və Youtube-da yayımlandı. Onun çıxışı internetdə 36,7 milyon dəfə izlənildi (2020-ci il fevral ayına kimi).
Sem Dəstyari
Səhənd „Sem“ Dəstyari (28 iyul 1983, Sari) — Azərbaycan əsilli Avstraliya siyasətçisi. 2013-cü ildən 2018-ci ilə qədər Yeni Cənubi Uelsi Avstraliya senatında təmsil etmişdir.
Sem Elliot
Semul Pak Elliot(ing. Samuel Pack Elliott; 9 avqust, 1944) — amerika aktyoru.
Sem Gibbons
Sam Melville Gibbons — Floridalı ABŞda doğulan siyasətçi. == Həyatı == 20 yanvar 1920-ci ildə doğulan Gibbons, Tampa da dünyaya gəlmişdir. Florida Universitetinin məzunudur. Floridanı bir neçə dəfə parlamentdə də təmsil etmişdir. Cənubi Florida Universitetinin qurulmasında çox böyük pay sahibidir. Ailəsi 4 nəsil boyunca dayanmadan hüquq məzunları adını daşıyır və Gibbons özü də universitetdə Hüquq təhsili almışdır.
Sem Hyuqen
Sem Hyuqen (ing. Sam Heughan) — Şotlandiyalı aktyor. Starzın Didərgin serialında oynadığı Ceymi Fraser rolu ilə tanınır. Serialdakı performansına görə 2 Saturn mükafatına layiq görülüb. Bundan başqa Royal Court Theatre Upstairs teatrındakı Uzaq Adalar adlı tamaşada oynadığı rola görə 2003-cü ildə iki dəfə Laurence Olivier Mükafatının "Ən ümid verici performansçısı"-na namizədliyi irəli sürülüb.
Sem Perri
Sem Reymi
Samuel Marşall "Sem" Reymi (ing. Samuel Marshall «Sam» Raimi; 23 oktyabr 1959, Royal-Ou[d], Miçiqan) — amerikalı kinorejissor, ssenarist, kinoprodüser və aktyor. Karyerasının əvvəlində o, ironik qorxu filmlərindən ibarət Qorxunc ölülər trilogiyası ilə məşhurlaşdı. Reymi daha sonra Hollivudun böyük blokbasterlərinə çevrildi və Hörümçək-adam trilogiyasını və Disney studiyası üçün bir sıra fantastik filmləri idarə etdi. O, həmçinin digərləri arasında Zena: Cəngavərlərin şahzadəsi və Eş qorxunc ölülərə qarşı seriallarının yaradıcılarından biridir. == Həyatı == Sem Reymi Miçiqan ştatının Royal-ouk ərazisində, yəhudi ailəsində anadan olub. Valideynləri Macarıstandan və Rusiya İmperiyasından gələn yəhudi mühacirlərinin nəslindəndir. Atası Leonard Ronald Reymi və anası Celia Barbara Reymi yəhudiliyin Mühafizəkar qolunun tərəfdarları idilər. Semin nənəsi ABŞ-yə köçməzdən əvvəl onların soyadı Reynqeverts idi. İki qardaşı var - kiçik qardaşı Ted və bir neçə ssenarinin həmmüəllifi olan böyük qardaşı Ayvan.
Sem Rokuell
Sem Rokuell (5 noyabr 1968) — Amerikalı aktyor. "Oskar" Mükafatı, BAFTA , Qızıl qlobus, və üç Ekran Aktyorları Gildiyası Mükafatı da daxil olmaqla müxtəlif mükafatların laureatıdır. O həmçinin iki Praymtaym Emmi, və Tony Mükafatına namizəd olub. O, Lawn Dogs (1997), Yaşıl Mil (1999), Galaxy Quest (1999), Confessions of a Dangerous Mind (2002), Matchstick Men (2003), The Hitchhiker's Guide to the Galaxy (2005), Ay (2009), Frost/Nikson (2008), Dəmir adam 2 (2010), Conviction (2010), Kovboylar və yadplanetlilər (2011), Yeddi Psixopat (2012), The Way, Way Back (2013), Three Billboard Outside Ebbing, Missouri (2017), Vice (2018), Dovşan Coco (2019) və Richard Jewell (2019) kimi filmlərdə həm komediya, həm də dramatik rolları canlandıran personaj aktyoru kimi tanınır.
Sem Smit
Samuel Frederik Smit (19 may 1992, London) — ingilis müğənni və bəstəkar. 2012-ci ildə Latch mahnısı ilə məşhurlaşdı. Naughty boy adlı müğənninin "La La La" mahnısı ilə 2013-cü ilin may ayında ilk dəfə UK Singles Chart-da bir nömrə oldu. Onun ən məşhur mahnısı olan "Stay with Me" dünya miqyasında yayıldı. Bu mahnı İngiltərədə bir və Amerika Birləşmiş Ştatlarında iki nömrə oldu. Sonraki mahnısı "İ'm not the only one" isə İngiltərədə üç, ABŞ-də beş nömrə oldu.
Sem dayı
Sem dayı (ing. Uncle Sam) — ABŞ-nin dünyada qəbul edilmiş qeyri-rəsmi simvolu. Əsasən uzun ağ saçları, uzunsov başlığı və dizə kimi çatan geyimi ilə təsvir edilmişdir. Sem dayı personajı Conatan Birayder və Yanke Dodlinin xarici görünüşünün əsasında çəkilmişdir. Sem dayı adının yaranma tarixi barədə dəqiq məlumat yoxdur. Ancaq adın Nyu-York ştatının Troy şəhərində yaşayan Samuel Vilson adlı iş adamının adı ilə bağlı olduğu ehtimal edilir. Bu ehtimala əsasən Samuel Vilson 1812-ci il müharibəsi zamanı ABŞ əsgərlərinə ət konservləri göndərirdi. Həmin konservlərin üzərində U.S yəni Birləşmiş Ştatlar sözü yazılırdı. Bununla Vilson konservilərin yalnız əsgərlər üçün nəzərdə tutulduğunu və şəxsi istehsal məqsədi ilə istifadə etməyin qadağan olduğu fikrini çatdırmaq istəmişdir. 1961-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilən qərara əsasən, ölkə adının U.S formasında qısaldılması fikri Samuel Vilsona aiddir.
Yanğınsöndürən Sem
Yanğınsöndürən Sem (vall Sam Tân; ing. Fireman Sam) — Sem adlı yanğınsöndürən, onun yanğınsöndürən yoldaşları və uydurma Uels kənd Pontipandi (iki real şəhərin, Pontypridd və Tonipandinin portmantosu) kəndinin digər sakinləri haqqında İngilis cizgi uşaq televiziya serialıdır. Şounun orijinal ideyası Londondan, İngiltərədən olan iki keçmiş yanğınsöndürəndən gəldi, onlar ideyalarını konsepsiyanı hazırlayan rəssam və yazıçı Rob Liyə apardılar və şou sifariş edildi.
Sem Altman
Sem Altman (ing. Sam Altman; 22 aprel 1985, Çikaqo) — Amerikalı sahibkar və investor. 2019-cu ildən OpenAI-nin baş icraçı direktorudur 2014-2019-cu illərdə Y Combinator-un prezidenti vəzifələrində çalışıb. == Erkən həyatı və təhsili == Altman yəhudidir və Missuri ştatının Sent-Luis şəhərində böyüyüb. Anası dermatoloqdur. Səkkiz yaşında ilk kompüterini, Apple Macintosh-u alıb. Altmanın "uşaqlıq kumiri" Stiv Cobs idi. O, Missuri ştatının Ladue şəhərindəki Con Berrouz adına özəl məktəbdə oxuyub. 2005-ci ildə Stenford Universitetində bir il kompüter elmləri üzrə təhsil aldıqdan sonra bakalavr dərəcəsi almadan təhsilini yarımçıq qoyub. == Karyerası == 2005-ci ildə, 19 yaşında olan Altman, Loopt adlı sosial şəbəkə mobil tətbiqini yaradıb.
Sem Aaronoviç
Sem Aaronoviç (ing. Sam Aaronovitch; 26 dekabr 1919, London – 30 may 1998, London) — britaniyalı iqtisadçı-marksist. Bir neçə kitabın müəllifi. Böyük Britaniya Kommunist Partiyasının üzvü. O, South Bank Polytechnic-də iqtisadiyyat departamentinin rəhbəri olmuşdur. Sənaye qiymətləri, sığorta, inhisar kimi amillərin London iqtisadiyyatına təsiri və makroiqtisadi siyasət kimi mövzularda bir sıra kitab və məqalələr nəşr etmişdir. Kommunist Partiyasının üzvü və sadiq marksist olaraq qalmasına baxmayaraq, partiya pravoslavlığını tənqid edirdi.
Sem C. Cons
Sem C. Cons (ing. Sam J. Jones; d. 12 avqust 1954, Çikaqo) — ABŞ aktyoru.
Sem və Ket (teleserial, 2013)
Sem və Ket (ing. Sam & Cat) — Nickelodeon-da yayımlanan ABŞ sitkomu. İlk seriya 8 iyun 2013-cü ildə, sonuncu seriya 17 iyul 2014-cü ildə yayımlanmışdır.
Gəncə Müəllimlər Seminariyası
Gəncə Müəllimlər Seminariyası — Azərbaycanda müəllim kadrları hazırlayan ilk seminariya (1914). İki il sonra belə bir seminariya Bakıda da fəaliyyətə başlamışdı. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin sorğusuna cavabında xalq maarifi nazirliyi bildirdi ki, Cümhuriyyət hakimiyyəti yaranana qədər Azərbaycanda yeganə olaraq Gəncə şəhərində müəllimlər seminariyası fəaliyyət göstərmişdir. Cümhuriyyət Hökuməti həmin müəllimlər seminariyasını milliləşdirmişdi. Xalq maarifi nazirliyinin 1919-cu il üçün məlumatında nazirlik sistemində üç müəllimlər seminariyasının - Gəncə və Qazaxda kişi, Bakıda isə qadın seminariyalarının olduğu bildirilirdi. Gəncə müəllimlər seminariyasında azərbaycanlılarla yanaşı, Daşkənd və Səmərqənd şəhərlərindən gəlmiş özbək gəncləri də təhsil alırdı. Yusif Məmmədəliyev, Mikayıl Rzaquluzadə, Əhməd Cavad Gəncə seminariyasında dərs demiş, Həmid Araslı, Mir Cəlal və b. görkəmli ziyalılar bu seminariyanı bitirmişlər. Seminariya 1927-ci ildə qız seminariyası ilə birləşdirilmiş və Gəncə Pedaqoji Texnikumu adlandırılmışdı. == Direktirları == V.Y. Vasilyev Həsən bəy Bağırbəyov 12 avqust 1919-dan Gəncə Müəllimlər Seminariyasının direktoru vəzifəsində çalışmışdı.
Indoseiulus semirregularis
Ingenic Semiconductor
Ingenic Semiconductor — Yarımkeçirici mikroprosessorların proektləndirilməsi sahəsiində ixtisaslaşmış Çin şirkətidir. 2005-ci ildə Pekin şəhərində təsis edilmişdir. Şirkət tərəfindən istehsal edilən Jz47xx prosessorları əsasən portativ multimedia pleyerlərində, agıllı saatlarda və digər istehlak elektron avadanlıqlarında istifadə edilir. == Prosessorlar == MIPSII əmrlər dəsti/arxitekturası ilə uyğundur, 8 - səviyyəli konveyeri var, XBurst orijinal arxitekturası əsasında qurulub. Jz47 seriyası Jz4720 (240 MHz, 150 mVt) (istehsaldan çıxarılıb, tövsiyə olunan əvəzedicisi Jz4725B) Jz4725B (360 MHz, 180 mVatt) Jz4730 (336 MHz, 200 mVt) (istehsaldan çıxarılıb, tövsiyə olunan əvəzedicisi Jz4725B, Jz4755) Jz4740 (360 MHz, 200 mVt), MPEG4 dekoderi əlavə edilib (istehsaldan çıxarılıb, tövsiyə olunan əvəzedicisi Jz4725B, Jz4755) Jz4750 (360 MHz, 200 mVt), TV enkoderi əlavə edilib (istehsaldan çıxarılıb, tövsiyə olunan əvəzedicisi Jz4755) Jz4755 (400 MHz, 200 mVt), yalnız video məlumatların emalı üçün əlavə video nüvə Jz4760B (600 MHz, 250 mVt), video məlumatların emalı üçün əlavə video nüvə (528 MHz), IEEE754 FPU, 2D sürətləndirici Vivante GC200 Jz4770 (1 GHz, 250 mVt), 1080p formatlı H.264, VC-1 və VP8 videoları dekoderləmək üçün blok (köməkçi 500 MHz MIPS prosessoru SIMD əlavəsiylə), OpenGL ES 2.0 Grafik nüvəsi - Vivante GC860 (yeni hazırlamalar üçün tövsiyə edilmir, əvəzedicisi Jz4775, Jz4780) Jz4775 (1 GHz, 250 mVt), Jz4770-in sadə növü, tərkibində Jz4780 aid olan bəzi hissələr var, 2D sürətləndirici X2D Core (Vivantesürətləndiricilərinə əsaslanan) Jz4780 (1.2 GHz, 250 mVt), iki nüvəli SMP, 1080p formatlı H.264, VC-1 və VP8 videoları dekoderləmək üçün blok (köməkçi 500 MHz MIPS prosessoru SIMD əlavəsiylə), 2D Qrafik nüvə X2D Core, 3D Qrafik nüvə (PowerVR SGX 540) OpenGL ES 2.0 və OpenVG 1.1 dəstəyi ilə М seriyası М150 (1 GHz, 70 mVt), 128 MB yaddaş, videonu kodlaşdırma (H.264, D1@30fps) və dekodlaşdırma (H.264, MPEG-1/2/4, VC-1, RV9, 720P@30fps) bloku М250 (1.2 GHz, 100 mVt), iki nüvəli, daha yüksək tezlikli (1.2 GHz) və daha az enerji sərfiyyatlı (300 MHz), videonu kodlaşdırma (H.264, D1@30fps) və dekodlaşdırma (H.264, MPEG-1/2/4, VC-1, RV9, 720P@30fps) bloku vardır 2014-cü ilin I rübündən istifadəyə növbəti prosessorları tövsiyə edirlər: Jz4760B, Jz4770, Jz4775, Jz4780, M150, M200. Çip üzərində Sistemin (SoC) tərkibində olan periferiya : == İstifadəsi == Jz47xx seriyalı prosessorlardan ümumilikdə təqribən 10 milyon ədəd istehsal edilib (2008-ci ilin məlumatı) Jz4720 prosessorundan Ben NanoNote istifadə edilib. Jz4725B VOGUE 2010/12 və PlayBoy 2011/6 jurnallarında Video-in-Print modulunda istifadə edilib. Jz4730 Open Hardware layihəsi çərçivəsində buraxılan Skytone Alpha-400 və onun digər variantlarında istifadə edilib. Jz4732, faktiki olaraq Jz4740. ÇüS əsasən portativ media-pleyerlərdə, rəqəmsal foto-çərçivələrdə, GPS-avadanlıqlarda, elektron kitablarda və digər istehlak avadanlıqlarında istifadə edilib.
Juniperus semiglobosa
Juniperus semiglobosa (lat. Juniperus semiglobosa) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin sərvlər dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Orta Asiya dağlarında, Pamir-Altay dağlıq sahəsində, Qərbi və Mərkəzi Tyan-Şanda yayılmışdır. Hündürlüyü 15 m-ə qədər olan ağacdır. Dəniz səviyyəsindən 1500–3000 m hündürlükdə dağ meşələrində bitir. 20 yaşında hündürlüyü 1,5 m, çətirinin diametri 30 sm olur. Xırda yarpaqlarının uzunluğu 2–3 mm, eni təxminən 1 mm, rombvarı və ya yumurtavarı rombvarı, ucu küt, kürəyində uzunsov vəziciklidir. Qozagiləmeyvələri şarşəkillidir. Vegetasiyası may ayından başlayır. İllik boy artımı 1 sm-ə qədərdir, yavaş böyüyür.
Junulara E-Semajno
Beynəlxalq Esperanto Həftəsi (esp. Junulara E-Semajno, JES) — Polşa və Almaniya esperanto gənclik təşkilatlarının təşkil etdiyi və Yeni İl ərəfəsində keçirilən gənclərin esperanto yığıncaqları. İlk belə görüş 2009–2010-cu illər arasındaki Yeni İl həftəsində Zakopane şəhərində keçirildi, ikincisi isə 2010–2011-ci illərdə Burq şəhərində baş tutdu. Beynəlxalq Esperanto Həftəsi yeni il ərəfəsində keçirilən iki gənc esperanto görüşlərinin birləşdirilməsi ilə yarandı, onlar polyak Fəaliyyət Həftəsi (AS) və alman Beynəlxalq Seminar (İS) idilər. 2008/2009 mövsümü hər iki tədbir üçün sonuncu oldu, bu İS üçün 52-ci mövsüm, AS üçün isə 7-ci idi. Təşkilatçılar Beynəlxalq Esperanto Həftəsinin hər il bir həftə ərzində Mərkəzi Avropanın müxtəlif yerlərində keçirməyi planlaşdırmışdılar. == Adı == JES abreviaturundaki "E" hərfi "Esperanto" mənasını verir, lakin E@I təşkilatıyla olduğu kimi eyni zamanda Avropa və təhsili (esp. Edukado) də simvollaşdıra bilər. Buna görə Junulara Esperanto-Semajno əvəzinə Junulara E-Semajno adının istifadəsi əsl mənaya daha yaxındır. Bundan başqa, esperanto dilində JES müsbət ədat kimi işlənir, yəni azərbaycan dilindəki "bəli" sözü kimi.
Jurinea semenowii
Kaltur Semyonov
Kaltur Semyonov (1750 – 1850) — xalq mahnılarının müəllifi. == Həyatı == Kaltur Semyonov barəsində dövrümüzədək məlumatlar gəlib çatmamışdır, amma onun 1808–1811-ci illər vəba epidemiyası zamanı ailəsini itirdiyini, bu hadisəyə poema həsr etməsi barədə məlumatlar vardır. Hətta onun xalq arasında yayılmış bir neçə xalq mahnısı da toplanmış və nəşr edilmişdir.
Leucopternis semiplumbea
Leucopternis semiplumbeus (lat. Leucopternis semiplumbeus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin leucopternis cinsinə aid heyvan növü.
Ligustrum sempervirens
Adi birgöz (lat. Ligustrum vulgare) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. == Sinonimləri == Ligustrum album Gueldenst. ex Ledeb. Ligustrum angustifolium Gilib. [Invalid] Ligustrum decipiens Gand. Ligustrum insulare Decne. Ligustrum insulense Decne. Ligustrum italicum Mill. Ligustrum lodense Glogau Ligustrum oviforme Gand.
Lolium temulentum var. semiglabrum
Bihuşedici quramit (lat. Lolium temulentum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin quramit cinsinə aid bitki növü. == Sinonimləri == Bromus temulentus Bernh. Craepalia temulenta (L.) Schrank Lolium aegyptiacum Bellardi ex Rouville [Invalid] Lolium album Steud. [Invalid] Lolium annuum Lam. Lolium arvense With. Lolium asperum Roth ex Kunth [Invalid] Lolium asperum Roth Lolium berteronianum Steud. Lolium cuneatum Nevski Lolium decipiens Dumort. Lolium giganteum Roem. & Schult.
Lonicera japonica var. sempervillosa
Yapon doqquzdonu (lat. Lonicera japonica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiya, Koreya və ya Çində yayılmışdır. == Botaniki təsviri == Ətirli yarımhəmişəyaşıl lianadır. Yapon doqquzdonu çox tez böyüyür və çoxlu miqdarda zoğlar əmələ gətirir.2 ildən bir iyun-iyul aylarında bol və uzunmüddətli çiçəkləyir. Onun çiçəkləri ağ, al-qırmızı çalarlı və ətirli olur. Zərif yarpaqlı, qızılı-sarı naxışlı formaları vardır. == Ekologiyası == Quraqlığa davamlıdır, münbit torpağı sevir. == Azərbaycanda yayılması == Böyük Qafqazda və Kür-Araz ovalığında rast gəlinir. == İstifadəsi == Yol kənarlarında istifadəsi məqsədyönlüdür.
Lonicera sempervirens
Lonicera sempervirens (lat. Lonicera sempervirens) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
Maks Raynhard seminarı
Maks Raynhard seminarı — Avstriyanın Vyana şəhərində yerləşən Musiqi və Səhnə Sənətləri Universitetinin nəzdində fəaliyyət göstərən məktəbdir. Vyananın 14-cü bölgəsindədir. == Tarixi == 13 Noyabr 1928-ci ildə Təhsil naziri Riçard Şmitd Şönbrun Saray Teatrında rejissor Maks Raynhard tərəfindən başladılan Aktyorluq və Rejissorluq məktəbinin açılışını etdi. Məktəb Maksın köçməsi ilə 1940-cı ildə indiki yerinə, Palais Cumberlanda köçdü. 1948-ci ildən 1954-cü ilə qədər məktəbə Maksın yoldaşı Helen Tİmig rəhbərlik edib. == Rəhbərlik == Hans Timig (1945) Oskar Deliqlayz (1946–1948) Haynz Şulbaur (1948) Helen Timig (1948–1954) Hans Naydefür (1954–1959) Hans Timig (1959–1960) Hans Jaray (1960) Helmut Şvarz (1960–1977) Bruno Dallansky (1977) Walter von Hoesslin (1977–1983) Hermann Kutşer (1983–1989) Nikolaus Vindiş-Spoerk (1989–1999) Hubertus Petroll (1999–2002 və 2004–2012) Günter Aynbrodt (2002–2004) Hans Hoffer (2012–2014) 2014-cü ildən etibarən isə qrup şəklində idarə edilməyə başlandı. == Təhsil == Məktəbdə tanınmış aktyor və rejissorlardan ibarət 40 professor dərs keçir. Təhsil müddəti 4 ildir.
Malacoptila semicincta
Malacoptila semicincta (lat. Malacoptila semicincta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin qulələklər fəsiləsinin malacoptila cinsinə aid heyvan növü.
Melia japonica var. semperflorens
Melia azedarach (lat. Melia azedarach) – meliyakimilər fəsiləsinin meliya cinsinə aid bitki növü. == Sinonimləri == Azedara speciosa Raf. Azedarach commelinii Medik. Azedarach deleteria Medik. Azedarach fraxinifolia Moench Azedarach odoratum Noronha Azedarach sempervirens Kuntze Azedarach sempervirens var. glabrior (C.DC.) Kuntze Azedarach sempervirens f. incisodentata Kuntze Azedarach sempervirens f. longifoliola Kuntze Azedarach sempervirens f. subdentata Kuntze Melia angustifolia Schumach.
Melia sempervirens
Melia azedarach (lat. Melia azedarach) – meliyakimilər fəsiləsinin meliya cinsinə aid bitki növü. == Sinonimləri == Azedara speciosa Raf. Azedarach commelinii Medik. Azedarach deleteria Medik. Azedarach fraxinifolia Moench Azedarach odoratum Noronha Azedarach sempervirens Kuntze Azedarach sempervirens var. glabrior (C.DC.) Kuntze Azedarach sempervirens f. incisodentata Kuntze Azedarach sempervirens f. longifoliola Kuntze Azedarach sempervirens f. subdentata Kuntze Melia angustifolia Schumach.
Metodoloji Seminar (1986)
Metodoloji seminar (film, 1986)
Micrastur semitorquatus
Micrastur semitorquatus (lat. Micrastur semitorquatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin micrastur cinsinə aid heyvan növü.
Mixail Semevski
Mixail Semevski (rus. Михаи́л Ива́нович Семе́вский; 4 (16) yanvar 1837 və ya 1837, Fedortsevo[d], Velikolukski qəzası[d], Pskov quberniyası[d], Rusiya imperiyası – 9 (21) mart 1892 və ya 1892, Kronştadt[d], Sankt-Peterburq quberniyası[d]) — Semevskilər zadəgan ailəsindən olan rus tarixçisi, jurnalist və ictimai xadim. Məxfi müşavir rütbəsini qazanmışdır. == Vəzifələr və sosial fəaliyyətləri == 1855-ci ildə Konstantinov kadet korpusunu bitirmişdi. 1861-ci ilə qədər hərbi xidmətdə idi (Pavlov leyb-qvardiya alayında zabit kimi xidmət etdi), 1857-ci ildə 1-ci kadet korpusunda repetitor vəzifəsinə girdi. 1861—1862-ci illərdə Smolni nəcib qızlar institutunda dərs demişdir. Daha sonra, kəndlərdə şərait quruluşu üzrə dövlət dəftərxanasında baş komitədə işləmişdir. Peterburq şəhər rəhbərliyinin üzvü idi. 1877-ci ildən bəri, Sankt-Peterburq Şəhər Şurasında çalışmışdır və 1883-1885-ci illərdə bələdiyyə başçısının yoldaşı statusunu almışdır. O, işlərinin çoxunu üzvü olduğu şəhər məktəb komissiyasına həsr etdi.
Nadejda Sementsova
Nadejda Sementsova (2 noyabr 1985, Baxmut[d], Donetsk vilayəti) — 2000–2005-ci illərdə Ukraynanı, 2010-2015-ci illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi, 2010 və 2011-ci illərdə Avropa Çempionatlarının qalibi. == Karyerası == Nadejda Sementsova 2002-ci ildə Albaniyanın Albena şəhərində yeniyetmələr arasında Avropa Çempionatını gümüş medalla başa vurdu. Həmin dönəmdə yığmada rəqabət olduğuna görə Nadejda Sementsova beynəlxalq turnirlərdə mübarizə apara bilmirdi. 2010-cu ildə Azərbaycan Güləş Federasiyası (AGF) Nadejda Sementsovanı qadın güləşi üzrə Azərbaycan yığmasının heyətinə cəlb elədi. 2010-cu ilin aprelində Nadejda Sementsova Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. Həmin il Rusiyada baş tutan Dünya Çempionatında isə Nadejda Sementsova turniri beşinici pillədə başa vurdu. Karyerasının ən uğurlu mövsümü 2011-ci ilə təsadüf edən Nadejda Sementsova həmin il əvvəl fevralda Yaşar Doğu Turnirinin, sonra isə martda Klippan Lady Openin qızıl medallarına sahib oldu. Apreldə Nadejda Sementsova Almaniyanın Dortmund şəhərində baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq növbəti dəfə Avropa Çempionatının qalibi oldu. Daha sonra Avstriyada Austrian Ladies Openin bürünc medalına sahib olan Nadejda Sementsova həmin il İstanbul şəhərində Dünya Çempionatını 8-ci pillədə başa vurdu. Nadejda Sementsova 2012-ci ilin fevralında Kiyev şəhərində Kiyev Turnirinin qalibi oldu, martda isə Serbiyanın Belqrad şəhərində Avropa Çempionatını bürünc medalla başa vurdu.
Nadya Sementsova
Nadejda Sementsova (2 noyabr 1985, Baxmut[d], Donetsk vilayəti) — 2000–2005-ci illərdə Ukraynanı, 2010-2015-ci illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi, 2010 və 2011-ci illərdə Avropa Çempionatlarının qalibi. == Karyerası == Nadejda Sementsova 2002-ci ildə Albaniyanın Albena şəhərində yeniyetmələr arasında Avropa Çempionatını gümüş medalla başa vurdu. Həmin dönəmdə yığmada rəqabət olduğuna görə Nadejda Sementsova beynəlxalq turnirlərdə mübarizə apara bilmirdi. 2010-cu ildə Azərbaycan Güləş Federasiyası (AGF) Nadejda Sementsovanı qadın güləşi üzrə Azərbaycan yığmasının heyətinə cəlb elədi. 2010-cu ilin aprelində Nadejda Sementsova Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. Həmin il Rusiyada baş tutan Dünya Çempionatında isə Nadejda Sementsova turniri beşinici pillədə başa vurdu. Karyerasının ən uğurlu mövsümü 2011-ci ilə təsadüf edən Nadejda Sementsova həmin il əvvəl fevralda Yaşar Doğu Turnirinin, sonra isə martda Klippan Lady Openin qızıl medallarına sahib oldu. Apreldə Nadejda Sementsova Almaniyanın Dortmund şəhərində baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq növbəti dəfə Avropa Çempionatının qalibi oldu. Daha sonra Avstriyada Austrian Ladies Openin bürünc medalına sahib olan Nadejda Sementsova həmin il İstanbul şəhərində Dünya Çempionatını 8-ci pillədə başa vurdu. Nadejda Sementsova 2012-ci ilin fevralında Kiyev şəhərində Kiyev Turnirinin qalibi oldu, martda isə Serbiyanın Belqrad şəhərində Avropa Çempionatını bürünc medalla başa vurdu.
Nelson Semedo
Nelson Kabral Semedo (doğum 16 noyabr 1993, Lissabon, Portuqaliya) — İspaniya təmsilçilərindən olan "Barselona" klubunda və Portuqaliya milli futbol komandasında müdafiənin sağ cinahında çıxış edən peşəkar Portuqaliya futbolçusudur.
Neqeri Sembilan
Negeri Sembilan (əvvəl Negri Sembilan, Azərbaycanca: Doqquz Dövlət) — Qərbi Malayziyanın cənub-qərbində əyalət (negeri). Sahəsi 6.642 km²-dir. Malakka Boğazına 48 km-lik bir sahili olan əyalət topraklarından Linggi ve Mirar çayları axır. Əyalət bu gün o biri Malayziya əyalətlərindən fərqli olaraq, regional qəbilə rəislərinin arasından seçilən bir sultan tərəfindən idarə olunmaqdadır. == Tarix == Soyköklərini Şrivicaya hökümdarlarından götürən Negeri Sembilan şahzadələri bölgəyə xıv əsrdə Minangkabau (Sumatra) ve Selebesdən gəldilər. Anasoyluluğa əsaslanan ve Adat Perpateh adlanan qanunlarını bölgə xalqına qəbul etdirən Minangkabaular, bölgədə son dərəcə xüsusi bir mədəniyyət və arxitektura yaratdılar. Bu gün Selangor, Melaka, Johor və Pahang əyalətlərinin bəzi seqmentlərinə suveren olan doqquz dövlət (Negeri Sembilan), 1773-cü ildə zəif bir konfederasiya rəhbərliyi altında birləşdi. Konfederasiya bölgədəki qalay mədənlərinin nəzarəti ələ keçirməyə çalışan Britaniyanın təklifini qəbul edərək XIX əsrdə Britaniya himayəsi altına girdi. 1895-ci ildə Federal Malaya Əyalətinə birləşən Negri Sembilan, Yaponlar tərəfindən işğal edildiyi II Dünya Müharibəsindən sonra da Malaziya Federasiyasına qatıldı. == İqtisadiyyatı == İqtisadiyyat istehsal sektoruna dayanır, elektrik və elektron, tekstil, mebel, kimyəvi maddələr, maşın və rezin əşya istehsal maddələridir.
Nikolay Semaşko
Nikolay Semaşko (lat. Никола́й Алекса́ндрович Сема́шко; 8 (20) sentyabr 1874 və ya 20 sentyabr 1874, Livenskaya[d], Orlov quberniyası[d] – 18 may 1949, Moskva, RSFSR, SSRİ) — həkim, partiya və dövlət xadimi, SSRİ-nin səhiyyə sisteminin qurucularından biridir. == Həyatı == Nikolay Semaşko Lipetsk vilayətində sadə pedaqoq ailəsində dünyaya gəlmişdir. 1891-ci ildə Yelets qimnaziyasında təhsil alır, daha sonra təhsilini Moskva Universitetinin tibb fakultəsində davam etdirir. 1906-cı ildə İsveçrəyə emiqrasiya olunub, Cenevrədə yaşayıb, harada ki, siyasətçi Vladimir Leninlə görüşüb. 1907-ci ildə Semaşko 2-ci Beynəlxalq Ştutqart Konqresində Cenevrə bolşevik təşkilatının nümayəndəsi olur. Tiflisdə izlənilən Sarra Raviçin Semaşkoya məktub göndərməsi səbəbilə həbs edilir (bəzi mənbələrə görə 377 gün). 1913-cü ildə o, Serbiya və Bolqarıstan sosial-demokratik hərəkatında iştirak edir. Demək olar ki, müasir Rusiyanın ilk sovet komissarı Semaşko dünya ölkələrində istifadə olunacaq yeni tibb modeli yaradır. Oktyabr inqilabından sonra o, Moskva Sovetində tibb-sanitar şöbəsinə rəhbərlik edir.

"sem" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sem nədir? #sem sözünün mənası #sem nə deməkdir? #sem sözünün izahı #sem sözünün yazılışı #sem necə yazılır? #sem sözünün düzgün yazılışı #sem leksik mənası #sem sözünün sinonimi #sem sözünün yaxın mənalı sözlər #sem sözünün əks mənası #sem sözünün etimologiyası #sem sözünün orfoqrafiyası #sem rusca #sem inglisça #sem fransızca #sem sözünün istifadəsi #sözlük