Nikolay Semyonov
Nikolay Nikolayeviç Semyonov (3 (15) aprel 1896, Saratov, Saratov quberniyası[d], Rusiya imperiyası – 25 sentyabr 1986[…], Moskva) — rus və sovet fiziki –kimyaçı və pedaqoqu, kimyəvi –fizikanın banislərindən biri. Kimyəvi kinetikanın inkişafına əhəmiyyətli töhfə gətirdi. SSRİ Elmlər Akademiyasının akademiki (1932 il, müxbir üzvi 1929 il), kimyadan yeganə Nobel mükafatı olan Sovet Laureatıdır (1956-cı ildə Siril Xinşelvudla birlikdə təltif olunmuşdur). İki dəfə sosialist Əməyi Qəhrəmanıdır.
Saratovda anadan olmuşdu, valideynləri Nikolay Aleksandrovic və Yelena Aleksandrovna Semyonovlardır. Ailəsi atası, Semyonov Nikolay, istefada olan zabit, daha sonra məmur ömrünün sonunda isə şəxsi zadaqənlıq və dövlət müşaviri rütbəsini tutdu. Anası, Yelena Aleksandrovna, aristokrat ailədən idi. Onun atası, A. D. Dmitriyev, çar kənd qulluqçusu idi. 1921-ci ildə, Semyonov N. filoloq-romanist, Dantenin tərcüməçisi , Petroqrad universitetinin professoru M. J. Boreyş –Liverovskaya (1879–1923) ilə evləndi. O, Semyonovdan çox böyük idi, birinci nikahdan onun dörd böyük uşağı var idi.