Semyonov sözü azərbaycan dilində

Semyonov

Yazılış

  • Semyonov • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kaltur Semyonov
Kaltur Semyonov (1750 – 1850) — xalq mahnılarının müəllifi. == Həyatı == Kaltur Semyonov barəsində dövrümüzədək məlumatlar gəlib çatmamışdır, amma onun 1808–1811-ci illər vəba epidemiyası zamanı ailəsini itirdiyini, bu hadisəyə poema həsr etməsi barədə məlumatlar vardır. Hətta onun xalq arasında yayılmış bir neçə xalq mahnısı da toplanmış və nəşr edilmişdir.
Nikolay Semyonov
Nikolay Nikolayeviç Semyonov (3 (15) aprel 1896, Saratov, Saratov quberniyası[d], Rusiya imperiyası – 25 sentyabr 1986[…], Moskva) — rus və sovet fiziki –kimyaçı və pedaqoqu, kimyəvi –fizikanın banislərindən biri. Kimyəvi kinetikanın inkişafına əhəmiyyətli töhfə gətirdi.SSRİ Elmlər Akademiyasının akademiki (1932 il, müxbir üzvi 1929 il), kimyadan yeganə Nobel mükafatı olan Sovet Laureatıdır (1956-cı ildə Siril Xinşelvudla birlikdə təltif olunmuşdur). İki dəfə sosialist Əməyi Qəhrəmanıdır. == Həyatı və fəaliyyəti == Saratovda anadan olmuşdu, valideynləri Nikolay Aleksandrovic və Yelena Aleksandrovna Semyonovlardır.Ailəsi atası, Semyonov Nikolay, istefada olan zabit, daha sonra məmur ömrünün sonunda isə şəxsi zadaqənlıq və dövlət müşaviri rütbəsini tutdu. Anası, Yelena Aleksandrovna, aristokrat ailədən idi. Onun atası, A.D. Dmitriyev, çar kənd qulluqçusu idi. 1921 –ci ildə, Semyonov N. filoloq-romanist, Dantenin tərcüməçisi , Petroqrad universitetinin professoru M.J.Boreyş –Liverovskaya (1879-1923) ilə evləndi. O, Semyonovdan çox böyük idi, birinci nigahdan onun dörd böyük uşağı var idi. 1923-cü ildə Liverovskaya xərçəngdən vəfat etdi. 1924-cü ildə Semyonov N.N. onun qardaşı qızı, musiqi müəllimi N.N.Burtseva ilə ailə qurdu.
Semyonov ağcaqayını
== Təbii yayılması == Оrta Asiyada, Şimali və Mərkəzi Əfqanıstanda bitir. == Botaniki təsviri == Hündürlüyü 5 m-ə çatan, şarşəkilli çətirli, hamar və ya qırışlı, bоz rəngli qabığı olan ağac və ya kоldur. Budaqları qəhvəyi və ya qоnur rənglidir. Yarpaqları 1,2-4,5 sm uzunluqda, 1-3,2 sm еnində оlub, üçdilimlidir. Üst səthi tutqun ağımtıl yaşıl, alt səthi açıq-yaşıl rənglidir, payızda isə qızılı-sarı çalarlı оlur, ayanın kənarları qеyri-bərabər kоbud dişlidir. Qaidəsi dərin оlmayan ürəkvari və ya dairəvidir, saplağı 3-4 sm uzunluqdadır. May-iyund aylarında çiçəkləyir. Çiçəkləri sarımtıldır, çiçək qrupu başcıqşəkilli süpürgəcikdir. Qanadlı mеyvələri 2,8-3,5 sm uzunluqda, al qırmızı və ya çəhrayı, yеtişəndə isə açıq-sarı rəngdə оlur. == Ekologiyası == Quraqlığa davamlı, tоrpağa az tələbkardır.
Semyonov gərməşovu
Semyonov gərməşovu (lat. Euonymus semenovii) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
Svilen Semyonov
Svilen Simeonov - Bolqarıstan futbolçusu. == Karyera == Bolqarıstan futbol məktəbinin yetirməsidir.
Vladimir Semyonov
Vladimir Semyonov (tam adı: Vladimir Aleksandroviç Semyonov; 30 mart 1947, Zabrat, Bakı, Azərbaycan SSR, SSRİ – 25 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1947-ci ildə Zabratda anadan olmuşdur. Bir qızı yadigar qalmışdır. == Qanlı Yanvar faciəsi == Yanvarın 20-də axşam saat 20:00-da Tbilisi prospektində 81-27 nömrəli QAZ-24 markalı maşında atəş zərbəsi ilə vurulmuşdur. Odlu silahla vurduqdan sonra əsgərlər onu başqa maşına qoyub hərbi hospitala göndərmişdilər. Yanvarın 25-də vəfat etmişdir. Zabratda anadan olduğu kənddə dəfn edilmişdir.
Yulian Semyonov
Yulian Semyonov (rus. Юлиа́н Семёнович Семёнов, Rusca tələffüz: [[Beynəlxalq fonetik əlifba|[julʲɪˈan sʲeˈmʲonəvʲɪtɕ sʲeˈmʲonəf]]]), təxəllüsü Yulian Semyonovich Lyandres (rus. Ля́ндрес) (8 oktyabr, 1931 – 15 sentyabr, 1993) — rus yazıçısı. == Həyatı == 1969-cu ildə "Znamya" jurnalında ədəbi ictimaiyyətin hələ tanımadığı gənc nasir Yulian Semyonovun bir silsilə hekayəsi işıq üzü gördü. Tayqada yol çəkən sovet adamlarının fədakar əməyindən bəhs edən hekayələr "Adi günlər və bayramlar" başlığı altında yer almışdı. O illərdə belə bir mahnı vardı, mahnının müəllifi bəstəkar Anatoli Novikov və nəğməkar şair Vladimir Xaritonov idi. "Znamya" jurnalında ilk hekayələri çap olunanda Yulian Semyonovun iyirmi səkkiz yaşı vardı, aradan üç il keçəcək, "Lenfilm" kinostudiyası bu hekayələrin motivləri əsasında bədii film çəkəcək. Pyotr Aleynikovun, Tamara Makarovanın, Sergey Filippovun və başqa populyar aktyorların rol aldıqları filmdə Y.Semyonov da epizodik rolda çəkilib. Filmin qısa məzmununu xatırladım, gənc mühəndis Zotov tayqada dəmiryol çəkilişinin ən ağır sahəsində tikinti rəisi təyin olunur. Gənc kommunizm qurucusu Zotov tayqanın sərt sınağından uğurla çıxır, elə bir gün gəlib çatır ki, Zotov özünün tikdiyi binada mənzil alır, həmən gün Zotov üçün ikiqat bayramdır - nişanlısı böyük şəhərdən tayqaya, sevgilisinin yanına gəlir...
İsmail Semyonov
İsmail Semyonov (Jırçı İsmail; 3 mart 1891, Uçkulan[d], Karaçayevski rayonu – 1 avqust 1981, Qaraçay-Çerkesiya) — Qafqazda çox məşhur olan "Elbrus", "Aktamak" adlı xalq mahnılarının müəllifi. == Həyatı == Onun anası Julduzxan folklor söyləyicisi olmuşdur. Bu qadın özünün qoşduğu şeirlərlə danışırmış. Atası Unux dövrünün savadlı adamlarından, klassik ədəbiyyatın və ərəb dilinin mükəmməl bilicisi olmuş, 38 yaşında Həccə ziya-rət zamanı vəfat etmişdir. Jırçı İsmailin ilk müəllimləri vali-deynləri, ilham mənbəyi isə ətəyində yaşadığı Elbrus dağı, doğma təbiəti gözəllikləri olmuşdur. Digər tərəfdən, ona bu istedad nəsilliklə ötürülmüşdür. İsmail Semyonovun babası xalq jırçısı Kaltur Semyonov olmuşdur.
Pyotr Semyonov-Tyan-Şanski
Pyotr Petroviç Semyonov-Tyan-Şanski (1827-1914) — rus səyyahı, tədqiqatçısı == Elmi fəaliyyətin başlanması == Tyan-Şanski 1827-ci ildə Ryazan quberniyasında anadan olmuş, Almaniyada coğrafi təhsil almış, Humboltun və Ritterin tələbəsi olmuşdur. Parlaq istedadı, geniş dünyagörüşü ona Rusiyada və Avropanın bir sıra ölkələrində böyük şöhrət qazandırmışdır. 22 yaşında 1845-ci ildə təşkil olunmuş Rus coğrafiya cəmiyyətinin üzvü seçilmişdir. Sankt-Peterburq universitetini bitirərək o, 1848-ci ildə bitki və geoloji kolleksiyalar toplamaq üçün Sankt-Peterburqdan Moskvaya qədər ekskursiyaya çıxır. Növbəti ildə isə qaratorpaq zonasına elmi ekspedisiyaya yollanır. Coğrafiya cəmiyyəti Semyonova alman alimi K.Ritterin "Asiyada əkinçilik" əsərinin tərcüməsini tapşırdıqdan sonra onun Asiyaya olan marağı daha da artır. == Tyan-Şan dağ sisteminin fiziki-coğrafi == Əsrin ən mədəni ziyalılarından olan Semyonov-Tyanşanski elmi fəaliyyətə Tyan-Şan dağ sisteminin fiziki-coğrafi cəhətdən əsaslı surətdə öyrənilməsilə başlamışdır. Bu tədqiqata təbiətşünas kimi başlayan P.P.Semyonov-Tyanşanski diqqətini sonralar tarix, tarixi coğrafiya, demoqrafiya, əhali coğrafiyası, iqtisadi coğrafiya məsələləri də cəlb etmişdir. Alimin apardığı tədqiqatın dərinliyi və metodikası Tyan-Şan dağlarının çox yaxşı öyrənilməsinə yönəldilmişdir. 1856-cı ildə Orta Asiyaya ekspedisiyasının hazırlanması üçün icazə alır.
Semyonovka
Azərbaycanda Semyonovka (İmişli) — İmişli rayonunun Qızılkənd kəndinin 7 fevral 1991-ci ilə qədərki adı. Ermənistanda Semyonovka (Sevan) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, Sevan rayonunda kənd. Rusiyada Semyonovka çayı (Çyornaya) — Rostov vilayəti ərazisindən axan çay.
Semyonovka (Sevan)
Semyonovka — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, Sevan rayonunda kənd.
Semyonovka (İmişli)
Qızılkənd (əvvəlki adı: Semyonovka) — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Semyonovka kəndi Qızılkənd və müvafiq olaraq Semyonovka kənd Soveti Qızılkənd kənd Soveti adlandırılmışdır. == Toponimikası == Qızılkənd adı kəndin ərazisində yerləşən erkən orta əslərə aid edilən Qızıltəpə qala-yaşayış yerinin adı ilə bilavasitə bağlıdır. Ehtimal ki, kəndin ən erkən variantda adı "Qızılvənd " olmuşdur , daha sonralar "vənd" ( "vənd" fars dilində saxlamaq, tutmaq daha geniş anlamda isə "məbəd,qala, nəsil " deməkdir, bu baxımdan ad "qızıl saxlanılan yer, məbəd və ya qala" anlamına gəlir) sözündə səs düşümü olmuş və yaşayış məntəqəsinin statusunu bildirən "kənd" sözü onun yerinə keçmişdir.Bunu da qeyd etmək lazımdır ki, 19 cu əsrdən əvvəl " kənd" sonluğu ilə bitən yaşayış məntəqəsi adlarına rast gəlinmir. Hələ XX əsrin 30-cu illərinin sonlarına kimi təpənin ətəklərində Qızılkənd kəndi mövcud olmuşdur, lakin sonralar kənd əhalisinin böyük əksəriyyətinin buradan Qazaxıstana sürgün olunması nəticəsində kənd xeyli boşalmış və əhalinin qalan hissəsi yaxınlıqda yerləşən və onların əvvəlki əkin-otlaq yeri olan XIX əsrin sonlarından isə rusların məskunlaşdırıldığı Semyonovka kəndinə köçmüşdürlər. SSSR-nin dağılmasından sonra Azərbaycan müstəqilliyinin ilk illərində, 7 fevral 1991-ci ildə müvafiq qərara əsasən kəndin tarixi adı özünə qaytarılmışdır. == Tarixi == İndiki Qızılkənd köhnə Qızılkənddən təxminən 2 kilometr aralıda Rusiya imperiyası dövründə salınıb. Kəndin indi olduğu yer köhnə Qızılkənd əhalisinin otlaq və biçin yeri əraziləri olub. İqliminin əlverişli olması və qış otlaqlarının çoxluğu səbəbi ilə kənd ətrafı ərazilər Birinci Qarabağ müharibəsinə kimi Qarabağ camaatının ( XIX əsrə kimi Qarabağ xanlarının və bəylərinin) qışlaq ərazisi olmuşdur. Kənd ərazisinə rusların yerləşdirilməsində məqsəd Cənubi Azərbaycan türkləri ilə sərhəddə əlaqənin tam kəsilməsi və ərazilərin ruslaşdırılması siyasəti olmuşdur.
Semyonovka çayı (Çyornaya)
Semyonovka çayı — Rostov vilayəti ərazisindən axan çay. Çyornaya çayı Çyornaya çayının sol qolunu təşkil edir. O isə öz növbəsində Çir çayına tökülür. Bu çaylar Don çayının hövzəsini təşkil edir. Çyornaya çayının mənsənibə 23 km qalmış ona tökülür. Çyornaya çayının uzunluğu 15 kilometr təşkil edir. Hövzəsinin sahəsi isə 184 km²-dir. Çay sistemi: Semyonovka → Çyornaya → Çir → Don → Azov dənizi. == Təsviri == Semyonovka çayı öz başlanğıcını Rostov vilayətinin Şoloxov Sinqinovski xutorunun cənub-şərqindən götürür. Sonradan rayon əhəmiyyətli yolu keçdikdən sonra Maksaevski və Krujilinski xutoru ərazisindən axır.
Semyonovski adası
Semyonovski adası — Keçmiş ada (hazırda Semyonovski dayazlığı) Yeni Sibir adalarının cənubunda yerləşir. Yoxa çıxmamışdan öncə arxipelaqın ən dayaz adası olmuşdur. 1945-ci ildə adanın hündürlüyü 24 metr təşkil edir. Dayazlıq öz adını adanın adından götürmüşdür. Aşkarlandığı ildən sonra ada sürətli şəkildə kiçilməyə başlamışdır. 4,6 km² 1823-ci ildə, 0,9 km² 1912, 0,5 km² 1936 və 0,2 km² 1945-ci ildə olmuşdur. 1950-ci ildə ada kiçik sahəyə malik idi. 1952-ci ildə isə ada dəniz səviyyəsində olmuşdur. 1960-ci illərdə ada tamamən yoxa çıxmışdır. Hazırda dayazlığın dərinliyi 3 metrdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.30 dəfə / 1 mln.
2003 ••••••••• 0.39
2006 ••••••••••••••••••• 0.90
2007 ••••••••• 0.42
2008 •••••••••••••••••••• 0.97
2009 ••••••• 0.32
2011 •• 0.09
2012 ••••••••••• 0.52
2013 •••••••••••• 0.58
2015 •••• 0.17
2016 •••• 0.17
2017 •••• 0.16
2018 •••••••••• 0.45
2019 ••••••••• 0.42
2020 ••• 0.13

Oxşar sözlər

#semyonov nədir? #semyonov sözünün mənası #semyonov nə deməkdir? #semyonov sözünün izahı #semyonov sözünün yazılışı #semyonov necə yazılır? #semyonov sözünün düzgün yazılışı #semyonov leksik mənası #semyonov sözünün sinonimi #semyonov sözünün yaxın mənalı sözlər #semyonov sözünün əks mənası #semyonov sözünün etimologiyası #semyonov sözünün orfoqrafiyası #semyonov rusca #semyonov inglisça #semyonov fransızca #semyonov sözünün istifadəsi #sözlük