* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Simli musiqi alətlərinə çəkilən və tərpəndikdə səs verən elastiki tel (metaldan, bağırsaqdan və s.-dən). Tara sim çəkmək. Ağ sim. Kök sim. – Səba oturdu, kamançanın simlərini düzəltməyə başladı. M.S.Ordubadi. Tarçı tarını kökləyir, kamançaçı simləri düzəldir, nəğmə-ney səsi göy qayalardan əkssəda verirdi. S.Rəhimov. 2. tex. Məftil, tel. Telefon simləri kəsilmişdi. M.S.Ordubadi. Mürsəlin göstərişilə parkın dörd tərəfinə elektrik simləri çəkilmiş və əlvan lampalar düzülmüşdü. Ə.Sadıq.
Azərbaycan dilinin izahlı lüğəti / sim2 is. [fars.] Yaranın iltihablanması nəticəsində mikrobların qana keçməsi. □ Sim eləmək – bax simləmək2. İndi Kərbəlayının başı sim eləyib, yatır və hərdən şişmiş gözlərini açıb arvada deyir… Çəmənzəminli. Yara işləyib sim eləmiş, iki ay [sarıqlı mollanı] ibadətdən qoymuşdu. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / sim3 f. 1) gümüş; gümüş pul; 2) simli musiqi alətlərinin teli.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / sim4 Subscriber Identity Module Abunəçini identifikasiya modulu
İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti / sim1 Qabaq sazın simləri bağırsaqdan, sonra isə gümüşdən hazırlanıb. Sim farsca “gümüş” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / sim1 SİM I is. [ fars. ] Simli çalğı alətlərinin teli. Yandırdı simləri qəlbinin odu (O.Sarıvəlli). SİM II is. [ fars. ] Gümüş. Ancaq olmasaydı kasıb kəndlilər; Bunca qudurtmazdı sizi simüzər (S.Vurğun). SİM III is. [ fars. ] tib. Yaranın simləməsi. Artıq bu zaman qıçı sim eləməyə başlamışdı (M.İbrahimov).
Azərbaycan dilinin omonimlər lüğəti / sim1 1. струна; 2. провод, проволока; 3. мед. заражение крови (от воспаления раны);
Azərbaycanca-rusca lüğət / sim2 1 I сущ. 1. струна (упругая нить – металлическая, жильная и т.п. – натягиваемая в музыкальных инструментах и издающая при колебании звук). Kamançanın simləri струны каманчи, sazın simi струна саза, tarın simi струна тара, səs verən sim звучащая струна; мат., физ. simin rəqs tənliyi уравнение колебаний струны 2. провод, тонкая проволока. Nazik sim тонкая проволока, telefon simi телефонная проволока, elektrik simi электрический провод II прил. проволочный. Sim dalğası проволочная волна 2 в сочет. sim eləmək воспаляться, воспалиться (прийти в состояние воспаления – покраснеть, припухнуть – о ране, ранке)
Azərbaycanca-rusca lüğət / sim1 i. 1. string; ~ çəkmək to string; 2. wire, lead; telefon ~i telephone wire; açıq ~ blank wire; 3. tib. blood poisoning; elm. toxaemia
Azərbaycanca-ingiliscə lüğət / sim1 сущ. 1. тех. сим, провод (мес. электрикдин, телефондин ва мс.); qalın sim яцӀу сим; 2. сим (чуьнгуьрдал, тардал ва мс. чӀугвадай юзадамаз ван акъуддай рад, металлдин сим ва мс.); sarı sim хъипи сим.
Azərbaycanca-ləzgicə lüğəti / sim2 [fars.] сущ. пфин, пфин хьунухь (хер воспаление хьуникди ивидик микроб фин); sim eləmək кил. simləmək².
Azərbaycanca-ləzgicə lüğəti / simI (Lənkəran) pulcuq (balıqda). – Balığın simin almamış pişirmisən? II (Salyan) kif, üfunət. – Zibilxana:n simi adamı kanardan vırır
Azərbaycan dilinin dialektoloji lüğəti.