simfoniya-poema sözü azərbaycan dilində

simfoniya-poema

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • simfoniya-poema • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Poema
Poema — İri həcmli nəzm əsəri poema adlanır. Poemada, adətən, müəyyən bir hadisə və ya əhvalat təhkiyə üsulu ilə təsvir olunur, lakin poemada təsvir olunan hadisələrin gedişində lirik lövhələrə də geniş yer verilir. Məsələn, Füzulinin "Leyli və Məcnun" poemasında hadisələr əsas qəhrəmanların həyatı ilə bağlı vahid bir sujet əsasında inkişaf edir, lakin poemada qəhrəmanların daxili aləminə uyğun lirik şeirlər də verilmişdir. Beləliklə, poemada hadisənin epik təsviri ilə lirik tərənnüm üzvü surətdə birləşir. Hadisələrin epik təsvirinə geniş yer verilən poemalar epik-lirik əsər adlanır. Lirik düşüncələrin üstünlük təşkil etdiyi əsərlərə isə lirik-epik əsər deyilir. Məsələn: Nizaminin "Xosrov və Şirin", Ş. İ. Xətainin "Dəhnamə", M. Füzulinin "Leyli və Məcnun" poemaları epik-lirik, M. F. Axundzadənin "A. S. Puşkinin ölümü haqqında Şərq poeması" şeiri, S. Vurğunun "Bəsti", H. Arifin "Yolda","Dilqəm", H. Cavidin "Azər" poemaları lirik-epik növə aiddir.
Simfoniya
Simfoniya [yun. symphonia – ahəngdar] - Orkestr üçün yazılmış bir-birindən sürət və ahənginə görə fərqlənən, adətən 3-4 hissəli böyük musiqi əsəri.
Aygün (poema)
Aygün — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1951-ci ildə yazdığı poema. Şairin yazdığı mənzum romanı Azərbaycan poeziyasında xüsusi yer tutan epik ruhlu bir əsərdir. Əsərdə hadisələr əsasən təzəcə ailə qurmuş iki gəncin münasibəti və taleyi ətrafında cərəyan edir. Ailə və məhəbbət problemlərinə həsr olunmuş əsərin əsas qəhrəmanı Aygündür. Şair onun timsalında öz azərbaycanlı qadın idealını ümumiləşdirmişdir. Əsərdə şair Azərbaycan qadınlarının ağır taleyini canlandırmış, qadının təkbaşına çətinlikləri adlayaraq, öz gücünə nail olduğu uğuru göstərmişdir. == Süjet == Səməd Vurğun Azərbaycan qadınlığının xüsusi xarakterinə, müqayisəyə gəlməz sədaqətinə və namusuna, təmənnasız möhnətkeşliyinə romantik şəkildə inanırdı. Şair Azərbaycan qadınlarını sədaqətli və ismətli, romantik bir ucalıq daşıyıcısı kimi görmək istəyirdi. Ədib bu görüşlərini "Aygün" romanında daha dərindən ifadə etmişdir. O inanırdı ki, Azərbaycan qadını istehsalatda, mədəniyyətdə fəal çalışsa da, bu onun milli əxlaqi simasında dəyişikliklər yaratmayacaq və yaratmamalıdır.
Gülüstan (poema)
Xalq şairi Bəxtiyar Mahmud oğlu Vahabzadə XX əsr Azərbaycan ədəbiyyatı tarixində görkəmli şair, dramaturq və publisist kimi məşhurdur. Yaradıcılığı mövzuca zəngin olsa da, onu gənc yaşlarından xalqa tanıdan və sevdirən "Gülüstan" (1958) poeması olmuşdur. Milli azadlıq və müstəqillik ideyaları aşılayan bu əsər ilk dəfə Şəkinin "İpəkçi" qəzetində nəşr olunmuş və qısa zaman ərzində əlyazma şəklində əldən-ələ gəzərək geniş oxucu kütləsinin dərin rəğbətini qazanmışdır. Əsərin az zaman kəsimində belə sevilməsinin bir səbəbi qadağan olunmuş mövzunun cəsarətlə işlənməsi idisə, digər səbəbi onun bədii cəhətdən dolğun olması, yüksək sənətkarlıqla yazılması idi. Poema vahid süjet xəttinə malik deyil. Cəmi 52 bənddən ibarətdir. Məlumdur ki, 1804-cü ildən etibarən Rusiya Azərbaycan xanlıqları arasındakı ixtilafdan istifadə edərək xanlıqları bir-bir zəbt etməyə başlamış və nəhayət, 1813-cü ildə Gülüstan kəndində Rusiya və İran arasında Azərbaycan torpaqları bahasına sülh sazişi imzalanmış, nəticədə Azərbaycan ikiyə bölünərək, bir hissəsi Rusiyanın ixtiyarına keçmiş, digər hissəsi İranın tərkibində qalmışdır. "Gülüstan" poemasında bu ədalətsiz tarixi hadisənin şairdə doğurduğu qəzəb və nifrət ifadə olunmuşdur. Sovet dövründə Azərbaycanın ikiyə bölünməsi və ya gələcək birliyi barədə danışmaq qadağan idi. Bu poemaya görə 1962-ci ildə şair çoxsaylı təqiblərə məruz qalmış, "millətçi" damğası ilə damğalanmış, işlədiyi universitetdən kənarlaşdırılmışdır.
Qaraçılar (poema)
"Qaraçılar" (rus. Цыганы) — Aleksandr Puşkinin bayronsayağı cənub poemaları silsiləsindən olan sonuncu poeması. İlk nöbədə ağçılarda var: "Qaraçılar" poeması da "Qafqaz əsiri" kimi sürgün illərində yazılıb. Burda da şairin öz şəxsi iztirabları, ələmləri duyulur. Ancaq bu yeni, romantik cənub poemasında bu iztirablar ümumiləşdirilmiş və müəyyən dövrdə Rusiyanın liberal dvoryan gənclərinin taleyi kimi verilmişdir. Əsərin bir yerində qoca qaraçı, Alekoya vaxtilə Cənubdan Bessarabiyaya sürgün edilmiş bir şairin, bir nəğməkarın taleyindən bəhs edir. Bu parçada şairin öz taleyinin əks olunduğu aydın bilinir. Aleko qocanın çar tərəfindən sürgün edilmiş şair haqqında söhbətini dinləyib dəhşətə gəlir. "Qaraçılar" poeması yazılanda Rusiyanın az-çox qabaqcıl adamlarının taleyi belə idi. Hər addımda ömürlük sürgün təhlükəsi vardı.
Beşinci simfoniya
Beşinci simfoniya (Bethoven)
Birinci simfoniya
Birinci simfoniya (Qara Qarayev)
Doqquzuncu simfoniya
Doqquzuncu simfoniya (Motsart)
Dördüncü simfoniya
Dördüncü simfoniya (Part)
Nizami (simfoniya)
Nizami simfoniyası — azərbaycanlı bəstəkar Fikrət Əmirovun 1947-ci ildə Nizami Gəncəviyə həsr etdiyi simli orkestr üçün simfoniya. Dahi şair Nizami Gəncəvinin xatirəsinə həsr edilmiş simfoniya şairin anadan olmasının 800 illiyi münasibətlə yazılmışdır. Bəstəkar simfoniya üzərində dəfələrlə işləmiş, onun ikinci və üçüncü redaksiyalarını yaratmışdır. Simfoniyada Nizaminin ümumiləşmiş obrazı yaradılmışdır. Bəstəkar şairin obrazına ehtiramla yanaşır və ona xüsusi münasibət bəsləyir ki, bu da əsərə səmimilik, incəlik, gənclik təravəti, lirik hərarət və romantik ruh verir. Eyni zamanda simfoniya özunün fəlsəfi mənası və lakonik ifadə tərzi ilə diqqəti cəlb edir. Bu cəhət son illərdə yazılmış bir çox əsərlərin musiqisinə xas kameralıq tendensiyasını qabaqlamışdır. Buna görə də musiqidə ifadə olunan gizli hisslər, düşüncələr, əhvalatlar da təbii qavranılır. Simfoniya dörd hissədən ibarətdir. Ayrı-ayrı hissələrin formaları, bir çox inkişaf üsulları, şübhəsiz, klassik simfoniya ilə əlaqənin olduğunu göstərir.
Üçüncü simfoniya
Üçüncü simfoniya (film, 1968)
İkinci simfoniya
İkinci simfoniya (Qara Qarayev)
Əbədiyyət (simfoniya)
"Əbədiyyət" — bəstəkar Arif Məlikovun ümummilli lider Heydər Əliyevə ithaf etdiyi 8-ci simfoniyasıdır. İlk dəfə 2004-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə, Ü.Hacıbəyov adına Azərbaycan Simfonik orkestrinin və solist Rəşidə Behbudovanın ifası ilə səslənmişdir.Simfoniyada yeni musiqi ilə yanaşı Arif Məlikovun vokal musiqisindən də istifadə olunub. “Əbədiyyat” simfoniyası şərti olaraq üç bölümdən ibarətdir. Əsər Nazim Hikmətin sözlərinə yazılmış altı romansla başlayır və Almas Yıldırımın sözlərinə yazılmış “Azərbaycan” balladası ilə bitir. Orta bölmədə yeni, lakin simfoniyanın ümumi dramaturgiyasına xələl gətirməyən musiqi materialı səslənir. Bəstəkar əsərdə xalq musiqisindən, xüsusilə Heydər Əliyevin çox sevdiyi “Sarı gəlin” Azərbaycan xalq mahnısının intonasiyalarından bəhrələnib. == Maraqlı fakt == Arif Məlikovun Ədəbiyyat qəzetinə müsahibəsindən: "Heydər Əliyev üzünü mənə tutub: "Arif, yaxşı olar ki, sən buranın (Məkkənin) əzəmətinə layiq böyük bir simfonik əsər yazasan" - dedi. Geri döndükdən sonra "Əbədiyyət simfoniyası"nı yazdım. Mən o əsəri Heydər Əliyevə həsr etdim. Çox təəssüf edirəm ki, "Əbədiyyət simfoniyası"nı dinləmək ona qismət olmadı.
Aslan qayası (poema)
Aslan qayası — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1938-ci ildə yazdığı poema. Əsərin məzmununu əfsanəvi və tarixi faktlar təşkil edir. Poema ilk dəfə "İnqilab və mədəniyyət" jurnalında (1938, № 4–5) dərc edilib. Səməd Vurğunun "Aslan qayası" poemasına epiloq əvəzinə yazdığı bəndlərin çapına 1938-ci ildə senzura icazə verməmişdir. Dərc olunmayan bu bəndlər M.Füzuli adına Respublika əlyazmaları İnstitutunun fondunda (Arxiv 46-da) saxlanılır. == Məzmunu == "Aslan qayası" poeması Səməd Vurğunun yaradıcılığında xüsusi yer tutur. Poemada əfsanəvi və tarixi faktlar vəhdətdə verilir. Şair poemanı 1938-ci ildə qələmə alıb. Poemanın süjeti iki elementdən ibarətdir. Birinci element Ağ at, ağ çuxa barədə el əfsanəsidir.
Bürünc atlı (poema)
Tunc atlı (rus. Ме́дный вса́дник) — Aleksandr Puşkinin poeması. A.Puşkinin 1833-cü ildə yazdığı "Tunc atlı" poemasında Puşkin 1824-cü ildə Peterburqda baş verən daşqını və Pyotrun tunc heykəlini təsvir edir. Bu illərdə Puşkin tez-tez Pyotru və Pyotr dövrünü xatırlaması təsadüfi deyil. Pyotrdan çox bəhs etməklə şair onu sonrakı rus çarlarına qarşı qoyur və mövcud ictimai quruluşa, Nikolay irticalarına qarşı nifrətini ifadə edirdi. "Tunc atlı" poeması çoşqun bir vətənpərvərlik hissi ilə yazılmış əsərdir. Xüsusilə Peterburq poemada böyük məhəbbətlə təsvir edilib.
Sirlər Xəzinəsi (poema)
"Sirlər Xəzinəsi" (fars. مخزن‌الاسرار‎ Məxzənül-əsrar) — Nizami Gəncəvinin ilk iri həcmli əsəridir. Yaxın və Orta Şərq ədəbiyyatında didaktik poema janrının ən qiymətli nümunəsi olan bu əsər şairin yaradıcılığında epik şeir sahəsində ilk qələm təcrübəsi idi. Əsər hicri tarixilə 570-ci ildə yazılmışdır ki, miladi təqvimilə 1174–1175-ci illərə uyğun gəlir. "Sirlər Xəzinəsi" zahirən Nizamiyə qədər Yaxın və Orta Şərq ədəbiyyatında geniş yayılan didaktik əsərlər silsiləsinə daxildir. Mövzuca, məqsədcə müəyyən dərəcədə "Kəlilə və Dimnə", "Qutadqu bilik", "Hədiqətül-həqiqə", "Siyasətnamə", "Qabusnamə", "Cəhar məqalə" və sair kimi əsərlərə yaxın olan "Sirlər Xəzinəsi" həm də onlardan fərqlənir. Nizami sanki özünəqədərki didaktik ədəbiyyatı yekunlaşdırıb ona daha yüksək humanist və demokratik istiqamət vermişdir. Poema müxtəlif məsələlərə həsr edilmiş müqəddimə, məqalətlər və bu məqalətləri epik lövhələrlə əks etdirən kiçik hekayələrdən ibarətdir. Kitabın tamamlanması haqqında kiçik bəhslə poemaya yekun vurulur. Başlanğıcda şair tovhid, minacat, nət adlı başlıqlar altında Allahdan, peyğəmbərdən söhbət açır, İslam dini ehkamları çərçivəsində onları tərifləyir.
Səsli qız (poema)
Səsli qız — Əhməd Cavadın repressiya dövrünə aid məşhur poeması. == Əsərin təhlili == Əhməd Cavadın ən məşhur əsərlərindən biri də “Səsli qız” poemasıdır. Burada toxunulan məsələlər olduqca çoxdur: vətənə məhəbbət, azad, müstəqil yaşamağın ölkə və vətəndaş üçün hər şeydən vacib olması, işğalçılara dərin nifrət və s. əsərin hər səhifəsində diqqəti cəlb edir. Ə.Cavadın bir vətəndaş və şair kimi milli azadlığa böyük önəm verdiyi də məlumdur.Əsərdə epik təsvirlərə geniş yer verilsə də, yaddaqalan insan obrazları da yaradılmışdır. Bu obrazların əksəriyyətinin iç dünyası, portreti bir neçə kəlmə ilə ifadə edilmişdir. Bu, eləcə də əsərdəki yığcam təsvirlər obrazlar barədə dolğun təsəvvürün qazanılmasına imkan verir. Oxucunun diqqətini daha çox cəlb edən obraz isə poemanın baş qəhrəmanı olan Saradır. Əsərin ilk səhifələrini baş qəhrəmanın şərəfinə yazılmış mədhiyyə adlandırmaq olar: Əsərin sonrakı səhifələrindən məlum olur ki, bu səsin sahibi Sara həm də vətənini dərin məhəbbətlə sevən, xalqının azadlığı uğrunda həyatını qurban verməyə hazır olan cəsarətli qızdır. Düşmənə yararlanan yaltaq həmyerliləri onu kef məclisinə gətirir və qalib hökmdara “ölkəmizin ulduzu” adı ilə təqdim edirlər.
Əbədiyyət dastanı (poema)
"Əbədiyyət dastanı" — Zəlimxan Yaqubun Heydər Əliyevin xatirəsinə həsr etdiyi, “Böyük ömrün dastanı” və “Böyük ömrün davamı” adlanan iki kitabdan ibarət poemadır. Birinci kitab 2003-cü ilin 15-30 dekabrında, ikinci kitab 2007-ci ilin 5 yanvarından 23 dekabrına qədər yazılmışdır. Poemada Heydər Əliyev ömrünün sovet dövründəki və müstəqilliyimizin bərpasından sonra ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonrakı mərhələləri əksini tapmışdır. Bu əsərin içində Heydər Əliyevlə yanaşı, İlham Əliyev haqda da bir dastan yaradılıb. Bunlar ikisi bir yerdə “İki ömrün dastanı” adlanır, janrca diologiyadır. Poemanın Zəlimxan Yaqubun özünün ifa etdiyi audio versiyası mövcuddur. Audio formatında variantı “Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi layihə çərçivəsində hazırlanıb.Poema dastan adlansa da, digər bu tipli əsərlər kimi, nəsr və nəzm hissələrdən ibarət deyil. Şeirlərin böyük əksəriyyəti heca vəznindədir. Əsərin heç bir hissəsində nəzərə çarpacaq süjet yoxdur. == İstinadlar == == Xarici keçidlər == Heydər Əliyev haqqında kitablar.
Kommunist Haqqında Poema (1977)
== Məzmun == Film Sov. İKP MK-nın Baş katibi Leonid Brejnevə həsr olunmuşdur. == Film haqqında == Filmdə bəstəkar Rauf Hacıyevin musiqisi səslənir.
Altıncı simfoniya (Motsart)
Motsartin altınci simfoniyası Volfqanq Amadey Motsart tərəfindən 1767-ci ildə (müəlifin 11 yaşı var idi) yazılmışdır. Müəlifin avtoqrafı olan əlyazma hazırda Polşanın Krakov şəhərində yerləşən Yagellon universitetinin Kitabxanasında saxlanılır.. == Tarixi və ilk ifası == 11 yaşlı Motsart simfoniyanı Vyanada yazmağa başlamış, lakin 1767-ci ilin payızında şəhərdə çişək epidemiyası tüğyan etdiyinə görə onlar ailəliklə Moraviya şəhəri olan Olomoutsa köçməyə məcbur olmuşlar. Ailə xəstəlikdən qaçsa da, balaca Motsart çiçək xəstəliyinə tutulmuşdur. Olomouts universitetinin rektoru qraf Podstatski onun müalicəsini təşkil etmiş və 2 ay sonra Motsart sağalmışdır. 30 dekabr 1767-ci ildə Brno şəhərində Zalsburq arxiyepiskopunun qardaşı qraf Şrattenbaxın təşkil etdiyi konsertdə ilk dəfə olaraq Motsartın altıncı simfoniyası səsləndirilmişdir. Bu konsertdə Motsartın bacısı, 15 yaşlı Mariya Motsart da ifaçı kimi iştirak edirdi. Yerli din xadimi öz qeydlərində yazırdı ki, şəhərin "Taverna" adı ilə məlum olan binasında Brno sakinləri üçün təşkil olunmuş musiqili konsertdə Zalsburqdan olan 11 yaşlı oğlanın və onun 15 yaşlı bacısının müxtəlif musiqi alətlərindəki ifaları ilə iştirakçıları necə heyran etdiklərinin şahidi oldum.Bu hadisə münasibətilə hazırda da hər il Brno şəhərində 11 yaşlı gənc pianoçuların müsabiqəsi təşkil olunur.. == Quruluşu == Simfoniya 4 hissədən ibarətdir. Allegro, 4/4, Andante, 2/4, Menuetto və Trio 3/4, Allegro, 6/8.
Beşinci simfoniya (Bethoven)
Simfoniya No. 5 °C minorda — Lüdviq van Bethoven tərəfindən 1804–1808-ci illərdə bəstələnmiş Op. 67 simfoniya. Bu simfoniya tez–tez ifa edilən və ən məşhur klassik musiqi əsərlərindən biridir. Əsər dörd hissədən ibarətdir: açılış sonatası, andante, attakkanın da daxil olduğu sürətli scherzo və final. Əsər ilk dəfə 1808-ci ildə Vyanada "Theater an der Wien"də ifa edilmiş və ilk ifadan sonra tezliklə məşhurlaşmışdır. E. T. A. Hoffmann simfoniyanı "tarixin ən mühüm əsərlərindən biri" adlandırmışdır. Simfoniya əsərin motivi olan dörd "qısa-qısa-qısa-uzun" notun iki dəfə təkrarı ilə başlayır: ( dinlə) Simfoniya və xüsusilə onun motivi olan dörd açılış notu, bütün dünyada məşhurdur və tez–tez populyar mədəniyyətdə — diskodan roknrola, televiziya verilişlərindən filmlərə kimi müxtəlif sahələrdə dəfələrlə istifadə edilmişdir. == Tarixi == === İnkişaf === Beşinci simfoniyanın yazılması uzun müddət çəkmişdir. Üçüncü simfoniyanın tamamlanması zamanı bəstəkar artıq beşinci simfoniyanın ilk qeydlərini etməyə başlamışdır.
Beşinci simfoniya (Motsart)
Beşinci simfoniya Volfgang Amadey Motsartın 1765-ci ilin dekabrında 9 yaşında ikən Haaqada, Qərbi Avropaya ailəvi turu müziklində olduğu zaman yazdığı simfoniyadır. Motsart Haaqada olduğu müddətdə ciddi xəstələnmiş və güman ki, bu kompozisiyanı sağalma dövründə yazmışdır. == Quruluşu == Simfoniya iki qoboy və bir simli alət üçün yazılmışdır. Forma üç ölçülü İtalyan üvertyurasından ibarətdir: Allegro 4/4 Andante, 2/4 Allegro molto, 3/8Hər üç hərəkət xüsusilə qaboylarlın ifasında daha çox nəzərə çarpır. B ♭ (bemol) əsas açarındakı ilk canlanma simfoniyanın açılışını edir, sonra isə G minor açarına nisbətdə daha təntənəli, matəm hərəkəti başlayır. Qısa, səs-küylü bir finalı əsəri sonlandırır. Finaldakı açılış mövzusu, Motsartın ötən il Londonda görüşdüyü İohann Kristian Baxın konsertindəki final konsertdən qaynaqlanır. Eyni mövzu Motsartın daha sonrakı, daha yetkin bir əsəri olan Fiqaro'nın Toyunda ortaya çıxdı: Akt 2 1786-cı ildəki Final , K. 492.
Birinci simfoniya (Motsart)
Simfoniya No. 1 E Majorda — Volfqanq Amadey Motsartın 1764-cü ilin yazında, hələ 8 yaşı olarkən yazdığı simfoniya. == Tarixi == Simfoniya Londonda, Motsart ailəsinin İngiltərəyə səfəri zamanı yazılmışdır. Volfqanqın atası Leopold Motsartın xəstəliyi ilə bağlı ailə 1764-cü ilin yayında İngiltərəyə köçməyə məcbur olmuşdur. Əsər ilk dəfə 1765-ci ildə fevralın 21-də ifa edilmişdir, 13 may 1765-ci ildə Motsartın London vida konsertində bir daha nümayiş etdirilmişdir. Hazırda bu simfoniyanın yazıldığı Vestminster şəhərciyində, Ebury küçəsində yerləşən 180 nömrəli evdə xatirə lövhəsi vurulmuşdur. == Quruluşu == Simfoniya 11 dəqiqə davam edir və 3 hissədən ibarətdir. Motsartın birinci simfoniyasında iki tanınmış bəstəkarın: İohann Xristian Baxın və Karl Fridrix Abelin və Motsartın atasının təsiri aydın şəkildə özü göstərir. Allegro Molto (5 dəqiqə) Andante (4 dəqiqə) Final. Presto (2 dəqiqə)İngiltərə musiqişünası və ədəbiyyatşünası Cuthbert Girdlestone "Motsartın piano konsertləri" kitabında bu simfoniya aşılışı ilə iyirmi il sonra bəstələnmiş Motsartın 22 K482 nömrəli fortepiano konserti arasındakı oxşarlığı qeyd etmişdi.
Doqquzuncu simfoniya (Motsart)
Doqquzuncu simfoniya — simfoniya Volfqanq Amadey Motsart tərəfindən 1772-ci ildə yazılmışdır. == Tarixi == Doqquzuncu simfoniyanın nə vaxt yazılması haqqında müxtəlif fikirlər vardır. Bir sıra tədqiqatçılar simfoniyanın 1769-cu və ya 1770-ci illərdə, Motsartın İtaliyaya ilk səfəri zamanı yazıldığını iddia edirlər. Lakin bəzi tarixçilər isə doqquzuncu simfoniyanın 1772-ci ilin iyun ayından əvvəlki tarixə aid olmadığını iddia edirlər. Hazırda doqquzuncu simfoniyanın əlyazması Polşanın Krakov şəhərində Yagellon Kitabxanasında saxlanılır.
Dördüncü simfoniya (Motsart)
Simfoniya № 4 re major, KV 19 — 1765-ci ildə Motsart tərəfindən yazılmış simfoniya.

Oxşar sözlər

#simfoniya-poema nədir? #simfoniya-poema sözünün mənası #simfoniya-poema nə deməkdir? #simfoniya-poema sözünün izahı #simfoniya-poema sözünün yazılışı #simfoniya-poema necə yazılır? #simfoniya-poema sözünün düzgün yazılışı #simfoniya-poema leksik mənası #simfoniya-poema sözünün sinonimi #simfoniya-poema sözünün yaxın mənalı sözlər #simfoniya-poema sözünün əks mənası #simfoniya-poema sözünün etimologiyası #simfoniya-poema sözünün orfoqrafiyası #simfoniya-poema rusca #simfoniya-poema inglisça #simfoniya-poema fransızca #simfoniya-poema sözünün istifadəsi #sözlük