balet-simfoniya sözü azərbaycan dilində

balet-simfoniya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • balet-simfoniya • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Simfoniya
Simfoniya [yun. symphonia – ahəngdar] - Orkestr üçün yazılmış bir-birindən sürət və ahənginə görə fərqlənən, adətən 3-4 hissəli böyük musiqi əsəri.
Balet
Balet (fr. balleto - rəqs edirəm) səhnə sənətinin bir növü, xoreoqrafiyanın ən yüksək pilləsidir. Əsas ifadə vasitələri bir-biri ilə qırılmaz tellərlə bağlanmış musiqi və rəsqdir. Baletdə rəqs sənəti musiqili-səhnə tamaşaları səviyyəsinə yüksəlir. == Balet tarixi == Bu sintetik janrın kökləri cox qədimdir. İbtidai icma və quldarlıq cəmiyyətin həyatında onun rolu vacibdir. Misirin, Yunanıstanın, Hindistanın mədəni abidələri bunu təsdiq edir. Əvvəllər balet "çox ədəbli" saray şənliklərinin tərkib hissəsi olmuşdur (Lüllinin, Ramonun operabaletləri, Molyerin komediya-baletləri və b. buna daxildir). Adətən, baletin əsasında müəyyən bir süjet, dramaturji ideya dayanır, lakin süjetsiz baletlər də var.
Beşinci simfoniya
Beşinci simfoniya (Bethoven)
Birinci simfoniya
Birinci simfoniya (Qara Qarayev)
Doqquzuncu simfoniya
Doqquzuncu simfoniya (Motsart)
Dördüncü simfoniya
Dördüncü simfoniya (Part)
Nizami (simfoniya)
Nizami simfoniyası — azərbaycanlı bəstəkar Fikrət Əmirovun 1947-ci ildə Nizami Gəncəviyə həsr etdiyi simli orkestr üçün simfoniya. Dahi şair Nizami Gəncəvinin xatirəsinə həsr edilmiş simfoniya şairin anadan olmasının 800 illiyi münasibətlə yazılmışdır. Bəstəkar simfoniya üzərində dəfələrlə işləmiş, onun ikinci və üçüncü redaksiyalarını yaratmışdır. Simfoniyada Nizaminin ümumiləşmiş obrazı yaradılmışdır. Bəstəkar şairin obrazına ehtiramla yanaşır və ona xüsusi münasibət bəsləyir ki, bu da əsərə səmimilik, incəlik, gənclik təravəti, lirik hərarət və romantik ruh verir. Eyni zamanda simfoniya özunün fəlsəfi mənası və lakonik ifadə tərzi ilə diqqəti cəlb edir. Bu cəhət son illərdə yazılmış bir çox əsərlərin musiqisinə xas kameralıq tendensiyasını qabaqlamışdır. Buna görə də musiqidə ifadə olunan gizli hisslər, düşüncələr, əhvalatlar da təbii qavranılır. Simfoniya dörd hissədən ibarətdir. Ayrı-ayrı hissələrin formaları, bir çox inkişaf üsulları, şübhəsiz, klassik simfoniya ilə əlaqənin olduğunu göstərir.
Üçüncü simfoniya
Üçüncü simfoniya (film, 1968)
İkinci simfoniya
İkinci simfoniya (Qara Qarayev)
Əbədiyyət (simfoniya)
"Əbədiyyət" — bəstəkar Arif Məlikovun ümummilli lider Heydər Əliyevə ithaf etdiyi 8-ci simfoniyasıdır. İlk dəfə 2004-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə, Ü.Hacıbəyov adına Azərbaycan Simfonik orkestrinin və solist Rəşidə Behbudovanın ifası ilə səslənmişdir.Simfoniyada yeni musiqi ilə yanaşı Arif Məlikovun vokal musiqisindən də istifadə olunub. “Əbədiyyat” simfoniyası şərti olaraq üç bölümdən ibarətdir. Əsər Nazim Hikmətin sözlərinə yazılmış altı romansla başlayır və Almas Yıldırımın sözlərinə yazılmış “Azərbaycan” balladası ilə bitir. Orta bölmədə yeni, lakin simfoniyanın ümumi dramaturgiyasına xələl gətirməyən musiqi materialı səslənir. Bəstəkar əsərdə xalq musiqisindən, xüsusilə Heydər Əliyevin çox sevdiyi “Sarı gəlin” Azərbaycan xalq mahnısının intonasiyalarından bəhrələnib. == Maraqlı fakt == Arif Məlikovun Ədəbiyyat qəzetinə müsahibəsindən: "Heydər Əliyev üzünü mənə tutub: "Arif, yaxşı olar ki, sən buranın (Məkkənin) əzəmətinə layiq böyük bir simfonik əsər yazasan" - dedi. Geri döndükdən sonra "Əbədiyyət simfoniyası"nı yazdım. Mən o əsəri Heydər Əliyevə həsr etdim. Çox təəssüf edirəm ki, "Əbədiyyət simfoniyası"nı dinləmək ona qismət olmadı.
Arabesk (balet)
Arabesk ya Arabesk duruşu (it. arabesco — ərəb) — klassik rəqsin əsas duruşlardan biri. Bu zaman əllər allongeé vəzittətində, işlək ayaqlar dizlərdən və topuqdan tarım açılmiş şəkildə, biri döşəməyə barmaqlar üzərində dirənmiş, digəri isə arxaya açılmış, ifadəli nəzərlər uzaqlarad dikilmiş olur.
Azərbaycanda balet
Azərbaycan baleti — baletin qollarından biri. Azərbaycan baletinin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 1920-ci illərin əvvəllərində qoyulub. == Tarixi == === XX əsrin erkən illəri === Azərbaycanda baletin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 1920-ci illərin əvvəllərində qoyulub. Belə ki, 1923-cü ildə Bakıda özəl balet studiyası fəaliyyət göstərib. Qeyd etmək olar ki, Azərbaycanın ilk balerinası Qəmər Almaszadə balet sənətinin sirlərini bu məktəbdə öyrənib. Məktəbin məzunlarının ilk çıxışları klassik rus və Avropa baletlərinin Azərbaycanda tamaşaya qoyulması ilə bağlı olurdu.Azərbaycanın XKS-nın 1 iyul 1920-ci il tarixli qərarı ilə birləşmiş dövlət teatrı yaradıldı. 1924-cü ildə opera və balet truppası bu teatrdan ayrılaraq müstəqil opera və balet teatrına (Azərbaycan və rus bölmələri ilə) çevrildi.1930-cu illərin sonlarında Azərbaycanda artıq milli baletin yaradılması üçün möhkəm zəmin var idi. 1939-cu ildə ildə Əfrasiyab Bədəlbəyli Bakı Xoreoqrafiya məktəbinin ilk buraxılışı münasibətilə uşaqlar üçün birpərdəli "Tərlan" baletini, bir ildən sonra isə məxsusi olaraq Qəmər Almaszadə üçün "Qız qalası" baletini yazmışdır. "Qız qalası"nın yaranması bir sıra balet tamaşalarının yaranmasına səbəb oldu. Bu dövrdə teatrda "Sonalar gölü", "Don Kixot", "Baxçasaray fontanı", "Esmeralda", "Qırmızı lalə" və s.
Babək (balet)
Babək — Aqşin Əlizadənin 1986cı ildə yazdığı ikipərdəli balet. Libretto Rəfiqə Axundova və Maqsud Məmmədovundur. Quruluşçu rəssamları Tahir Salahov və Tahir Tahirov idi.
Balet artisti
Balet (fr. balleto - rəqs edirəm) səhnə sənətinin bir növü, xoreoqrafiyanın ən yüksək pilləsidir. Əsas ifadə vasitələri bir-biri ilə qırılmaz tellərlə bağlanmış musiqi və rəsqdir. Baletdə rəqs sənəti musiqili-səhnə tamaşaları səviyyəsinə yüksəlir. == Balet tarixi == Bu sintetik janrın kökləri cox qədimdir. İbtidai icma və quldarlıq cəmiyyətin həyatında onun rolu vacibdir. Misirin, Yunanıstanın, Hindistanın mədəni abidələri bunu təsdiq edir. Əvvəllər balet "çox ədəbli" saray şənliklərinin tərkib hissəsi olmuşdur (Lüllinin, Ramonun operabaletləri, Molyerin komediya-baletləri və b. buna daxildir). Adətən, baletin əsasında müəyyən bir süjet, dramaturji ideya dayanır, lakin süjetsiz baletlər də var.
Gülşən (balet)
Gülşən — Soltan Hacıbəyovun üçpərdəli, beşşəkilli baleti. Müasir mövzuya həsr olunmuş bu əsərdə insanların qarşılıqlı münasibətlərinə, əxlaqi keyfiyyətlərinə, estetik mövzulara toxunulmuşdur. Baletin musiqili səhnə kompozisiyası aydın və lakonikdir. Sevgi və məişət səhnələri ilə əmək mövzuları ayrılmaz vəhdətdə verilir. == Tarixi == 1950-ci ildə M. F. Axundov adına Opera və Balet Teatrının səhnəsində S. Hacıbəyovun müasir mövzuda yazdığı ilk Azərbaycan baleti — "Gülşən" tamaşaya qoyulur. 1952-ci ildə SSRİ Dövlət mükafatına layiq görülür. 1953-cü ildə "Gülşən" baleti Ə.Nəvai adına Daşkənd Böyük Teatrının səhnəsində tamaşaya qoyulur. Müəllif baletə yazdığı musiqi üzrə tərtib etdiyi "Gülşən" süitası böyük tirajla "Bruno" (Amerika) firması tərəfindən buraxılmış və geniş yayılmışdır. Baletinin birinci redaksiyasında (Q. Almaszadənindir) bir sıra nöqsanlar var idi. Azərbaycan ədəbiyyatı və incəsənətinin Moskvada keçirilən ikinci dekadası ilə əlaqədar olaraq əsər ikinci dəfə redaktə edilir (Libretto Q. Almaszadə və P. Abolimovundur).
Humay (balet)
Humay — bəstəkar Nəriman Məmmədovun şair Səməd Vurğunun “Komsomol poeması” əsasında yaratdığı balet. == Mənbə == Azərbaycan balet tamaşaları xronologiyası == Həmçinin bax == Yeddi oğul istərəm...
Kaleydoskop (balet)
Bəstəkar Fərəc Qarayevin italyan bəstəkarı Domeniko Skarlattinin sonatalarını interpretasiya edərək yazdığı beşpərdəli balet. Xoreoqraflar Rəfiqə Axundova və Maqsud Məmmədovdur. Librettonun müəllifi Rəfiqə Axundova və İlya Dadaşidze, rəssamı Tahir Tarirovdur. Premyera Paris şəhərində oynanılıb. Bakıda ilk tamaşa 1971-ci ildə göstərilib. == Məzmun == Süjetsiz baletdir.
Muğam (balet)
"Muğam" — Nazim Əliverdibəyovun Mirzə Şəfi Vazehin şeirləri əsasında 1972-ci ildə yazdığı birpərdəli balet, xoreoqrafik miniatür . Xoreoqrafları Rəfiqə Axundova və Maqsud Məmmədov, quruluşçu rəssam Tahir Tahirov idi. Baş rollarda Tamilla Şirəliyeva və Vladimir Pletnyov oynayırdılar. Şeirləri Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası Vera Şirye oxuyurdu. Bu balet böyük uğurla Moskvada Çaykovski adına Konsert zalında baletmeysterlər və balet artistlərinin III Ümumittifaq yarışması zamanı nümayiş etdirilmişdi . Sonralar başqa ölkələrdə də göstərilmişdi. == Məzmun == Baletin özəlliyi istifadə olunan musiqi alətlərdən (orqan, arfa, zərb alətləri), xanəndə və şeir oxuyanın olmasıdır.
Nizami (balet)
"Nizami" — Fikrət Əmirovun 1984-cü yazdığı sonuncu balet. Tamaşaya 1991-ci ildə Nizami Gəncəvinin anadan olmasının 850 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində qoyulmuşdur.
Oğuznamə (balet)
Oğuznamə — Cavanşir Quliyevin 2007-ci ildə eyniadlı türk dastanı əsasında yazdığı balet. == Mənbə == Cavanşir Quliyev qalan ömrünü yeni baletinə həsr edəcək. Kaspi.- 2007.- 7 mart.- S. 17.
Rast (balet)
"Rast" — Niyazinin eyniadlı simfonik muğamı və skif qadın-sərkərdəsi Tomris haqqında əfsanə əsasında 2004-cü ildə səhnəyə qoyulmuş ilk ikipərdəli muğam-balet. Libretto müəllifi jurnalist Əjdər Ulduzdur, xoreoqrafı Tamilla Şirəliyeva, quruluşçu-rəssamları Rafiz İsmayılov və Tahir Tahirovdur. == Məzmun == Tomris Banu == Mənbə == Искусствовед-хореограф Афаг Гусейнова. Магистр хореографического искусства.
Sayalı (balet)
Sayalı — bəstəkar Elnarə Dadaşova tərəfindən 1983-cü ildə bəstələnmiş birpərdəli balet. Balet bəstəkarın anasının Sayalı Tağıyevanın adını daşıyır. Premyera 15 dekabr 2012 ildə olub. Baletmeyster Pulumb Agilliu, dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssamı isə əməkdar mədəniyyət işçisi Yusif Babayevdir. == Tarixçə == “Sa­ya­lı” ba­le­ti­nin lent ya­zı­sı 1983-cü il­dən Azər­bay­can Te­le­vi­zi­ya və Ra­dio Şir­kə­ti­nin fo­no­te­ka­sın­da saxlanılır. Əsər Azər­bay­can Te­le­vi­zi­ya və ra­dio Şir­kə­ti­nin sim­fo­nik or­kest­ri­nin ifa­sın­da len­tə alı­nıb. “Araz” proqramı ilə vax­ta­şı­rı efi­rə ve­ri­lib və ve­ri­lir. == Məzmun == "Sayalı" baleti Novruz, bayramında təbiətin oyanması, heç vaxt solmayan əbədi məhəbbət, gənclik və rəqabət mövzusundadır.
Tutu (balet)
Tutu — qat-qat tül ətəkdən ibarbaət balet libası. Tutu libasında ilk dəfə, 1839-cu ildə səhnəyə çıxan balerina Talioni Mariya olmuşdur.
Tərlan (balet)
Tərlan - Əfrasiyab Bədəlbəylinin uşaqlar üçün bəstələdiyi bir pərdəli balet-tamaşa. Qəmər Almaszadənin quruluşunda xoreoqrafik məktəbin məzunları iştirakı ilə 1939-cu ildə tamaşaçılara təqdim olunub. Kinolenti qalmayıb. == Məzmun == Balaca qız Tərlan yuxuda onun qorxulu yaratıq tərəfindən təqib olunduğunu görür. Xeyir və Şər qüvvələrinin savaşının sonucu bəllidir: cəsarətli oğlan uşağı qalib gəlir və qızı xilas edir.
Çitra (balet)
"Çitra" — Niyazinin hind yazıçısı Rabindranat Taqorun eyniadlı poeması əsasında 1961-ci yazdığı ikipərdəli balet. Xoreoqrafı və librettisti Nataliya Danilova idi. Bu balet böyük uğurla bir çox şəhərlərdə nümayiş etdirilmişdir. Baletdə Niyazi hind xalq musiqisinin ritm və intonasiyalarından, orkestrovkada hind musiqi alətlərinin səslənməsini xatırladan tembrlərdən istifadə etmişdir. 1974-cü ildə Niyazi Hindistanda beynəlxalq Nehru mükafatına layiq görülmüşdür. Balet 1972ci ildə ikinci, 1975ci ildə isə üçüncü redaksiyadan keçir.

Oxşar sözlər

#balet-simfoniya nədir? #balet-simfoniya sözünün mənası #balet-simfoniya nə deməkdir? #balet-simfoniya sözünün izahı #balet-simfoniya sözünün yazılışı #balet-simfoniya necə yazılır? #balet-simfoniya sözünün düzgün yazılışı #balet-simfoniya leksik mənası #balet-simfoniya sözünün sinonimi #balet-simfoniya sözünün yaxın mənalı sözlər #balet-simfoniya sözünün əks mənası #balet-simfoniya sözünün etimologiyası #balet-simfoniya sözünün orfoqrafiyası #balet-simfoniya rusca #balet-simfoniya inglisça #balet-simfoniya fransızca #balet-simfoniya sözünün istifadəsi #sözlük