* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | ••• | 6.85 |
2003 | ••• | 5.91 |
2004 | ••••• | 12.46 |
2005 | •••• | 10.12 |
2006 | ••••••••• | 23.65 |
2007 | ••••••• | 16.49 |
2008 | •••••••• | 19.00 |
2009 | •••••••••••• | 29.44 |
2010 | ••••••••••••••••• | 42.94 |
2011 | •••••••••••• | 29.77 |
2012 | ••••••••••••• | 32.44 |
2013 | •••••••••••••••••••• | 53.39 |
2014 | •••••••••• | 26.08 |
2015 | ••••••••• | 22.63 |
2016 | • | 1.39 |
2017 | • | 0.98 |
2018 | • | 1.05 |
2019 | • | 2.23 |
2020 | • | 1.46 |
1 is. [fars.] Qədim İran əsatirində guya Qaf (Elbrus) dağında yaşayan böyük bir quş. Qaf dağıdır bura, quşlar soltanı; Ancaq simurqlar qonan qayanı; Kim çulğayır qalın qara dumanlar. A.Səhhət. Hər cahangir bir dəfə dırmandı Qaf dağına; Bir çoxları qurşandı simurqun sorağına. Ə.Cavad.
Azərbaycan dilinin izahlı lüğəti / simurq1 Quş adıdır, fars mənşəlidir. Murğ (morğ) farsca quş deməkdir. Onlar yarasaya şirmorğ (südü olan quş, yəni məməli heyvan) deyirlər. Dəvəquşu isə şotormorğ adlanır. Mənbələrdə simurğ yerinə semirgük, semirkük formaları verilib. Semar (semiz) “жирный” deməkdir. Bəlkə, yağlı (piyli ) quş anlamı ilə bağlıdır? Belə bir ehtimal var ki, simurğ (adam adı olduqda Seymur kimi də işlədilir) “otuz quş” deməkdir. Otuz quş ifadəsi bu əfsanəvi heyvanın böyüklüyünə işarədir: sanki otuz quş qatarlaşıb bir yerdə uçur. Güman etmək olar ki, si (otuz) haçansa son ədəd olub və qeyri-müəyyən çoxluq bildirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / simurq1 SİMURQ (əfsanəvi quş) Oğlum, o dağ inləyən Qaf dağıdır; Simurq quşu daim orda yaşayır (A.Şaiq); ƏNQA/ÜNQA (kl.əd.) Seyyida, əhli-vəfa derlər ki, bu aləmdə var; Adı var, lakin özü ənqa kimi nayabdır (S.Ə.Şirvani); ZÜMRÜD O, əfsanələrdən eşitdiyi zümrüd quşunun qanadları arasında oturub əlinə qılınc götürüb göyə qalxırdı (S.Rəhimov).
Azərbaycan dilinin sinonimlər lüğəti / simurq1 сущ. миф. феникс (сказочная птица, по азербайджанской мифологии, обитающая на горе Каф (Эльбрус) и являющаяся покровителем добра)
Azərbaycanca-rusca lüğət / simurq1 [fars.] сущ. миф. зимир (къадим Ирандин мифологияда гуя Къаф (Эльбрус) дагъда яшамиш жезвай гзаф зурба са къуш).
Azərbaycanca-ləzgicə lüğəti / simurqqara rəngli böyük quş (İran əsatirinə görə Elbrus-Qaf dağında yaşayan iri bir quş, Ənqa quşu).
Azərbaycan kişi adlarının izahlı lüğəti