Timur sözü azərbaycan dilində

Timur

Yazılış

  • Timur • 99.2641%
  • TİMUR • 0.4906%
  • timur • 0.2453%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məngü Timur
Məngü Timur xan — Qızıl ordanın beşinci xanı. Batı xanın nəvəsi idi. == Hakimiyyəti == Hakimiyyətinin ilk dövründə ruslarla yaxşı əlaqələr qurmuş, Rus Pravoslav kilsəsini vergidən azad etmişdi. 1274-cü ildə müstəqil olan son knyazlıq olan Smolenski də işğal etmişdi. Xubilaya qarşı Kayduya yardım edirdi. Daha sonra Kayduya qarşı gələrək ən sevdiyi oğlu Nomu xanı ona qarşı müharibəyə göndərdi. 1280-ci ildə xan boynundan aldığı zədəyə görə vəfat etdi. == Ailəsi == Məngü Timur Kunqqirat qəbiləsindən Olcay xatunla evlənmişdi. Övladları: Toxta xan Nomu xan Kokçu xan Toğrulça - Özbək xanın atası Çiçəkxatun (Anna) - Yaroslavl knyazı Fyodor Rostivlaviç ilə evlənmişdi.
Timur Arslanov
Timur Faritoviç Arslanov (2 yanvar 1991, Ufa, Başqırd MSSR, RSFSR, SSRİ) — rusiyalı qılınc oynatan. Rusiyanın gənc qılıncoynatma komandasının üzvü (2007), milli komandanın üzvü (2014). Qılıncoynatma üzrə Rusiya idman ustası (2007), komanda üzrə rapira Avropa çempionu (2018). Rusiya çempionatının finalçısı (2013). Kişilər arasında Rusiya Kubokunun qalibi (2010), ölkə çempionatının gümüş medalçısı (2012). Gənclər arasında Avropa çempionatının qalibi (2014). == Ümumi məlumat == 19 nömrəli Uşaq-gənclər idman məktəbini (birinci məşqçi — F. Arslanov), 5 nömrəli idman profilli respublika internat məktəbini, 19 nömrəli Ufa Uşaq-gənclər idman məktəbi (məşqçilər — L. R. Gruşina, R. R. Nasibullin) bitirmişdir. Başqırd Bədən Tərbiyəsi İnstitutunun tələbəsidir. Prezident təqaüdü laureatı (2007) ("2007–2008 tədris ilində xüsusilə istedadlı tələbələr üçün Başqırdıstan Respublikası Prezidentinin təqaüdlərinin təyin edilməsi haqqında" fərmana görə).
Timur Bekmambetov
Timur Bekmambetov (qaz. Temir Nurbaqıtulı Bekmambetov; 25 iyun 1961, Atırau) — Qazax və Rusiyalı tammetrajlı film və reklam filmləri rejissoru.
Timur Bəy
Timur Bəy (uyğ. تیمور بیگ), və ya Timur Sijan (1886, Küçə[d] – 1933, Qaşqar, Sincan[d]) — briqada generalı, 1933-cü ildə Şərqi Türkistanda Kumul üsyanı zamanı üsyan liderlərindən biri. 1933-cü ildə Qaşqar döyüşündə iştirak etmiş və daha əvvəl Turfan üsyanı rəhbərlərindən olmuşdur (1932). Türk milliyyətçi partiyası Gənc Qaşqar Partiyasına aktiv üzv olmuş və özünü "Timur Şah" olaraq elan etmişdir. Timur Bəydə Xotan əmirləri Buğra qardaşları (Məhəmməd Əmin Buğra, Abdulla Buğra və Nur Əhməd Can Buğra) kimi Şərqi Türkistanı Çindən ayrılaraq müstəqil görmək istəyirdi. 1933-cü ilin avqustunda onun qoşunları Qaşqar yaxınlığında general Ma Zçanqın rəhbərliyindəki Çin Respublikası Milli İnqilab Ordusunun hueylərdən ibarət 36-cı Diviziyası tərəfindən hücuma məruz qaldı. Timur Bəy qətlə yetirilərək, başı kəsildi. Ma Zçanq onun başını 1933-cü il avqustun 9-da Qaşqar şəhərində İd Kah məscidin yaxınlığında asaraq ümumi tamaşaya qoydu.
Timur Frunze
Timur Frunze (tam adı Timur Mixayloviç Frunze; rus. Тиму́р Миха́йлович Фру́нзе; 5 aprel 1923, Xarkov – 19 yanvar 1942, Xarkov) — Sovet İttifaqı Qəhrəmanı (16 mart 1942, ölümündən sonra), qırıcı təyyarəçi, leytenant, Böyük Vətən müharibəsi itirakçısı. Hərbi işlər üzrə xalq komissarı Mixail Frunzenin oğlu. 1938-ci ildən ÜİLKGİ üzvü. == Həyatı == Timur Frunze Kaçinsk hərbi aviasiya məktəbini bitirmiş (1941), Moskva ətrafında döyüşlərdə və şimal-qərb cəbhəsində gedən vuruşmalarda iştirak etmişdir. Staraya Russa yaxınlığında 8 düşmən qırıcı təyyarəçisi ilə qeyri-bərabər döyüşə girən Timur Frunze iki təyyarə vurub salmış, özü də həlak olmuşdur. Leytenant Frunze hərbi mərasimlə Krestsı qəsəbəsinin Yamski qəbiristanlığında dəfn edilmişdir.SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 16 mart 1942-ci il tarixli "Qızıl Ordunun rəhbər heyətinə Sovet İttifaqı Qəhrəmanı adı verilməsi haqqında" qərarı ilə "komandanlığın döyüş tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirdiyinə və bu zaman şücaət və qəhrəmanlıq nümayiş etdirdiyinə" görə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdür.Müharibədən sonra, 1950-ci illərdə bacısı Tatyananın istəyi ilə məzarı Moskvadakı Novodeviçye qəbiristanlığına köçürülmüşdür. == Mükafatları == Sovet İttifaqı Qəhrəmanının "Qızıl Ulduz" medalı (ölümündən sonra) — 16 mart 1942 "Lenin" ordeni == Xatirəsi == Xarkov şəhərində Frunze rayonu (1973-cü ildən), 2016-cı ildən — Nemışlyanski rayonu Veliki Novqorod şəhərində Timur Frunze-Olovyanka küçəsi. Küçədə məlumat lövhəsi də quraşdırılıb. Krestsı qəsəbəsində Timur Frunze küçəsi.
Timur Kozayev
Timur Vadimoviç Kozayev (rus. Тимур Вадимович Козаев; 28 aprel 1998-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Spartak Vladiqafqaz klubunda müdafiəçi kimi çıxış edən Rusiyalı professional futbolçudur. == Karyerası == Kozayev öz peşəkar karyerasında debütünü 26 avqust 2018-ci ildə Spartak Vladiqafqaz klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Çayka Peşanokopskoye klubuna qarşı oyunda etmişdir.
Timur Məmmədov
Timur Əli oğlu Məmmədov (25 aprel 1925 – 26 iyun 1992) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1984–1987). == Həyatı == Timur Əli oğlu Məmmədov 1925-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir.Əmək fəaliyyətinə 1941-ci ildə mühasib kimi başlamış, qısa müddət sonra Sovet Ordusunda xidmət etmiş və Böyük Vətən müharibəsi iştirakçısı olmuşdur. 1950-ci ildən Qasım İsmayılov rayon istehlak cəmiyyətinin şöbə rəisi, "Azərittifaq"ın müfəttişi, şöbə və idarə rəisi vəzifələrində işləmişdir. 1961-ci ildən Bakı Ərazi İstehsal Sovxozlar İdarəsinin böyük iqtisadçı-maliyyəçisi, Bakı Şəhər İctimai İaşə İdarəsində şöbə rəisinin müavini, şöbə rəisi, sonradan idarənin rəisi, eləcə də Azərbaycan SSR Nazirlər Sovetinin ticarət şöbəsinin referenti, baş referenti olmuşdur.Timur Məmmədov 1974-cü ildən Azərbaycan SSR Ticarət Nazirliyində şöbə rəisi, "Azərittifaq" sədrinin müavini, Azərbaycan SSR Dövlət Plan Komitəsinin şöbə rəisi, Azərbaycan SSR Nazirlər Soveti İşlər İdarəsinin ticarət və məişət xidməti şöbəsinin müdiri olmuşdur. 12 may 1984-cü ildə Azərbaycan SSR ticarət naziri vəzifəsinə təyin edilmişdir.Timur Məmmədov 1949-cu ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı seçilmişdir.
Timur Oduşev
Timur Oduşev (16 yanvar 1993, Bakı) — 2010-cu ildə Oskar mükafatının 32-ci "Hollivudun gənc istedadları" mükafatına (ing. 32nd Young Artist Awards) layiq görülmüş aktyor. == Həyatı == Timur Oduşev 1993-cü il yanvarın 16-da Bakıda anadan olub. 6 yaşından Bakı Xoreoqrafiya Məktəbində balet artisti ixtisası üzrə təhsil almışdır. == Təltifləri == 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub.13 mart 2011-ci ildə 32-ci "Hollivudun gənc istedadları" mükafatı ilə təltif olunub. 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == Sahə (film, 2010) == İstinadlar == == Ədəbiyyat == R. İsayeva, "Timur Oduşev: "İçimdə qorxu var idi ki, rolun öhdəsindən gələ bilmərəm"" (müsahibə), Mədəniyyət.- 2011.- 1 aprel.- Səh. 9.
Timur Pineqin
Timir Alekseyeviç Pinegin (rus. Тимир Алексеевич Пинегин) — sovet yaxtsmeni, yelkənli qayıq idman növü üzrə yay Olimpiya oyunlarında SSRİ-dən olan ilk çempion. Avropa və Şimali Afrika çempionatının qalibi, SSRİ idman ustası (1960), SSRİ əməkdar məşqçisi. 16-qat SSRİ çempionu: "Zvyozdnıy" — 13 qat: 1953—1962, 1964—1965, 1969 "Solinq" — 3 qat: 1970, 1972—1973 == Həyatı == Moskvada anadan olmuşdur. Onun babası Aristarx Vladimiroviç İlyin məşhur psixiatr olmuşdur. Timirin atası Aleksey Dmitriyeviç Pinegin Yakutiya MSSR Kanqalas ulusu ərazisində 1903-cü ildə doğulmuşdur. O, milliyyətcə yakut olmuşdur.. Timir Alekseyeviç ilk kiçik uğuru hələ məktəbdə ələ etmişdir. Pineginin anası Aleksandra Aristarxovna İlyina rəssamlığı bacarırdı. Timir Hərbi Dəniz Qüvvələrinin Mərkəzi İdman Klubunun heyətində çıxış etmişdir.
Timur Rodrigez
Teymur Mikayıl oğlu Kərimov (14 oktyabr 1979, Penza) — Timur Rodrigez səhnə adı ilə tanınan Azərbaycan əsilli rusiyalı şoumen, aparıcı, müğənni və aktyor. Rusiya telekanallarında efirə gedən KVN və Comedy Club kimi proqramların iştirakçısı, eləcə də Krokodil, Sexy chart, Tantsi bez pravil kimi proqramların aparıcısı olaraq məşhurluq qazanmışdır. 2010-cu ildə o Ani Lorak ilə hit bir duetə, "Uvleçeniye" (rus. Увлечение) mahnısına imza atır. 2013-cü ildə "O tebe" (rus. О тебе), 2015-ci ildə isə "Novıy mir" (rus. Новый мир) albomlarını buraxmışdır. Muz TV, HTB, THT, Musicbox kimi kanallarda bir çox proqamların aparıcısı olmuş Timur, Penzada dünyaya gəlmişdir. Atası azərbaycanlı, kukla teatrının aktyoru Mikayıl Kərimov, anası isə yəhudi əsilli, alman və ingilis dilləri müəllimi Zlata Yefimovna Levinadır. Ailəlidir, 2 övladı var.
Timur Rodriguez
Teymur Mikayıl oğlu Kərimov (14 oktyabr 1979, Penza) — Timur Rodrigez səhnə adı ilə tanınan Azərbaycan əsilli rusiyalı şoumen, aparıcı, müğənni və aktyor. Rusiya telekanallarında efirə gedən KVN və Comedy Club kimi proqramların iştirakçısı, eləcə də Krokodil, Sexy chart, Tantsi bez pravil kimi proqramların aparıcısı olaraq məşhurluq qazanmışdır. 2010-cu ildə o Ani Lorak ilə hit bir duetə, "Uvleçeniye" (rus. Увлечение) mahnısına imza atır. 2013-cü ildə "O tebe" (rus. О тебе), 2015-ci ildə isə "Novıy mir" (rus. Новый мир) albomlarını buraxmışdır. Muz TV, HTB, THT, Musicbox kimi kanallarda bir çox proqamların aparıcısı olmuş Timur, Penzada dünyaya gəlmişdir. Atası azərbaycanlı, kukla teatrının aktyoru Mikayıl Kərimov, anası isə yəhudi əsilli, alman və ingilis dilləri müəllimi Zlata Yefimovna Levinadır. Ailəlidir, 2 övladı var.
Timur Rəcəbov
Timur Ummatoviç Rəcəbov (19 avqust 1976, Buynaksk, Dağıstan MSSR) — Dağıstan şairi və tərcüməçisi. Rusiya Yazıçılar Birliyinin üzvü (2015). == Həyatı == Timur Rəcəbov Dağıstanda, Buynakskda anadan olub. Onun ata nəsli Rutulski rayonunun Kina kəndindən gəlir. O, milliyətcə rutuldur. === Təhsili === Timur Rəcəbov Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Prezident Rəsul Həmzətov gənc şairin 1997-ci ildə Universitetə qəbul olması üçün ona referans verir. Məktəbə getməzdən öncə Rəcəbov Cənubi Dağıstanın Azərbycanla sərhəd dağlıq hissələrində yaşayıb. Tez-tez məktəblərini dəyişərək Mahaçqala, Kaspiysk, Xasavyurt, Buynaksk şəhərlərində təhsil alıb. Kolleci bitirdikdən sonra gələcək şair Dağıstan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almağa qərar verir.
Timur Safin
Timur Safin (tat. Тимур Марсель улы Сафин; 4 avqust 1992) Rusiyalı qılıncoynadan, üç dəfə Avropa çempionu, dünya çempionu(2014) və Avropa oyunları qalibi olmuşdur. == Bioqrafiya == 1992-ci ildə Daşkənddə Tatar ailəsində doğulmuşdur. Daha sonra Rusiyaya köçmüşdür. Safinin qılıncoynatma karyerası doqquz yaşında, oxuduğu məktəbə gələn bir məşqçinin çıxışından sonra başlamışdır.Ufa şəhərində idmançıların ümumi seçimi olan Safin, 2009-cu ildə Rusiyanın gənclər komandasına aparıldı. 2011-ci ildə Kazan şəhərində keçirilmiş Avropa çempionatında bürünc medal və komandada isə gümüş medal qazandı. Eyni ildə Moskvada Avropa Gənclər Çempionatında fərdi oyunda çempionluq qazanmış və qrupda isə gümüş qazanmışdı. 2011-12 mövsümündə dünya gənclərinin sıralamasında dördüncü sırada qərarlaşdı. 2013-cü ildə Torun U23 Avropa Çempionatında ikiqat qızıl medal qazandı. Safin, kiçiklər üçün kateqoriyadan çıxdıqdan sonra üst səviyyəyə yəni böyüklər üçün kateqoriyaya keçdi və bu kateqoriyada 2013-14 il mövsümündə debüt etdi.
Timur Vaynşteyn
Timur Vaynşteyn (tam adı: Timur Leonidoviç Vaynşteyn ; 1 mart 1974, Bakı) — televiziya prodüseri. Yarı azərbaycanlı, yarı yəhudi ailəsində doğulmuşdur. == Həyatı == Timur Leonidoviç Vaynşteyn 1 mart 1974-cü ildə Bakıda anadan olub. 1991-ci ildən "Parni iz Baku" (Bakılı Oğlanlar) Şən və Hazırcavablar Klubu (KVN) komandasının bədii rəhbəridir. Bu komanda 1992-ci ilin çempionu, 1995-ci il yay kubokunun sahibi, 2000-ci ildə isə əsrin çempionu adına layiq görülüb. Timur Vaynşteyn 1996-cı ildə Azərbaycan Tibb Universitetinin həkim-psixiatr ixtisasını bitirib. 1997-ci ildə Rusiya Televiziya Mütəxəssisləri İnstitutunda televiziya rejissorluğu ixtisasına qəbul olunub. "VİD" telekompaniyasında müxbir, redaktor, rejissor, daha sonra "Tema" "Dobriy Veçer s Yuliyem Qusmanom" verilişlərinin rəhbəri, "Ças pik", "İşu tebya" və müxtəlif verilişlərin müəllifidir. 1998-ci ildə "VİD" telekompaniyasının ən yaxşı redaktoru seçilib. 2000-ci ildə "PlANETA KVN" proqramının və "KVN. 40 let shutya" serialının rejissorudur.
Timur xan
Timur xan — Timur Qutluq xanın oğlu idi. Edigey tərəfindən xan elan olunmuşdu. Edigeyin hakimiyyətindən bezən Timur onu məğlub edərək Xarəzməcən qovdu. Hakimiyyətinin 1-ci ilində Toxtamışın oğlu Cəlaləddin atasının intiqamını almaq üçün hücuma keçmişdi. Cəlaləddinin adamları tərəfindən 1412-ci ildə öldürüldü.
Timur Əliyev
Timur Nurəddin oğlu Əliyev (29 may 1984; Çirçig, Özbəkistan SSR — 13 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Timur Əliyev 1984-cü il mayın 29-da Çirçig şəhərində anadan olub. 1998-ci ildən ailəsi ilə birgə Azərbaycanda yaşamağa başlayıb. Ailəli idi. Iki qızı yadigar qaldı. == Hərbi xidməti == Timur Əliyev 2002–2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun çavuşu olan Timur Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Timur Əliyev oktyabrın 13-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Xanlıqlar kəndində dəfn olunub.
Timur Qutluq xan
Timur Qutluq xan — Toxtamış xanın yerinə Əmir Teymur tərəfindən gətirilmişdi. Urus xanın nəvəsi idi. Hakimiyyət dövrü əmir Edigeyin kölgəsində keçmişdi. 1398-ci ildə pul zərb etdirmiş, 1399-cu ildə Edigey tərəfindən öldürülmüşdü.
Timur Xoca xan
Timur Xoca xan (v. 1361) — Xızır xanı və kiçik qardaşını öldürərək hakimiyyətə gəlmişdi. Cəmi 5 həftədən sonra Mamay xan tərəfindən devrilmişdi. Volqa bölgəsinə qaçan Timur elə orada da öldürülmüşdü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 4.73 dəfə / 1 mln.
2003 •••••• 2.36
2004 •••••• 2.36
2005 ••••• 2.02
2006 •••••••• 3.38
2007 •••••••••••• 4.86
2008 •••••••• 3.41
2009 •••••••••••• 4.96
2010 ••••••••• 3.54
2011 ••••••••••••••••• 6.86
2012 •••••••• 3.36
2013 •••••••••••••••••••• 8.17
2014 ••••••••••••• 5.32
2015 •••••••••• 4.08
2016 ••••••••• 3.47
2017 ••••••••••• 4.55
2018 •••••••••••••••••••• 8.54
2019 ••••••••••• 4.31
2020 •••••••••• 3.98

timur sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

dəmir; möhkəm, sağlam; yenilməz.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"timur" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#timur nədir? #timur sözünün mənası #timur nə deməkdir? #timur sözünün izahı #timur sözünün yazılışı #timur necə yazılır? #timur sözünün düzgün yazılışı #timur leksik mənası #timur sözünün sinonimi #timur sözünün yaxın mənalı sözlər #timur sözünün əks mənası #timur sözünün etimologiyası #timur sözünün orfoqrafiyası #timur rusca #timur inglisça #timur fransızca #timur sözünün istifadəsi #sözlük