* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. dan. Birinə gözlə edilən işarə; him-cim. □ Him eləmək – birinə gözlə, qaş-gözlə işarə etmək. Gülzar qulluqçuya him elədi ki, Züleyxanı bayıra çıxarsın. C.Cabbarlı. Şahsuvarov [Sadıqovun] çıxmasına him eləyir. İ.Əfəndiyev. ◊ Himə bənd – bir işi görmək üçün işarə gözləyən, bəhanə axtaran. Mən aşiq kimə bəndəm; Sazımda simə bəndəm; Yarla görüşmək üçün; Bir kiçik himə bəndəm. (Bayatı). [Lətifə] hönkürüb ağlamaq üçün ən balaca bir himə bənddi. M.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / him1 HİM I is. İşarə. Arılar ətrafda him gözləyir, him; Oxusam hamısı mənə qoşular (Ağa Laçınlı). HİM II is. Bəhanə. Şahnaz elə bir him axtarır (İ.Şıxlı). HİM III is. Bünövrə, özül, əsas. Ovsunçuyam, ovsun sallam hi mara; Bənna olsan, tərki axtar, him ara (Aşıq Ələsgər).
Azərbaycan dilinin omonimlər lüğəti / him2 1 1. в сочет. him etmək подмигивать, подмигнуть, подмаргивать, подморгнуть 2. намёк (жест, движение, поступок, заменяющие какие-л. слова или выражения). Himlə danışmaq говорить намёками, himlə başa düşmək догадаться о чём-л. по намёкам, himi başa düşməmək не понять намёка ◊ himə bənddir (bəndəm, bəndsən) достаточно подмигнуть, достаточно подморгнуть, одного намека достаточно 2 сущ. диал. фундамент, основание. Himini qoymaq (tökmək) nəyin заложить фундамент чего
Azərbaycanca-rusca lüğət / him1 i. 1. hint (made by other person with his eye, head, etc.); incə ~ delicate / gentle hint; ~ etmək to drop a hint; ~i başa düşmək to take* the hint; 2. foundation, groundwork; ~ tikmək to build* the foundation; ~ini qoymaq to lay* the foundation
Azərbaycanca-ingiliscə lüğət / him1 is. allusion f ; incə ~ allusion f discrète ; ~ etmək faire allusion à. . . ; faire signe ; clinger de l’oeil ; ~i başa düşmək comprendre une allusion
Azərbaycanca-fransızca lüğət / him1 сущ. рах. вил(ер)ивди ийидай ишара, вил ягъун; him eləmək вил ягъун, садаз вил(ер)ивди, рацӀамривди ишара авун, вилербурун; ** himə bənd са кар авун патал ишара вилив хуьзвай, багьна жугъурзавай.
Azərbaycanca-ləzgicə lüğəti / himI (Başkeçid, Borçalı, Şərur, Culfa, Gədəbəy, Kəlbəcər, Naxçıvan, Ordubad, Şamaxı) bünövrə, özül, əsas. – Əvvəl himi atıram, so:ra daşınan himin doldururam (Ordubad); – Tufarın himin dərin qoy, möhkəm olsun (Başkeçid) II (Bakı, Borçalı, Gədəbəy, Masallı, Mingəçevir, Oğuz) qaş-gözlə edilən işarə. – Bir himnən başa düşəcəx’ (Oğuz); – Eləjə himnən biz də başa tüşö:yrüx’ (Gədəbəy) ◊ Him eləmək (Masallı, Beyləqan) – qaşgözlə işarə etmək. – Yanıma gəlmək üçün İskəndərə him elədim (Masallı)
Azərbaycan dilinin dialektoloji lüğəti.