Saimbəyli
Saimbəyli — Adana ilinin ilçəsi. Keçmiş adı Haçin olub. İlçəni Fransız işğalından azad edən Saim bəyin xatirəsinə ilçəyə Saimbəyli adı verilmişdir. Adanaya 157 km məsafədə yerləşir. Saimbəylinin 25 kəndi var. İqtisadi olaraq Kozana bağlıdır.
== Əhali ==
2018-ci ilin məlumatına görə ilçədə 15.338 nəfər yaşayır.