Asim sözü azərbaycan dilində

Asim

Yazılış

  • Asim • 98.2700%
  • ASİM • 1.4291%
  • asim • 0.3009%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Asim
Asim — Azərbaycan adı. Asim Mollazadə — siyasətçi, Demokratik İslahatlar Partiyasının təsisçisi və sədri, Milli Məclisin deputatı. Asim Ərdəbili — şeirdə Asim təxəllüs edən Azərbaycan şairlərindən Asim Qazıyev — Ədəbi Yazarlar Birliyinin rəhbəri. Asim Bayramov — Azərbaycan Silahlı Qüvvələrinin zabiti. Asim Quliyev (rəssam) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikasının Əməkdar rəssamı. Asim Mehdiyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi, itkin. Asim Quliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Asim Əliyev (əsgər, 1998) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Asim Əliyev (əsgər, 1999) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Asim Abbasov
Asim Rasim oğlu Abbasov (26 may 1987, Hacırüstəmli, İmişli rayonu – 28 sentyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Asim Abbasov 1987-ci il mayın 26-da İmişli rayonunun Hacırüstəmli kəndində anadan olub. Asim Abbasov 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun çavuşu olan Asim Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asim Abbasov sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Abbasov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Asim Abbasov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Asim Bayramov
Asim Yusif oğlu Bayramov (11 mart 1952, Nərimanlı, Basarkeçər rayonu) — Azərbaycanlı polkovnik, Birinci Qarabağ Müharibəsi iştirakçısı. Asim Bayramov 11 mart 1952-ci ildə Basarkeçər rayonunun Nərimanlı kəndində müəllim ailəsində anadan olmuşdur. 1958-ci ildə Nərimanlı kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1968-ci idə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1968-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakultəsinin əyani şöbəsinə daxil olmuş, 1973-cü ildə isə institutu mühəndis elektromexanik ixtisası üzrə bitirmişdir. SSRİ Silahlı Qüvvələrindən tərxis olunduqdan sonra 1975-ci ilin avqust ayından 1977-ci ilin 10 fevralına kimi Gəncə şəhərində elektrik quraşdırma idarəsində mühəndis işləmişdir. 1973-cü ilin 1 iyul tarixində Bakı şəhər Nərimanov rayonu hərbi komisarlığından ehtiyatda olan zabit kimi iki illik həqiqi hərbi xidmətə çağırılmış, hərbi xidmətini 21 avqust 1973-cü ildən 58818 saylı hərbi hissdə rabitə bölüyünün komandiri vəzifəsindən başlamışdır. 1974-cü ilin 10 oktyabr-20 dekabr tarixlərində hərbi hissənin məxfi rabitə aparatı tağımının redoreleyni-kabelni bölüyünün komandiri olmuş, 1974-cü ilin 20 dekabrından 1975-ci ilin 5 iyul ayına kimi 58818 saylı hərbi hissənin qərargah rəisinin səfərbərlik işi üzrə köməkçisi vəzifəsində hərbi xidmətini davam etdirmişdir. 5 iyun 1975-ci ildə xidmət müddəti başa çatdığına görə, Zaqafqaziya hərbi dairəsinin komandanlığının 25 may 1975-ci il tarixli 079 saylı əmri ilə baş leytenant hərbi rütbəsi verilməklə SSRİ Silahlı Qüvvələrindən tərxis olunmuşdur. 10 fevral 1977-ci ildə SSRİ Müdafiə Nazirinin 02 saylı 4 yanvar 1977-ci il tarixli əmri ilə yenidən hərbi xidmətə çağırılmış, 3 mart 1977-ci ildən Gəncə şəhər hərbi komisarlığında 1-ci şöbə rəisinin köməkşisi, 18 noyabr 1978-ci ildən 16 noyabr 1982-ci ilə kimi isə 2-ci şöbə rəisinin baş köməkçisi vəzifəsində xidmət etmişdir. 1979-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirmişdir.
Asim Cəfərli
Asim Cəlilov
Asim Cəlilov (d. 18 avqust 1936) — Əməkdar jurnalist Asim Cəlilov 18 avqust 1936-cı ildə Bakıda anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Moskvada İctimai Elmlər Akademiyasında təhsil alıb. “Molodyoj Azerbaydjana” qəzetində (1967-1972), “Azərbaycanfilm” kinostudiyasında, “Bakinski raboçi” qəzetində (1991-1995) baş redaktor vəzifəsində işləyib. Əməkdar jurnalistdir.
Asim Mehdiyev
Asim Mollazadə
Asim Nazim oğlu Mollazadə (6 iyun 1953, Bakı) — siyasətçi, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı, tibb elmləri doktoru. Asim Mollazadə 1953-cü il iyunun 6-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirmişdir. 1980–1992-ci illərdə Moskva (Rusiya) Seçenov adına Tibb Akademiyası Nevrologiya və davranış psixofiziologiyası ixtisası üzrə təhsil alıb. 1978-ci ildən Bakı şəhərində xəstəxanada həkim işləmişdir. 1984–1987-ci illərdə Həkimləri Təkmilləşdirmə İnstitutunun baş elmi işçisi olmuşdur. 1992-ci ilin iyun-dekabr ayları – nevraloji psixogen və psixosomatik xəstəliklər Mərkəzinin direktoru olmuşdur. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Analitik informasiya xidmətinin rəhbəri, 1993-cü ildə Azərbaycan Respublikası Prezidenti Aparatının Xarici əlaqələr şöbəsinin müdiri və Ermənistanla hərbi münaqişənin həllinə dair danışıqlarda Prezidentin xüsusi nümayəndəsi vəzifələrində çalışmışdır. 1993– 2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin xarici məsələlər üzrə müavini olmuşdur. 1995-ci il parlament seçkilərində Asim Mollazadə Azərbaycan Xalq Cəbhəsi Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 4-cü sırada olmuşdur.
Asim Qazıyev
Qazıyev Asim İsa oğlu — Ədəbi Yazarlar Birliyinin rəhbəri. Asim Qazıyev 1926-cı il 10 may tarixində Samux rayonunda anadan olub. Kirovabad (Gəncə) 3 nömrəli Tibb məktəbində oxuyub. 1945-50-ci illərdə Kiravabad Pedaqoji institutunun (Gəncə Pedaqoji universiteti) dil-ədəbiyyat fakültəsində təhsil alıb. Gəncəbasar Vilayət Ədəbi Yazarlar Birliyinə rəhbərlik edib. Müəllimlik arzusu onu doğma Samux rayonuna qaytarıb, orta məktəbə direktor təyin olunub. 1954-cü ildə Mingəçevir su anbarının tikintisi ilə əlaqədar Samuxun bir neçə kəndi Bərdə rayonuna köçürülüb. Asim Qazyev fəaliyyətini Bərdənin Leninabad (Samux) kəndində davam etdirib. Çiy kərpicdən, sonra ağ daşdan məktəb binası tikdirib. Qabaqcıl məktəb direktoru, ictimaiyyətçi, el ağsaqqalı, şair kimi tanınıb, sevilib.
Asim Quliyev
Asim Quliyev (rəssam) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikasının Əməkdar rəssamı. Asim Quliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Asim Süleymanov
Asim Məhərrəm oğlu Süleymanov (18 fevral 2001, Xoşbulaq, Daşkəsən rayonu – 4 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Asim Süleymanov 18 fevral 2001-ci ildə Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olmuşdur. 2018-ci ildə Gəncə şəhər 21 nömrəli tam orta məktəbi bitirmişdir və Gəncə Dövlət Regional Kollecində “Vaqon və refrijerator təsərrüfatı” ixtisasına daxil olmuşdur. Asim Süleymanov 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmışdır. O, təhsilini yarımçıq qoyaraq, hərbi xidmətə yollanmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etməyə başlamışdır. Azərbaycan Ordusunun əsgəri olan Asim Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Asim Süleymanov 4 noyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 5 noyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Süleymanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Asim Xudiyev
Asim Xudiyev — .sovet futbolçusu, müdafiəçi. FIFA referisi, UEFA müfəttişi. Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 212 dəfə baş hakim olmuşdur.
Asim Əliyev
Asim Əliyev (əsgər, 1998) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Asim Əliyev (əsgər, 1999) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Asim Hüseyn
Asim Hüseyn (28 noyabr 1953, Kəraçi, Sind[d]) səhiyyə, təhsil və Pakistan siyasəti sahələrində Pakistan əsilli Kanadalı fəal. O, Kəraçidəki Ziauddin Xəstəxanalar Qrupunun sədri və Pakistanın Neft və Təbii Sərvətlər Nazirliyi üzrə baş nazirin keçmiş müşaviridir. O, 2009–2015-ci illərdə Pakistan Xalq Partiyasının tərkibində Pakistan Senatının üzvü olub. Təhsil və səhiyyə sahələrində xalqa xidmətlərinə görə 2005-ci ildə Sitara-i-İmtiaz, 2013-cü ildə isə Nişan-e-İmtiaz mükafatları ilə təltif edilmişdir. Hüseyn 28 noyabr 1953-cü ildə Karaçidə anadan olub. İlk təhsilini Karaçi Qrammatika Məktəbində daha sonra Petaro Kadet Kolleci və Dau Tibb Kollecində təhsil aldıqdan sonra aldıqdan sonra təhsilinə Avropada davam etdirmişdir. O, filosof Sir Ziauddin Əhmədin nəvəsidir. Hüseyn 2008-ci ilin mayından 2009-cu ilin noyabrına qədər Federal Nazir statusu ilə Milli Yenidənqurma Bürosunun sədri vəzifəsində çalışıb. 2008-ci ilin noyabrından 2009-cu ilin avqustuna qədər baş nazirin Neft və Təbii Sərvətlər üzrə müşaviri/federal naziri kimi fəaliyyət göstərib. 12 dekabr 2009-cu ildən Pakistan Prezidentinin fəxri şəxsi həkimi idi.
Asim Əlizadə
Asim Quliyev (rəssam)
Asim Rzaqulu oğlu Quliyev (d. 9 yanvar, 1936) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Heykəltəraş Beynəlxalq Byennal, Simpoziumlarda qrup sərgilərin iştirakçısı, Azərbaycan Respublikasının Əməkdar rəssamı. Quliyev Asim Rzaqulu oğlu 9 yanvar 1936-cı ildə Bakıda anadan olmuşdur. O, 1957-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1964-cü ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasının heykəltaraşlıq fakültəsini bitirmişdir. 1969-1970-ci illərdə SSRİ Rəssamlıq Akademiyasının yaradıcılıq emalatxanalarında təhsilini davam etdirmişdir. Asim Quliyev 1967-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur. Heykəltəraş Beynəlxalq Byennal, Simpoziumlarda qrup sərgilərin iştirakçısıdır. Asim Quliyev Vaqif Nəzirov ilə birlikdə 1978-ci ildə "Sülh göyərçini" (Sumqayıt) monumental abidəsini işləmişdir. Həmin əsər Moskvada nümayiş edilmiş və medala layiq görülmüşdür. "İmadəddin Nəsiminin" (Sumqayıt, Nəsimi adına parkda), Vaqif Mustafazadənin və qızı Əzizənin Asim Quliyevin heykəltaraşlıq portretlərindəndir.
Asim Quliyev (əsgər)
Asim Bəkir oğlu Quliyev (2 mart 1996, Bakı – 12 oktyabr 2020, Hadrut, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Asim Quliyev 1996-cı il martın 2-də Bakı şəhərində anadan olub. 2002–2011-ci illərdə 107 saylı Bakıxanov qəsəbə tam orta məktəbində, 2011–2013-cü illərdə Sumqayıt şəhərində kompüter ixtisası üzrə kollecdə təhsil alıb. Orta məktəbdə oxuyarkən idmana böyük həvəsi böyük olduğundan boksla məşğul olub. Bakı üzrə keçirilən yarışlarda 1-ci, Respublika üzrə keçirilən yarışlarda 2-ci yeri qazanıb. Subay idi. Əslən Cəbrayıl rayonunun Hovuslu kəndindən olub. Asim Quliyev 2015–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Xidməti dövründə 2016-cı ilin 2–5 aprelində baş tutan döyüşlərdə savaşıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Asim Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb.
Asim ibn Ömər
Asim ibn Ömər (628, Mədinə – 689, ərəb. عاَصم بن عمر‎) — Tanınmış hədis ravisi, ikinci saleh xəlifə Ömər ibn Xəttabın oğlu və səkkizinci Əməvi xəlifəsi Ömər ibn Əbdüləzizin babası. Asim Məhəmməd peyğəmbərin (s.a.v) ən yaxın səhabəsi olan Ömər ibn Xəttabın oğlu idi, anası da peyğəmbərin ilk ardıcıllarından olmuşdur. Atası Ömər Məkkədə tayfalar arasında arbitrajdan məsul olan Bənu Ədi qəbiləsində anadan olmuşdur. Anası Cəmilə Mədinədə Ovs qəbiləsindən Əmr ibn Ovfun qəbiləsindən olan Sabit ibn Əbi əl-Əflax Əl-Şamus bint Əbi Əmirin qızı idi. Onun qardaşı Asim də Bədr döyüşündə iştirak edən müsəlmanlar arasında idi. Anası Cəmilə Mədinədə İslamı ilk qəbul edənlərdən olmuşdur. O və anası 622-ci ildə Məhəmməd peyğəmbərə beyət edən ilk on qadından biri idi. Adının Asiya (“asi”) olduğunu eşidən Məhəmməd peyğəmbər ona “Cəmilə” (“gözəl”) adını verir. O, İslamı qəbul etdikdən təxminən beş il sonra, 627-ci ilin mayından 628-ci ilin mayına qədərki aralıqda Ömərlə evlənir.
Asim Ərdəbili
Asim Ərdəbili, Salih Asim Kəffaş, Pərviz kimi tanınan, və şeirdə Asim təxəllüs edən Azərbaycan şairlərindəndir ki, Ərdəbil şəhərində anadan olub və Azərbaycan dilində şeirlər yazır.
Asim Əliyev (əsgər, 1998)
Asim Asəf oğlu Əliyev (17 sentyabr 1998, Əsədli, Sabirabad rayonu – 14 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Asim Əliyev 1998-ci il sentyabr 17-də Sabirabad rayonunun Əsədli kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Asim Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Asim Əliyev oktyabrın 14-də şəhid olub. Sabirabad rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Asim Əliyev (əsgər, 1999)
Asim Nuru oğlu Əliyev (7 sentyabr 1999, Düz Qırıqlı, Tovuz rayonu – 25 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Asim Əliyev 1999-cu il sentyabrın 7-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. 2006–2017-cı illərdə Düz Qırıqlı kənd tam orta məktəbində, 2017–2018-ci illərdə Azəbaycan Texnologiya Universitetində "Marketinq" ixtisası üzrə təhsil alıb. Daha sonra təhsilini dayandırıb. Subay idi. Asim Əliyev Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Asim Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Asim Əliyev oktyabrın 25-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Düz Qırıqlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Aleksandra Asimaki
Aleksandra Asimaki (28 iyun 1988, Afina) — Yunanıstanı təmsil edən su poloçusu. Aleksandra Asimaki, Yunanıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Yunanıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını 8-ci pillədə başa vurdu.
Asif Asiman
Asif Asiman (tam adı: Asif Məhəmmədəli oğlu Quliyev; 23 yanvar 1955, Disər, Ordubad rayonu) — şair, yazıçı, publisist; Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. 23 yanvar 1955-ci ildə Ordubad rayonunun Disər (indiki Başkənd) kəndində müəllim ailəsində anadan olmuşdur. Orta təhsilini Əvəz Sadıq adına Vənənd kənd orta məktəbində 1972-ci ildə başa vurmuş, elə həmin ildə də Bakı Politexnik Texnikumunun "Gündüz Mexanika şöbəsi"nə daxil olmuşdur. Oradan da birbaşa Ukrayna SSR-in Vinitsa vilayətinə hərbi xidmətə yola düşmüşdür. Hərbi xidməti 1975-ci ildə başa vurduqdan sonra Bakıya qayıtmış və təhsilini davam etdirmişdir. 1977-ci ilin may ayında gənc mütəxəssis kimi Sumqayıtda yerləşən Azərboru zavoduna təyinatla göndərilmişdir. İstehsalatdan ayrılmadan 1987, 1988, 1989-cu illərdə Azərbaycan Jurnalistika Sənətkarlığı İnstitutunda təhsil almışdır. 1986-1994-cü illərdə 49 nömrəli (indiki 4 nömrəli) Texniki Peşə Liseyində istehsalat təlimi ustası işləmişdir. 1994-cü ildən bu günədək Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbdə əmək təlimi müəllimi kimi çalışmaqdadır. Eyni zamanda "Yeganə yol" və "Məslək" qəzetlərinin xüsusi müxbiridir.
Nəhənglərin Asimptotik qolu
Nəhənglərin Asimptotik qolu — Nəhənglərin asimptotik qolu AGB H-R diaqramında inkşafda olan kiçik və orta kütləli ulduzların yerləşdiyi hissədir. Nəhənglərin asimptotik qolunun tipik nümayəndəsi qırmızı nəhəngdir. Belə ulduzun karbon və oksigendən ibarət nüvəsi, nüvənin ətrafında isə iki təbəqə vardır. Birinci təbəqədə helium yanaraq karbona çevrilir, ikinci təbəqədə isə hidrogen yanaraq heliuma çevrilir. Nüvə oksigen və karbondan ibarətdir və burada heç nüvə reaksiyası getmir. AGB mərhələsi – bu mərhələdə iki hissəyə bölünür: Erken AGB və döyünən temperaturlu AGB. Erkən AGB mərhələsində karbon və oksigendən ibarət nüvənin ətrafındakı nazik təbəqədə heliumun yanması əsas enerji mənbəyidir. İnkşafının bu dövründə ulduz ölçülərini çox böyüdərək qırmızı nəhəngə çevrilir. Onun ölçüsü 1 a.v çata bilər. Təbəqə daxilindəki helium bütünlüklə sərf olunduqdan sonra temperatur döyünməsi mərhələsi başlayır (pulsasiya). Bu zaman ulduz əsas enerjini nazik təbəqədəki hidrogenin yanması hesabına verir.
Şəfəq və Asiman qaz yatağı
Şəfəq və Asiman — Xəzərin Azərbaycan sahilində, Bakının 125 kilometr cənub-şərqində yerləşən qaz-kondensat yatağı. Şəfəq və Asiman strukturları əvvəllər müvafiq olaraq D8 və D10 adlanırdı. Şəfəq və Asiman strukturlarının öyrənilməsi üçün qarşılıqlı anlaşma haqqında memorandum 13 iyul 2009 tarixində imzalanmışdır. İlkin razılığa görə, dəniz bloku BP və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (abr. SOCAR) tərəfindən birgə hazırlanacaqdı. Qarşılıqlı anlaşma haqqında memorandum SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP-nin Kəşfiyyat və Hasilat üzrə icraçı direktor Endi Aynqilis tərəfindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və keçmiş Böyük Britaniya Baş Naziri Qordon Braunun iştirakı ilə imzalanmışdır. Qarşılıqlı anlaşma memorandumundan sonra, BP-nin prezidenti Toni Heyvardın Azərbaycana səfəri zamanı Rövnəq Abdullayev və BP Azərbaycanın prezidenti Rəşid Cavanşirin 6 iyul 2010 tarixində imzalanması ilə əsas kommersiya prinsipləri haqqında razılığa gəliblər. Şəfəq və Asiman blokunun inkişafı BP tərəfindən idarə olunan Azəri-Çıraq-Günəşli (AÇG) layihəsinin uzadılması kimi qiymətləndirilir. Kəşfiyyat işlərinin 2016-cı ilin ikinci yarısında başlaması və 2017-ci ilin ikinci yarısında davam etməsi gözlənilir.
Asiman Həsənov
Asiman Həsənov (4 sentyabr 1974, Nüvədi, Meğri rayonu) — Azərbaycan alimi, ümumi cərrah, tədqiqatçı. 2 metodik vasitə, 1 dərslik, 1 dərs vəsaiti, 1 praktik vəsaitin müəllifidir. Səhiyyə idarəetməsi və Azərbaycanda xəstəxanaların qurulmasındakı fəaliyyətləri ilə tanınır. Həsənov Asiman Balakişi oğlu 4 sentyabr 1974-cü ildə Zəngəzur mahalı, Meğri rayonunun Nüvədi kəndində anadan olmuşdur. 1981–1991-ci illərdə Nüvədi kənd orta məktəbində orta təhsil almış, 1991-ci ildə Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1997-ci ildə müalicə işi ixtisası üzrə məzun olmuşdur. 1997–1998-ci illərdə bir illik internatura təhsili alaraq həkim-cərrah ixtisasını qazanmışdır. 1999, 2001, 2006-cı illərdə İzmirdə Ege Universistetində Loporoskopiya və Endoskopiya üzrə ixtisasartırmada olmuşdur. 2022-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının inzibati idarəetmə fakültəsinin menecment ixtisası üzrə məzun olmuşdur. 2009-cu ildə "Mədə və 12 barmaq bağırsaqda aparılan əməliyyatlardan sonra xroniki pankreatitin gedişi və tənzimlənməsi" elmi işini müdafiə etmiş və 2010-cu ildə tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Hazırda "Açıq və miniinvaziv cərrahi əməliyyatların tibbi, sosial və iqtisadi aspektləri" adlı doktorluq dissertasiyası üzərində çalışır.
Asimmetrik rəqəmsal abunəçi xətti
ADSL (ing.. Asymmetric Digital Subscriber Line — asimmetrik rəqəmsal abunəçi xətti) — adi analoq telefon xətlərini yüksəksürətli qoşulma xətlərinə çevirən modem texnologiyası. ADSL texnologiyasının inkişaf tarixi iyirminci əsrin səksəninci illərindən başlayır. O zaman İnteraktiv televiziyanı təmin edən texnologiyaların axtarışı aparılırdı. 1987-ci ildə Bellcore şirkəti xDSL texnologiyasının ilk spesifikasiyasını təqdim etdi və həmin texnologiyanı ABŞ-nın telefon şəbəkələrində işə saldı. Lakin sonradan şirkət parçalandı, texnologiya isə müvəqqəti istifadədən çıxdı. Doxsanıncı illərin ortalarında xDSL abunəçinin rəqəmsal xətləri asimmetrik modifikasiyası ilə — ADSL-lə təkmilləşdirildi. Sonrakı illərdə ADSL vasitəsilə məlumatın ötürülməsini həyata keçirmək üçün yeni və təkmilləşdirilmiş mikrosxem yığımı yaradıldı. Hal-hazırda ADSL daha sürətli Fast Ethernet texnologiyası tərəfindən sıxışdırılıb çıxarılır. Bunun səbəbi – ADSL şəbəkəsində ötürmə qabiliyyətinin məhdud olmasıdır, 24 Mbit/s (ADSL2+) abunəçi istiqamətində və abunəçidən 1.4 Mbit/s, belə ki, FastEthernet dolanmış naqil cütü üzərindən 100 Mbit/s, hətta 1Gbit/s (Gigabit Ethernet) sürəti ilə məlumatın ötürülməsini təmin edir.
Asimmetrik cavab
"Asimmetrik cavab" — ilk dəfə Mixail Qorbaçov tərəfindən ABŞ-nin Strateji Müdafiə Təşəbbüsü proqramını elan etdikdən sonra istifadə edilən termin. "Asimetrik cavab"ın arxasında əslində nə dayandığı məxfiliyin təsnifatı səbəbindən uzun müddət bilinmirdi. Sonradan məlum olduğu kimi, ABŞ peyklərinin xüsusi qurulmuş yerüstü lazer sistemlərindən istifadə etməklə vurulması planlaşdırılırdı.
Məlumatın asimmetriyası
Mikroiqtisadiyyatda məlumatın asimmetriyası (ing. asymmetric(al) information) — müqavilə tərəfləri arasında məlumatın qeyri-bərabər paylanması deməkdir. Məlumatın asimmetrik paylanması vəziyyətində tərəflərdən biri müqavilənin predmeti, onun bağlanma şərtləri və ya onun icrası prosesində davranışı haqqında digərindən daha çox bilir. Məsələn, işçi öz peşəkar keyfiyyətlərini işəgötürəndən daha yaxşı bilir; borcalan öz maliyyə vəziyyəti haqqında kreditordan daha yaxşı məlumatlıdır; satıcı məhsulun gizli xüsusiyyətlərini alıcıdan daha yaxşı bilir; podratçı görülən işin keyfiyyətindən sifarişçidən daha yaxşı xəbərdardır; alıcı öz üstünlükləri haqqında satıcıdan daha yaxşı məlumatlıdır. İnformasiya asimmetriyalarının mövcudluğu ilk dəfə Kennet Errou tərəfindən 1963-cü ildə American Economic Review jurnalında dərc edilmiş "Qeyri-müəyyənlik və səhiyyədə rifahın iqtisadiyyatı" məqaləsində qeyd edilmişdir. == Asimmetriyanın mənbələri == Cəmiyyət daxilində informasiya asimmetriyası bir neçə yolla yarana və xüsusi olaraq qoruna bilər. Birincisi, media öz təşkilati quruluşuna, sahiblərinin siyasətinə və ya siyasi təsir gücünə görə bəzən ictimai məsələlərlə bağlı müəyyən nöqteyi-nəzərləri yaya bilmir, müəyyən təbliğat kampaniyalarında iştirak edə bilmir. Bundan əlavə, əhəmiyyətli təhsil haqlarına əsaslanan təhsil sistemi yoxsul və zəngin sosial mənşəli tələbələr arasında informasiya balanssızlığı yarada bilər. Bütün dünyada fəaliyyət göstərən eksklüziv informasiya şəbəkələri də informasiya asimmetriyasına kömək edir. Nəhayət, kütləvi nəzarət siyasi və sənaye liderlərinə adətən geniş ictimaiyyətlə paylaşılmayan böyük həcmdə məlumat toplamaqda kömək edir.

asim sözünün leksik mənası və izahı

asim sözünün etimologiyası

  • 1 Ərəbcə sad ilə yazıldıqda ismət sözü ilə qohum olur, se ilə yazılanda “günah­kar” anlamını əks etdirir. Şəxs adı kimi birinci məna əsas götürülüb. ismət sözü ilə qohumdur, “ismətli” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / asim

"asim" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#asim nədir? #asim sözünün mənası #asim nə deməkdir? #asim sözünün izahı #asim sözünün yazılışı #asim necə yazılır? #asim sözünün düzgün yazılışı #asim leksik mənası #asim sözünün sinonimi #asim sözünün yaxın mənalı sözlər #asim sözünün əks mənası #asim sözünün etimologiyası #asim sözünün orfoqrafiyası #asim rusca #asim inglisça #asim fransızca #asim sözünün istifadəsi #sözlük