* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] Göy, səma. Könül pərvaz etdi qalxdı havaya; Yer üzündən asimana yetişdim. M.P.Vaqif. Qatar-qatar olub qalxıb havaya; Nə çıxıbsız asimanə, durnalar! M.V.Vidadi. İnsan övladının asiman qədər; Ulduzu sayrışan bir lisanı var. S.Vurğun. □ Asimana bülənd olmaq – göyə qalxmaq, ucalmaq. Mübarəkbad sədası xalqdan asimana bülənd oldu və bargahın imarətlərindən əksi-təkrar tapdı. M.F.Axundzadə. Səhranın günbatan tərəfindən gördüm bir şölə asimana bülənd olub, işığı hər yeri bürüyübdür. Ə.Haqverdiyev. Bir azdan kəndin kənarında çalğı səsləri asimana bülənd olur. S.Rüstəm.
Azərbaycan dilinin izahlı lüğəti / asiman4 AS(İ)MAN f. göy, səma.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / asiman1 ASİMAN – YER Könül pərvaz etdi, qalxdı havaya; Yer üzündən asimana yetişdi (M.P.Vaqif).
Azərbaycan dilinin antonimlər lüğəti / asiman1 [fars.] сущ. цав; // asimana bülənd olmaq цаварал (аршдиз) хкаж хьун (мес. ван, экуьнин рекӀвер).
Azərbaycanca-ləzgicə lüğəti / asiman