Asiyanı sözü azərbaycan dilində

Asiyanı

Yazılış

  • Asiyanı • 99.7843%
  • asiyanı • 0.2157%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Asiyanın Mərkəzi abidəsi
Asiyanın Mərkəzi abidəsi — Yenisey sahillərində, Kızıl şəhərində yerləşən abidə. Tıvanın simvollarından biri. == Tarixi == Asiyanın Mərkəzi abidəsinin tarixi çox maraqlıdır. Asiya mərkəzinin ilk qeydini rabitə mühəndisi, Yuxarı Yeniseyin öyrənilməsi partiyasının rəhbəri V. M. Rodeviçin qeydlərində tapmaq olar. 1910-cu ildə Peterburqda "Uryanxay diyarının oçerki" kitabını nəşr etdirir. Turistlər haqqında bölmədə V. M. Rodeviç xatırlayır: “90-cı illərdə bir ingilis səyyah Asiya mərkəzini görmək məqsədi ilə Uryanxaya gəldi. Onun dediyinə görə yenisey sahilindəki, Q. P. Safyanov Saldamının bağındakı bir sütunun bu əlamətdar məqamın olmasını qeyd etdi. İngilisin sözlərinə görə o, artıq Avropa, Afrika və Avstraliyanın mərkəzlərinə baş çəkib”. Q.P.Safyanovun əmlakı, Uluq-Xemin sol sahilində, Biy-Xem və Kaa-Xemin birləşməsindən 23 verst aşağıda yerləşirdi. Daha sonralar Kızıl şəhərində, Uluq-Xem sahillərindəki elektrik stansiyası binasının yaxınlığında, kiçik bir kəsilmiş piramida şəklində Asiya mərkəzinin işarəsi qoyulur.
Asiyanın faydalı qazıntıları
Asiya neft və kondensat, təbii yanar qaz, dəmir filizi, sürmə, qalay, volfram, qurğuşun, sink, uran və barit ehtiyatlarına görə dünyada qabaqcıl yer tutur: həmçinin kömür, molibden, kobalt, civə, gümüş, qızıl, tantal, beril, xrom, manqan, mis, fosfot filizləri, boksitlər, kalium duzları və s. faydalı qazıntılarla da zəngindir. Asiyada Qərbi Sibir platformasının örtük suxurlarında dünyanın ən böyük qaz (Rusiya) və Fars körfəzi rayonunda (Səudiyyə Ərəbistanı, Küveyt, İraq və s.) Kaynozoy yaşlı kənar çökəklərdə neft yataqları mövcuddur. Neft və qaz Sibir və Turan platformalarında (Rusiya, Qazaxıstan, Türkmənistan), dağarası çökəkliklərda və mütəhərrik qurşaqlardakı kembriyəqədərki massivlərin örtüklərində (Rusiyanın Saxalin adası, Azərbaycan, Özbəkistan, Çinin şimal-şərq və qərb rayonları, Pakistan, Hindistan, Bruney) və Rusiya, Azərbaycan, Çin və Vyetnamın şelflərində hasil edilir.. Daş kömürün zəngin yataqları Rusiyada Sibir platformasının Paleozoy çöküntülərində (Tunquska hövzəsi) və onu cənubdan əhatə edən qırışıqlıq sahələrində (Kuzbas, Minusa hövzəsi və s.) cəmlənmişdir. Mezozoy və Kaynozoy kömürləri Rusiyada (Sibir, Uzaq Şərq), Vyetnamda və Çinin bir sıra rayonlarında hasil olunur. Ən müxtəlif və zəngin filizləşmə materikin qədim fəal kənarları və adalar qövslərinin vulkanik-plutonik qurşaqları ilə assosiasiya təşkil edir. Bunu Rusiyada Zabaykalye və Şimal-Şərq) qalay, qızıl, uran,; Qazaxıstan və Rusiyada dəmir filizi, mis, polimetallar və qızıl; Özbəkistan, Qırğızıstan və Tacikistanda sürmə-civə və qızıl; Türkiyə, Azərbaycan, Gürcüstan, İran, Ermənistan və Monqolustanda mis-molibden, polimetallar; Asiyanın cənub-şərqində (Myanma, Tailand, Malayziya, İndoneziya) qalay-volfram yataqlarının timsalında görmək olar. Rusiya, Türkiyə, Vyetnam, Şərqi İndoneziyada xromit, nikel (aşınma qabığında), asbest yataqları mütəhərrik qurşaqların ofiolitləri ilə, Rusiyada iri qızıl və platin yataqları, Yaponiya, İndoneziya və Filippində mis, polimetal, qızıl və gümüş yataqları Kaynozoy yaşlı adalar qövsü və aktiv materik kənarları kompleksləri ilə əlaqədardır. Rusiyada misin və muskovitin, Hindistanda dəmir filizinin nadir yataqları qədim platformaların özülündə aşkar edilmişdir.
Asiyanın geoloji quruluşu
Asiya müəyyən hissəsi əvvəllər Qondvana superkontinentinin tərkibində olmuş kembriyəqədərki qabıq bloklardan ibarətdir. == Ümumi məlumat == Fanerozoyda blokların Qondvananın kənarından qopması, onların litosfer plitələri ilə birlik də şimala doğru dreyfi və toqquşma (kolliziya) prosesində əvvəlcə Lavrasiyaya, Mezozoyun ortalarından isə Avrasiyaya birləşməsi (tektonik akkresiya) baş vermişdir. Bu zaman qədim okeanlar (Paleoasiya, Paleotetis, Mezotetis və Neotetis) dövri olaraq açılmış və qapanmışdır. Asiyada şimal (Lavrasiya) blokları sırasına qədim Sibir platforması, kembriyəqədərki kiçik massivlər, cənubda (Qondvana) blokları sırasına isə Hindistan, Ərəbistan, Çin-Koreya, Tarim, Cənubi Çin platformaları, Hind-Çin, Şimali və Cənubi Tibet və s. qədim massivlər aid edilir. Blokları bir-birindən ayıran Son Proterozoy və Fanerozoy qırışıqlıq sahələri və sistemləri 3 mütəhərrik qurşaq əmələ gətirir: qədim okeanların qapanması zamanı əmələ gəlmiş Ural-Oxot və Aralıq dənizi qurşaqları, həmçinin Asiya ilə Sakit okean sərhədində inkişaf edən Qərbi Sakit okean qurşağı. Mütəhərrik qurşaqların qırışıqlıq strukturlarının bir hissəsi cavan platformaların (Qərbi Sibir, Turan və s.) çöküntü qatı ilə örtülmüşdür. Platformaların və qırışıqlıq sahələrinin ayrı-ayrı hissələri Kaynozoyda orogenezə məruz qalmış və törəmə dağ qurşaqları (Mərkəzi Asiya və s.) formalaşmışdır. Müasir rift əmələ gəlmə prosesi Baykal gölü rayonunda və Şimali Çində fəal təzahür edir. Qırmızı dənizin yaranmağa başlayan okean rifti Ərəbistan platformasını Afrika platformasından ayırır.
Asiyanın iqlimi
Asiya iqlimi — Asiya qitəsindəki iqlim vəziyyətinə verilən ad. Asiyada rütubətli ekvatorial iqlimdən soyuq qütb səhrası iqliminə qədər, demək olar ki, bütün iqlim qurşaqları mövcuddur. Buna səbəb qitənin böyüklüyü, ərazisinin qərbdən şərqə doğru uzun məsafəsi, daxili rayonlarının relyefi, şimaldan dağ səddinin olmaması kimi amillərdir. Asiyanın şimal sahillərində, Taymır yarımadasında Severnaya Zemlya, Novosibir, Vrangel adalarında Arktika iqlimi, bir qədər cənubda, şimal-şərqi Sibirə doğru genişlənən sahədə subarktika iqlimi hakimdir. Mülayim qurşaqda kontinental (Qərbi Sibir), sərt kontinental (Şərqi Sibir, Qazaxıstan, Monqolustan, Orta Asiya), musson (Uzaq Şərq, Saxalin adası) və dəniz (Kamçatka yarımadası, Kuril adaları) iqlim sahələri ayrılır. Yağıntının illik miqdarı Sibirdə 500–600 mm, Cənubi Sibir dağlarında, o cümlədən Sayan dağlarında 1500 mm.-dən çox, Orta Asiya səhralarında 150–200 mm.-dir. Subtropik iqlim qurşağı daxilində bir neçə iqlim tipi ayrılır: qərbdə Aralıq dənizi iqlimi, Ön Asiyanın yaylalarında kontinental iqlim, qitənin şərqində isə musson iqlimi. Yağıntının orta illik miqdarı qərbdən (Aralıq dənizi sahilləri, 700 mm) şərqə (İran yaylası 200 mm) doğru azalır. Tibet yaylası üçün yüksək dağlıq səhra iqlimi səciyyəvidir; qışı soyuq və az qarlı, yayı nisbətən sərindir. Şərqi Çinin, Yapon adalarının və Koreya yarımadasının subtropiklərində musson iqlimi (yağıntının illik miqdarı 1000–1500 mm) üstünlük təşkil edir.
Asiyanın landşaftı
Asiyanın lordu
Asiyanın lordu (yun. Κύριος της Ασίας) - Makedoniyalı İsgəndərə eramızdan əvvəl 331-ci ildə baş verən Qavqamel döyüşündən sonra verilən tituldur. Eramızdan əvvəl 323-cü ildə Makedoniyalı İskəndərin Babil şəhərində ölməsindən sonra titul onun varisərinə keçib, ancaq onlardan heç biri Asiyada və ya Makedoniyalı İskəndərin imperiyasının digər hissələrində gücə malik olmayıb. Həqiqi güc bir çox hökmdarlara və ya fars satraplarına keçib. İmperiyanın parçalanması və Diadoxinin güclənməsi ilə titul istifadə edilməyib.
Orta Asiyanın monqollar tərəfindən istilası
Orta Asiyanın monqollar tərəfindən istilası — 1219-cu ildə başlanmış fütuhat. == Tarixi == Monqollar Kulun-Bukir gölündən Altay dağlarının qərb hissəsinə qədər olan ərazidə yaşayırdılar. XII əsrdə bu ərazidə kerait, merkit, oyort, noyman, tatar və digər tayfalar məskunlaşmışdı. XII əsrin sonunda köçəri maldarların tayfa ittifaqları yarandı. Bu ittifaqlardan birinin başçısı Timuçin 1155-ci ildə Onon çayının sağ sahilindəki Dulun-Boldaq adlı yerdə anadan olmuşdu. Onun atası Yesugey kiyat tayfasından idi. Monqol mənbələrində deyilir ki, Timuçin Çingiz xanın atasının uşaq doğulmamışdan əvvəl məğlub etdiyi tayfalardan birinin başçısının adı olmuş və atası həmin adı oğluna qoymuşdur. Monqol rəvayətlərinə görə, uşaq ovcunda qurumuş qan ləkəsi ilə doğulmuşdur. Atası öləndə Timuçinin 12 yaşı var idi. Temuçin, kiçik qardaşları və anası ovla və balıq tutmaqla dolanmalı olmuşlar.
Şərqi Asiyanın quşları
Şərqi Asiyanın quşları (ing. Birds of East Asia) — 2009-cu ildə təbiətşünas Mark Braziliya tərəfindən yazılmış kitabıdır. Kitabda Şərqi Asiyada yaşayan 985 növ quşun siyahısı qeyd edilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.35 dəfə / 1 mln.
2003 ••••••••••• 3.94
2004 ••••••••••••••• 5.39
2005 ••••••••••• 4.05
2006 •••••••••••••• 4.96
2007 •••••••••••••••••••• 7.61
2008 ••••••••••••••• 5.60
2009 •••••••• 2.72
2010 ••••• 1.72
2011 ••••• 1.72
2012 •••••• 2.15
2013 ••••••• 2.33
2014 •••••••• 2.75
2015 ••••••••• 3.40
2016 •••••• 2.26
2017 •••••••••••••••• 6.02
2018 •••••••••••••••••• 6.74
2019 ••••••••• 3.20
2020 •••••• 1.99

"asiyanı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#asiyanı nədir? #asiyanı sözünün mənası #asiyanı nə deməkdir? #asiyanı sözünün izahı #asiyanı sözünün yazılışı #asiyanı necə yazılır? #asiyanı sözünün düzgün yazılışı #asiyanı leksik mənası #asiyanı sözünün sinonimi #asiyanı sözünün yaxın mənalı sözlər #asiyanı sözünün əks mənası #asiyanı sözünün etimologiyası #asiyanı sözünün orfoqrafiyası #asiyanı rusca #asiyanı inglisça #asiyanı fransızca #asiyanı sözünün istifadəsi #sözlük