* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. köhn. Ad. Hökmün Malik Əjdər, ismindir Ədhəm: Didələrim qan-yaş tökər dəmadəm. Aşıq Abas. [Rəcəbli:] İsminiz nədir? [Mirzə Heydər:] İsmim Heydərdir. Ə.Haqverdiyev. [Zabit:] Orada isimləri yazılı məhbusları bənə təslim etməlisən. H.Nəzərli. 2. Qrammatikadan: canlı və cansız əşyaların adlarını bildirən nitq hissəsi. □ İsmi-cəm köhn. – toplu mənalı isim. İsmi-xas köhn. – xüsusi isim. ◊ İsmi-əzəm – nağıllarda: sehirli dua adı, tilsim duası. Qız Məlikməmmədə dedi: – O səni bu günə salan adamdı. Düz qırx gündü ki, mən onnan çırpışıram. Axırda mən ismiəzəm oxuyub onu yatırtmışam. (Nağıl). İsmi-şəb – hərbi xidmətdə, yaxud gizli şəraitdə öz adamlarını tanımaq üçün tətbiq edilən və ancaq əlaqədar şəxslərin bildiyi gizli şərti söz, ya ifadə; parol. Şeypur çalınandan sonra küçələrə ancaq ismi-şəb bilən adamlar çıxa bilərdi. P.Makulu. İsmi-şərif köhn. – əsil mənası “şərəfli ad” olub, keçmişdə birinin adını soruşduqda hörmət üçün işlənərdi, indi çox vaxt zarafat və ya kinayə ilə deyilir. İsmi-şərifiniz nədir? – …İki il keçmiş kənddə şura seçkisi başlananda, şura sədrliyinə qoyulan namizədlərin siyahısında Tükəzban xalanın da ismi-şərifi yad olunmuşdu. B.Talıblı.
Azərbaycan dilinin izahlı lüğəti / isim2 сущ. 1. разг. имя (человека). İsmin nədir? как твое имя? 2. лингв. имя существительное. İsmin halları падежи имен существительных, isimlərin hallanması склонение имен существительных, ümumi isim нарицательное имя существительное, xüsusi isim собственное имя существительное
Azərbaycanca-rusca lüğət / isim1 i. 1. arx. name; İsminiz nədir? What is your name? 2. dilç. noun; ümumi ~ common noun; xüsusi ~ proper noun; konkret ~ concrete noun; mücərrəd ~ abstract noun
Azərbaycanca-ingiliscə lüğət / isim1 is. dilç. nom m, substantif m ; ümumi ~ nom commun ; xüsusi ~ nom propre
Azərbaycanca-fransızca lüğət / isim1 [ər.] сущ. 1. куьгьн. тӀвар; 2. грам. исим, существительное; ismi-cəm куьгьн. исимдин гзафвилин кьадар; ** ismi-əzəm махарик: суьгьурлу дуьадин тӀвар, тӀилисимдин дуьа; ismi-şəb чинебан шартӀлу гаф, пароль.
Azərbaycanca-ləzgicə lüğəti / isim