neftçi-alim sözü azərbaycan dilində

neftçi-alim

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • neftçi-alim • 97.5610%
  • Neftçi-alim • 2.4390%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Arif Quliyev (neftçi alim)
Arif Quliyev (Quliyev Arif Mehdi oğlu; d. 15.12.1933, Füzuli rayonu, Gecəgözlü kəndi) — texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (1989). == Həyatı == Quliyev Arif Mehdi oğlu 1933-cü ildə Azərbaycanın Füzuli rayonunun Gecəgözlü kəndində anadan olmuşdur. 1957-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini fərqlənmə ilə bitirərək, "Balaxanıneft" mədənlərində əmək fəaliyyətinə başlamışdır. Sonralar Azərbaycan EA-nın Neft Ekspedisiyasında baş laborant, elmi işçi olub. 1958-1960-cı illərdə isə AzETNÇİ-da "Yeraltı hidrodinamika" laboratoriyasında kiçik elmi işçi, böyük mühəndis kimi çalışmışdır. 1963-cü ildə "Qaz-neft layının hidrodinamikasının bəzi ünsürləri" mövzusunda namizədlik, 1974-cü ildə isə "Çoxlaylı neft və qaz yataqlarının işlənilməsinin qazhidrodinamiki hesabatı üsulları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1960-2003-cü illərdə Azərbaycan EA DNQYPİ-da böyük elmi işçi, şöbə rəhbəri işləyib. 1989-cu ildə Quliyev A.M. Azərbaycan MEA-nın müxbir üzvü seçilmişdir. 2003-cü ildən indiyə qədər Azərbaycan MEA-nın Geologiya və Geofizika İnstitutunda "Neft yataqlarının işlənilməsi və neft-qaz hasilatının proqnozlaşdırılması" şöbəsinin rəhbəridir.
Azər Qasımlı (neftçi alim)
Fazil Məmmədov (neftçi alim)
Fazil Əliağa oğlu Məmmədov (30 oktyabr 1930, Bakı – 2018, Bakı) — Azərbaycanlı neftçi-alim, texnika elmləri doktoru, professor. == Həyatı == Məmmədov Fazil Əliağa oğlu 1930-cu il oktyabrın 30-da Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1954-cü ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirdikdən sonra təyinatla işləmək üçün "Gürgənneft" trestinə göndərilmişdir. 1954-1964-cü illərdə "Gürgənneft" trestində operator və usta işləmişdir. 1964-1965-ci illərdə "Pesçanneft"-də müdir, 1965-1968-ci illərdə isə "AZNSETİ"-də laborant işləmişdir. 1968-1972-ci ildə "Dəniz şəraitində açıq fontanların yaranma səbəbləri və onların qarşısının alınması üsulları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-ci ilə illərdə "Serobrovski adına", "N.Nərimanov adına" və "Artyomneft" NQÇİ-lərdə rəis vəzifəsində işləmişdir. 1972-ci ildən "Dənizneftqazlayihə" İB DNQETLİ-da "Dəniz neft-qaz yataqlarının abadlaşdırılması" şöbəsinin rəhbəri, baş mühəndis müavini, baş mühəndis, direktor müavini işləmişdir. 1980-ci ildən bu institutun baş mühəndisi təyin edilmişdir. 2000-ci ildə "Dəniz yataqlarının məhsulunun yığılması, hazırlanması və nəqlinin nəzəri əsasları və praktiki nəticələri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Murad Mahmudov (neftçi alim)
Mahmudov Murad Nəbiyeviç (1930, Bakı) — texnika elmləri doktoru, professor. == Həyatı == Mahmudov Murad Nəbiyeviç 1930-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1954–1955-ci illərdə "Artyomneft" trestinin neft mədənlərində texnik, sahə rəisi işləmişdir. 1955-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun qaz-neft-mədən fakültəsini fərqlənmə ilə bitirmişdir. 1957–1970-ci illərdə AzNKİ-da elmi-tədqiqat sektorunun, problemli elmi tədqiqat işləri şöbəsinin rəhbəri, elmi işlər üzrə prorektor olub. 1961-ci ildə "Quyuların sementlənməsi prosesinə bəzi faktorların təsirinin tədqiqi" mövzusunda namizədlik, 1975-ci ildə isə "Quyuların sementlənməsinin bəzi hidravlik problemləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1970–1979-cu illərdə — Sumqayıt Ali texniki idarəsinin rektoru, "Mexanika" kafedrasının rəhbəri olub. 1979–1988-ci illərdə "Neftkimya-avtomat" elmi tədqiqat və layihə institutunun "Qazıma müəssisələri", "Riyazi informasiya təminatı" Avtomatik İdarəetmə Sistemləri (AİS) laboratoriyalarının rəhbəri işləmişdir. 1988–2000-ci illərdə ADNA-da "Neft və qaz quyularının qazılması" kafedrasının professoru, "İstehsalatın idarə edilməsinin iqtisadiyyatı və təşkilatı" kafedrasının rəhbəri, "Sənayenin Təşkilatçıları", "Beynəlxalq İqtisadi Münasibətlər" fakültələrinin dekanı, xalq təsərrüfatı işçilərinin hazırlanması, yenidən hazırlanması, ixtisaslarının artırılması üzrə mərkəzin rəhbəri, "Xarici iqtisadi əlaqələrin idarə edilməsi" laboratoriyasının elmi rəhbəri, SSRİ, Azərbaycan Təhsil Nazirliyinin İBM (ABŞ) korporasiyası ilə birgə yaratdığı Biznes Mərkəzinin baş direktoru, ADNA-da "Neft emalı və neft-kimya sahələrində iqtisadiyyat və menecment" kafedrasının professoru olmuşdur. 2002–2003-cü illərdə Rostov Dövlət İqtisad Universitetinin Dağıstan filialının rektoru işləmişdir.
Rafiq Quliyev (neftçi alim)
Rafiq İsrafil oğlu Quliyev (12 sentyabr 1945, Bakı – 15 may 2008, Bakı) — texnika elmləri doktoru (1982), professor (1985), AMEA-nın müxbir üzvü (2001). == Həyatı == Rafiq Quliyev 1945-ci ildə Bakı şəhərində ziyalı neftçi ailəsində anadan olub. 1967-ci ildə Neft və qaz quyularının qazılması ixtisası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-mədən fakültəsini bitirib. == Əmək fəaliyyəti == Rafiq Quliyev əmək fəaliyyətinə 16 yaşında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Nəzarət ölçü cihazları kafedrasının preparatoru vəzifəsindən başlayıb. Neft elminə olan həvəsi hələ tələbəlik illərində (1963–1967) oan dərslərilə əmək fəaliyyətini uğurla əlaqələndirməyə imkan verir. O, 1965–1969-cu illərdə "Leninneft" Neft Mədənləri İdarəsində operator, Azərbaycan Dəniz-Kəşfiyyat İdarəsində operator, Azərbaycan Dəniz-Kəşfiyyat Trestinin qazma kontorunda laborant-kollektor, qazmaçı köməkçisi, böyük sahə mühəndisi vəzifələrində çalışıb. Rafiq Quliyev 1969–1983-cü illərdə Azərbaycan Neftelmitədqiqatlayihə İnstitutunda böyük mühəndis, kiçik elmi işçi, böyük elmi işçi və hidromexanika bölməsinin müdiri olub. 1983-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İqtisadiyyat, təşkilat və idarəetmə kafedrasının müdiri vəzifəsini icra edib. 1988-ci ildən 2005-ci ilə kimi Neft və qaz quyularının qazılması kafedrasına rəhbərlik edib. O, 2006-cı ildən ömrünün sonuna qədər Neftqazelmitədqiqatlayihə İnstitutunun Beynəlxalq layihələr və xarici əlaqələr şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb.
Rüstəm Əliyev (neftçi alim)
Əliyev Rüstəm Talıb oğlu - texnika elmləri doktoru, professor == Həyatı == Əliyev Rüstəm Talıb oğlu Bakı şəhərində anadan olmuşdur. 1963-cü ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzNKİ-nun neft-mədən fakültəsini bitirmişdir. İnstitutu bitirdikdən sonra Neft hasilatı üzrə AzETNÇİ-nun "Hidromexanika" laboratoriyasında mühəndis işləyibdir. 1969-cu ildə "Gilli məhsulların qazılan quyularda hərəkəti zamanı hidravlikk müqavimətlərin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1970-ci ildən AzNKİ-da "İqtisadiyyat, təşkilat və idarəetmə" kafedrasının dosenti, Qaz-neft-mədən fakültəsinin dekan müavini, beynəlxalq əlaqələr üzrə prorektor, "Neft və qaz quyularının qazılması" kafedrasının professoru, "Əməyin mühafizəsi" kafedrasının müdiri kimi vəzifələrdə çalışıb. 1991-ci ildə "Qazmada və neft hasilatında texnoloji proseslərin tənzimlənməsinin hidravlik əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2002-2008-ci illərdə ADNA-nın "Neft və qaz quyularının qazılması" kafedrasının professoru olub. == Elmi fəaliyyəti == Əliyev R.T. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: gilli məhlulların qazılan quyularda hərəkəti zamanı hidravlik müqavimətlərin tədqiqi; neftin işlənilməsi, qazılması, nəql edilməsi məsələləri. Əliyev R.T. 100-dən artıq elmi məqalənin, metodik rəhbərliyin müəllifidir.
Yusif Quliyev (neftçi alim)
Quliyev Yusif Murad oğlu — texnika elmləri doktoru, professor. == Həyatı == Quliyev Yusif Murad oğlu 1950-cı ildə Azərbaycan Respublikasının Ağsu şəhərində anadan olmuşdur. 1972-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzNKİ-nun neft-mədən fakültəsini bitirərək, Manqışlaqda yerin təkinin mənimsənilməsində iştirak üçün gənc mütəxəssis kimi Qazaxıstana göndərilmişdir. Əmək fəaliyyətinə Uzen Qazıma işlərinə idarəsində qazmaçı köməkçisi kimi başlamışdır. 1986-cı ildə "Qazıma dəstəsinin alt hissəsinin (dibinin) rasional profilinin, səmərəli tərtibatlarının işlənilməsi və tətbiqi yolu ilə maili quyuların salınması texnologiyasının təkmilləşdirilməsi". 1988-ci ildə yüksək ixtisaslı kadrların - qazmaçı mühəndislərin hazırlanmasında iştirak etmək üçün Qazaxıstan Politexnik İnstitutunun filialının rəhbərliyi tərəfindən işə dəvət edilmişdi və burada o böyük mühəndis, dosent vəzifəsində çalışmışdır. 1993-cü ildən "Neft və qaz quyularının qazılması" kafedrasının rəhbəri işləmişdir. 1999-2001-ci illərdə Aktaus Dövlət Universitetinin neft-kimya fakultəsinin dekanı, 2001-2003-cü illərdə isə "Neft və qaz quyularının qazılması və neft və qazın geologiyası" kafedrasının rəhbəri olub. 2004-cü ildən bu günə qədər Quliyev Y.M. "Bolaşak" İnstitutunun (Manqistaus ş.) birinci prorektorudur. 1999-cu ildə "Qərbi Qazaxıstan şəraitində maimli quyuların əyriliklərinin idarə edilməsi üçün istiqamətləndirilməyən Qazıma kəmərinin aşağısının bərkidilməsinin (QKAB) optimal parametrlərinin seçilməsi üzrə qərarların qəbul edilməsinin elmi və praktiki əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Zahid Əliyev (neftçi alim)
Əli Məmmədov (neftçi alim)
Məmmədov Əli Əhməd oğlu — texnika elmləri doktoru, professor == Həyatı == Məmmədov Əli Əhməd oğlu 1931-ci ildə Azərbaycan Respublikasının Naxçıvan MR Şərur rayonu Dəmirçi kəndində anadan olmuşdur. 1961-ci ildə APİ-nun mexaniki fakültəsini fərqlənmə ilə bitirmişdir. 1963–1966-cı illərdə bu institutun aspirantıdır. 1966-cı ildə "Qoruyucu kəmərlərinin süzülmə zonasında möhkəmliyin və dayanıqlığın tədqiqi" mövzusunda namizədlik, 1973-cü ildə isə "Qoruyucu kəmərlərinin pozulmasının qarşısının alınmasının nəzəriyyə və praktikasının bəzi problemləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1966–1985-ci illərdə Azərbaycan elmi tədqiqat qazıma institutunda böyük elmi işçi, laboratoriya və şöbə müdiri işləmişdir. 1985-ci illərdə AzPİ-nun "Əməyin mühafizəsi" kafedrasının rəhbəri olmuşdur. Hal hazırda "Sənaye ekologiyası" kafedrasının professorudur. 1986–1991-ci illərdə Respublikanın Təhsil nazirliyində ictimai əsaslar üzrə şöbə rəhbəri olub. == Elmi fəaliyyəti == Məmmədov Ə. Ə. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: qoruyucu kəmərlərinin süzülmə zonalarının deformasiyası məsələləri; müxtəlif tipli perforatorların səmərəliliyinin tədqiqi; boruların divarlarında çatların əmələ gəlməsinin təhlili; boruların istehsalı zamanı yaranan, gözlə görünməyən çatların təyin edilməsi üçün defektoskopik üsulun tətbiqi; qoruyucu borularının divarının qazıma aləti ilə yeyilməsini nəzərə almaqla hesabat üsulları.
Neftçi
Neftçi PFK — Bakı şəhərini təmsil edən Azərbaycan futbol klubu. Azərbaycan Premyer Liqasında çıxış edir. Klubun müşahidə şurasının sədri Hafiz Zeynalovdur. "Neftçi" klubu "Qarabağ" klubu ilə yanaşı bütün Azərbaycan çempionatlarında iştirak edən iki komandadan biridir. "Neftçi" 9 dəfə Azərbaycan Premyer Liqasına, 6 dəfə Azərbaycan Kubokuna və 2 dəfə Azərbaycan Superkubokuna sahib olmuşdur. Həmçinin, komanda beynəlxalq miqyasda 1 dəfə Birlik Kubokuna sahib olmuşdur; bu Azərbaycan futbol klublarının beynəlxalq səviyyədə qazandığı ilk kubok olmuşdur. 2012-ci ildə, "Neftçi" UEFA Avropa Liqasının "play-off" mərhələsində Kiprin "APOEL" klubunu iki oyunun nəticəsinə görə 4–2 hesabıyla məğlub edərək yarışın qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan komandası olmuşdur. == Tarixi == === Yaranması === 1936-cı ilin mayında SSRİ Xalq Komissarları Soveti idman komandalarının və yarışlarının təşkili ilə bağlı yeni qərar verir. Həmin qərara əsasən, xalq komitələrinin əsasında yaradılmış idman cəmiyyətləri ləğv edilir, istehsalatın ayrı-ayrı sahələrində və Həmkarlar İttifaqlarının nəzdində yeni könüllü idman cəmiyyətləri yaradılır. Ardınca isə, SSRİ-də idman yarışları yığmaların arasında yox, məhz yeni yaradılan cəmiyyətlər arasında keçirilməyə başlayır.
Alim
Alim — ərəb dilindən tərcümədə elmlə məşğul olan, düşünən və yaradıcı təbəqənin nümayəndəsi olan şəxsdir. Alimlər digər insanlardan öz bacarıqları, savad və düşüncələri ilə fərqlənirlər. Onlar bir tədqiqat sahəsi ilə sistematik şəkildə məşğul olaraq yeni biliklərin əldə olunmasına çalışırlar. Alimlərin məqsədi mövcud iş şəraitində birbaşa və ya dolayı yolla insanların həyat tərzinin yaxşılaşdırılmasından ibarətdir. Ona görə də, tarix boyu alimlərin işləri dövlətlərdə söz sahibi olan şəxslər və qurumlar tərəfindən dəstəklənmiş və nəzarət edilmişdir. İlk təşkil olunmuş şəkildə aparılan elmi işlərə Qədim Yunanıstanda, Platon akademiyasında rast gəlinir. Əvvəllər elmlə məşğul olan şəxslər saray əyanları kimi xüsusi imtiyazlara malik olsalar da, sonradan onlara verilən elmi dərəcələrlə cəmiyyətdə elitar bir təbəqə yaranmışdır.
Neftçi-2
Neftçi-Ararat
Ararat–Neftçi — SSRİ dövründə Azərbaycan təmsilçisi "Neftçi" və Ermənistan təmsilçisi "Ararat" klublarının mübarizəsi. Bu komandalar arasındakı qarşılaşmalar həmişə prinsipial xarakter daşımışdır. == Ölkə miqyaslı uğurların müqayisəsi == Bu müqayisədə Ararat Yerevan klubunun açıq-aşkar üstünlüyü vardır: === Neftçi Bakı klubunun uğurları === SSRİ çempionatı: Bürünc medal (1) — 1966 SSRİ Kuboku: 1/2 finalçı (4) — 1967, 1968, 1970, 1971 SSRİ Futbol Federasiyasının Kuboku: Finalçı (1) — 1988 === Ararat Yerevan klubunun uğurları === SSRİ çempionatı: Qızıl medal (1) — 1973 Gümüş medal (2) — 1971, 1976 (yaz mövsümü) SSRİ Kuboku: Qalib (2) — 1973, 1975 Finalçı (2) — 1954, 1976 == Qitə miqyaslı uğurların müqayisəsi == Neftçi Bakı klubunun SSRİ dövründə qitə miqyaslı heç bir uğuru olmamışdır. Ararat Yerevan klubu isə üç dəfə qitə kuboklaında iştirak etmişdir. Hətta bir dəfə Bayern Münhen klubunun 1:0 hesabı ilə məğlub etməyi də bacarmışdı. Bu nəticə UEFA Çempionlar Kuboku 1974/1975 mövsümünün 1/4 finalında qeydə alınmışdır. == Şəxsi oyunların statistikası == === SSRİ çempionatlarında === SSRİ çempionatlarının güclülər və birinci dəstəsində, həmçinin kubok yarışlarında, ümumilikdə 72 oyunda üz-üzə gəliblər. 19 dəfə Neftçi Bakı, 29 dəfə isə Ararat Yerevan qalib olub və 24 matçda bərabərlik qeydə alınıb. Top fərqi də 88–64 Ararat Yerevan klubunun xeyrinədi. Ararat Yerevan klubunun ən böyükhesablı qələbəsi 1981-ci ildə İrəvanda 6:1 hesabı ilə qalib gəlmələridi.
Neftçi (dəqiqləşdirmə)
Neftçi Bakı — Azərbaycanın futbol klubu. Neftçi — Azərbaycanın futzal klubu. Neftçi Fərqanə — Özbəkistanın futbol klubu == Filmlər == Neftçi — 1999-cu ildə çəkilmiş sənədli film. "Neftçi"-87 — 1987-ci ildə çəkilmiş sənədli film.
Neftçi FK
Neftçi PFK — Bakı şəhərini təmsil edən Azərbaycan futbol klubu. Azərbaycan Premyer Liqasında çıxış edir. Klubun müşahidə şurasının sədri Hafiz Zeynalovdur. "Neftçi" klubu "Qarabağ" klubu ilə yanaşı bütün Azərbaycan çempionatlarında iştirak edən iki komandadan biridir. "Neftçi" 9 dəfə Azərbaycan Premyer Liqasına, 6 dəfə Azərbaycan Kubokuna və 2 dəfə Azərbaycan Superkubokuna sahib olmuşdur. Həmçinin, komanda beynəlxalq miqyasda 1 dəfə Birlik Kubokuna sahib olmuşdur; bu Azərbaycan futbol klublarının beynəlxalq səviyyədə qazandığı ilk kubok olmuşdur. 2012-ci ildə, "Neftçi" UEFA Avropa Liqasının "play-off" mərhələsində Kiprin "APOEL" klubunu iki oyunun nəticəsinə görə 4–2 hesabıyla məğlub edərək yarışın qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan komandası olmuşdur. == Tarixi == === Yaranması === 1936-cı ilin mayında SSRİ Xalq Komissarları Soveti idman komandalarının və yarışlarının təşkili ilə bağlı yeni qərar verir. Həmin qərara əsasən, xalq komitələrinin əsasında yaradılmış idman cəmiyyətləri ləğv edilir, istehsalatın ayrı-ayrı sahələrində və Həmkarlar İttifaqlarının nəzdində yeni könüllü idman cəmiyyətləri yaradılır. Ardınca isə, SSRİ-də idman yarışları yığmaların arasında yox, məhz yeni yaradılan cəmiyyətlər arasında keçirilməyə başlayır.
Neftçi PFK
Neftçi PFK — Bakı şəhərini təmsil edən Azərbaycan futbol klubu. Azərbaycan Premyer Liqasında çıxış edir. Klubun müşahidə şurasının sədri Hafiz Zeynalovdur. "Neftçi" klubu "Qarabağ" klubu ilə yanaşı bütün Azərbaycan çempionatlarında iştirak edən iki komandadan biridir. "Neftçi" 9 dəfə Azərbaycan Premyer Liqasına, 6 dəfə Azərbaycan Kubokuna və 2 dəfə Azərbaycan Superkubokuna sahib olmuşdur. Həmçinin, komanda beynəlxalq miqyasda 1 dəfə Birlik Kubokuna sahib olmuşdur; bu Azərbaycan futbol klublarının beynəlxalq səviyyədə qazandığı ilk kubok olmuşdur. 2012-ci ildə, "Neftçi" UEFA Avropa Liqasının "play-off" mərhələsində Kiprin "APOEL" klubunu iki oyunun nəticəsinə görə 4–2 hesabıyla məğlub edərək yarışın qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan komandası olmuşdur. == Tarixi == === Yaranması === 1936-cı ilin mayında SSRİ Xalq Komissarları Soveti idman komandalarının və yarışlarının təşkili ilə bağlı yeni qərar verir. Həmin qərara əsasən, xalq komitələrinin əsasında yaradılmış idman cəmiyyətləri ləğv edilir, istehsalatın ayrı-ayrı sahələrində və Həmkarlar İttifaqlarının nəzdində yeni könüllü idman cəmiyyətləri yaradılır. Ardınca isə, SSRİ-də idman yarışları yığmaların arasında yox, məhz yeni yaradılan cəmiyyətlər arasında keçirilməyə başlayır.
Neftçi Qurban
Qurban Abbasov (neftçi) — fəxri neftçi, Sosialist Əməyi Qəhrəmanı. Qurban Abbasov (aktyor) — aktyor, Azərbaycan SSR əməkdar artisti.
Neftçi İK
Neftçi İdman Klubu İctimai Birliyi — Azərbaycanda futzal klubudur. == Uğurları == == Heyəti == == Neftçi İK İB və Azərbaycan Milli Futzal Komandası == Vitali Borisov 2001-ci ildən milli komandamızın şərəfini qoruyur. == Bombardirlər == 2018–2019-cu illər mövsümü — Salar Şahnasi 23 qol.
Nərmin Neftçi
Nərmin Neftçi (türk. Nermin Neftçi) — türk hüquqşünas və siyasətçi. == Bioqrafiya == 1924-cü ildə İstanbulda anadan olub. Ankara Universitetinin hüquq fakültəsini bitirmişdir. 1969-cu ildə Muşdan Böyük Millət Məclisinə deputat seçilmişdir. O, Türkiyənin şərq illərindən Böyük Millət Məclisinə seçilən ilk qadın olub. O, həmçinin Böyük Millət Məclisinin sədr müavini seçilib. O, həm də bu vəzifəni tutan ilk qadın olmuşdur. O, 1973-cü il parlament seçkilərində iştirak etməyib, lakin mədəniyyət naziri kimi Sədi Irmak hökumətinə daxil olub. O, bu vəzifəni 1974-cü il noyabrın 17-dən 1975-ci il martın 31-dək tutmuşdur.
Neftçi Arena
Neftçi Arena — Neftçi Bakı Peşəkar Futbol Klubunun stadionu. == Ümumi məlumat == AFFA tərəfindən inşa edilən "8-ci km stadionu" 2012-ci il sentyabrın 14-də rəsmi olaraq açılmışdır. Bu stadionda 17 yaşadək qızlar arasında dünya çempionatının bəzi oyunları keçirilmişdir. Dünya çempionatı bitdikdən sonra AFFA və Neftçi PFK-nın qarşılıqlı anlaşmasına əsasən stadion Neftçi PFK-ya verilmişdir. Neftçi PFK bu stadiondakı ilk oyununu ölkə çempionatının 2012–2013 mövsümünün 13-cü turunda Sumqayıt komandasına qarşı keçirmiş və böyük hesabla qalib gəlmişdir. (8–1) 2013-cü ildə "8-ci km stadionu"-nun adı AFFA və Bakcell şirkəti arasında bağlanmış 10 illik müqaviləyə əsasən "Bakcell Arena" olmuşdur. "Bakcell Arena" adının açılışı ölkə çempionatının 2012–2013 mövsümünün 21-ci turunda baş tutmuş və ev sahibi olan Neftçi Bakı üçün düşərli olmuşdur. Həmin gün Neftçi Bakı klubu İnter Bakı klubunu 2 cavabsız qolla məğlub etmişdir. 2023-cü ildə arenanın adı ilə bağlı müqavilə başa çatıb. 4 avqust 2023-cü il tarixində stadionun Bakcell Arena adı dəyişdirilmiş və Neftçi Arena olmuşdur.
"Neftçi"-87
== Məzmun == Filmdə "Neftçi" futbol komandasının ölkə çempionatında çıxışlarından danışılır. Ötən futbol mövsümünə yekun vurulur, komandanın qarşısında duran problemlər təhlil edilir.
Məmməd Alim
Məmməd Alim (d. 1949 – ö. 28 avqust 2014) — Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri, Respublikanın əməkdar incəsənət xadimi, Rəsul Rza mükafatı laureatı. == Həyatı == Şair 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri vəzifəsində çalışırdı. Məmməd Alimin 20-yə qədər kitabı işıq üzü gorüb. Bundan başqa onun dünya ədəbiyyatından tərcümələri də çoxdur. İlk kitabı olan “Ürəyimin şəkli” 1979-cu ildə 30 yaşı olarkən dərc edilib. 2007-ci ildə onun haqqında "Yuva qurdum söz içində. Məmməd Alim" adlı sənədli film çəkilib. Həmin ekran əsərində şairin bütün yaradıcılığı, şeirlərinin yaranma tarixcəsi öz əksini tapıb.
Şəbiyev Alim
Əl-Alim
Əl-Alim (ər. العليم) — Allahın adlarından biri. Mənası: Hər şeyi haqqiyla bilən,elminin sonu olmayan,heç bir şey elmindən gizli qalmayan.Əzəli elmiylə mütləq elm sahibi. Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah (öz mərhəməti ilə) genişdir, (O, hər şeyi) biləndir! İnsanlar düşünə biləcək bir şüura sahib olduqları andan etibarən öyrənməyə başlayırlar. Müəyyən bir yaşa çatdıqdan sonra da təhsil almağa və bu cür hesabsız biliklər əldə etməyə davam edirlər. Hətta bəzi insanlar müəyyən bir və ya bir neçə mövzu üzrə mütəxəssisləşirlər. Məsələn bir fizika mühəndisi, fizika qanunlarının hamısını öyrənə bilər və ya fəlsəfə üzrə təhsil almış bir insan, fəlsəfi mövzulara tam olaraq hakim ola bilər. Yenə yaxın tarix üzə mütəxəssisləşmiş bir tədqiqatçı, yaxın tarixlə əlaqəli çox dəqiq şərhlər verə bilər.
Əliağa Alim
Əliağa Alim — şair.Molla Pənah Vaqifin oğlu Oğlunun adı Əliağa idi, "Alim" təxəllüsü ilə şe'rlər yazmış və yetkin çağlarında qətlə yetirilmişdi. Əliağa "Alim" təxəllüsü ilə şerlər də yazmışdır. Müfti Mirzə Hüseyn əfəndi Qayıbzadə "Məcmuə"sində Vaqifin oğlu Əliağa Alimlə şerləşməsini də vermişdir. Hətta Səməd Vurğunun sağlığında Moskvada rusca nəşr olunmuş (1948-ci ildə) seçilmiş əsərlərində Əlibəyin adının qarşısında "Vaqifin birinci arvadından olan oğlu" sözləri yazılmışdır. Bu izahat sonrakı rusca nəşrlərinin hamısında saxlanılmışdır. Amma əsərin Azərbaycan dilində olan nəşrlərində "Əlibəy Vaqifin oğlu" yazmaqla kifayətlənmişlər.

Oxşar sözlər

#neftçi-alim nədir? #neftçi-alim sözünün mənası #neftçi-alim nə deməkdir? #neftçi-alim sözünün izahı #neftçi-alim sözünün yazılışı #neftçi-alim necə yazılır? #neftçi-alim sözünün düzgün yazılışı #neftçi-alim leksik mənası #neftçi-alim sözünün sinonimi #neftçi-alim sözünün yaxın mənalı sözlər #neftçi-alim sözünün əks mənası #neftçi-alim sözünün etimologiyası #neftçi-alim sözünün orfoqrafiyası #neftçi-alim rusca #neftçi-alim inglisça #neftçi-alim fransızca #neftçi-alim sözünün istifadəsi #sözlük