səb sözü azərbaycan dilində

səb

Yazılış

  • səb • 55.1724%
  • SƏB • 27.5862%
  • Səb • 17.2414%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Həsən Səbri Ayvazov
Həsən Səbri Ayvazov (krımtat. Asan Sabri Ayvazov; 6 (18) may 1878, Alupka, Tavriya quberniyası[d] – 17 aprel 1938, Simferopol) — Krım tatar yazıçısı, tənqidçisi, pedaqoqu, ictimai xadimi. Represiya qurbanı. == Həyatı == Həsən Səbri Ayvazov 1878-ci ilin may ayının 6-da Krımın Alupka qəsəbəsində kasıb bir tatar ailəsində doğulmuşdu. Doğulduğu qəsəbədəki mədrəsəni bitirdikdən sonra orada müəllimlik edən Həsən Səbri dünyanı dərk etdikcə xalqının əsarət altında inlədiyini görürdü. Azadlığın yollarını arıyırdı. İstanbula, Qahirəyə gedərək təhsilini artırırdı. === Maarifçilik fəaliyyəti === Xalqını oyatmaq üçün qəzetdən əvəzsiz bir tribuna kimi istifadə edir, teatr tamaşaları vastəsilə oxumaq bilməyən, yaxud azsavadlı insanlara təsir etmək istəyir. "Nədən bu hala qaldıq?" pyesini 1906-cı ildə Bakıdakı "Fyüzat" jurnalında çap etdirir. Heç bir il keçmir ki, (1907-ci ildə(1324 h.) pyes Bakıda kitab şəklində çap olunur, səhnəyə qoyulur.
Kani Səbzə (Bükan)
Kani Səbzə (fars. ‎‎كاني سبزه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 108 nəfər yaşayır (24 ailə).
Kapitalizmin böhranının subyektiv səbəbi
Böhran nəzəriyyəsi — Marksist siyasi-iqtisadına aid anlayış. Kapitalizmin böhranının həm subyektiv, həm də obyektiv səbəbləri var. Kapitalizmin böhranının subyektiv səbəbləri ilk növbədə işçilərin mübarizəsi, tətillər, nümayişlər nəticəsində yaranır. Kapitalizmin böhranının subyektiv səbəbləri, kapitalizmin böhranının obyektiv səbəbləri ilə qarşılıqlı dialektik əlaqəlidirlər.
Materializmə yönəlmənin səbəbləri (Mütəhhəri)
Materializmə yönəlmənin səbəbləri — Mürtəza Mütəhhərinin əsəri. == Məzmun == İnsanları materializm dünyagörüşünə hansı səbəblər gətirib çıxardı? Müasir materialist təfəkkür, əslində, nəyə qarşı yönəlmişdi; kilsəyə, yoxsa ümumi teizmə? Materialist düşüncəyə görə "İlk səbəb" problemi, şərq fəlsəfəsində də problemdirmi? Doğurdanmı Təkamül nəzəriyyəsi ilə Tanrının varlığı mövzusu, həmçinin materiyanın əzəliliyi ilə Tanrının mövcudluğu mövzusu birlikdə qəbul edilə bilməz?! Yaradılış anlayışı nədir? Yoxdan varetmə, yoxsa mövcudu varetmə? Bu ziddiyyət necə həll edilə bilər? "Nizam dəlili" ilə, doğrudan da, Tanrının varlığını isbat etmək olarmı? Devid Yumun "nizam dəlili"nə qarşı irəli sürdüyü iradlara veriləcək qaneedici cavab varmı?
Mehmed Səbahəddin bəy
Mehmed Səbahəddin bəy (13 fevral 1879 və ya 13 fevral 1877, İstanbul – 30 iyun 1948 və ya 1948) — türk siyasətçi, sosioloq və filosofu. Anası Osmanlı sülaləsinə mənsub olduğu üçün Sultanzadə olaraq anılır. == Həyatı == === İlk illəri === 1879-cu ildə İstanbulda dünyaya gəlmişdir. Anası Sultan Əbdülməcidin qızı və Sultan Əbdülhəmidin ögey bacısı Səniha Sultan, atası isə kaptan-ı dərya Xəlil Rüfət Paşanın oğlu Mahmud Cəlaləddin Paşa idi. Dövrün ən güclü alimlərindən xüsusi dərslər aldı və əsl qərbli kimi böyüdüldü. Sultan Əbdülhəmidin ən yaxın adamlarından biri olan atası Mahmud Paşa ədliyə naziri olduğu müddətdə Çırağan hadisəsinə adı qarışmış, bu səbəblə vəzifədən alınaraq haqqında məhkəmə prosesi açılmışdır. Bu müddət ərzində atası o və qardaşı Lütfullah bəyin təhsili ilə yaxından məşğul olmuş, Səbahəddin bəy fransız dilini öyrənmişdir. === Mühacirət illəri və siyasi fəaliyyəti === Atası Mahmud Paşa 1899-cu ildə Sultan Əbdülhəmidə olan müxalifliyi səbəbilə o və qardaşı Lütfullah bəylə birlikdə Avropaya qaçdı. Əvvəlcə Marseldə, ardından Parisdə məskunlaşdılar. Atasının siyasi gücündən istifadə edərək Fransadakı jön türklər arasında rəğbət qazandı.
Minimum istehlak səbəti
Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyən edilməsi üçün, ilk növbədə, minimum istehlak səbətinin tərkibinin formalaşdırılmasına ehtiyac vardır. Yaşayış minimumu və minimum istehlak səbətinin müəyyən edilməsi ilə bağlı məsələləri tənzimləmək üçün hazırda 2004-cü il 5 oktyabr tarixli "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvədədir. Adıçəkilən qanuna əsasən, minimum istehlak səbəti – insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri – ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Yaşayış minimumu – minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət olan sosial normadır. Minimum istehlak səbəti əhalinin əsas sosial-demoqrafik qrupları üzrə bir nəfərin və ya ailənin xərc maddələri üzrə aşağıdakı tərkibdə formalaşdırılır: 1) ərzaq mallarının minimum toplusu; 2) fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının minimum toplusu (geyim, ayaqqabı və dəftərxana ləvazimatları, təsərrüfat, mədəni-məişət, sanitariya əşyaları, dərmanlar və s.); 3) xidmətlərin minimum toplusu (mənzil-kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni-maarif, müalicə-istirahət xidmətləri və s.). Minimum istehlak səbətinin tərkibi dövlət elmi müəssisə və təşkilatlarının, qeyri-hökumət təşkilatlarının iştirakı ilə Nazirlər Kabineti tərəfindən üç ildə bir dəfədən az olmayaraq müəyyənləşdirilir. == Minimum istehlak səbətinin tərkibi == "Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarı ilə minimum istehlak səbətinin tərkibi formalaşdırılmış, həmin orqanın 2014-cü il 6 iyun tarixli 182 nömrəli qərarı ilə də bu tərkib yeni redaksiyada əlavələrlə təsdiq edilmişdir. Qərara əsasən, yeni redaksiyada Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi aşağıdakı kimidir: Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi 1. Ərzaq məhsulları (kq-la illik) 2. Qeyri-ərzaq malları 3.
Mirzə İbrahim bəy Səba
Ağayev Mirzə İbrahim bəy Həsən ağa oğlu (Mirzə İbrahim bəy Səba) — şair. == Həyatı == Mirzə İbrahim bəy Səba 1801-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxuyub dini və dünyəvi elmlərə yiyələnmişdi. Savadlı olduğundan dolayı "mirzə" ünvanı daşıyırdı. Müəllimliklə məşğul idi. Gözəl təbi və xətti vardı. Şeir yazırdı. Səba təxəllüsü ilə gözəl poeziya nümunələri yaratmışdı. Mir Möhsün Nəvvabyazır: "Mirzə İbrahim Həsən ağa oğlu Qarabağın Şuşa əhalisinin molla və şairlərindəndir.
Mustafa Səbri Əfəndi
Mustafa Səbri Əfəndi (22 iyun 1869, Tokat – 12 mart 1954, Qahirə) — İslam alimi, hənəfi hüquq məzhəbinin təmsilçisi, Osmanlı imperiyasının şeyxülislamı. == Həyatı == Din alimlərindən Əhməd Əfəndinin oğlu olan Mustafa Səbri 1869-cu il iyun ayının 22-də Osmanlı imperiyasının Toqatşəhərində anadan olmuşdur. İbtidai təhsili Toqatda aldıqdan sonra Kayseriyə gedərək Hoca Əmin Əfəndidən ərəbcə, məntiq, fiqh üsulu, təfsir, hədsi kimi dini dərslər almışdır. Daha sonra İstanbula gələn Mustafa Sabri, burda "Hüzur Dərsləri Mukarrirləri (dərsi təkrar edərək başa salan müəllim) "ndən Əhməd Asim Əfəndidən aldığı dərslərlə təhsilini başa vurmuşdur. Mustafa Səbri 1890-cı ildə açılan "Ruus" imtahanını uğurla verərək müəllimlik etmək hüququ əldə etdi və Fatih Mədrəsəsində müəllim oldu. Onun burdakı vəzifəsi 1898-ci ildə təyin edildiyi "Hüzur Dərsləri Muxəttablığı"na (xitab edilən şəxs) qədər davam etdi. Mustafa Səbrinin bu yeni təyinatı müəyyən fasilələrlə 1914-cü ilə qədər davam etdi. O bu vəzifəsi ilə paralel olaraq 1900-cü ildə Sultan II Əbdülhəmidin (1876–1908) kitabçısı da olmuşdur. 1904-cü ildə yenidən müəllim kimi fəaliyyətini davam etdirmişdir. O həm də Silistre müftisi olmuş və İstanbul qaziliyinin idarə işləri bölməsinin birinci dərəcəli məmurluğunda vəzifə icra etmişdir.
Məhməd Səbri Ərçətin
Mehmet Səbri Ərçətin (türk. Mehmet Sabri Erçetin) (d. 1876, Bursa, Osmanlı İmperiyası - ö. 3 may 1956, İstanbul, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1898-ci ildə Hərbi Mühəndislik Məktəbindən məzun oldu. Balkan müharibələrində iştirak etdi. Birinci Dünya müharibəsində bir sıra komandirliklərdə xidmət etmişdir. 1918-ci ildə Fələstin cəbhəsinə Britaniya qüvvələri tərəfindən əsir götürüldü. Əsirlikdən azad edildikdən sonra 1920-ci ildə Anadoluya gəldi və Türkiyə İstiqlaliyyət müharibəsinə qoşuldu. Müharibə zamanı 8-ci və 4-cü tümən komandiri vəzifəsində xidmət göstərdi.
Məsud Səbri
Masud Sabri həmçinin Masʿūd Ṣabrī (uyğ. مەسئۇت سابرى, مسعود صبري; çin. 麦斯武德·沙比尔; pinyin:Màisīwǔdé·Shābì'ěr; 1886-cı il Külçə, Şərqi Türkistan – 1952-ci il Urumçi, Sincan) — Şərqi Türkistanda uyğur siyasətçisi və siyasi lideri. İli üsyanı zamanı uyğurların siyasi liderlərindən biri və Sincan valisi olmuşdur. Səbri əvvəlcə Külçə ardından ali təhsilini tibb üzrə İstanbul Universitetində almışdır. Siyasi baxışlarında türkçülük və müstəqil Şərqi Türkistan məsələsi önəmli yer tuturdu. 1949-cu ildə Şərqi Türkistan Çin Xalq Respublikası tərəfindən ilhaq edildikdən sonra valilikdən uzaqlaşdırılmışdır. 1952-cil ildə həbsdə vəfat etmişdir. == Həyatı == Məsud Səbri 1886-cı ildə Şərqi Türkistanda Külçə şəhərində anadan olmuşdur. İlk təhsilini Gülcədə almışdır.
Nəsimi-Səbail seçki dairəsi
Psixi səbəbiyyət
Psixi səbəbiyyət, həmçinin Zehni səbəbiyyət (ing. Mental Causation) — şüurun və fiziki dünyanın səbəb əlaqəsi, xüsusən də insan şüurunun onun davranışına təsiri. Gündəlik həyatda və elmi təcrübədə şüurla fiziki dünya arasındakı qarşılıqlı əlaqə təbii qəbul edilir. Psixi vəziyyətlərin və proseslərin insan davranışına təsiri gündəlik psixologiyada, elmi psixologiyada və psixologiya fəlsəfəsində müəyyən edilmiş fakt kimi qəbul edilir. Eyni zamanda, müasir şüur ​​fəlsəfəsində və idrak elmində psixi səbəbiyyət problemi geniş müzakirə mövzusudur. Bu, qeyri-maddi şüurun və materiyanın qarşılıqlı təsirinin dünyanın Kartezyen mənzərəsinin müəyyən etdiyi nəzəri çərçivədə izahının mürəkkəbliyi ilə bağlıdır. Müasir filosofların və alimlərin böyük əksəriyyəti Kartezyen substansial dualizmi rədd etsələr də, onların bir çoxu əqli və fiziki arasında əsaslı fərq haqqında Kartezyen ideyasına sadiq qalırlar. Zehni səbəbiyyət probleminin həllində əsas çətinlik fiziki aləmin səbəb-nəticə bağlanması prinsipini və psixi xassələrin fiziki xassələrə salınmazlığını ardıcıl şəkildə necə birləşdirməkdir. Psixi səbəbiyyət psixofiziki problemin ən mühüm komponentlərindən biridir və bir neçə aspekti özündə birləşdirir, o cümlədən: şüur ​​və bədən arasında əlaqə; azad iradə; mənəvi məsuliyyət; səbəbli cütləşmə problemi; enerjiyə qənaət qanunu; fiziki dünyanın səbəbli bağlanması və həddən artıq müəyyənləşmənin istisna edilməsi == Tarixi == Psixi səbəb əlaqəsi ilə bağlı məsələlər bəzi qədim mətnlərdə, məsələn, Platonun "Fedon" traktatı və Aristotelin "Ruh haqqında" traktatında işlənir. Bununla belə, psixi səbəbiyyətin aktual problemi bir çox digər mühüm fəlsəfi problemlərdən çox gəncdir.
Qantəmir Qafur Səbi oğlu
Qantəmir Qafur (tam adı: Qafur Sədrəddin oğlu Əfəndiyev; 22 may 1888, Potu, Göyçay qəzası – 28 yanvar 1944, Cizak vilayəti) — Azərbaycan görkəmli maarif xadimi, pedaqoq, yazıçı. İstanbul Darülfununun tarix-ədəbiyyat fakültəsini (1914), Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsini (1929) bitirmişdir. == Həyatı == 1888-ci ildə Göyçay mahalının Potu kəndində anadan olub. Deyilənə görə, Qafurun atası Sədrəddin Əfəndi mədrəsə müəllimi olsa da, dövrünün tanınmış ziyalılarından sayılıb. Hətta Sədi Salis təxəllüsü ilə şeirlər də yazardı. Qafur da elə ilk təhsilini məhz atasının müəllim işlədiyi mədrəsədə alıb. Uşaqlıq illərindən klassik şairləri, xüsusilə də Şərq ədəbiyyatını müntəzəm mütaliə edər, sənətə, elmə xüsusi maraq göstərərdi. Şair təbiətli Sədrəddin kişi oğlunun qabiliyyətindən xəbərdar olduğundan onu mükəmməl oxutmaq arzusunda idi. Bu səbəbdən də Qafur 1905-ci ildə Göyçaya gələrək o dövrün açıqfikirli, dünyagörüşlü, tanınmış ziyalılarından olan İbrahim Həqqinin yeni üsulda açdığı məktəbdə oxuyub. Qantəmir 1908-ci ildə Göyçayda pedaqoji fəaliyyətə başlamışdır.
Qulamrza Səbri Təbrizi
Qulamrza Hacı Məhəmmədəli oğlu Səbri Təbrizi (21 mart 1934, Təbriz – 8 may 2020, Bakı) — Azərbaycan əsilli şair, filosof, ədəbiyyatşünas və tərcüməçi, fəlsəfə elmləri doktoru (1969), professor (1994), Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü. == Həyatı == Qulamrza Səbri Təbrizi 1934-cü il martın 21-də İranın Təbriz şəhərinin Şəkili məhəlləsində anadan olmuşdur. Atası Hacı Məhəmmədəli xalça fabrikinin sahibi idi. Burada 1940-1944-cü illərdə ibtidai dini məktəbi, sonra 1944-1953-cü illərdə Məhəmmədiyyə, Nizami və Firdovsi mədrəsələrini bitirmişdir. O, 1953-1958-ci illərdə Təbriz Universitetinin Fars, ingilis dili və pedaqogika fakültəsində təhsilini davam etdirmişdir. Qulamrza Səbri Təbrizi tələbəlik illərində orta məktəblərdə müəllim kimi fəaliyyət göstərməklə yanaşı, 1956-1958-ci illərdə Amerikanın İrandakı hərbi idarəsində tərcüməçi olaraq çalışmışdır. 1958-ci ildə İstanbul şəhərində Bayazid Universitetinin İngilis dili və ədəbiyyatı fakültəsində magistr qəbul olmuş, lakin ölkədəki mürəkkəb durumla bağlı təhsilini yarımçıq qoyub Təbrizə qayıtmışdır. Daha sonra 1959-1963-cü illərdə isə London Universitetinin Kinqs kollecində magistr təhsili almışdır. == Fəaliyyəti == Qulamrza Səbri Təbrizi 1960-1963-cü illərdə London BBC radiostansiyasında Şərq və Orta Asiya üzrə ədəbi və siyasi icmalçı, həm də "Nəzər saatı"nın aparıcısı kimi fəaliyyət göstərmişdir. Təbrizi 1963-1969-cı illərdə Edinburq Universitetinin İngilis dili və Ədəbiyyatı Departamentinə doktoranturaya daxil olmuş, "Vilyam Bleykin dialektik fikirləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır.
Seyid Səbri
Seyid Səbri Əsədli — 20-ci əsrin əvvəllərində fəaliyyət göstərmiş azərbaycanlı maarifçi-alim, “Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin fəal üzvü, Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, elmi və mədəni mühitində özünəməxsus iz buraxmış elm xadimi; == Həyatı == Seyid Səbri 7 avqust 1896-cı ildə Naxçıvan şəhərində yoxsul bir ailədə anadan olmuşdur. Atası Mirsadıq Əsədli özü təhsilsiz olsa da, oğlu Səbri yeddi yaşına çatanda onu Naxçıvan şəhər məktəbinə qoymuşdur. Səbri məktəbdə oxuya-oxuya həm də qəzet-jurnal satmaqla məşğul olurmuş. 15 yaşında atasını itirmiş və bir sıra çətin işlərdə işləmək məcburiyyətində qalmışdır. Arxiv sənədlərindən aydın olur ki, 1920-ci ildə Naxçıvanda sovet hakimiyyəti elan olunduqdan sonra Seyid Səbri Naxçıvan Xalq Maarif Komissarlığında kuryer (1920-1922), Naxçıvan Şəhər Məhkəməsində iş icraçısı (1922-1923), Naxçıvan şəhər Duzdağ mədəni işçiləri məktəbində müəllim (1924-1925), Naxçıvan MSSR Mərkəzi Statistika İdarəsində iqtisadçı (1925-1927) vəzifələrində işləmişdir. === Təhsili === 1927-ci ildə Seyid Səbri Bakı Dövlət Universitetinə təhsil almağa göndərilir. 1931-ci ildə buranı bitirən Seyid Səbri 1931-1932-ci illərdə ikiillik Bakı Plan İqtisad İnstitutunun İqtisad-maliyyə fakültəsində təhsilini davam etdirərək mühasib-iqtisadçı ixtisasına yiyələnir. Ali təhsil aldıqdan sonra S.Səbri artıq bir mütəxəssis kimi əmək fəaliyyətinə başlayır. Arxiv sənədlərində onun institutu bitirdikdən vəfatınadək müxtəlif idarə və təşkilatlarda inspektor, iqtisadçı, mühasib, baş mühasib, müfəttiş vəzifələrində işləməsi göstərilmişdir. Seyid Səbri 1974-cü ildə 80 yaşında vəfat etmişdir.
Səba Surəsi
34-cü surə Səba surəsi (Məkkədə nazil olmuşdur, 54 ayədir). Surənin adı 15-ci ayədə rast gəlinən "Səba" sözündən götürülüb. Səba Yəməndə olmuş yer adı, eləcə də bir qövmün adıdır. Bu qövmün adı Səba Krallığı, əhalisi isə Səba xalqı adı ilə də tanınır Surədə Allahın ona təvəkkül edənlərə necə kömək etdiyi xatırladılır: o, Davudun (Davud) əlindəki dəmiri yumşaltdı və cinləri Süleymana (Süleymana) tabe etdi, o da onun əmri ilə ona qurbangahlar və heykəllər düzəltdi. Davud və Süleyman rəhmətinə görə Allaha şükür edir, lakin Allahın bəndələrindən də az adam şükür edir. Daha sonra surədə Səba əhlinin Allaha şükür etmədikləri irsdən bəhs edilir. Onlar Allahın onlara olan mərhəmətindən öyünür, Allaha şükür etmədilər. Allah asi və nankorları cəzalandırdığı kimi onlara da əzab verdi. Surədə övladları və var-dövlətləri ilə fəxr edənlər pislənir və onlara bunu qadağan edir. Axı onlar (övladlar və mallar) onları Allaha o dərəcədə yaxınlaşdırırlar ki, Allahın razı qaldığı yaxşı işlərə yönəlsinlər.[1][2] Biz Davuda Öz tərəfimizdən rəhmət bəxş etdik və dedik: “Ey dağlar və quşlar!
Səba dövləti
Səba dövləti — Yəmən ərazisində bizim eradan əvvəl II minilliyin sonundan — 115-ci ilə qədər mövcud olmuş tarixi dövlət. == Tarixi == Səba dövləti İncildə, əsasən, Kral Solomon və Səba (Şeba) kralliçası hekayələrində tez-tez xatırlanan, qədim Assur, Yunan və Roma mənbələrində adı çəkilən, Ərəbistan yarımadasının cənub qərbində eradan əvvəl 8-ci əsrdən eramızın təxminən 5-ci əsrinədək mövcud olan İslam öncəsi ərəb krallığıdır. Orta əsrlərdə krallığın mərkəzi Yəmənin paytaxtı Sənadan 120 km şərqdə yerləşən Mərib olmuşdur. Ərəb rəvayətlərinə əsasən, Mərib şəhərinin əsası Nuh peyğəmbərin böyük oğlu Sam tərəfindən qoyulub. İkinci böyük şəhəri isə Sirvah idi. Səba dövləti ədviyyat, buxur və mirra da daxil olmaqla ətriyyat, kənd təsərrüfatı məhsulları, quru və su yolları vasitəsilə daşınan ticarət malları ilə zəngin idi. Bu məhsullar Ərəbistan yarımadası daxilində dəvələr vasitəsilə, Hindistana isə dəniz yolu ilə ixrac olunurdu. Əsrlər boyu krallıq Qırmızı dənizdəki Bab əl-Məndəb boğazını idarə etmiş, Afrika sahillərində çoxlu sayda koloniyaların, Abissiniya (indiki Eritreya) krallığının əsasını qoymuşdur. Səba dövləti dövründə Yəməndə kənd təsərrüfatı dağlarda böyük su tunelləri və bəndlərdən ibarət qabaqcıl irriqasiya sistemlərinin mövcudluğu sayəsində çiçəklənmişdir. Bu sistemlərdən ən nəzərə çarpanı bizim eradan əvvəl 700-cü illərdə tikilən və eramızın 570-ci ilində baxımsızlıqdan dağılanadək əsrlərlə varlığını qoruyan Mərib su bəndidir ki, təxminən 100 km² ərazini su ilə təmin edirdi.
Səbah (müğənni)
Səbah (ərəb. صباح‎, əsl adı جانيت جرجس فغالي; 10 noyabr 1927, Bdadoun[d], Livan – 26 noyabr 2014, Beyrut) — Livanın ən məşhur müğənnilərindən biri hesab olunur.
Səbah Fəxri
Səbah Fəxri (ərəb. صباح فخري‎, əsl adı Səbahəddin Əbu Qövs صباح الدين أبو قوس; 2 may 1933, Hələb – 2 noyabr 2021, Dəməşq) — Suriyanın ən məşhur müğənnilərindən biri hesab olunur.
Səbahəddin Şimşir
Səbahəddin Şimşir (türk. Sebahattin Şimşir; 9 fevral 1966, Balıkəsir ili) — Türkiyə tarixçisi, Azərbaycan siyasi mühacirət tarixinin araşdırıcısı, tərcüməçi, tarix elmləri doktoru, professor. == Həyatı == Səbahəddin Şimşir 9 fevral 1966-cı ildə Türkiyə Cümhuriyyətinin Balıkesir bölgəsinin Kayapa ilçəsinə bağlı İvrindi məhəlləsində anadan olmuşdur. Kayapa ibtidai məktəbini, Bandırma Şəhid Süleyman bəy orta məktəbini, Balıkesir Muharrem Hasbi Koray Liseyini bitirmişdir. 1990-cı ildə Ege Universitetinin Ədəbiyyat fakültəsinin Tarix bölümündən məzun olmuşdur. Təhsilini bitirdikdən sonra Ege Universitetinin Tarix bölümündə müəllim kimi çalışmağa başlamışıdr. Magistratura və doktorantura təhsilini Ege Universiteti Sosial Elmlər İnstitutunda (Sosyal Bilimlər Enstitüsü) tamamlamışdır. 2001-ci ildə de Balıkesir Universiteti Atatürk İlkeləri ve İnkılab Tarixi bölümündə müəllim kimi fəaliyyətə başlamışdır. 2002-ci ildə Balıkesir Universitetinin Tarix bölümündə Türk dünyası tarixi ixtisası üzrə dosent əvəzi, daha sonra dosent adını almışdır. 2004–2008-ci illərdə Qazaxıstanın Almatı şəhərindəki Abay Dövlət Pedaqoji Universitetində bölüm başkanı kimi fəaliyyət göstərmişdir.
Səbahəddin Əli
Səbahəddin Əli (25 fevral 1907[…] – 2 aprel 1948[…], Kırklareli) — Türkiyə şairi və yazıçısı. == Həyatı == Səbahəddin Əli (1907–1948) hekayə və roman yazarı kimi tanınır. Hazırda Bolqarıstan ərazisində qalan Eğridere qəsəbəsində əsgər ailəsində anadan olub. Atası ilə Çanaqqala döyüşü zamanı Edremitə köçür. Burada 1918–1921-ci illərdə ibtidai təhsil alır. Atası yunan işğalı dövrü burada ticarətlə məşgul olur. Gənc yaşında içinə düşdüyü bu Anadolu kənd və qəsəbələri ilk romanı Kuyucaklı Yusif üçün qaynaq olur. 1922-ci ildə Balıkesir Müəllim Məktəbinə girir. Burada şeir və hekayələr yazır. Sinif yoldaşları ilə bir sinif qəzeti çıxarırlar.
Səbahəttin Ərbuğa
Səbahəttin Ərbuğa — türk futbolunun məşhurlarından == Həyatı == Səbahəttin Ərbuğa 1954-cü ildə Qarsda anadan olub. Əslən Qars azərbaycanlısıdır. Veteran “Fənərbaxça”lı 1954-cü ildə Qarsda anadan olub. “Fənərbaxça”, Altay klublarında forma geyən Ərbuğa 1975-1980-ci illərdə futbol üzrə Türkiyə milli komandasının şərəfini qoruyub.
Səbail
Səbail rayonu (əvvəlki adı: 26 Bakı komissarı rayonu) — Bakıda rayon. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin 26 Bakı komissarı rayonu Səbail rayonu adlandırılmışdır. == Tarixi == Bakı şəhərinin Xəzər dənizi sahili boyu yerləşən mərkəzi rayonu. Paytaxtın Nəsimi, Yasamal, Qaradağ rayonları ilə həmsərhəddir. Səbail rayonu Bakı şəhərinin ən qədim yaşayış məskəni olsa da, ötən əsrin 20-ci illərindən inzibati ərazi vahidi kimi formalaşmışdır. Rayon əvvəlcə "Bayıl Bibi-Heybət", 1931-ci ildən "Stalin", 1960-cı ildən isə "26 Bakı Komissarları" adını daşımış və 29 aprel 1992-ci ildən Səbail rayonu adlandırılmışdır. Səbail — Bakı buxtasında, sahildən təqribən 350 m cənub-qərbdə yerləşmiş tarixi-memarlıq abidəsinin adıdır. Uzunluğu 140, eni 35 m-dir. 3 dairəvi və 12 yarımdairəvi bürcü olan daş divarla (eni 1,2–2 m) əhatələnmişdir. Arxeoloci tədqiqatlar zamanı Səbaildən üzərində ərəb dilində kitabə, insan, quş və heyvan təsviri olan 700-dək daş, habelə Şirvanşah Gerşasbın (1203/04–1224-cü illər) adından kəsilmiş mis pul, bina qalıqları, gil qablar, dəndaşı, daş pərsəng, bıçaq tiyəsi, mismar və s.
Səbail-2
Səbail-2 FK
"Səbail-2" — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Səbail" futbol klubunun əvəzedicilərdən ibarət komandası. Komanda hal-hazırda Azərbaycan Birinci Liqasında çıxış edir. == Tarixi == Komanda 2018-ci ildə yaradılmışdır[mənbə göstərin]. Hal-hazırda Azərbaycan Birinci Liqasında mübarizə aparır.

səb sözünün leksik mənası və izahı

"səb" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#səb nədir? #səb sözünün mənası #səb nə deməkdir? #səb sözünün izahı #səb sözünün yazılışı #səb necə yazılır? #səb sözünün düzgün yazılışı #səb leksik mənası #səb sözünün sinonimi #səb sözünün yaxın mənalı sözlər #səb sözünün əks mənası #səb sözünün etimologiyası #səb sözünün orfoqrafiyası #səb rusca #səb inglisça #səb fransızca #səb sözünün istifadəsi #sözlük