* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Bir şeyin, hadisənin baş verməsini şərtləndirən başqa hadisə, şərait. Nöqsanların səbəbi. İşə gəlməməyinizin səbəbi nədir? Hər şeyin səbəbi var. 2. Bais, baiskar, səbəbkar, təqsirkar. [Yaralı:] Səbəbin evi dağılsın. Gəldilər, camaatı başdan çıxartdılar. Ə.Haqverdiyev. Səriyyə xalanın Qərənfilə müştəri gözü ilə baxmasının əsas səbəbi Bahadur idi. S.Rəhman. □ Səbəb olmaq – bais olmaq. Nə sən fəraqə səbəb olmusan, nə mən bais; Bu dərdə saldı bizi dövri-ruzigar, ey dust! S.Ə.Şirvani. Bu faciənin yaranmasına Surxay səbəb olmuşdu. Ə.Vəliyev. 3. Bəhanə, əsas, dəlil. Dava salmaq üçün səbəb axtarır.□ Səbəb eləmək – əlində bəhanə eləmək, əsas eləmək. [Güllü] bu kiçik çöpü, nə üçünsə, böyük bir səbəb eləmək istəyirdi. H.Seyidbəyli. 4. …səbəbinə şəklində – …sayəsində, …görə, …ucbatından, …hesabına. [Usta arvadına:] Belə kef! Özü də ayrı adamları [cənnətə] qoymazlar, biz ağanın səbəbinə gedəcəyik… Çəmənzəminli. ◊ Bu səbəbə – bu səbəbdən, buna görə, bu üzdən. Nə səbəb (səbəbə, səbəbdən) – nə üçün, niyə. Nöqsanımı gördün sənə ixlas də əfzun, Lütfün nə səbəbdən belə, ey məh, kəm olubdur. S.Ə.Şirvani. …Biz düz adam olsaq, nə səbəbə biz dara düşəndə və ehtiyac məqamında Allahı yada salırıq? C.Məmmədquluzadə. O səbəbə (ki) – ona görə (ki)… Qış fəsli nə qədər gözəl olsa da, yenə də bahar fəslinə bərəkət. O səbəbə ki, baharda ot bitir və acların dəxi Bakı milyonçularına ehtiyacı olmur. C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / səbəb2 ə. 1) bir şeyin, hadisənin baş verməsinə yol açan başqa hadisə, şərait; 2) bəhanə, əsas, dəlil.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / səbəb3 \ - həqiqi səbəb, bir hadisənin ortaya çıxmasında qaynaqlandığı şey, nəyəsə təsir edən, onu əmələ gətirən şey.
Fəlsəfə terminlərinin izahlı lüğəti / səbəb2 сущ. причина: 1. явление, обстоятельство, порождающее, обусловливающее другое явление-следствие. Əsl səbəb настоящая причина, gizli səbəb скрытая причина, fəlakətin səbəbi причина несчастья, xəstəliyin səbəbi причина болезни, müharibənin səbəbi причина войны, səbəbini aramaq искать причину, səbəbini tapmaq найти причину, səbəbini göstərmək указать причину, səbəbi nədir? какая причина? səbəbi nədədir? в чём причина? 2) основание, повод, предлог для каких-л. действий, поступков. Əsas səbəb основная причина, müxtəlif səbəblərə görə по различным причинам, naməlum səbəblərdən по неизвестным причинам, üzürlü səbəb уважительная причина, narahatlığa səbəb причина для беспокойства, heç bir səbəb olmadan без всякой причины 3. тот, кто является виновником чего-л. Narahatlığın səbəbi sənsən причина беспокойства – ты ◊ bu səbəbə по этой причине; bir çox səbəbdən по многим причинам; nə səbəbə по какой причине; o səbəbə görə ki, … по той причине, что …; səbəb olmaq nəyə быть причиной, стать причиной чего
Azərbaycanca-rusca lüğət / səbəb1 i. cause, reason; motive; ~ və nəticə cause and effect; bu və ya digər ~dən for some reason or other; bir şeyin ~i olmaq to be* at the bottom of smth.; ~dən because (of), on account, by reason (of), owing (to); heç bir ~ olmadan without the slightest cause / reason; üzürlü ~ good / valid reason, good excuse; üzürsüz ~ poor / lame excuse; ~ olmaq to be* a cause / a reason (for) Hər bir nəticənin bir səbəbi olur All effects have a cause / reason
Azərbaycanca-ingiliscə lüğət / səbəb1 is. cause f, motif f, raison f ; ~ və nəticə cause f et conséquence f ; ~ olmaq donner lieu à, causer vt, produire vt, provoquer vt ; ~ini müəyyənləşdirmək montrer (révéler) la cause de qch
Azərbaycanca-fransızca lüğət / səbəb1 [ər.] сущ. себеб (1. са кар арадал гъидай маса кар, шартӀ, шараит; 2. баис, себебкар, тахсиркар; səbəb olmaq себеб хьун, баис хьун; 3. багьна, асас, делил; səbəb eləmək себеб авун, гъиле багьна авун; 4. ...səbəbinə ...себеб яз, ...килигна, ...гьисабдай); ** bu səbəbə и себебдалди, идаз килигна, ихьняй; nə səbəb (səbəbə, səbəbdən) вуч себебдалди, вучиз; o səbəbə (ki) гьа себебдалди (хьи), гьадаз килигна, гьавиляй.
Azərbaycanca-ləzgicə lüğəti / səbəb