sən sözü azərbaycan dilində

sən

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sən • 54.0145%
  • Sən • 45.8179%
  • SƏN • 0.1500%
  • SƏn • 0.0176%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hardan düşdün yadıma sən... (kitab)
Sən-Bris qətliamı
Müqəddəs Brays Günü qətliamı — 1002-ci ildə İngiltərə kralı Etelred ölkədə yaşayan bütün danimarkalıların qırılması barədə göstəriş vermişdir.
Sən Gedən Gündən
"Sən gedən gündən" — Zülfiyyə Xanbabayevanın ikinci studiya albomudur. Albom 2002-ci ildə işıq üzü görüb. Bu albom həmin il üçün Azərbaycanda ən çox satılan albom olub.
Sən günəşsən (mahnı)
Əlvida — Azərbaycan musiqiçisi Qara Dərvişin sözləri və musiqisi özünə aid olan mahnısı. == Mahnı haqqında == Mahnının sözləri Qara Dərviş və Aqşin Fatehə, bəstəsi, aranjemanı isə Qara Dərvişə aiddir.
Sən gəlməz oldun
“Sən gəlməz oldun” — bəstəkar Ələkbər Tağıyevin şairə Mədinə Gülgünün sözlərinə bəstələdiyi mahnı. Mahnını vaxtı ilə Zeynəb Xanlarova, Məmmədbağır Bağırzadə, Faiq Ağayev və s. ifa ediblər. Xarici müğənillərdən Türk dilində Sibel Can və Gülay Sezər, Azərbaycan dilində Sati Kazanova, Rus dilində Soqdiana (“Məni yada sal” adı ilə). == Tarixi == Mahnı 1973-cü ildə Ələkbər Tağıyev tərəfindən qardaşı oğlunun həyat yoldaşı Sevda xanıma həsr olunub. Sevda xanımın uşağı olandan sonra özü xərçəng xəstəliyinə düçar olur və o, uşağı bir yaşa dolmamış vəfat edir. Bu hadisə Ələkbər Tağıyevə çox təsir edir. Nəticədə o bu mahnını Sevda xanıma ithaf etmiş olur.
Sən mənlə (mahnı)
Sən mənlə — Azərbaycanlı müğənni Ayaz Babayevin mahnısıdır. == Mahnı haqqında == “Sən mənlə” adlanan mahnını, müğənninin bir çox xitlərinin müəllifi tanınmış rap ustası Noton M Kalibre yazıb. Rejissorluqunu Fərman Bəşirlinin üstələndiyi klipdə müğənninin tərəf müqabili tanınmış influencer Apruza Aliyeva olub. Rejissor yardımçısı istedadlı videoqraf İsmayıl İsmayılov olub. Mahnının aranjemanı, mix, masterini Yüzbek Zagirov və Nihad Məlikov üstələnib. İfa sevgililər gününə özəl olaraq hazırlanmışdır. Klipdə simaların qrimi tanınmış makeup artistlər Məsi Rəhman və Rəvana Rzayevaya, saç imicləri Məmmədli Nigar aiddir.
Sən Anlat Qaradəniz
Sən çal qapımı
Sen Çal Kapımı, "MF Yapım" tərəfindən idarə olunan, birinci hissəsi 8 iyul 2020-ci ildə nəşr olunan, Ender Mıhlar və Yusuf Pirhasan, ikinci hissədən isə Altan Dönmezin rejissorluğu ilə çəkilən Türk istehsalı dram və romantik komediya serialıdır. Serialda baş rolları Hande Erçel və Kerem Bursin paylaşır. 2 sezondan ibarət olan serial 8 sentyabr 2021-ci ildə yayımlanan 52-ci bölümü ilə finala çıxaraq sona çatdı.
Şuşa, sən azadsan!
Şuşa, sən azadsan! — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyasının birgə istehsalı olan sənədli film == Məzmun == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi Zəfər bayramı ərəfəsində çəkilib. II Qarabağ müharibəsinin ən mühüm döyüşlərindən olan Şuşa əməliyyatının maraqlı detalları izləyicilərə ilk dəfə bu filmdə təqdim edilmişdir. Filmdə Şuşa əməliyyatını həyata keçirən əsgər və zabitlərin müsahibələri, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer almışdır.
Sən niyə susursan?
Sən niyə susursan? — Həsən Seyidbəylinin filmi. == Məzmun == Filmdə mürəkkəb əxlaqi problemlər qaldırılır, şərəfsizlik, biganəlik, möhtəkirlik kimi mənfi keyfiyyətlərə qarşı mübarizəyə çağırış səslənir. == Film haqqında == Film aktrisa Əminə Yusifqızının kinoda ilk roludur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Həsən Seyidbəyli Quruluşçu rejissor: Həsən Seyidbəyli Quruluşçu operator: Rasim Ocaqov Quruluşçu rəssam: Kamil Nəcəfzadə Bəstəkar: Tofiq Quliyev Rejissor: Rasim Ocaqov Səs operatoru: Əziz Şeyxov Mahnı ifa edən: Gülağa Məmmədov (titrlərdə yoxdur) === Rollarda === Xəyal Axundzadə — Rasim Rəna Səlimova — Cəmilə Yusif Vəliyev — Şirməmməd Zemfira Sahilova — Sürəyya Oleq Xabalov — Nəcəf Məmmədsadıq Nuriyev — arıq Kamil Qubuşov — bəbir Həsənağa Turabov — milis mayoru Ağarza Quliyev — kənd müəllimi Fazil Salayev — qatil Sadıq Hüseynov — sahə müvəkkili Mirzə Babayev — birinci avtomüfəttiş Eldar Əliyev — ikinci avtomüfəttiş Amaliya Pənahova — uşaqlı qadın M.Vasilixin H.Əliyev Ziya Seyidbəyli - Arıqın oğlu Məryəm Seyidbəyli — şagird Əminə Yusifqızı Ş.Bağırova Süsən Məcidova — bəbirin yanında işləyən qadın Məmməd Sadıqov — qarmon çalanın atası === Filmi səsləndirənlər === Həsən Əbluc — Rasim (Xəyal Axundzadə) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Cəmilə (Rəna Səlimova) (titrlərdə yoxdur) Ağasadıq Gəraybəyli — birinci avtomüfəttiş (Mirzə Babayev) (titrlərdə yoxdur) Məmmədrza Şeyxzamanov — kənd müəllimi (Ağarza Quliyev) (titrlərdə yoxdur) Şahmar Ələkbərov — milis işçisi (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Seyidbəyli, H. "Sən niyə susursan?" ["Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi eyniadlı kinofilm haqqında] //Kino yenilikləri.- 1967.- 11–20 sentyabr. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Həyat, sən kiminsən?
Həyat, sən kiminsən? — 1972-ci ildə Əmirhüseyn Məcidov tərəfindən ekranlaşdırılmış dram filmi. == Məzmun == Azərbaycanın ucqar kəndlərindən biri... 30-cu illər. Kollektivləşmə dövrü. Hadisələr əsasən yenilik rəmzi kimi kəndə işləməyə gəlmiş gənc bir müəllimin (Tariyel Qasımov) ətrafında cərəyan edir. Müəllimin kəndə gəlişi ilə kimsəsiz qız (Zemfira İsmayılova) nişan üzüyündən imtina edir və meylini müəllimə salır. Burada qızın keçmiş nişanlısının taleyindən də bəhs olunur. Filmin sonunda müəllim gənc oğlanın məhəbbətinə mane olmamaq üçün kənddən getməyi qərara alır. Lakin məhəbbəti daşa dəymiş gənc onu yenidən kəndə qaytarır.
Sən yaşamağa bax
Sən yaşamağa bax — 21 mart 2022-ci ildə Netflix-də yayımlanan, rejissoru Hakan Kırvavaç, ssenari müəllifi Hakan Bonomo, baş rollarda Kaan Urqancıoğlu və Aslı Enverin oynadığı, "TAFF Pictures" istehsalı türk dram filmi.
Hadrud, sən azadsan!
Hadrut, sən azadsan!
Tanrım, sən böyüksən
Tanrım, sən böyüksən (hind: गॉड तुस्सी ग्रेट हो, Rom: God Tussi Great Ho) hind dilində çəkilmiş və 15 avqust 2008-ci ildə kinoteatrlarda nümayiş etdirilən hind komediya filmidir. Bu Hollivud komediyası olan film, Qüdrətli Brus filminin remeykidir. Bu film kommersiya müvəffəqiyyəti qazanmamış və kassada müvəffəqiyyətsiz olmuşdur.
Sən, yaşayan (film, 2007)
Sən, Yaşayan (İsveç dilində : Du levande) isveçli rejissor Roy Anderssonun filmi. Film ilk dəfə 2007-ci ildə Kann kinofestivalında nümayiş etdirilib. == Məzmun == Film bir-biri ilə əlaqəsi olmayan epizodlardan ibarətdir.
Sən Belə Cımbılısan (1982)
== Məzmun == Film xeyirlə şərin mübarizəsi, dostluq və ədalət mövzusundadır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Ağanağı Axundov, Vaqif Məmmədov Rejissor: Ağanağı Axundov Quruluşçu rəssam: Vaqif Məmmədov Operator: Ramiz Ağayev Bəstəkar: Ramiz Mirişli Səs operatoru: Vladimir Savin Cizgi rəssamı: Bəhmən Əliyev, Rauf Dadaşov, Firəngiz Quliyeva, Gülşən Quliyeva, Arifə Hatəmi, Dinarə Seyidova, Vahid Talıbov, Solmaz Hüseynova Redaktor: D. Tahirova Filmin direktoru: Aydın Abdullayev === Filmi səsləndirənlər === Dadaş Kazımov — tısbağa (titrlərdə yoxdur) Sadıq Hüseynov — tısbağa (titrlərdə yoxdur) Xuraman Hacıyeva — parabüzən (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314.
Sən Ey Uşaqlıq (mahnı)
Sən Ey Uşaqlıq - Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı. == Mahnı haqqında == Mahnının bəstəsi Vasif Adıgözəlova, aranjemanı isə Qara Dərvişə aiddir.
Sən gedən gündən (albom)
"Sən gedən gündən" — Zülfiyyə Xanbabayevanın ikinci studiya albomudur. Albom 2002-ci ildə işıq üzü görüb. Bu albom həmin il üçün Azərbaycanda ən çox satılan albom olub.
Sən qaranlıqdan qorxursan? (novella)
Sən qaranlıqdan qorxursan? (ing. Are You Afraid of the Dark?) — Sidni Şeldonun 2004-cü ildə yazdığı romandır. Əsər Triller janrında yazılmışdır. == Xarici keçidlər == Sidney Sheldon Are You Afraid of the Dark?
Yalnız sən (film, 1994)
Yalnız sən (ing. Only You) — 1994-cü ildə komediya janrında çəkilmiş romantik film. == Məzmun == Hələ 11 yaşında ikən Feyt Kotvaça (Marisa Tomey) bir qaraçı qismətinin Deymen Bredli ismi ilə bağlı olacağını söyləyir. Falçı ona daha sonra deyir ki, bu qismətə çatmaq yolu ancaq onun özündən asılı olacaqdır. 14 il keçdikdən sonra gözəl qıza çevrilmiş Feyt yaxşı lakin darıxdırıcı bir ortoped həkimlə nişanlanır. Toy ərafəsində təsadüfi bir zəng hər şeyi alt-üs edir. 14 il bundan qabaq qaraçı falçının demiş olduğu Deymen Bredli ismli bir nəfər tərəfindən olunan telefon bağlantısı Feyti öz qismətinin dalıycan getməyə sürükləüir. Feyt qardqaşı arvadı ilə birlikdə bu ismin ardınca İtaliyaya: Venesiyaya, Romaya və nəhayət Pozitano şəhərinə gəlir. Bu zaman təsadüfən tanış olduğu Peter Urayt (Robert Dauni) ona sözügedən adamı tapmaqda yardımçı olur. Qismətini tapmayıb, çarəsiz geri Amerikaya dönən Feyt təsadüfən hava limanında Deymen Bredli isminin elan olunduğunu eşidərək dərhal o yerə özünü yetirir.
Sən Anlat Qara Dəniz
Sən hər nə istəsən
«Sən nə istəsən» (isp. Todo lo que tú quieras) — İspaniyanın 2010-cu ildə çəkilmiş, dram janrında, rejissor Açero Manyasın filmi == Süjet == Sadə Madrid ailəsi — Leo, Alisia və onların balaca qızı Dafni. Ata işləyir, ana uşağın tərbiyəsi və ev işləri ilə məşğuldur. Hər şey adi, həmişəki kimi rahat atmosferdə davam edir. Lakin birdən Alisiya epilepsiyadan ölür — Leo və Dafni artıq onsuz yaşamağa məcbur olurlar. Leoya çox çətin olur: uşaq heç cürə anasını unuda bilmir və onun həyatdan köçməyini qəbul etmir. Gecələr o anasının adını çağırır. Bəzən, kimisə xoşbəxt etmək üçün, sevən insanlar bütün şərtləri və mühakimələri aşaraq, bütün qadağaları keçirlər. Leo qərar verir və axşamlar o həyat yoldaşının paltarlarını geyinir, başına parik taxır, dodaqlarını parlaq qırmızı pomada ilə boyayır və beləcə o qızı üçün "ana" olur. Belə bir performans bir az uzanır və bu yavaş-yavaş bir qorxulu oyuna çevrilir.
Sən Anlat Qara dəniz
Sən anlat Qara dəniz — Sineqraf imzalı ilk bölümü 24 yanvar 2018-ci ildə yayımlanan, prodüseri Osman Yavaş, ssenari müəllifi Nehir Erdem, Ayşe Ferda Eryılmaz və Erkan Birgören, baş rollarda Ulaş Tuna Astepe, İrem Helvacıoğlu və Mehmet Ali Nuroğlunun yer aldığı Türkiyə istehsalı olan dram televiziya serialıdır. 3 sezondan ibarət olan serial 13 noyabr 2019-cu ildə yayımlanan 64-cü bölümü ilə sona çatdı.
Sən anlat Qara dəniz
Sən anlat Qara dəniz — Sineqraf imzalı ilk bölümü 24 yanvar 2018-ci ildə yayımlanan, prodüseri Osman Yavaş, ssenari müəllifi Nehir Erdem, Ayşe Ferda Eryılmaz və Erkan Birgören, baş rollarda Ulaş Tuna Astepe, İrem Helvacıoğlu və Mehmet Ali Nuroğlunun yer aldığı Türkiyə istehsalı olan dram televiziya serialıdır. 3 sezondan ibarət olan serial 13 noyabr 2019-cu ildə yayımlanan 64-cü bölümü ilə sona çatdı.
Gürcüstan sənayesi
Gürcüstan sənayesi — mədənçilik və emal sənayesinin bir sıra sektorları. Hazırda Gürcüstanda sənaye müəssisələrinin əksəriyyəti ya işləmir, ya da qismən yüklənir (onların potensialından təxminən 20% istifadə olunur). Gürcüstanda ən vacib sənaye sahələri bunlardır: qida və yüngül sənaye, qara və əlvan metallurgiya. Sənayedə işləyənlərin ümumi sayı 85,7 min nəfərdir, o cümlədən mədənçıxarma - 4,3 min nəfər, emal sənayesi - 58,8 min nəfər, elektrik, qaz və su təchizatı - 22,6 min. == Tarixi == === Sovet dövrü === Sovet dövründə Gürcüstanda qida, çuqun, kömür, polad borular, neft məhsulları, gübrələr, dəzgahlar, lokomotivlər və təyyarə yığımı üzrə ixtisaslaşmış inkişaf etmiş bir sənaye var idi. Gürcüstanda aparıcı sənaye sahələri elektrik enerjisi, yanacaq, qara metallurgiya, maşınqayırma, kimya, yüngül və qida idi. 1990-cı ildə sənaye məşğul əhalinin 27%-ni təşkil edirdi. === 1991-ci ildən sonra === 1992-ci ildə Gürcüstanın sənaye istehsalının həcmi 40% azalıb. 1998-ci ilə qədər Gürcüstanda sənaye istehsalının həcmi 1990 -cı ilin səviyyəsinin 16% -ni təşkil etdi. Sənayenin Gürcüstanın ÜDM-də payı 1990-2005-ci illərdə azaldı.
Gəmiqayırma sənayesi
Gəmiqayırma sənayesi — iqtisadiyyatın ağır maşınqayırma sahəsi, gəmilərin inşası həyata keçirilir. Gəmilər tərsanə adlanan xüsusi müəssisələrdə inşa edilirlər. 1960-cı illərdə sənayenin bu sahəsi sürətlə inkişaf etməyə başlamışdı. Səbəbi də "ucuz" neftin dənizlə daşınmasının artması və müvafiq olaraq iri tutumlu tankerlərin istehsalının artması idi, lakin energetik böhran başlayandan sonra yüksək tutumlu tankerlərə olan tələbat azaldı. Bu dövrlərdə gəmiqayırma sənayesi öz coğrafi mövqeyini dəyişmədi. Məhsul daha çox yeni inkişaf etmiş ölkələrdə istehsal edilirdi. Cənubi Koreya bu sahədə dünyada Yaponiyanı geridə buraxıb birinci yerə çıxdı. Gəmiqayırma Braziliyada, Argentinada, Meksikada, Çilidə və Çində inkişaf etməkdədir.
Hindistanda sənətkarlıq
Hindistanda sənətkarlıq - Hindistanda tarixən formalaşmış sənət sahələrinin məcmuu. == Tarixi == === Ən qədim dövrlərdən erkən orta əsrlərədək === Çoxsaylı arxeoloji materiallar Hindistanda qədimdən müxtəlif sənət sahələrinin inkişaf etdiyini, yayıldığını sübut edir. Burada sənətkarlığın inkişaf etməsinin əsas səbəblərindən biri daş, dəmir, ağac və s. materialların bolluğu, əsrlərdən gələn təcrübənin nəsillərdən-nəsillərə ötürülməsi olmuşdur. Hindistanda həyatın bütün sahələrində özünü göstərən mühafizəkarlıq, ənənəvilik sənətkarlığa da sirayət etmişdir. Arxeoloji materiallar Harappa sivilizasiyasının dəmir ilə tanış olmadığını, əsasən mis və tuncdan silah, təsərrüfat alətlərinin hazırlandığını üzə çıxarmışdır. Burada əridilmə, tökmə, döymə kimi metal hazırlama üsullarından istifadə olunmuş, misə, tunca nikel və arsen qatılmışdır. Sənətkarlar bəzək əşyalarının hazırlanmasında qızıl və gümüşdən istifadə etmişlər. Harappada toxuculuq, sümük və metalişləmə, dulusçuluq geniş inkişaf etmişdir. Dulus qabları geometrik və bitki motivləri ilə bəzədilmiş, əl və ayaq dulus çarxları daha da təkmilləşdirilmişdir.
Həmişə səninlə olan bayram
Ernest Heminqueyin 1950-ci illərdə qələmə almış olduğu "Həmişə səninlə olan bayram" avtobioqrafik əsəri onun Paris həyatından, dövrünün görkəmli adamları ilə görüşlərindən, Parisin füsünkar gözəlliyindən bəhs edir. Ernest Heminquey "Totonto star" qəzetinin xarici müxbiri kimi 1921-ci ildə Parisə gələrək 1926-cı ilədək orada yaşayır. Burada o, Gertrud Stein, Ezra Paundla tanış olur və onların təsirindən ilhamlanaraq yazıçı olmaq qərarına gəlir. 1956-cı ildə Heminquey Parisin Riç hotelinin zirzəmisindən uzun illər qoyub getmiş olduğu çamadanını tapır. Onun içindən əldə etdiyi Paris həyatından bəhs edən gündəliyi üzərində işləyir. Lakin kitab onun ölümündən sonra dördüncü arvadı Mri Velş Heminqueyin səyi nəticəsində 1964-cü ildə işıq üzü görür. Paris, həyat üçün bayramdır. Əgər gəncliyində Parisdə olmaq xoşbəxtliyinə nail olmusansa, onda onu ömür boyu qəlbində gəzdirirsən, harasa getmək istəsən belə, Paris həyatının hakimidir Paris əbədidir və hər kəs, kim orada yaşayıbsa onu özünəməxsus şəkildə xatırlayır. Biz hər zaman ora qayıdırıq, kimliyimizdən və onun nə qədər dəyişməsindən, ona yetişməyin nə qədər çətin və asan olmasından asılı olmayaraq. Paris buna layiqdir və sən ona nə vermisənsə, artıqlaması ilə geri alırsan.
Həmişəyaşar sənətkar... Əli Zeynalov (film, 2015)
Həmişəyaşar sənətkar... Əli Zeynalov — rejissor Sənan Sultanovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə görkəmli teatr və kino aktyoru, Azərbaycanın xalq artisti Əli Zeynalovun xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "Sən həmişə mənimləsən", "Antoni və Kleopatra" teatr tamaşalarının, "Kölgələr sürünür", "Bir qalanın sirri", "Səhər", "Leyli və Məcnun", "Xoşbəxtlik qayğıları", "Üzü küləyə", "Birisigün, gecəyarısı...", "Üzeyir ömrü", səsləndirdiyi "O olmasın, bu olsun", "Uzaq sahillərdə", "Möcüzələr adası", "Mən ki gözəl deyildim" filmlərinin, eləcə də Azərbaycan Radiosunda "Nəsimi" radiotamaşasının və Azərbaycan Televiziyasında "Köhnə dəbli komediya" televiziya tamaşasının kadrlarından istifadə edilmişdir.
Hərb sənəti
"Müharibə sənəti", "Hərb sənəti", "Savaş sənəti" (çin. 孫子兵法) — Çin hərb nəzəriyyəçisi və strateqi Sun Dzı (E.ə. 544 — E.ə. 496) tərəfindən yazılmış traktat. "Müharibə sənəti" hərbi strategiyaya və siyasətə aid məlum olan qədim çin traktatları arasında ən qədimisidir. Əsər on üç fəsildən ibarətdir. == Yaranma tarixi == Ənənəvi olaraq kitabın əfsanəvi sərkərdə və strateq Sun Dzı tərəfindən yazıldığı iddia edilir. Buna görə də tartktatın uzun müddət E.ə. VI əsrin axırı — E.ə. V əsrin əvvələrində yazıldığı güman edilirdi (E.ə.
Həyat, sən kiminsən? (film, 1972)
Həyat, sən kiminsən? — 1972-ci ildə Əmirhüseyn Məcidov tərəfindən ekranlaşdırılmış dram filmi. == Məzmun == Azərbaycanın ucqar kəndlərindən biri... 30-cu illər. Kollektivləşmə dövrü. Hadisələr əsasən yenilik rəmzi kimi kəndə işləməyə gəlmiş gənc bir müəllimin (Tariyel Qasımov) ətrafında cərəyan edir. Müəllimin kəndə gəlişi ilə kimsəsiz qız (Zemfira İsmayılova) nişan üzüyündən imtina edir və meylini müəllimə salır. Burada qızın keçmiş nişanlısının taleyindən də bəhs olunur. Filmin sonunda müəllim gənc oğlanın məhəbbətinə mane olmamaq üçün kənddən getməyi qərara alır. Lakin məhəbbəti daşa dəymiş gənc onu yenidən kəndə qaytarır.
IETF sənədlər seriyası
IETF sənədlər seriyası (ing. Request for Comments) – İnternetin “quruluşunu” (məsələn, TCP/IP standartlarını) müəyyən edən IETF sənədlər seriyası (standartlar, təlimatlar, işçi qrupların hesabatları və s.). ISOC üzvü olan istənilən şəxs RFC-də dərc olunmaq üçün sənədi müzakirəyə təqdim edə bilər. Dərc olunan sənədə nömrə verilir. Dərc olunmuş variant heç vaxt dəyişdirilmir, dəyişdirilmiş variant yeni nömrə alır, ona görə də verilmiş standartın son RFC-lərini tapmaqda problem olur. 1969-cu ildən buraxılışına başlanmış belə sənədlərin sayı bir neçə mindir. RFC ödənişsizdir və hamı üçün açıqdır. Standart kimi nəzərdən keçirilən sənəd standartın işlənib hazırlanması, testlənməsi və təsdiqinin bütün mərhələləri keçir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
I Ümumrespublika Dekorativ-tətbiqi sənət Festivalı
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2009-cu ilin fevral - dekabr aylarında "I Ümumrespublika Dekorativ-tətbiqi sənət Festivalı" keçiriləcək.Festivalın kçeirilməsində məqsəd qədim tarixi köklərə və zəngin ənənələrə malik Azərbaycan dekorativ-tətbiqi sənətinin müasir dövrdə inkişafı, respublikada gedən bədii yaradıcılıq proseslərinin, qazanılan uğurların, geniş ictimaiyyətə təqdim olunması, istedadlı gənclərin, yüksək sənət meyarlarına cavab verən dekorativ-tətbiqi sənət əsərlərinin aşkarlanmasıdır. Festival respublikanın bütün şəhər və rayonlarını əhatə etməklə beş regional mərkəzdə – Gəncə, Naxçıvan, Lənkəran, Şəki, Xaçmaz şəhərlərində təşkil ediləcək.
Kamal Həsənov (sənətşünas)
Həsənov Kamal Nəsrulla oğlu (1925, Bakı) — Azərbaycan sənətşünası və baletmeysteri, sənətşünaslıq namizədi, Azərbaycanın əməkdar mədəniyyət işçisi. == Həyatı == Kamal Həsənov 1925-ci ildə Bakı şəhərində azərbaycanlı ailəsində anadan olub. 1943-cü ildə Bakı Neft Texnikumuna daxil olaraq 1948-ci ildə neft konstruktoru ixtisasını bitirib. Həmçinin 1944–1950-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil alıb (ritmika). 1946–1966-cı illərdə Azərbaycan Dövlət Lenin ordenli M. F. Axundov adına Opera və Balet Teatrında balet artisti işləyib. Repertuarda olan klassik və Azərbaycan baletlərində bir sıra partiyaları ifa etmişdir. İşlədiyi dövrdə, yəni 1948–1952-ci illərdə -Xoreoqrafiya məktəbində oxumuşdur. 1966-cı ildə M. A. Əliyev adına Azərbaycan Dövlət Teatr (Mədəniyyət və İncəsənət Universiteti) İnstitutuna müəllim vəzifəsinə qəbul edilmiş,1969-cu ildə baş müəllim təyin edilmişdir. 1974-cü ildə "Azərbaycanın xalq rəqsləri" adlı dissertasiya müdafiə etmiş, sənətşunaslıq namizədi elmi dərəcə almışdır. 16 iyun 1976-cı ildə 230/27№ protokola əsasən səhnə hərəkəti üzrə Dosent vəzifəsinə kecirilmişdir.
Keramika sənəti
Keramika sənəti - keramika sənəti.
Keson sənaye bölgəsi
Keson sənaye bölgəsi və ya Keson sənaye zonası— Şimali Koreyanın (KXDR) xüsusi inzibati sənaye bölgəsi. Bölgə 2002-ci ildə Keson şəhərinin bir hissəsindən yaradılıb. Baxmayaraq ki, Cənubi Koreyanın prezidenti Moon Jae-in bölgəni yenidən açmağı və genişləndirməyi arzuladığını bildirmişdir, sənaye bölgəsi 10 fevral 2016-cı ildə Cənubi Koreya hökuməti tərəfindən müvəqqəti olaraq bağlanmış və bütün işçi heyət Park Qeun-hye administrasiyası tərəfindən geri çağrılmışdır. Bunun əhəmiyyətli xüsusiyyəti Keson sənaye parkının Cənubi Koreya ilə birgə iqtisadi inkişaf olaraq fəaliyyət göstərməsidir. Park Koreya Silahsızlaşdırma Zonasının 10 kilometr (altı mil) şimalda, Seuldan Cənubi Koreyaya birbaşa avtomobil yolu və dəmir yolu ilə bir saatlıq məsafədə yerləşir. Park Şimali Koreyanı xarici valyutanın əhəmiyyətli bir mənbəyi ilə təmin edərkən, Cənubi Koreyalı şirkətlərə təhsilli, təcrübəli və sərbəst olan ucuz əməklə məşğul olmağa imkan verir. 2013-cü ilin aprel ayından etibarən 123 Cənubi Koreya şirkəti təxminən 53.000 KXDR işçisini və 800 Cənubi Koreya işçisini işə götürdü. Hər il 90 milyon dollar məbləğində olan ümumi əmək haqqı birbaşa Şimali Koreya hökumətinə ödənilmişdir. Şimali və Cənubi Koreya arasındakı gərginlik dövründə, sənaye parkına cənubdakı giriş məhdudlaşdırılmışdır. 2013-cü il Koreya böhranı zamanı aprelin 3-də Şimali Koreya bütün Cənubi Koreyalı vətəndaşların bölgəyə girişini əngəllədi.
Kömür sənayesi
Kömür sənayesi— Kömürün əsas hasilatı Asiya, Şimali Amerika, Avropa (Çin, ABŞ, AFR, Rusiya, Hindistan, Avstraliya, Qazaxıstan, Ukrayna, Polşa, CAR və s.) ölkələrinin payına düşür. Ən mühüm hövzələri isə Rur, Donetsk, Kuznetsk, Yuxarı Sileziya, Appalaç, Fusin, Midlend, Viktoriya Karaqanda və s.dır.Hazırda kömür hasilatının 10-15%-i dünya bazarına çıxarılır. Çin, Böyük Britaniya, Almaniya, Ukrayna və Rusiyanın əksər kömür yataqları dərində yerləşdiyi üçün kömürün hasilatı baha başa gəlir. ABŞ, Avstraliya, CAR-da kömür yataqları yer səthində yerləşdiyi üçün açıq üsulla çıxarılan kömür daha ucuz başa gəlir.Ona görə də Avropa ölkələrinin çoxu ucuz kömürü almağa daha çox meyil edirlər.
Lahıc misgərlik sənəti
Lahıc misgərlik sənəti — Azərbaycanın İsmayıllı rayonunun Lahıc qəsəbəsində ənənəvi xalq sənəti olan, misdən qabların və müxtəlif məhsulların istehsalı. == Lahıc misgərlik sənəti haqqında == Lahıc misgərlik sənəti yalnız Lahıc qəsəbəsində mərkəzləşmişdir (xüsusilə də qəsəbənin "Misgər bazarı" adlandırılan Ağalı rayonunda). Lahıc qəsəbəsi Girdmançay Çayının sol sahilində 1375 metr hündürlükdə İsmayıllı rayonunda yerləşir. Qəsəbə Böyük Qafqazın cənub yamacında yerləşir. İnzibati baxımdan, Lahıc qəsəbəsinin (rəsmi olaraq –"şəhər-tipli qəsəbə") özünüidarə müəssisəsi kimi öz bələdiyyəsi mövcuddur. Gündəlik həyatlarında mis məmulatlardan istifadə edən geniş insan icması Azərbaycan Respublikasının bir çox regionlarında yerləşir. Mis əridən usta tam prosesi kordinasiya edir və ustaya kömək edərək lazımi texnikaları öyrənən usta köməkçisi tərəfindən müşayiət edilir. Misgər-dəmirçi havanı sobalara vurur və nazik lövhələrdə əridilən misi əzir. Sənətkar daha sonra əzilən mis lövhələri cilalayır və hazır mis məmulatları naxışlarla bəzəyir. Prosesin bu son mərhələsi sahibkarın ənənəvi biliyini və mədəni dəyərlərini əks etdirərək ətraf mühitdə diqqət mərkəzi olan istifadə edilmiş dizaynlar kimi vacib olduğu deyilir.
Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi
Azərbaycan Milli Xalça Muzeyi — Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin əvəzsiz xalça və xalq tətbiqi sənəti nümunələri ilə yanaşı, müasir dövr rəssam və xalq sənətkarlarının ən nümunəvi əsərləri toplanan muzey == Muzeyin tarixi == Azərbaycan Milli Xalça Muzeyi Azərbaycan SSR-nin Nazirlər Sovetinin 13 mart 1967-ci il tarixli 130 nömrəli sərəncamı ilə yaradılmışdır. 1967–1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993–2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014–2019-cu illərdə Azərbaycan Xalça Muzeyi, 2019-cu ildən bu günədək Azərbaycan Milli Xalça Muzeyi adlanır. Yarandığı dövrdə dünyanın yeganə ixtisaslaşdırılmış xalça muzeyi idi. Azərbaycan xalçasının milli bədii irsin ən önəmli tərkib hissələrindən biri kimi qorunub saxlanılması, əsaslı və hərtərəfli öyrənilərək geniş ictimaiyyətə təqdim edilməsi muzeyin yaradılmasının başlıca məramı olmuşdur. Muzeyin yaranmasının təşəbbüskarı alim və xalçaçı, xalça haqqında elmin banisi, rəssam və pedaqoq, "Azərbaycan xalçası" adlı fundamental əsərin müəllifi Lətif Kərimovdur. Azərbaycan Xalça Muzeyinin ilk ekspozisiyası 26 aprel 1972-ci ildə İçərişəhərdə yerləşən, XIX əsr memarlıq abidəsi olan Cümə məscidinin binasında açılmışdır. Ekspozisiyanın açılış mərasimində muzey yarandığı gündən böyük dəstəyini əsirgəməyən Heydər Əliyev iştirak etmişdir. 1970–1980-ci illərdə Heydər Əliyevin davamlı dəstəyi sayəsində muzey sənətkarlıq nümunələrini almaq və bununla da öz kolleksiyasını genişləndirmək imkanı əldə etdi. Həmin illərdə muzey üçün Azərbaycan xalça sənətinin inciləri alındı. 1992-ci ildə Azərbaycan Xalça Muzeyi Neftçilər prospektində yerləşən Muzey Mərkəzinə (keçmiş Lenin Muzeyi) köçürüldü.
Mart 1918-ci il. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə (kitab)
Mart 1918-ci il. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə – kitab 2009-cu ildə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi tərəfindən, "INDIGO" nəşriyyatında çap edilmişdir. Kitabın müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi, elmi redaktoru isə tarixi elmlər namizədi Məmməd Cəfərlidir. Kitabda 1918-ci il mart hadisələrinin, xalqımıza qarşı aparılan deportasiya siyasətinin, Bakıda törədilən qırğınların, soyqırımların geniş şərhi verilmişdir. Rus dilində işıq üzü görmüş kitaba Azərbaycan prezidenti Heydər Əliyevin imzaladığı "31 Mart Azərbaycanlıların Soyqırım Günü" fərmanının mətni də əlavə olunmuşdur. Kitabda 1918-ci ilin mart ayında Bakıda baş vermiş hadisələr haqqında sənədlər toplanmışdır. Böyük əhəmiyyət daşıyan bu kitab erməni millətçiləri tərəfindən yürüdülən siyasətin dünya ictimaiyyətinə çatdırılması üçün qiymətli bir mənbədir. Kitabdakı faktlar hadisəni görən insanların, digər millətlərə mənsub vətəndaşların dilindən söylənilən faktlara əsasən sənədləşdirilmişdir. == Kitabın təqdimatı haqqında == Kitabın təqdimatı 2009-cu il aprelin 22-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında keçirilmişdir.
Memar Sinan Gözəl Sənətlər Universiteti
Mimar Sinan Güzel Sanatlar Universiteti (türk. Mimar Sinan Güzel Sanatlar Üniversitesi) — Türkiyənin İstanbul ilində universitet.
Milli Arxiv və Sənədlər İdarəsi (ABŞ)
Milli Arxiv və Sənədlər İdarəsi (ing. National Archives and Records Administration (NARA)) və ya sadəcə ABŞ Milli arxivi — Amerika Birləşmiş Ştatları hökumətinin müstəqil agentliyidir. 1984-cü ildə yaradılmışdır. Milli Arxiv Amerika Birləşmiş Ştatlarının İstiqlaliyyət Bəyannaməsi, ABŞ Konstitusiyası, Hüquqlar haqqında Bill kimi fundamental tarixi sənədlərin orijinallarının saxlanmasına, ABŞ hökumətinin fəaliyyətinin sənədləşdirilməsinə, həmin sənədlərə ictimaiyyətin çıxışının sərhədlərinin genişləndirilməsinə cavabdehdir. NARA rəsmi olaraq ABŞ Konqresi Aktlarının, Prezident müraciətlərinin və icra sərəncamlarının və federal qaydaların hüquqi cəhətdən dəqiq və nüfuzlu nüsxələrinin saxlanması və dərc edilməsi üçün məsuliyyət daşıyır. NARA-nın Baş Administratoru Amerika Birləşmiş Ştatlarının arxivariusudur və o, ABŞ Konstitusiyasına düzəlişlərin ştatların qanunvericilik orqanları tərəfindən qəbul edilməsinə dair rəsmi sənədləşməyə nəzarət edir.
Milli Sənət Qalereyası
Milli Sənət Qalereyası (ing. National Gallery of Art) - ABŞ-nin Vaşinqton şəhərində yerləşən muzey, rəsm qalereyası. Milli Sənət Qalereyasının indiki direktoru Erl Poveldir. MSQ-nin binası 1938-ci ildə ABŞ Konqresi tərəfindən inşa edilmişdir. 1940-cı ildən etibarən Milli Sənət Qalereyasına dünyanın müxtəlif yerlərindən dəyərli tarixi abidələr, heykəllər və rəsm əsərləri gətirilməyə başlandı. Andrey Mellonun şəxsi kolleksiyasını muzeyə bağışlaması MSQ-nin arxivini daha da zənginləşdirmişdir. Hal-hazırda Milli Sənət Qalereyasında 2000-dən çox heykəl, rəsm əsəri, dekorativ sənət əsərləri saxlanılır.
Milli təsviri sənət muzeyi (Buenos-Ayres)
Milli təsviri sənət muzeyi (isp. Museo Nacional de Bellas Artes, MNBA) — Buenos-Ayres şəhərinin Rekoleta rayonunda yerləşən incəsənət muzeyi. 2004-cü ildə muzey Neuken şəhərində öz filialını açdı. == Tarixi == İlk muzeyin direktoru argentinalı şərhçi və rəssam Eduardo Şiaffino olmuşdur. Muzey 23 dekabr 1895-ci ildə Florida küçəsində aşılmışdır. 1909-ci ildə muzay San-Martina meydanına köçmüşdür, əsaslı restavrasiyadan sonra Buenos-Ayres yerləşmişdir. 1955—1964-ci illərdə Xorxe Romero Bresta direktorun başçılığı altinda muzey, həm interyer həm də dizayn baxımından modernləşmişdir. 1961-ci ildə müvəqqəti bir pavilyon açıldı, muzey müasir sənət əsərlərini əldə etdi. Müasir Argentina sənət pavilyonu 1980-ci ildə açılmışdır. Bu otaqda ümumi sahəsi 1536 kvadratmetr olan və 34 muzey binasının ən böyük sahəsi olan sərgi salonunun ümumi sahəsi 4,610 kvadrat metrdir.
Milli təsviri sənət muzeyi (Santyaqo)
Milli təsviri sənət muzeyi (isp. Museo Nacional de Bellas Artes ) — Santyaqo şəhərində yerləşən bədii təsviri sənət muzeyi. == Tarixi == Muzey 1880-ci il 18 sentyabr tarixində "Milli İncəsənət Muzeyi" adı altında yaradılıb və Cənubi Amerikanın ən qədim muzeyi kimi tanınır. 1910-cu ildən, Forestal parkında xüsusi möhkəm binada yerləşib. Muzeyin binası Çili arxitekturası Emiliya Jekura memarlığı üzərində qurulmuşdur. Muzeydə 1976-cı ilin aprel ayında tarixi Çili abidəsi aşkar edilmişdir. 1985-ci ildə meydana gələn zəlzələ nəticəsində binaya ziyan dəymişdi. Yenidənqurma işləri üç il davam etdi.
Miniatür sənəti
== Tarixi == Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur. Kitab illüstrasiyası kimi yaranıb formalaşan Azərbaycan miniatür sənətinin təşəkkül tarixi qədimdir. XIII əsrin əvvəllərində Əbd ül-Mömin Məhəmməd əl-Xoyinin “Vərqa və Gülşa əlyazmasına çəkdiyi miniatürlər (Topqapı muzeyi, İstanbul) yalnız Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə bu sənətin ən qədim nümunələrindən sayılır. XIII-XIV əsrlərdə Marağa, Təbriz və Azərbaycanın başqa şəhərlərində xəttatlıq və miniatiir sənəti süirətlə inkişal etmiş, Təbriz şəhəri Şərqdə bədii yaradıcılığın, kitab sənəti, kalliqrafiya və miniatür boyakarlığının ən qudrətli mərkəzinə çevrilmişdi. XIV əsrin əvvəllərində Təbrizin Rəşidiyyə akademiya şəhərciyinin kitabxanasında yerli xəttat və rəssamlarla yanaşı Şərqi Türkistan, Orta Asiya və b. Şərq ölkələrindən toplanmış sənətkarlar fəaliyyət göstərir, dini, tarixi, elmi və poetik əsərlərin bədii əlyazma nüsxələrini hazırlayır, onları miniatürlərlə bəzəyirdilər. Bu dövr əlyazmalarrından Bəhtişunun “Mənafi əl-heyvan” əsərinə (1297-1298; Morqan kitabxanası, Nyu-York), Rəşidəddinin “Cami ət-təvarix” (1306-cı il nüsxəsi, Edinburq universiteti, Şotlandiya; 1314-cü il nüsxəsi, Kral Asiya Cəmiyyəti, London; 1318-ci il nüsxəsi, Topqapı muzeyi, İstanbul) əsərinin məlum nüsxələrinə çəkilmiş miniatürləri göstərmək olar. “Cami ət-təvarix” əlyazmalarının müxləlif rəssamlar tərəfindən çəkilmiş illüstrasiyaları Azərbaycan miniatür sənətinin inkişafında xüsusi mərhələ təşkil edir. XIV əsrin ortalarında Təbriz rəssamları qrafik və boyakarlıq üslublarının uğurlu sintezindən doğan bədii üslub yaratdılar. Bu yeni üslubun formalaşması 1340-1350 illərə aid edilən “ Böyük Təbriz Şahnaməsi”, yaxud “ Demott Şahnaməsi” adlanan məşhur əlyazmanın miniatürlərində öz əksini tapmışdır.
Monumental sənət
Monumental sənət — əzəməti və mühüm ideya məzmunu ilə fərqlənən, möhtəşəm və ümumiləşdirilmiş formalarda ifadə olunan plastik sənət növü. Monumental sənətə xatirə abidələri, binaların heykəltaraşlıq, boyakarlıq və mozaika bəzəkləri, vitrajlar, şəhər və park heykəltaraşlığı, fəvvarələr və s. daxildir (bəzən memarlıq əsərləri də monumental sənətə aid edilir). Monumental sənət vacib dövlət məsələlərinə, mühüm ictimai ideyaların geniş kütlə arasında təbliğinə və yayılmasına xidmət edir. Monumental sənət antaqonist sinifli cəmiyyətdə hakim ideologiyanı təcəssüm etdirir, realist incəsətin yüksəlişi dövründə qabaqcıl. demokratik və humanist ideyaların ifadəsinə çevrilir. == Tarixi == Monumental sənətin ilk nümunələri ibtidai cəmiyyətdə yaranmışdır. Menhirlərdə, dini heykəllərdə və qaya rəsmlərində təbiət qüvvələrinin əzəməti haqqında ibtidai insanın təsəvvürləri təcəssüm olunmuş, onun əmək vərdişləri öz əksini tapmışdır. Qədim Misirdə monumental sənət ictimai quruluşun sarsılmazlığı fikrinin möhkəmlənməsinə və hökmdarların şəxsiyyətinin ilahiləşdirilməsinə xidmət edirdi (Cizədə Böyük Sfinks heykəli). Qədim Yunanıstanda quldarlıq demokratiyasının yüksəlişi dövründə insan gözəlliyinə və ləyaqətinə inam hissləri ilə aşılanmış monumental sənət əsərləri yaradılmışdı (Afina Parfenonunun heykəltaraşlıq bəzəkləri).
Moskva Dövlət Sənaye Universiteti
Moskva Dövlət Sənaye Universiteti (ГОУ МГИУ) — Rusiyaın tanınmış ali təhsil təhsil müəssisəsi. Müxtəlif illərdə Lixaçev adına zavod yanında zavod - Ali Texniki Təhsil Müəssiəsi ( Завод-ВТУЗ при ЗИЛ-е), Moskva avtomobilqayırma İnstitutu (ВТУЗ-ЗИЛ), Moskva Dövlət Sənaye Universiteti (МГИУ) adını daşımışdır. == Universitet bu gün == Universitet 6 fakültədə 14 mühəndis, 7 iqtisadi və 2 hüquqi ixtisasə üzrə mütəxəssis hazırlayır. Universitetin 25 000 tələbəsi, 2 500 nəfər hazırlıq şəbəsinin dinləyicisi, 500 aspirantı və 50 dissertantı vardır.

sən sözünün leksik mənası və izahı

  • 1 İkinci şəxs əvəzliyinin təki. Sən istəyən kimi oldu. – Sən demədinmi dumada rəf olur ehtiyacımız? Mən də dedimmi çox yemə, tez pozulur məzacımız. M.Ə.Sabir. [Əsgər:] Ay Süleyman, yaxşı oldu sən gəldin, axı deyirlər ki, sən bir ağıllı adamsan, gəl görək, sən nə məsləhət tökürsən? Ü.Hacıbəyov. ◊ Sən allah, sən allahın – bax Allah. [Məşədi İbad:] A Həsənqulu bəy, sən allah, indi insaf eyləyin, sənin yanında Rüstəm bəy demədi ki, qızı sənə verirəm. Ü.Hacıbəyov. [Gülsənəm:] Ay yoldaş Ağa, sən allah, məni bu ağbirçək vaxtımda masqaraya qoyma. H.Nəzərli. Sən demə – bax demə. Sən demə, şeytan-şuğul bunu bəyə xəbər verib. Ə.Vəliyev. Sən öl dan. – öz sözünü birinə inandırmaq istədikdə işlənir. Sən öl, düz deyirəm. Sən hara, bura hara! – gəlişi təəccüb doğuran, yaxud gözlənilmədən rast gələn adam haqqında. [Sultan bəy:] Paho, Süleyman, sən hara, bura hara? Xeyirxəbər olasan, əyləş görək, nə var, nə yox? Ü.Hacıbəyov.

    Azərbaycan dilinin izahlı lüğəti / sən

sən sözünün rus dilinə tərcüməsi

  • 2 местоим. ты. Sən həmişə mənimləsən ты всегда со мной; (qoy) sən deyən olsun! пусть будет по-твоему! (будь по-твоему!), sənə salam göndəriblər тебе послали привет, səni təbrik edirəm поздравляю тебя, səninlə fəxr edirik гордимся тобой, səndən danışırdılar говорили о тебе ◊ sən Allah! ради Бога!; sən demə оказывается; sən başın! прошу, очень прошу тебя! sən kim, mən kim что между нами общего, между нами ничего общего; sən girən kol deyil не по зубам тебе, тебе не по плечу; sən mənim canım ради меня, прошу тебя; sən öl! клянусь тобой! sən öləsən: 1. клянусь тобой; 2. ирон. как бы не так; sən hara bura hara! какими судьбами!; sən hara mən hara: 1. ирон. куда мне до тебя; 2. см. sən kim, mən kim; sən vurmadın mən yıxılmadım ты не ударил, я не упал (в чем же причина, от чего же это случилось); sənə qalmayıb не твоё дело, тебя не касается; sənə qurban olum да буду я твоей жертвой – ласковое обращение к любимому человеку, выражает значения: “прошу тебя”, “пожертвую собой ради тебя”, “дорогой”, “милый” (в зависимости от ситуации); qurbandır sənə! дарю, уступаю тебе (выражение готовности уступить, подарить); səndən yaxşı olmasın формула вежливости (адресуется собеседнику, чтобы не обидеть его своим положительным отзывом об отсутствующем лице)

    Azərbaycanca-rusca lüğət / sən

sən sözünün inglis dilinə tərcüməsi

  • 1 əv. you; thou; Sən allah! For Goodness’ / God’s sake! Sən demə It was found that..., It turned out that...; Sən demə o həkim imiş It was found that he was a doctor; Sən öl! (and) I swear* by you! I assure you! Sən hara bura hara? d.d. What brings you here! Sənə qalmayıb It is not your business; Sən sən ol, mən də mən (a warning) Now, I’ll show you who I am / what I can do; I’ll do my best to show you your right place; Sənə qurban olum I beseech you! My lovely

    Azərbaycanca-ingiliscə lüğət / sən

sən sözünün ləzgi dilinə tərcüməsi

  • 1 тӀв.-эв. вун; вуна; ваз; sən get вун вач; sən harada işləyirsən? вуна гьина кӀвалахзава?; sən nə demək istəyirsən? ваз вуч лугьуз кӀанзава?; ** sən allah, sən allahın кил. Allah; sən demə кил. demə; sən öl рах. жуван (вичин) гафунал чӀалахъарун патал лугьудай ибара; sən hara, bura hara вун гьинай, инаг(ар) гьинай (дуьшуьш хьунал, атунал, акунал тажублу тир, хабарни авачиз гьалтай касдин гьакъинда).

    Azərbaycanca-ləzgicə lüğəti / sən

sən sözünün türk dilinə tərcüməsi

"sən" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sən nədir? #sən sözünün mənası #sən nə deməkdir? #sən sözünün izahı #sən sözünün yazılışı #sən necə yazılır? #sən sözünün düzgün yazılışı #sən leksik mənası #sən sözünün sinonimi #sən sözünün yaxın mənalı sözlər #sən sözünün əks mənası #sən sözünün etimologiyası #sən sözünün orfoqrafiyası #sən rusca #sən inglisça #sən fransızca #sən sözünün istifadəsi #sözlük