* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Müəyyən hazırlıq tələb edən və sahibinin yaşaması üçün əsas mənbə sayılan əmək fəaliyyətinin bir növü; peşə. Özünə sənət seçmək. Sənət öyrənmək. Sənətini dəyişmək. – [Yusif] usta Xəlilin yanında qırx yaşında ikən sərraclıq sənətini bir il müddətində öyrənib Qəzvinə müraciət etdi. M.F.Axundzadə. [Qurban Nənəxanıma:] [Şaqqulunu] istəmişəm sənətə qoyam ki, avara qalmasın, demisən ki, o neynir sənəti, cavan uşaqdı, qoy böyüsün. Çəmənzəminli. …Qulam müəllim bütün sənətlər içərisində öz sənətini [müəllimliyi] çox yüksək tuturdu. S.Rəhimov. // İş, peşə, məşğuliyyət. Hacının sənəti hamamçılıq idi… C.Məmmədquluzadə. Gördü ayı kəndli çəkir zəhməti; Var əcəb asudə, asan sənəti. // A.Səhhət. Gəmi muzdurçuluğu … çox ağır sənətdir. S.M.Qənizadə // Məc. mənada. [Sultan bəy:] Qərəz ki, təklik bir sənət deyildir. Ü.Hacıbəyov. Yaxşılıq insana bir sənət olsun; Dünya başdan-başa qoy cənnət olsun. S.Vurğun. 2. İncəsənətin qollarından hər biri. Musiqiçilik gözəl sənətdir. Bədii sənətin gücü. Sənət əsəri. – Əsil tamaşaçılar [Səttarzadəni] görəndə musiqi aləminin, sənət dünyasının zənginliklərini bir daha xatırlayırlar. Mir Cəlal. 3. bax sənətkarlıq 2-ci mənada. ◊ Sənət məktəbi – ixtisaslı fəhlə hazırlayan məktəb. [Aslan:] Mən sənət məktəbini təzə qurtarmış ustaların briqadiriyəm. S.Rəhman. Sənət məktəbinə məxsus göy rəngli paltar Həsənlə Lətifə çox yaraşırdı. H.Seyidbəyli.
Azərbaycan dilinin izahlı lüğəti / sənət2 SƏN’ƏT ə. 1) peşə, sənət; 2) incəsənət növü; 3) ustalıq, bacarıq.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / sənət3 fəlsəfəsi \ – sənəti, sənət incilərini və mənasını fəlsəfi yöndən problem kimi qarşısına qoyan fəlsəfi təlim. Estetikadan fərqi odur ki, sənət fəlsəfəsi daha geniş miqyaslıdır.
Fəlsəfə terminlərinin izahlı lüğəti / sənət4 \ - yun. Tekhne ilə eyni mənalı yunan dilində tekhne kəlməsi, məqsədi bir şey ortaya qoyma olan, yaratma olan, doğru bir plana görə istiqamətləndirilmiş bir davranış məqsədinə gəlir. Sənətin əsas növləri: memarlıq, rəsm, plastik sənətlər, musiqi, söz-yazı sənəti, teatr, kino və s.
Fəlsəfə terminlərinin izahlı lüğəti / sənət5 1) əmək fəaliyyətinin bir növü, peşə; 2) incəsənətin qollarından hər biri: incəsənət növləri. Məsələn, bədii sənətin gücü; 3) əmtəələrin böyük fərdi ustalıq tələb edən, əsasən əl əməyi ilə kiçik həcmli istehsalı; 4) müəyyən əşyaların hazırlanması sənətinə malik olması, müvafiq peşəyə malik olması; 5) müəyyən hazırlıq tələb edən və sahibinin yaşaması üçün əsas mənbə sayılan əmək fəaliyyətinin bir növü; peşə. Məsələn, özünə sənət seçmək, sənət öyrənmək; sənət məktəbi – ixtisaslı fəhlə hazırlayan məktəb; 6) iş, peşə, məşğuliyyət.
Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / sənət2 SƏNƏT, PEŞƏ Tezliklə peşə yiyəsi, sənət sahibi olacaqlar (Ə.Vəliyev); İXTİSAS [Ənisənin] əmək bursasında bir ixtisası olmadığı üçün qeyd etməyirdilər (S.Hüseyn); KƏSB Hacı Qara: A qardaş, mən dinc, farağat, kəsb əhliyəm (M.F.Axundzadə); KƏSBKARLIQ Tacir Məcnuna: Halal kəsbkarlığım oğurluq niyə olur (Ə.Məmmədxanlı).
Azərbaycan dilinin sinonimlər lüğəti / sənət2 I сущ. 1. профессия (род трудовой деятельности, требующий определенной подготовки и являющийся обычно источником существования). Nadir sənət редкая профессия, müəllimlik sənəti профессия учителя, həkimlik sənəti профессия врача, sənət seçmək выбрать профессию, sənətini dəyişmək переменить свою профессию, sənətini sevmək любить свою профессию 2. ремесло (требующая специальных навыков работа по изготовлению каких-л. изделий ручным, кустарным способом). Aşbazlıq sənəti ремесло повара, dərzilik sənəti портняжное ремесло, çəkməçilik sənəti сапожное ремесло, çilingərlik sənəti слесарное ремесло 3. искусство: 1) какая-л. отрасль практической деятельности с присущей системой приёмов и методов. Aktyorluq sənəti актерское искусство, müğənnilik sənəti певческое искусство, hərb sənəti военное искусство 2) отрасль творческой художественной деятельности. Səhnə sənəti сценическое искусство II прил. 1. профессиональный. Sənət (peşə) xəstəlikləri профессиональные болезни 2. ремесленный. Sənət məktəbi ремесленное училище
Azərbaycanca-rusca lüğət / sənət1 i. 1. art; ~ əsəri a work of art; ~lə məşğul olmaq to study art; 2. trade, handicraft; ~ öyrənmək to learn* a trade; çapçılıq ~i the trade of a printer; 3. profession; occupation; Onun sənəti nədir? What is his / her occupation? ~inə görə by profession, by trade; ~ seçmə choice of profession
Azərbaycanca-ingiliscə lüğət / sənət1 [ər.] сущ. 1. сенят (1. пеше; кӀвалах, кеспи, машгъулат; 2. харусенятдин хилерикай сад; 3. кил. sənətkarlıq 2); 3. сенятдин; ** sənət məktəbi пеше мектеб (пеше, сенят чирдай школа).
Azərbaycanca-ləzgicə lüğəti / sənət