sənətlər sözü azərbaycan dilində

sənətlər

Yazılış

  • sənətlər • 55.7692%
  • Sənətlər • 44.2308%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sənətlər
Peşə, iş, məşğuliyyət ya da sənət — insanın fiziki və mənəvi qüvvəsinin tətbiq sahəsi olub, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyətidir. Əməyin ilk bölgüsü müəyyən insan qruplarının və ya fərdin heyvandarlıqla və əkinçiliklə məşğul olması ilə başlandı. Qrupların və ya fərdlərin birinin heyvandarlıq, digərlərinin isə əkinçilik məhsullarına ehtiyacı yarandı. Beləliklə əmək məhsullarının mübadiləsi prosesi başlandı. Müxtəlif məhsulların mübadiləsi tədricən mürəkkəb xarakter aldıqca, yeni peşələrə, yəni tacirlərə ehtiyac yarandı. Bu peşə sahibləri əmək məhsullarının mübadiləsi ilə məşğul olmağa başladılar. Cəmiyyətin sonrakı inkişafı nəticəsində müxtəlif sənətlər və sənətkarlar, ovçular, dəmirçilər, daşyonanlar, xarratlar, dərzilər və sairə meydana cıxdı və bu da əmək bölgüsündə növbəti mühüm mərhələ oldu. == Peşə və ixtisaslar, onların seçimi == Hər hansı bir peşə (ixtisas) müəyyən qabiliyyət tələb edir, peşələrin (ixtisasların) hamısı üçün isə zəruri olan qabiliyyətlərin, məsələn, yaradıcılıq qabiliyyətinin olması vacibdir. Müəyyən peşəni və ya ixtisası öyrənmək və bu sahədə uğurla çalışmaq üçün insan peşənin şəxsiyyət qarşısında qoyduğu tələblərə uyğun olmalıdır və peşə (ixtisas) seçən şəxslərdən konkretlik, dəqiqlik, icra intizamı, səliqəlik tələb olunur. Bu keyfiyyətlər bəzən bir çox sahələrdə böyük əhəmiyyət kəsb etmir, lakin texnika ilə işləyən şəxslər üçün həyati əhəmiyyətə malikdir.
Rosenthal Müasir Sənətlər Mərkəzi
Rosenthal Müasir İncəsənət Mərkəzi və ya Lois və Richard Rosenthal Müasir İncəsənət Mərkəzi (İngilis dilində: Rosenthal Center for Contemporary Art və ya Lois and Richard Rosenthal Center for Contemporary Art), ABŞ-nin Ohio ştatının, Cincinnati şəhərində yerləşən bir incəsənət mərkəzidir. Bu bina CAC (Contemporary Arts Center, Azərbaycan dilində: Müasir İncəsənət Mərkəzi) adlı sənət müəssisəsinin yeni mərkəzinin yerləşdiyi yerdir. Bu bina həmin sənət ocağının ən əhəmiyyətli maliyyə dəstəkçilərindən olan Lois Rosenthal və Richard Rosenthala ithaf olunmuş İraqlı memar Zaha Hadid tərəfindən hazırlanan bu layihənin inşasına 2001-ci ilin may ayında başlanılmış və 2003-cü ilin yayında inşası başa çatdırılmışdır. Rosenthal Müasir İncəsənət Mərkəzi, Zaha Hadidin ilk həyata keçirilmiş olan dizaynı olduğu üçün də çox vacibdir. New York Times qəzetinin memarlıq tənqidçilərindən biri olan Herbert Muschamp, bu dizaynı “Soyuq müharibədən bu yana tamamlanan ən əhəmiyyətli Amerika tikilisi” adlandırmışdır.
Memar Sinan Gözəl Sənətlər Universiteti
Mimar Sinan Güzel Sanatlar Universiteti (türk. Mimar Sinan Güzel Sanatlar Üniversitesi) — Türkiyənin İstanbul ilində universitet.
Azərbaycan döyüş sənətləri və oyunları
Azərbaycan döyüş sənətləri və oyunları — Azərbaycanda tarixən oynanılmış döyüş tipli idman növləri və oyunlar. Azərbaycan milli güləşi və zorxana əsas döyüş sənətləridir. "Kitabi-Dədə Qorqud"da (XIII–XV əsrlər) və "Koroğlu" dastanının Azərbaycan versiyasında (XVII əsr) döyüş sənətləri və meydan tamaşaları ilə bağlı məlumatlar verilir. Azərbaycan xanlıqları dövründə (XVIII əsrin II yarısı — XIX əsrin əvvəlləri) isə ordularda "bahadır" adlandırılan pəhləvanlar var idi. Məşhur Azərbaycan pəhləvanlarına "Altıaylıq pəhləvan" ləqəbli Əbdüləli Axundov, bakılı Şonu Abdulla, Sali Süleyman, Rəşid Yusifov daxildir. 2022-ci ildə pəhləvanlıq irsi "Pəhləvanlıq sənəti: ənənəvi zorxana oyunları, idman növləri və güləş" adı altında UNESCO səviyyəsində Azərbaycanın qeyri-maddi mədəni irsi elan edilmişdir. Zorxana döyüş sənətinə sinə oyunu, mil oyunu, yekba, səngi-daşqaldırma, kəbbadə, ayaqdöymə, çərxi, güləş daxildir. Azərbaycanda zorxananın keçirildiyi qədim yerlər Bakıdakı XV əsr İçərişəhər zorxanası və Ordubaddakı XVII əsr Qeysəriyyə abidəsidir. Bakını ziyarət edən XVIII əsr erməni müəllifi Artemi Araratski buradakı zorxanalarda yarışmaları, cambaz və pəhləvanları təsvir edir. Keçmiş dövrdə meydanda pəhləvanların güc sınamaq, güşt tutmaq, daş oynatmaq, kərən sındırmaq, buğa boynu əymək, ağırlıq qaldırmaq, ağırlıq dartmaq və s.
Britaniya Kino və Televiziya Sənətləri Akademiyası
"BAFTA" (ing. British Academy of Film and Television Arts) — İngilis Film və Televiziya Sənətləri Akademiyasıdır. Oscarın Birləşmiş Krallıqdakı tayı olan bu akademiya hər il film, televiziya, uşaq film və televiziya əsərlərinə mükafatları verir. 1947də İngilis Film Akademiyası olaraq, David Lean, Aleksandr Közdə, Carol Reed, Charles Laughton, Roger Manvell kimi adlar tərəfindən qurulmuşdur. 1958-də Televiziya Prodüserləri və Rejissorları Loncası ilə birləşərək Film və Televiziya Klubu olmuşdur. 1976-da isə indiki adını almışdır. BAFTA-nın ana ofisi Piccadilly, Londonda, amma İngiltərənin şimalında, Şotlandiyada, Uelsdə, Nyu-Yorkda və Los-Ancelesdə da ofisləri var. Akademiyanın mükafatı Amerikalı heykəltaraş Mitzi Cunliffe tərəfindən hazırlanmış teatr maskası şəklindədir və 1955-ci ildə Televiziya Prodüserləri Loncası tərəfindən sifariş olunmuşdu. 1989-cu ildən bu yana Los-Anceles ofisi, BAFTA, hər il öz mükafatları olan Britanya Mükafatlarını verməkdədir.
Qarışıq döyüş sənətləri
Qarışıq döyüş sənəti (ing. mixed martial arts, MMA) kimi tanınan döyüş sənəti qədim Yunan erası ərzində ora tutaşmağın və vurmağın kombinasiyaları bacarıqlarını göstərmiş Pankration kimi idman, tanınan qədim Olimpiya döyüşü mövcud idi,onun oxşar müasir forması isə qarışıq döyüş növüləri olmuşdur. Bu idman Qədim Yunanıstanda yarandı və Romalılara sonra ötürüldü. Bu döyüş növü Pride FC və UFC kimi keçirilən beynəlxalq turnirlərdə istifadə olunmağa başladı.
Şaolinin ilan və durna döyüş sənətləri (film, 1978)
Şaolinin ilan və durna döyüş sənətləri (ing. Snake & Crane Arts of Shaolin, çin. 蛇鶴八步) — rejissoru Çen Çi Hva olan və baş rolda Ceki Çanın oynadığı 1978-ci ildə çəkilmiş Honq Konq hərəkət filmidir."Golden Harvest"in istehsalı olan film Lo Wei Motion Picture Company tərəfində nümayiş olundu. Tu Vi Ho ilə yanaşı Çen də filmin kaskadyor koordinatoru idi. = Məzmunu = Tzin sülaləsi dövründə səkkiz Şaolin ustası ən yaxşı döyüş texnikalarını "ilan və durnanın səkkiz pilləsində" birləşdirdi. Texnikaları güc simvolu olaraq əjdahanın nizəsi ilə birlikdə mühafizə üçün Ustad Lin-ə verilən bir kitabda yazdılar. Kitab döyüş sənətləri dünyasındakı ən təhlükəli sirr sayıldı və təlimatda olduğu kimi səkkiz bilici də yox oldu. Səkkiz klan hamısı kitab axtarmağa insanları göndərdi, buna görə Hu Yinqen adlı bir oğlan hədəflə görünəndə bir çox insan onu təqib etməyə başladı. Bir çox məşhur döyüşçünün toplandığı bir şəhərə gedir və dilənçi paltarında Huan Tzu adlı bir qızın köməyinə gəlir. Onu döyüşdə ona məğlub olaraq kitab üçün İnfan pulu təklif edən dilənçi klanının liderinə aparır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.72 dəfə / 1 mln.
2003 ••••••••••• 0.79
2004 •••••••••••••• 1.01
2006 •••• 0.23
2007 •••••• 0.42
2008 ••••••••••••••••• 1.22
2009 •••••••••••••• 0.96
2010 •••••••• 0.54
2011 •••••••••••••••••• 1.29
2012 •••••••••••••••••••• 1.46
2013 •••••••••••• 0.88
2014 ••••• 0.34
2016 ••••• 0.35
2017 ••••••••• 0.65
2018 ••••• 0.30
2020 ••••••••••••••• 1.06

"sənətlər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sənətlər nədir? #sənətlər sözünün mənası #sənətlər nə deməkdir? #sənətlər sözünün izahı #sənətlər sözünün yazılışı #sənətlər necə yazılır? #sənətlər sözünün düzgün yazılışı #sənətlər leksik mənası #sənətlər sözünün sinonimi #sənətlər sözünün yaxın mənalı sözlər #sənətlər sözünün əks mənası #sənətlər sözünün etimologiyası #sənətlər sözünün orfoqrafiyası #sənətlər rusca #sənətlər inglisça #sənətlər fransızca #sənətlər sözünün istifadəsi #sözlük