sənətkarlıq sözü azərbaycan dilində

sənətkarlıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sənətkarlıq • 88.8595%
  • Sənətkarlıq • 11.0524%
  • SƏNƏTKARLIQ • 0.0881%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hindistanda sənətkarlıq
Hindistanda sənətkarlıq - Hindistanda tarixən formalaşmış sənət sahələrinin məcmuu. == Tarixi == === Ən qədim dövrlərdən erkən orta əsrlərədək === Çoxsaylı arxeoloji materiallar Hindistanda qədimdən müxtəlif sənət sahələrinin inkişaf etdiyini, yayıldığını sübut edir. Burada sənətkarlığın inkişaf etməsinin əsas səbəblərindən biri daş, dəmir, ağac və s. materialların bolluğu, əsrlərdən gələn təcrübənin nəsillərdən-nəsillərə ötürülməsi olmuşdur. Hindistanda həyatın bütün sahələrində özünü göstərən mühafizəkarlıq, ənənəvilik sənətkarlığa da sirayət etmişdir. Arxeoloji materiallar Harappa sivilizasiyasının dəmir ilə tanış olmadığını, əsasən mis və tuncdan silah, təsərrüfat alətlərinin hazırlandığını üzə çıxarmışdır. Burada əridilmə, tökmə, döymə kimi metal hazırlama üsullarından istifadə olunmuş, misə, tunca nikel və arsen qatılmışdır. Sənətkarlar bəzək əşyalarının hazırlanmasında qızıl və gümüşdən istifadə etmişlər. Harappada toxuculuq, sümük və metalişləmə, dulusçuluq geniş inkişaf etmişdir. Dulus qabları geometrik və bitki motivləri ilə bəzədilmiş, əl və ayaq dulus çarxları daha da təkmilləşdirilmişdir.
Naxçıvanda sənətkarlıq
Naxçıvanda sənətkarlıq-Naxçıvan Muxtar Respublikasında sənətkarlıq. == Haqqında == Orta əsrlər dövrü Azərbaycanın bir sıra bölgələrində olduğu kimi Naxçıvan bölgəsində də bir çox sənət sahələri inkişaf etmiş və burada müxtəlif sənətkarların cəm olduğu sənətkarlıq mərkəzləri yaradılmışdır. Naxçıvan ustalarının hazırladıqları sənətkarlıq məmulatları demək olar ki, Yaxın Şərqdə özünəməxsus yer tutmuş və şöhrət tapmışdır. Bunlar içərisində dulusçuluq, daşişləmə, ağacişləmə, toxuculuq, misgərlik, zərgərlik, boyaqçılıq, ipəkçilik, və s. sənətkarlıq mərkəzlərini nümunə göstərmək olar. Mənbələrin verdiyi məlumata görə mərkəzləşmiş sənətkarlıq sahələrinin inkişafı o dövrdə ölkənin iqtisadiyyatında, məişətində, ticarət əlaqələrinin genişlənməsində böyük əhəmiyyətə malik olmuşdur. Həmçinin orta əsr Azərbaycan şəhərlərində sənətkarlıq təşkilatları sənət və peşə sahələrinin tənzimlənməsində mühüm rol oynamışdır (1, s. 313). T. Dostiyev yazır ki, IX–X əsrləri Azərbaycan şəhərlərinin kiçik qala-şəhərlərdən iri siyasi-inzibati, sənətkarlıq-ticarət və mədəni-dini mərkəzlərə çevrilməsi dövrü hesab etmək mümkünsə, XI–XII əsrləri şəhər həyatının yüksəlişi, çiçəklənməsi dövrü adlandırmaq olar. İctimai əmək bölgüsü baxımından şəhər kəndin əksi olaraq, sənət istehsalı, ticarətlə bağlı əməyin və zehni əmək fəaliyyətinin cəmləşdiyi məkan idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 7.56 dəfə / 1 mln.
2002 •••••• 3.43
2003 •••••••••••••• 8.27
2004 ••••••••••••• 8.09
2005 •••••••••••• 7.42
2006 •••••••••••••••••••• 12.39
2007 •••••••• 4.44
2008 ••••••••• 5.60
2009 ••••••••• 5.44
2010 ••••••••••••••••• 10.17
2011 ••••••••••• 6.35
2012 •••••••••••••••••••• 12.48
2013 ••••••• 4.23
2014 •••••••••• 5.83
2015 ••••••••• 5.10
2016 ••••••••••• 6.42
2017 ••••••••• 5.20
2018 ••••••••••• 6.59
2019 •••••••••••••••••••• 12.66
2020 •••••••• 4.77

sənətkarlıq sözünün leksik mənası və izahı

  • 1 is. 1. Öz sənətini yaxşı bilmə; ustalıq. Dərzinin sənətkarlığına söz yoxdur. 2. Hər hansı bir sahədə böyük bacarıq, məharət, hünər, ustalıq. Sənətkarlıq nöqteyinəzərindən zəif əsər. Aktyor sənətkarlığı. Müasirlik və sənətkarlıq bir-birini tamamlayır.

    Azərbaycan dilinin izahlı lüğəti / sənətkarlıq

sənətkarlıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

sənətkarlıq sözünün rus dilinə tərcüməsi

  • 1 мастерство

    Azərbaycanca-rusca lüğət / sənətkarlıq
  • 2 сущ. 1. мастерство (большое умение, искусство в какой-л. области). Yüksək sənətkarlıq высокое мастерство, sənətkarlıq nümunəsi образец мастерства 2. ремесло, ремесленничество (занятие ремеслом) 3. виртуозность. Çalğıçının sənətkarlığı виртуозность музыканта

    Azərbaycanca-rusca lüğət / sənətkarlıq

sənətkarlıq sözünün inglis dilinə tərcüməsi

sənətkarlıq sözünün fransız dilinə tərcüməsi

sənətkarlıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. сеняткарвал (1. вичин сенят хъсандиз чир хьунухь; устӀарвал; 2. са кардал зурба алакьун, гьунар, устадвал).

    Azərbaycanca-ləzgicə lüğəti / sənətkarlıq

"sənətkarlıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sənətkarlıq nədir? #sənətkarlıq sözünün mənası #sənətkarlıq nə deməkdir? #sənətkarlıq sözünün izahı #sənətkarlıq sözünün yazılışı #sənətkarlıq necə yazılır? #sənətkarlıq sözünün düzgün yazılışı #sənətkarlıq leksik mənası #sənətkarlıq sözünün sinonimi #sənətkarlıq sözünün yaxın mənalı sözlər #sənətkarlıq sözünün əks mənası #sənətkarlıq sözünün etimologiyası #sənətkarlıq sözünün orfoqrafiyası #sənətkarlıq rusca #sənətkarlıq inglisça #sənətkarlıq fransızca #sənətkarlıq sözünün istifadəsi #sözlük