* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | ••••••••••• | 0.79 |
2004 | ••••• | 0.34 |
2005 | ••••••••• | 0.67 |
2006 | ••••••••• | 0.68 |
2007 | •••••• | 0.42 |
2008 | •••••••••• | 0.73 |
2009 | ••••••••••••••• | 1.12 |
2010 | •••••••••••••••••••• | 1.54 |
2011 | ••••••••••••••••••• | 1.46 |
2012 | ••••••• | 0.52 |
2013 | •••• | 0.29 |
2014 | ••••• | 0.34 |
2015 | ••••• | 0.34 |
2016 | ••• | 0.17 |
2018 | •••••• | 0.45 |
2019 | •••••••• | 0.56 |
2020 | ••••••••••• | 0.80 |
1 is. [ər.] 1. klas. bax büt 1-ci mənada. Surəti ziba sənəmlər yox demək bütxanədə; Var çox, əmma sənə bənzər büti-xunxar yox. Füzuli. 2. Gözəlin epitetlərindən biri – dilbər. O qədər sənəm var ki, yasəmənə vaxt yoxdur. (Ata. sözü). Yenə yada düşdü bizim sənəmlər; Getməyin binası, hayıf ki, yoxdur. M.P.Vaqif. [Mərcan bəy:] Bir saatdan sonra bir nazənin sənəm gələcəkdir. Ü.Hacıbəyov.
Azərbaycan dilinin izahlı lüğəti / sənəm1 Ərəbcə “gözəl”, “büt”, “pərəstişə layiq olan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / sənəm2 сущ. 1. идол (статуя, изваяние, которым язычники поклоняются как божеству) 2. поэт. красавица, покорительница сердец
Azərbaycanca-rusca lüğət / sənəm1 [ər.] 1. клас. кил. büt 1); 2. сенем, дилбер (гуьзелдин эпитетрикай сад).
Azərbaycanca-ləzgicə lüğəti / sənəmə. 1) bütpərəstlərin sitayiş etdikləri heykəl; büt; 2) m. gözəl; 3) m. sevgili.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətibüt; gözəl, göyçək, qəşəng.
Azərbaycan qadın adlarının izahlı lüğəti.