Şən Azərbaycan
Şən Azərbaycan — Azərbaycan bəstəkarı Polad Bülbüloğlunun şair Məstan Günərin şeirinə bəstələdiyi mahnı. Mahnı Rast muğamı əsasında dəyişkən 6/8 (3/4) xanə ölçüsü ilə yazılmışdır. Şən rəqs xarakterlidir. Sovetlər dönəmində vətənpərvərlik mövzusunda yazılmış mahnı Azərbaycan Sovet Sosialist Respublikasına həsr olunmuşdur və müasir Azərbaycanda da olduqca məşhurdur.
Mahnı 1970-ci ildə ərsəyə gəlmişdir. Həm rus, həm də Azərbaycan dillərində səsləndirilib.
== Mahnının sözləri ==
=== Azərbaycan dilində ===
Qoy mən yenə söhbət açım ilk baharımdan,
Nəğməm ilə bir də keçim öz diyarımdan.Nəqərat:
Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü,
Gəl-gəl deyir şən Azərbaycan.
Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır,
Hər yanı gülşən Azərbaycan!El qızları düzüm-düzüm Kür qırağında,
Min gül açır Gəncəmizin hər budağında.
Dost elləri Qarabağın dağ vüqarlıdır,
Gen çölləri bu torpağın xoş baharlıdır.Nəqərat:
Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü,
Gəl-gəl deyir şən Azərbaycan.
Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır,
Hər yanı gülşən Azərbaycan.Hər damlası layla çalan göy Xəzərin var,
Hər ulduzu nəğmə olan min şəhərin var.