sənəd-sübut sözü azərbaycan dilində

sənəd-sübut

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sənəd-sübut • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sənəd
Sənəd (lat. documentum ) – qeyd edilmiş və zaman, məkan üzrə təyin edilmiş informasiyaya malik material daşıyıcı. Başqa sözlə, sənəd – hər-hansı faktı və ya hüququ təsdiq edən işgüzar məlumatdır. Təyinatına görə sənədlər mətnli, qrafiki və təsviri, audovüzal olurlar: Mətnli sənədlər əlyazması, makina və kompüter, kitab, jurnal, blanklar və s. formada olurlar. Qrafiki və təsviri sənədlər şəkil, sxem, kardioqramalar, planlar və s. formada olurlar. Audovüzal sənədlər səs yazılışları, diopozotivlər, kinofilmlər formasında olurlar. == Sənədlər üzrə təsnifat == Yaradıldığı zamana görə Hazırlanma üsuluna görə Hazırlanma məkanına görə Mövzuya görə Təqdimatına görə Yayımına görə == Sənədlərin növləri == İlkin məlumatların alınması üsullarından biri kimi sosioloji tədqiqatlarda sənədlərin təhlili metodu istifadə olunur. İnsanın xüsusi olaraq yaratdığı, məlumatların ötürülməsi və ya saxlanması üçün nəzərdə tutulmuş vasitə sənəd adlanır.
Ontoloji sübut
Ontoloji sübut — fəlsəfi baxış. Anselmin təqdim etdiyi ontolji sübut "ən mükəmməl varlıq" haqqında zehni təsəvvürlərə əsaslanıradı. Belə ki,"ən mükəmməl varlıq" barədə təsəvvürü mümkün və düzgün sayırıqsa, o həqiqi və xarici aləmdə mütləq varlığa malik olmalıdır [mənbə göstərin]Orta əsrlərdə xristian ilahiyyatçısı Anselm (1033-1109) Allahın varlığını təkcə zehni anlayışa əsaslanaraq, "ontoloji yolla" sübuta yetirməyə çalışır. Anselmin fikrincə, bütün insanlar "ən mükəmməl varlıq" məfhumunu öz zehnlərində təsəvvür edə bilərlər. Lakin o bununla kifayətlənmir və deyir: "Ən mükəmməl varlıq" təkcə zehndə ola bilməz. Zehndə "var" olan bu varlıq mütləq xarici aləmdə də "var" olmalıdır. Çünki biz "ən mükəmməl" varlığı təsəvvür etmişdik. Xarici aləmdə var olan mövcud isə zehndə var olan mövcuddan daha mükəmməldir. Deməli,"biz ən mükəmməl varlıq haqqında düşünürüksə, bu varlıq mütləq (təkcə zehndə deyil) xarici aləmdə mövcud olmalıdır (Çünki təkcə zehndə olmaq onu ən mükəmməl varlıq etmir.) Nəticədə, insanların asanlıqla təsəvvür etdikləri "ən mükəmməl varlıq "xaric aləmdə də mövcud olan Allahdır. == Rene Dekart və Ontoloji sübut == Ontoloji sübutun digər forması, yeni dövr Avropa fəlsəfəsinin əsasını qoyanlardan biri Rene Dekart (1596-1650) tərəfindən irəli sürülmüşdür.
Riyazi sübut
Riyazi isbat — elm aləmində qəbul olunmuş aksiom və qaydalar əsasında, ardıcıl məntiqi nəticələrdən istifadə edərək, müəyyən riyazi fərziyyənin doğru olmasını göstərmək deməkdir. Riyaziyyatda isbat fərziyyə müddəalar teorem adlanırlar. Misal üçün, fərz edək ki, "Düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Əgər a və b katetlər, c isə hipotenuz olarsa onda a² + b² = c² ". Bu fərziyyə həndəsi aksiom və qaydalar əsasında isbat edilmişdir (bax şəkilə) və Pifaqor (e.ə. 569–475-ci illər) teoremi adlanır.
Sənədləşdirilmiş sübut
Sənədləşdirilmiş sübut, Yazılı sübut və ya Sənədli sübut — məhkəmə işi üçün əhəmiyyətli hallar barədə məlumat verən sənədlərdən ibarət sübut. Bu mənada o, şifahi şahid ifadələrindən fərqlənir. Sənədləşdirilmiş sübut çox zaman yazılı sübutlarla (qəbz, müqavilə və ya vəsiyyətnamə kimi) əlaqədar istifadə edilir, lakin informasiyanı özündə əks etdirən digər vasitələr də, məsələn, fotoşəkillər; lent yazısı və film kimi nümayiş etdirilməsi üçün xüsusi mexaniki cihaza ehtiyacı olan vasitələr; həmçinin elektron poçt kimi rəqəmsal sübutların çap edilmiş forması da sənədləşdirilmiş sübut hesab olunur. Bir qayda olaraq, sənədləşdirilmiş sübutlar sübut kimi qəbul edilməzdən əvvəl, onların orijinallığı digər sübutlarla təsdiqlənməlidir. Əgər sənəd onun məzmununun müəyyənləşdirilməsi deyil, başqa məqsədlə təqdim edilmişdirsə, o, sənədli sübut hesab olunmayacaq. Məsələn, əgər üzərində qan ləkəsi olan məktub sadəcə cavabdehin məktubun müəllifini məktubu yazarkən arxadan bıçaqladığını göstərmək üçün təqdim olunubsa, o halda həmin məktub sənədli deyil, maddi sübut hesab olunacaq. Əəgr daha sonra eyni məktubun məzmunu qəsdən adamöldürmənin motivini sübut etmək üçün təqdim edilərsə, o halda həm maddi, həm də sənədli sübut hesab olunacaq. == Autentikasiya == Sənədləşdirilmiş sübutların təsdiq edilməsi üçün müxtəlif autentikasiya üsulları tətbiq olunur: şahid ifadələri, sənədlərin həqiqiliyinin müəyyən edilməsi, ekspertiza, güman edilən müəllifin əlyazmasını müəyyən edə biləcək şahidin ifadəsi və s.
Elektron sənəd
Elektron sənəd — informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd. Hər hansı bir faylı elektron sənəd adlandırmaq üçün bu fayl e-imza ilə kodlaşdırılmalıdır. Elektron sənəddə dəyişiklik etməyə icazə verilmir. Elektron sənəd vasitəsilə rəsmi və qeyri-rəsmi yazışmalar, hüquqi məsuliyyət və öhdəliklər doğuran sənəd və informasiya mübadiləsi aparıla bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir. Elektron sənəd dövriyyəsi - informasiya sistemində elektron sənədin nizamlanmış hərəkəti ilə bağlı informasiya proseslərini nəzərdə tutur. Elektron sənəd dövriyyəsində istifadə olunan proqramlar, texniki vasitələr və texnologiyalar isə elektron sənəd dövriyyəsi vasitələri hesab olunur.
Sənəd dövriyyəsi
Sənəd dövriyyəsi — hər hansı fakt və hadisənin başlanğıcından onun yekunlaşdığı dövrədək tərtib edilmiş sənədlərə sənəd dövriyyəsi deyilir. == Ümumi anlayış == Sənədlərin daxil olduğu və tərtib edildiyi vaxtdan onun icrasının yekunlaşdırılması və göndərilməsi dövründəki hərəkətinə sənəd dövriyyəsi deyilir. Kargüzarlıq xidməti üzrə bütün əməliyyatların dəqiq və təsirliliyi müəssisə və təşkilatlarda sənəd dövriyyəsinin düzgün təşkilindən asılıdır. Sənəd dövriyyəsinin təşkili sənədlərin tərkibi, müxtəlif sənəd növlərinin nisbəti, onların daxil olma tezliyi kimi kəmiyyət parametrləri ilə xarakterizə olunur. Müəssisə və təşkilatlarda sənəd dövriyyəsinin təşkili həmçinin sənədlərin hərəkəti, işlənilməsinin ardıcıllığı və dəqiqliyindən yəni onların tərtib olunma yerindən icra yerinə ən qısa yolla çatdırılması və icrasından, sənəd üzərində əməliyyatın bir dəfəyə aparılması yəni, sənədin aid olmayan idarəetmə mənbələrinə göndərilməsi, qaytarılması üzrə vaxt məhdudiyyətinin düzgünlüyündən, mexanikləşdirmə və avtomatlaşdırma vasitələrindən maksimum istifadə edilməsindən həlledici dərəcədə asılıdır.
Xartiya (sənəd)
Xartiya (yunanca, chartes - kağız, fərman) — orta əsrlərdə, eləcə də indiki zəmanəmizdə kütləvi-hüquqi xarakterli sənədlərə verilən ümumi addır. Xartiyalara misal olaraq Şəhərin Xartiyası, Kommunal Xartiyalar, 1838-ci il Xalq Xartiyası, Konstitusiya Xartiyaları və s. göstərmək olar.
Elektron kitab (sənəd)
Elektron kitab — hər hansı mövzuda yazılmış kitabın elektron formasıdır. Elektron kitab elektron nəşrin bir qoludur. == Elektron kitab == Elektron kitab sözü bir çox mənada istifadə olunur. Elektron kitab (sənəd), elektron kitab (qurğu). Elektron formasında yazılmış kitaba elektron kitab deyilir. Elektron kitab hər hansı mövzuda yazılmış kitabın elektron formasıdır. Elektron kitab elektron nəşrin bir qoludur. Elektron kitab bu və ya digər formatda, məs: Microsoft Word kimi mətn redaktorlarında yaradılan DOC formatında, hipermətn dili (HTML – Hiper Text Markup Language, hipermətnə nişan qoyma dili) – vasitəsi ilə yaradılan mətn formatında və ya (ZIP, RAR, ARY) – sıxılmış (arxivləşdirilmiş) formatda yayımlanmış kitab mətnlərindən ibarətdir. Həmin mətnlər HTML dilinin vasitəsi ilə müxtəlif freym strukturların yaradılması, mətn və şəkillərin formatlaşdırılması, siyahı və cədvəl strukturlarının təşkil edilməsi, şərh və istinadların daxil edilməsi əsasında yaradılır. Bir neçə il əvvəl mətn blokunun formatları olan hipermətn HTML və ya PDF (Portable Document Format, sənədlərin keçirilə bilən formatı) formatları elektron nəşrlərə multimedia komponentlərinin daxil edilməsi imkanına malik olan yeganə formatlar idi.
Sübut edilməyən iddia (film, 2006)
Sübut edilməyən iddia (İngiliscə orijinal adı: Inside Man) — 2006-cı ildə Russell Gewirtz tərəfindən yazılmış və Spike Lee tərəfindən çəkilmiş triller-detektiv-dram filmidir. == Süjet xətti == Hər şey adi bank quldurluğu kimi başlayır. Wall Streetin ən böyük korporasiyalarından birinin foyesində özünü rəngsaz kimi təqdim edən dörd quldur 50 nəfəri girov götürəndə, polis adi prosedura qaydalarına əməl edir və quldurlarla danışıqlar aparmaq üçün iki detektiv təyin olunur. Zaman keçdikcə detektivlər başa düşürlər ki, quldurlardan həmişə bir addım geridə qalırlar. Hər vəziyyətdə işə yarayan planlar alt-üst olur və zaman keçdikcə çarələr tükənməyə başlayır. Bank müdiri baş verənlərlə çox ciddi şəkildə maraqlanır. Bu vaxt bir makler soyğunçularla təkbətək görüş tələb edir.
Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsi
Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. == Tarixi == Bakı Dövlət Universitetində müstəqil İnformasiya və sənəd menecmenti fakültəsinin formalaşmasına gedən yol Azərbaycanda 1947/1948-ci tədris ilində təşəkkül tapmış ali kitabxanaçılıq təhsilinin yaranmasından başlayır. Həmin tədris ilində Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Kitabxanaçılıq şöbəsi yaradılmışdır. Şöbənin ilk ixtisas müəllimləri xalq yazıçısı Süleyman Rəhimov, Əliheydər Qəhrəmanov, Hüseyn Tağıyev və Məryəmxanım Səmədova olmuşlar. 1958/1959-cu tədris ilində şöbə Şərqşünaslıq fakültəsinin tərkibinə daxil edilmişdir. 1962-ci ilin avqust ayında BDU-da müstəqil Kitabxanaçılıq fakültəsinin təşkil olunması haqqında qərar qəbul olunmuşdur.2004-cü ildə BDU-nun Elmi Şurasında fakültənin adı dəyişdirilərək Kitabxanaçılıq-informasiya fakültəsi adlandırılır.18 yanvar 2023-cü il tarixində Bakı Dövlət Universitetinin Elmi Şurasının iclasında BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin adının dəyişdirilməsi müzakirəyə çıxarılıb və qərar qəbul olunub; fakültənin adı dəyişdirilərək "İnformasiya və sənəd menecmenti" adlandırılıb.Fakültədə 3 dildə (Azərbaycan, ingilis və rus dillərində) tədris aparılır. Bakı Dövlət Universitetinin peşəkar kadr hazırlığı sistemində bu fakültə həmişə xüsusi yeri və mövqeyi ilə seçilmişdir. Fakültənin ilk dekanı Abuzər Alı oğlu Xələfov olmuşdur. Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor, "Şöhrət" və "Şərəf" ordenli Abuzər Xələfov 1962–1970 və 1979–1993-cü illərdə fakültəyə rəhbərlik etmişdir. 1970–1979-cu illərdə Əməkdar mədəniyyət işçisi, professor Zöhrab Əliyev, 1993–2012-ci illərdə Əməkdar mədəniyyət işçisi, professor Xəlil İsmayılov, 2012–2020-ci illərdə dosent Azad Qurbanov dekan vəzifəsində çalışmışlar.

Oxşar sözlər

#sənəd-sübut nədir? #sənəd-sübut sözünün mənası #sənəd-sübut nə deməkdir? #sənəd-sübut sözünün izahı #sənəd-sübut sözünün yazılışı #sənəd-sübut necə yazılır? #sənəd-sübut sözünün düzgün yazılışı #sənəd-sübut leksik mənası #sənəd-sübut sözünün sinonimi #sənəd-sübut sözünün yaxın mənalı sözlər #sənəd-sübut sözünün əks mənası #sənəd-sübut sözünün etimologiyası #sənəd-sübut sözünün orfoqrafiyası #sənəd-sübut rusca #sənəd-sübut inglisça #sənəd-sübut fransızca #sənəd-sübut sözünün istifadəsi #sözlük