səngər sözü azərbaycan dilində

səngər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • səngər • 83.9506%
  • Səngər • 16.0494%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Səngər
Səngər (hərb) — müharinə zamanı döyüş sahələrində qazılan kanal. Səngər (coğrafiya) — qədim türk dillərində dağ burnu mənasında işlənmiş söz. Səngər (İran) — İranın Gilan ostanında yerləşən şəhər Səngər (Abaran) —İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd Səngər dağı - Şahbuz rayonu ərazisində dağ Səngərtəpə dağı - Şahbuz rayonu ərazisində dağ Səngərtəpə yaşayış yeri — abidə Ağdam rayonunun Baharlı qəsəbəsindən 300 m cənub-qərbdə yerləşir Səngərçay — Səngər — Abşeronda palçıq vulkanı; Səngər — Goranboy rayonu ərazisində dağ; Səngər — Qusar rayonu ərazisində dağ. Səngər — Şəmkir rayonu ərazisində dağ. Səngərçay — İsmayıllı rayonu ərazisində çay.
Səngər (Abaran)
Səngər - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 3 km məsafədə yerləşir. 1972-ci ilə kimi Abaran rayonunun tabeliyində olmuşdur. 15 mart 1972-ci ildə Alagöz (Araqadz) rayonu yaradıldıqdan sonra Abaran rayonunun tabeliyindən Alagöz (Araqadz) rayonunun tabeliyinə keçirilmişdir. Toponim qədim türk dilində «dağ burnu» mənasında işlənən səngər (sengir) sözü əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir.
Səngər (Maku)
Səngər (fars. ‎سنگر‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 585 nəfər yaşayır (118 ailə).
Səngər (coğrafiya)
Səngər — qədim türk dillərində dağ burnu mənasında işlənmişdir. Azərbaycanlıların məskunlaşdığı ərazilərdə səngər sözü ilə bağlı çoxlu toponimlər vardır. Məsələn, Vardenis rayonunda Səngər qışlağı olmuşdur.
Səngər (hərb)
Səngər — ön xəttə qazılan kanallar və yaxud kanal tipli dərin qazılan və insanları kənar təhlükələrdən qoruyan xəndəkdir. Səngər sözü qədim fars mənşəli söz olub, mənası (səngər - aşağı, aşağıda) mənası ilə tərcümə olunur.[mənbə göstərin]Səngər əsasən müharinə zamanı döyüş sahələrində qazılır. Güllədən, qəlpədən əsgərləri qorunmaq üçün nəzərdə tutlur. Səngər sözünə müxtəlif bədii əsərlərdə də rast gəlmək olur. Məsələn: – Nəbi cəld özünə bir səngər tapıb daldalanandan sonra aynalı tüfəngi işə salır. “Qaçaq Nəbi”.
Səngər (Üşnəviyyə)
Səngər (fars. ‎سنگر‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 290 nəfər yaşayır (60 ailə).
Səngər (İran)
Səngər — İranın Gilan ostanında yerləşən şəhər. Səngər əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Səngər dağı
Səngər dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 2915,9 m). Dərələyəz silsiləsinin suayırıcısında zirvə. Güney Qışlaq kəndindən 4,8 km şimal-qərbdədir. Alt Pliosen yaşlı dolerit və andezit-dasit tərkibli ştokvari subvulkanik kütlənin əmələ gətirdiyi günbəzvari yüksəklikdir. Yamaclarında eyniyaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit lavaları və piroklastolitləri açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Batabat-Qanlıgöl maili əyilməsinin hüdudlarında şimal-qərb istiqamətli edyniadlı sinklinalın cənub-qərb qanadında yerləşir.
Səngər-i Mirabdullah (Urmiya)
Səngər-i Mirabdullah (fars. سنگرميرعبداله‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 416 nəfər yaşayır (112 ailə).
Səngərabad (Hurand)
Səngərabad (fars. سنگراباد‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 89 nəfər yaşayır (17 ailə).
Səngərtəpə
Səngərtəpə (dağ, Şahbuz)
Səngərtəpə (dağ, Zəngilan)
Səngərtəpə — Zəngilan rayonunun ərazisində dağ. Qarabağ kəndindən şimalındadır. Hündürlüyü 787 m. Oronim səngər və təpə komponentlorindən düzəlib, “mudafiə təpəsi” mənasındadır.
Səngərtəpə (dağ, Şahbuz)
Səngərtəpə dağı — Şahbuz rayonu ərazisində dağ (hünd. 1757,2 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyinidən (3204,3 m) qərb istiqamətdə ayrılan Toğluqaya qolunun cənub yamacında, Nursu kəndinin şimal-şərq kənarında zirvə. Nursuçayın sol sahilindədir. Orta Pleystosenin flüvioqlasial törəmələrindən təşkil olunmuş konusvari yüksəklikdir. Yamaclarında cavan çöküntülər altından Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurları açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin Nursu mərkəzi əyilməsinin şimal-şərq cinahında müşahidə edilən maili Nursu-Qabaqtəpə sinklinalının şimal-şərq qanadında yerləşir.
Səngərtəpə dağı
Səngərtəpə dağı — Şahbuz rayonu ərazisində dağ (hünd. 1757,2 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyinidən (3204,3 m) qərb istiqamətdə ayrılan Toğluqaya qolunun cənub yamacında, Nursu kəndinin şimal-şərq kənarında zirvə. Nursuçayın sol sahilindədir. Orta Pleystosenin flüvioqlasial törəmələrindən təşkil olunmuş konusvari yüksəklikdir. Yamaclarında cavan çöküntülər altından Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurları açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin Nursu mərkəzi əyilməsinin şimal-şərq cinahında müşahidə edilən maili Nursu-Qabaqtəpə sinklinalının şimal-şərq qanadında yerləşir.
Səngərtəpə yaşayış yeri
Səngərtəpə — abidə Ağdam rayonunun Baharlı qəsəbəsindən 300 m cənub-qərbdə yerləşir. Bu diametri 55 m, hündürlüyü 2,5 m olan, bütün səthi Qarabağ müharibəsi zamanı səngərlər qazılması səbəbindən dağılmış təpədir. Toplanılmış saxsı kolleksiyası neolit dövrünə aid edilir.
Səngərçay
Səngərçay — Azərbaycannın İsmayıllı rayonu ərazisindən axan çay. Başlanğıcını Böyük Qafqaz dağlarından götürən çay çoxlu sayda kiçik qol qəbul edir. Öz növbəsində isə Canguçayın ən iri qolunu təşkil edir. Çay İsmayıllı rayonu Qalacıq, İstisu kəndlərinin ərazisindən axaraq Çayqovuşan kəndi ərazisində Canguçayına birləşir. Əsasən qar suları ilə qidalanır.
Əli Səngərli
Əli Məmməd oğlu Məmmədov (1930, Faxralı, Bolnisi bələdiyyəsi – 2009, Faxralı, Kvemo-Kartli) — müəllim, şair, tərcüməçi. == Həyatı == Əli Məmməd oğlu Məmmədov 1930-cu ildə Gürcüstanın Türklər toplu yaşayan Borçalı bölgəsinin Faxralı kəndində doğulmuşdu. Bu bölgədə aşıqlar çox yaşadığından əlinə qələm alıb bədii yaradıçılıqla məşğul olmaq istəyən də, sinəsinə sazı qaldırıb aşıqlıq həvəsinə düşən də heca vəznində şeirlər yazır. Əli Məmməd oğlu da yaradıcılığa orta məktəbdə oxuyarkən başlayıb. Orta məktəbi bitirdikdən sonra üç il məcburi əsgərlik xidmətini başa vurub. Sonra Bakıdakı Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində oxuyub. 1952-1957-ci illərdə Universitetdə oxuyarkən xarici ölkələr ədəbiyyatı fənnindən dərs deyən müəllimləri Əli Sultanlı ona Roma və Yunan poeziyasından seçmələri tərcümə etməyi tapşırıb. Müəlliminin tapşırığını uğurla yerinə yetirdiyinə görə Əli Sultanlı onun tərcümələrini hazırladığı Roma və Yunan ədəbiyyatı antologiyasına daxil edib. Universiteti bitirdikdən sonra Faxralıya qayıdan Əli Məmməd oğlu məktəbdə müəllimlik etmiş, kəndlərinin başı üzərində ucalan Səngərli dağının adını özünə ləqəb götürmüşdür. Səngərli ləqəbilə yazdığı şeirlərini Bolnisi rayonundakı “Qələbə bayrağı”, Tbilisidəki “Şərqin şəfəqi”, “Sovet Gürcüstanı”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət”, “Sovet kəndi” qəzetlərində nəşr etdirmişdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.65 dəfə / 1 mln.
2004 ••• 0.34
2007 ••••• 0.63
2009 •••• 0.48
2010 •• 0.18
2011 •••••• 0.69
2012 ••••••• 0.95
2013 •••••• 0.73
2014 •••• 0.51
2015 •••••••••••••••••••• 2.72
2016 •••••• 0.69
2017 •••••••••••••• 1.79
2018 •••• 0.45
2020 ••• 0.40

səngər sözünün leksik mənası və izahı

  • 1 is. Güllədən, qəlpədən qorunmaq üçün qazılan çuxur, xəndək. Səngər qazımaq. Səngərdə gizlənmək. – Nəbi cəld özünə bir səngər tapıb daldalanandan sonra aynalı tüfəngi işə salır. “Qaçaq Nəbi”. Döyüşçülər yeni qazıdıqları üstüörtülü səngərdə oturmuşdular. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / səngər

səngər sözünün etimologiyası

  • 1 Bu söz haqqında bir neçə mülahizə söyləmək olar: a) sin “qəbir” deməkdir, səngər “qazma yer” anlamını verir; b) səng farsca “daş” deməkdir, səngər ar­xa­sın­da gizlənmək üçün olan daşdır; c) səngər sözü sinəgərmək ifadəsinin təhrifi ilə bağlıdır... (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / səngər

səngər sözünün rus dilinə tərcüməsi

  • 1 1. окоп, траншея; 2. баррикада;

    Azərbaycanca-rusca lüğət / səngər
  • 2 I сущ. воен. 1. окоп (земляное укрепление, укрытие от пуль и осколков в виде рва с насыпью). Dördtərəfli atəş səngəri окоп с круговым обстрелом, nişançı səngəri стрелковый окоп, təkadamlıq səngər одиночный окоп, səngər qazmaq рыть окоп 2. траншея (узкий глубокий ров с бруствером, соединяющий в одну линию все огневые точки оборонительных позиций) II прил. 1. окопный. Səngər atışması окопная стрельба 2. траншейный. Səngər topları траншейные орудия

    Azərbaycanca-rusca lüğət / səngər

səngər sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. trench; entrenchment; ~ qazmaq to dig* a trench; ~də gizlənmək to entrench, to intrench; O, səngərdə gizləndi He entrenched himself; 2. barricade

    Azərbaycanca-ingiliscə lüğət / səngər

səngər sözünün fransız dilinə tərcüməsi

səngər sözünün ləzgi dilinə tərcüməsi

səngər sözünün türk dilinə tərcüməsi

səngər sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. sığnaq, sığınacaq; döyüşdə əsgərlərin sığınaraq atışması üçün qazılan çuxur.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

daş kimi ər, daş kimi qəhrəman; möhkəm igid.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"səngər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#səngər nədir? #səngər sözünün mənası #səngər nə deməkdir? #səngər sözünün izahı #səngər sözünün yazılışı #səngər necə yazılır? #səngər sözünün düzgün yazılışı #səngər leksik mənası #səngər sözünün sinonimi #səngər sözünün yaxın mənalı sözlər #səngər sözünün əks mənası #səngər sözünün etimologiyası #səngər sözünün orfoqrafiyası #səngər rusca #səngər inglisça #səngər fransızca #səngər sözünün istifadəsi #sözlük