* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] 1. bax lövbər. Gəmilərin ləngərini salıb dedilər: – Bu nəzirədə bir müddət seyr edək. (Nağıl). Küçələr izdihamla çalxanır; Yükü ağır bir gəminin ləngəri kimi. R.Rza. □ Ləngər vurmaq (vermək) – durmadan gah bir tərəfə, gah o biri tərəfə əyilmək; yatıb-qalxmaq, yellənmək, yırğalanmaq. Gəmi ağır-ağır ləngər vurub, körpüdən aralanmağa başladı. M.Hüseyn. [Tank] ləngər vuraraq … yaxınlaşırdı. Ə.Məmmədxanlı. 2. Müvazinəti saxlamaq üçün əldə tutulan uzun ağac (adətən kəndirbazlar əllərində tuturlar). Bir gənc əlinə uzun, şüyül bir ağac – müvazinət ağacı (ləngər) alaraq, kəndirin üstündə rəqs edərdi. H.Sarabski. // Tərəzidə və başqa cihazlarda tarazlıq, müvazinət göstərən mil. [Məşədi Möhsün] daşlar çatışmadıqda, kasanın ləngəri yerdən qalxanadək əlinə gələni tərəziyə atır. Mir Cəlal. // Məc. mənada. Çox bilib az danışmaq igidin ləngəridi. (Ata. sözü). 3. Ləngərlə şəklində zərf – ağır-ağır, yavaş-yavaş. Ləngərlə getmək. – Koxa atın yalmanından tutub ləngərlə qalxdı. S.Rəhimov. Ağır, yaylı qapının bir tayı ləngərlə aralanmağa başladı. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / ləngər2 f. 1) lövbər; 2) o yan-bu yana əyilmə; tərpənmə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / ləngər1 1. тяжесть, балласт; 2. шест, при помощи которого балансируют канатные плясуны;
Azərbaycanca-rusca lüğət / ləngər2 сущ. 1. балласт (тяжесть, жидкий или твёрдый груз, специально применяемый на судне для придания ему устойчивости) 2. балансир (шест для сохранения равновесия у канатоходцев) 3. см. lövbər; ləngər vermək крениться, накрениться (о судне, самолёте), ləngər vurmaq качаться из стороны в сторону
Azərbaycanca-rusca lüğət / ləngər1 i. 1. heaviness; load, weight ballast; məc. lumber; 2. (müvazinəti saxlamaq üçün ağaç, dəmir) pole; ~ vermək / vurmaq bax ləngərlənmək
Azərbaycanca-ingiliscə lüğət / ləngər1 [fars.] сущ. 1. кил. lövbər; // ləngər vurmaq (vermək) инихъ-анихъ юза хьун, галтад хьун, гагь са патахъ, гагьни муькуь патахъ алгъун, агъуз жез хкаж хьун, эчӀя хьун (мес. гими); 2. пайгар (симин паливанри симинилай ават тавун патал кьадай яргъи пая); 3. терездин вилерин ва мс. приборрин таразвал къалурдай мил; 4. ləngərlə нареч. залан-залан, яваш-яваш, заландаказ, явашдаказ (мес. фин).
Azərbaycanca-ləzgicə lüğəti / ləngərI (Qax) bax lengər. – Muxtar kişi bir ləngər xingalı bir dəfədə yiyir II (Ağdaş, Qazax, Mingəçevir, Zaqatala) kəndirbazların öz müvazinətini saxlamaq üçün istifadə etdikləri uzun ağac. – Kəndirvaz ləngərsiz kəndirdə yeriyə bilməz (Qazax) ◊ Ləngər verməx’ – yırğalanmaq. – Ağac dalbadal ləngər verdi III (Göyçay) uzundəstəli dəhrə IV (Quba) müvazinət V (Qazax) yeriş növü. – Bu ləngər yerişi kimnən örgənifsəη?
Azərbaycan dilinin dialektoloji lüğəti.