Şəmi sözü azərbaycan dilində

Şəmi

Yazılış

  • Şəmi • 78.8462%
  • şəmi • 21.1538%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sidi-Şəmi
Sidi-Şəmi (ərəb. سيدي الشحمي‎) — Əlcəzairin şimal-qərbində, Vəhran vilayətinin ərazisində şəhər. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Aralıq dənizi sahilinə yaxın yerdə yerləşir və Vəhran şəhərinin cənub-şərqindədir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 97 metrdir.Sidi-Şəmi ölkənin paytaxtı Əlcəzairdən təxminən 342 kilometr qərb-cənub-qərbdəyerləşir. == Əhalisi == 2008-ci il əhalinin siyahıya alınmasına əsasən, əhalinin sayı 104,498 nəfər idi.
Əhməd Ağa Şəmi
Əhməd Ağa Şəmi( Ordubad–) — XIX əsrdə yaşayana şair == Həyatı == "Əncüməni-şüəra" ədəbi məclisinin istedadlı üzvlərindən olmuşdur. Klassik üslubda qəzəllərin və xalq-aşıq şeiri tərzində qoşmaların müəllifidir. Əsərlərindən nümunələr Azərbaycan Milli Elmlər Akademiyası Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan cünglərdə mühafizə olunmuşdur. Nəsrəddin Qarayevin tərtib etdiyi "Poetik məclislər" kitabında (Bakı,1987) haqqında müxtəsər məlumat və iki qəzəli verilmişdir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 121. ISBN 5-8066-1468-9.
Aydın Şəmizadə
Aydın Əşrəf oğlu Şəmizadə (krımtat. Aydın Eşref oğlu Şemi-zade, Айдын Эшреф огълу Шемьи-заде; 1 sentyabr 1933, Simferopol – 17 oktyabr 2020, Moskva) — Krım tatar, Ukrayna, Rusiya ictimai xadimi, yazıçısı və alimi. Aydın Şəmizadə fizika-riyaziyyat elmləri doktoru olub. Məşhur Krım tatarları və SSRİ şairi, tərcüməçi, ədəbiyyatşünas, publisist və ictimai xadim Əşrəf Şəmizadənin oğludur. 1990-cı illərdə Aydın Şəmizadə Krım tatarların siyasi hüquqları uğrunda aktiv fəaliyyətlə məşğul olmuşdur. == Həyatı == Krım tatar yazıçısı Əşrəf Şəmizadənin və sənətçi Səidə Bodaninskayanın ailəsində anadan olub. Aydın Şəmizadənin ilk uşaqlıq illəri Krımda keeçib. Atası Əşrəf Şəmizadə 1937-ci ildə represiyalara uğrayan ziyalılardan olub, lakin buna baxmayaraq, ailəyə toxunulmayıb və onlar Simferopolda qalıb, lakin Böyük Vətən müharibəsi illərində 18–20 may 1944-cü il tarixləri aralığında Krımdan Krım tatarlarının deportasiyası həyata keçiriləndə bu Şəmizadə ailəsinə də toxunub. Şəmizadənin ana babası məşhur inqilabçı və V. Leninin silahdaşı Əli Bodaninski olmasına baxmayaraq SSRi rəhbərliyi Krım tatarlarının sürgünü zamanı heç kəsə güzəştə getmədiyi kimi, onlara da güzəşt olunmayıb. Aydın Şəmizadə 1944-cü ildə ailəsi ilə birlikdə Özbəkistana sürgün edilib.
Azər Şəmilov
Azər Elyas oğlu Şəmilov (13 avqust 1971, Qapanlı, Mirbəşir rayonu – 14 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı və hərbi tibb qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Azər Şəmilov 1971-ci il avqustun 13-də Tərtər rayonunun Qapanlı kəndində anadan olub. 1978–1986-cı illərdə Soyulan kənd tam orta məktəbində, 1986–1988-ci illərdə isə Kimya-Biologiya Təmayüllü Liseydə təhsil alıb. 1994–2000-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) müalicə işi ixtisası üzrə ali təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == 1988–1990-cı illərdə Sovet Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 1991–1994-cü illərdə Birinci Qarabağ müharibəsində savaşıb. Azərbaycan Ordusunun tibb xidməti leytenantı olan Azər Şəmilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Azər Şəmilov oktyabrın 14-də Madagizin azad edilməsi zamanı şəhid olub.
Nazim Şəmilov
Şəmilov Nazim Telman oğlu (10 sentyabr 1960, İlanlı, Amasiya rayonu) — kimya elmləri namizədi (1995), dosent (2002), kimya üzrə elmlər doktoru (2012), professor (2013). == Həyatı == Şəmilov Nazim Telman oğlu Ermənistan Respublikası Amasiya rayonunun Çaybasar kəndində anadan olub. 1983-cü ildə Bakı Dövlət Univrsitetinin kimya fakültəsinə daxil olub. 1988-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1988-1999-cu illərdə AMEA Kimya Problemləri (indiki kataliz və Qeyri-üzvi kimya institutu)institutunda kiçik elmi işçi.elmi işçi , böyük elmi işçi vəzifələrində işləyib 1995-ci ildə AMEA-nın Kimya Problemləri(indiki Kataliz və Qeyri-üzvi kimya institutu) institutunda “Tərkibində nadir torpaq elementləri saxlayan oksid sistemlərin metanın oksidləşdirici dehidrodimerləşmə reaksiyasında fiziki kimyəvi və katalitik xüsusiyyətləri”mövzusunda namizədlik, 2012-ci ildə isə“C1-C4 alkanların oksidləşdirici dehidrogenlləşmə reaksiyasında modifikasiya olunmuş oksid katalizatorlarının fiziki kimyəvi və katalitik xassələri”mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1995-ci ildən Nyu-York Elmlər akademiyasının, 2013-cü ildən Beynəlxalq Ekoenergetika akademiyasının üzvüdür. 1999-cu ildən BDU-da çalışır. 1999-2001-ci illərdə baş müəllim, 2002-ci ildən Fiziki və kolloid kimya kafedrasının dosenti, 2005-2011-ci illərdə kimya fakültəsinin dekan müavini, 2011-ci ildən 2021-ci ilədək ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı olub. 2012-ci ildə doktorluq dissertasiyası müdafiə edib, kimya üzrə elmlər doktorudur. 2013-cü idən Ekoloji kimya kafedrasının professorudur.
İnqilab Şəmiyev
İnqilab Şəfaqət oğlu Şəmiyev (1934, Gələbədin, Ağcabədi rayonu – 1997) — Respublikanın Tədarük və Meyvə-Tərəvəz Təsərrüfatı naziri (1969–1985), kənd təsərrüfatı elmləri namizədi. == Həyatı == İnqilab Şəfaqət oğlu Şəmiyev 1934-cü ildə Ağcabədi rayonunun Gələbədin kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1956-ci ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1956-ci ildə Elmi fəaliyyətə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutundan başlayıb 1962-ci ildə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almişdır. Otuzdan artıq elmi işin və məqalənin müəllifidir. 1997-ci ildə vəfat edib. 2 övladı, 4 nəvəsi var. == Əmək fəaliyyəti == 1962–1967-ci illərdə Azərbaycan Mərkəzi Komitəsində təlimatçı, bölmə müdiri və kənd təsərrüfatı şöbəsində müdir müavini; 1967–1985-ci illərdə Azərbaycan Respublikasi Nazirlər Soveti yanında Baş Taxıl Məhsulları İdarəsinin rəisi, Dövlət Taxıl Məhsulları Komitəsinin sədri, "Azmeyvətərəvəzsənaye" Respublika Birliyinin sədri, Respublikanın Tədarük və Meyvə-Tərəvəz Təsərrüfatı naziri ; 1985–1990-ci illərdə "Azərtərəvəztoxum" Respublika Birliyinin rəisi; 1990–1994-cü illərdə Dövlət Aqrar-Sənaye Komitəsində Baş Bitkiçilik Məhsulları İstehsalı İdarəsinin rəisi; 1994–1995-ci illərdə Respublika Kənd Təsərrüfatı Nazirliyində Üzüm, Meyvə-Tərəvəz Məhsulları istehsalı və Tədarükü Baş İdarəsinin rəisi, Kənd Təsərrüfatı nazırının müavini; 1970, 1975, 1980 və 1985-ci illərin çağırışında Azərbaycan Ali Sovetinin deputatı; == Dövlət mükafatları == "Lenin" ordeni, "Qırmızı Əmək Bayrağı" ordeni, "Oktyabr İnqilabı" ordeni və Ali Sovetin Fəxri Fərmanı, bir sıra medallara, o cümlədən Ümumiittifaq Xalq Təsərrüfatının Naliyyətləri Sərgisi (ÜXTNS)-nin qızıl və gümüş medalları ilə təltif olunmüşdur.
Şəmil Sadiq
Şəmil Sadiq — Azərbaycanlı alim-filoloq, publisist-naşir, filologiya üzrə fəlsəfə doktoru-dosent. Hədəf Şirkətlər Qrupunun qurucusu və baş direktoru; Azərbaycan Nəşriyyatlar Assosiasiyasının həmtəsisçisi və direktorudur. 2005-ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak etmiş, “Ədəbiyyatın İnternetlə Tədrisi" mövzusunda açıq dərs verərək ilin ən yaxşı müəllimi adına layiq görülmüşdür. 2006-2007-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qiymətləndirmə şöbəsinin Azərbaycan dili üzrə Kurikulum layihəsində milli məsləhətçi kimi fəaliyyət göstərmişdir. 2010-cu ildə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda "İlin Ən Yaxşı müəllimi" seçilmişdir. 2008-ci ildən şəxsi təşəbbüsü və səyi nəticəsində "Hədəf Kursları"nın həmtəsisçisi və baş direktoru, 2009-cu ildə Hədəf Nəşrlərini təsis etmişdir. Hazırda Hüseyn Cavidin Ev Muzeyində Cavidşünaslıq şöbəsinin müdiri, Hədəf Kursları və Hədəf Liseyinin də baş direktoru vəzifəsində çalışır. "Ustad" aylıq ədəbiyyat və sənət jurnalını, hər il keçirilən təhsildə yeni məzmun və qiymətləndirmə standartlarında inteqrasiyaya fənlərarası əlaqəni, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılayan Fənlərin Dostluğu Olimpiadasının (FDO), ədəbiyyat və mədəniyyət sahəsində fəaliyyət göstərən "Senet.az" saytının, həmçinin, "Hədəf" nəşriyyatının "Xatirə ədəbiyyatı" seriyasında nəşr olunan kitabların da ideya rəhbəridir.“Hüseyn Cavid Yaradıcılığında qəhrəman konsepsiyasi” adlı monoqrafiyanın, orta məktəb şagirdləri üçün "Azərbaycan dili", "Ədəbiyyat", xaricdə yaşayan azərbaycanlılar və xarici vətəndaşlar üçün "Azərbaycan dilini öyrənirəm" dərs vəsaitlərinin müəllifi, uşaqlar üçün "Dədə Qorqud" və "Azərbaycanımızı tanıyaq" adlı layihələrin ideya müəllifi və redaktoru, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirdiyi "Oxu Günü" layihəsinin təsisçisi, Xocalı faciəsinə həsr edilmiş "Ümidlərin izilə" tarixi romanının həmmüəllifidir. "Qana qan qarışdı" pyesi 2010-cu ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulmuşdur. Həmin ildə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Fənlərin Dostluğu Olimpiadasını, 2014-cü ildə "Anamın kitabı" ədəbi mükafatını təsis etmişdir.
Şəmil Əsgərov
Şəmil Mehbalı oğlu Əsgərov (d. 2 avqust 1973, Gədəbəy rayonu — ö. 7 yanvar 1994, Gədəbəy rayonu) — Azərbaycanlı şəhid. == Həyatı == Əsgərov Şəmil Mehbalı oğlu 1973-cü ildə avqustun 2-də Gədəbəy rayonu Qaraməmmədli kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1990-cı il-də Qaraməmmədli kənd orta məktəbini bitirib. Bakıda SPTU-nun 101 nömrəli məktəbinə daxil olub. 1991-ci ildə həmin məktəbi bitirib. İxtisası sürücü, çilingərdir. 1992-ci ildə aprelin 1-də Gədəbəy rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. İvanovkada yerləşən hərbi hissədə xidmətə başlamışdır.
Şəmirəm
Şəmirəm - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd olmuşdur.
Şəmistan Həsənli
Həsənli Şəmistan Mahmud oğlu (15 dekabr 1938, Yuxarı Qoşakilsə, Lüksemburq rayonu) — azərbaycanlı fizik, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Şəmistan Həsənli 15 dekabr 1938-ci ildə Gürcüstan SSR-in Bolnisi rayonunun Qoşakilsə kəndində anadan olmuşdur. 1957-1962-ci illərdə Leninqrad Dövlət Universitetinin Fizika fakültəsində təhsil almışdır. İlk əmək fəaliyyətini Leninqrad "Morfizpribor" İnstitutunda başlamış və orada sovet hərbi sualtı qayıqlarının idarəedici qurğularının yaradılmasında fəal iştirak etmişdir. Aspirant hazırlığını Leninqrad A.F.İoffe adına Fizika-Texnika İnstitutunun Dövlət və Lenin mükafatı laureatı prof. D.N. Nasledovun rəhbərlik etdiyi "Elektron yarımkeçiriciləri" laboratoriyasında keçmişdir. 1971-ci ildə dissertasiya müdafiə etmiş, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1971-1990-cı illərdə Leninqrad Politexnik Universitetinin "Polimerlər və dielektriklər Fizikası" kafedrasında pedaqoji fəaliyyətlə bərabər elmi tədqiqat işləri ilə də məşğul olmuşdur. Hazırda AMEA-nın Fizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində işləyir. Onun rəhbərliyi altında iki aspirant və iki dissertant fizika üzrə fəlsəfə doktoru (PHD) elmi dərəcəsi almışdırlar.
Şəmistan Nəzirli
Nəzirli Şəmistan Əmiraslan oğlu — Azərbaycanın tanınmış araşdırmaçı-publisisti, hərbi jurnalist, nasir, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1978), H.Zərdabi adına mükafatın laureatı (2002), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). == Həyatı == Şəmistan Nəzirli 1942-ci il avqustun 12-də Qərbi Azərbaycanın Loru nahiyyəsinin Yuxarı Körpülü kəndində anadan olmuşdur. Əsli Qazaxlıdır. Burada kənd məktəbinin səkkizinci sinfini bitirdiyi il ailəlikcə Azərbaycana köçmüşlər. Dəvəçi şəhərində orta məktəbi bitirmişdir (1960). 5 saylı Bakı texniki-peşə məktəbinə daxil olmuşdur. Sovet Ordusu sıralarında xidməti borcunu yerinə yetirmişdir (1962-1965). ADU-nun Jurnalistika fakültəsində təhsil almışdır (1967-1972). Ədəbi fəaliyyətə 1958-ci ildə "Sovet Ermənistanı" qəzetində çıxan kiçik bir məqaləsi ilə başlamışdır. Lakin 60-cı illərdən dövri mətbuatda oçerk, hekayə və publisist məqalələri ilə müntəzəm çıxış edir.
Şəmistan Sadıxov
Şəmistan Əbdulağa oğlu Sadıxov (1994; Əvilə, Lerik rayonu, Azərbaycan — 12 sentyabr 2022; Laçın, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin baş çavuşu, şəhid. == Həyatı == Şəmistan Sadıxov 1995-ci ildə Lerik rayonu, Əvilə kəndində anadan olmuşdur. 2013-cü ildə Əfqanıstanda Sülhməramlı qüvvələrin sıralarında xidmət aparıb. Ölümündən 84 gün əvvəl ailə həyatı qurmuşdur. == Hərbi xidmətləri == Şəmistan Sadıxov 13 sentyabr 2022-ci ildə Azərbaycan Ordusunun həyata keçirdiyi "Azərbaycan-Ermənistan sərhəd toqquşması" zamanı şəhid olub.
Şəmistan Əlizamanlı
Şəmistan Əlizamanlı — Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri. == Həyatı == Əlizamanlı Şəmistan Hüseyn oğlu 1959-cu il fevralın 4-də Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olub. Ailəlidir, bir qızı və bir oğlu var. 1977-79-cu illərdə sovet ordusu sıralarında Moskva şəhərində yerləşən V. V. Kuybışev adına Hərbi Akademiyasında həqiqi xidmətdə olub.1979-81-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrında aktyor işləyib. 1985-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin dram-kino aktyorluğu fakültəsini bitirmişdir.Azərbaycan Dövlət Radiosunda diktor kimi çalışmağa başladığı dövrdə onu Moskvaya ixtisasartırma kursuna göndərmişdilər. Moskvada keçirilən diktorluq kursunu fərqlənmə ilə bitirmişdir. Özü bu bəradə belə deyirdi : "Tale elə gətirdi ki, 1986-cı ildə Azərbaycan Dövlət Radiosundan Moskvada SSRİ Dövlət Teleradio Verilişləri Şirkətində diktor kimi təcrübə keçməyə göndərildim. Artıq Levitan dünyasını dəyişmişdi, mənim müəllimimsə Levitanın yaxın dostu İlya Prudovski di. Levitan haqqında çox şey öyrəndim."1992-ci ildə onu Azərbaycan Dövlət Televiziyasına keçirdilər. O zaman Müdafiə Nazirliyindən səsi xalqı səfərbərliyə səsləyən diktor axtarırdılar və onun səsi üzərində dayandılar.
Şəmistan Əyyubov
Şəmistan Mahmud oğlu Əyyubov – Azərbaycan Kommunist Partiyasının fəalı, inqilabçı-bolşevik. Xalq arasında Sarı Şəmistan adı ilə məşhur olmuşdur. == Həyatı == Şəmistan Mahmud oğlu Əyyubov 1895-ci ildə Qazax qəzasının Dağ Kəsəmən kəndində əkinçi ailəsində dünyaya gəlib. 1918-ci ilin oktyabr ayında 23 yaşlı Şəmistan Əyyubov bolşevik partiyasının üzvü olub. 1924-cü ildə banditizmə qarşı mübarizənin fəal iştirakçısı kimi tanınıb. İnqilabın məzlum xalqlara səadət gətirəcəyinə sidq ürəklə inanan Şəmistan Əyyubov könüllü olaraq Qızıl Ordu sıralarına qoşulub. Zakaspi, Əndican, Aktubə cəbhələrində baş verən döyüşlərdə iştirak edib. 30-cu illərdə Qazax rayon Partiya Komitəsinin katibi, Yevlax pambıq zavodunun direktoru, Biləsuvar rayon İcraiyyə Komitəsinin sədri, Azərbaycan Toxucular İttifaqının sədri kimi məsul vəzifələrdə çalışıb. Şəmistan Əyyubov 20-ci illərdə ölkədə hökm sürən dərəbəylik və cinayətkar quldur dəstələrə qarşı mübarizədə aktiv iştirak edib. Sarı Şəmistanın fəallığı və cinayət törədən şəxsləri kimliyindən asılı olmayaraq həbs elətdirməsi, partiya daxilində bir çoxlarını narahat edirdi.
Şəmistan Əzizov
Şəmistan Əzizov (tam adı: Şəmistan İlyas oğlu Əzizov; 6 dekabr 1993; Göyçay, Azərbaycan — 15 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şəmistan Əzizov 1993-cü il dekabrın 6-da Göyçay rayonunun Qaraxıdır kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Şəmistan Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Şəmistan Əzizov oktyabrın 15-də şəhid olub. Göyçay rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəmistan Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Əşrəf Şəmizadə
Əşrəf Əbdürrəhman oğlu Şəmizadə (krımtat. Eşref Abduraman oğlu Şemi-zade, Эшреф Абдураман огълу Шемьи-заде; 21 iyun 1908, Evpatoriya, Tavriya quberniyası[d] – 11 mart 1978, Moskva) — Krım tatar, SSRİ şairi, tərcüməçi, ədəbiyyatşünas, publisist və ictimai xadim. Özbəkistan SSR əməkdar mədəniyyət işçisi (1968). == Həyatı == Əşrəf Şəmizadə Krımın Evpatoriya şəhərində Krım tatarı olan müəllim ailəsində anadan olub. 1927-ci ildən gənclər üçün nəzərdə tutulan "Koz Aydın" ("Xoş Xəbərlər") jurnalında məsul katib, daha sonra jurnalının redaktoru işləyib. Həmin il Krım tatar yazılarının ərəb əlifbasından latın qrafikasına keçməsi komissiyasının elmi katibi təyin edilib. 1928-ci ildən - Rusiya Proletar Yazıçılar Birliyinin (RAPP) Krım şöbəsinin üzvü olub. 1930-1932-ci illərdə Moskvada Dövlət Kinematoqrafiya İnstitutunun (indiki VQİK) ədəbi və ssenari şöbəsində təhsil alıb. 1933-1941-ci illərdə "1905-ci ilin xatirəsi"nə tikilmiş Evdə yaşayıb.1934-cü ildə SSRİ Yazıçılar İttifaqının ilk qurultayında iştirakçı qismində iştirak edib. Eyni ildə SSRİ Yazıçılar İttifaqının üzvü seçilib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.10 dəfə / 1 mln.
2009 ••••••••••••• 0.32
2010 •••• 0.09
2011 •••• 0.09
2012 ••••••• 0.17
2016 •••••••••••••••••••• 0.52
2017 ••••••••••••• 0.33

şəmi sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

şam, qəndil, çıraq; "Şəm" ilə başlanan adların kiçiltmə və əzizləmə forması.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"şəmi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şəmi nədir? #şəmi sözünün mənası #şəmi nə deməkdir? #şəmi sözünün izahı #şəmi sözünün yazılışı #şəmi necə yazılır? #şəmi sözünün düzgün yazılışı #şəmi leksik mənası #şəmi sözünün sinonimi #şəmi sözünün yaxın mənalı sözlər #şəmi sözünün əks mənası #şəmi sözünün etimologiyası #şəmi sözünün orfoqrafiyası #şəmi rusca #şəmi inglisça #şəmi fransızca #şəmi sözünün istifadəsi #sözlük