Şəmsi sözü azərbaycan dilində

Şəmsi

Yazılış

  • Şəmsi • 94.5140%
  • şəmsi • 5.1011%
  • ŞƏMSİ • 0.3850%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şəmsi Bədəlbəyli
Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (23 fevral 1911, Şuşa, Rusiya imperiyası – 23 may 1987, Bakı) — tanınmış Azərbaycan aktyoru və rejissoru, Azərbaycan SSR xalq artisti (1964). == Həyatı == 23 fevral 1911-ci ildə – Şəmsi Bədəlbəyli Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində görkəmli pedaqoq və ictimai xadim Bədəl bəy Bədəlbəylinin (1875–1932) və Rəhimə xanım Qacarın (1880–1966) ailəsində dünyaya gəlmişdir. Bakıda orta məktəbdə ibtidai təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra Ş.Bədəlbəyli Azərbaycan Pedaqoji Texnikumuna daxil olur. Bu illərdə o, böyük həvəslə özfəaliyyət dərnəyində iştirak edir, aktyorluq istedadını sınayır. 1927-ci ildə – Azərbaycan Pedaqoji Texnikumunun məzunu olur. 1927–1932-ci illərdə – Azərbaycan Dövlət Konservatoriyasında təhsil alır: iki il xalq çalğı alətləri şöbəsində, daha sonra kompozisiya nəzəriyyəsi sinfində Üzeyir Hacıbəylinin tələbəsi olur. Həmin illərdə Azərbaycan Dövlət Dram Teatrında böyük qardaşı, bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylinin rəhbərlik etdiyi orkestrdə tar çalır. Bəzən C.Cabbarlının "Od gəlini" və "Sevil" tamaşalarında səhnə arxasından aktyorları tarda müşayiət edirdi. Eyni zamanda, dramaturq və rejissor Cəfər Cabbarlı ilə dostlaşaraq, ona səhnə ilə bağlı fəaliyyətində köməklik göstərir.
Şəmsi Cəfərov
Şəmsi Mahir oğlu Cəfərov (27 avqust 2001; Boşçalılar, İmişli rayonu, Azərbaycan — 29 sentyabr 2020; Şıxarx, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şəmsi Cəfərov 27 avqust 2001-ci ildə İmişli rayonunun Boşçalılar kəndində Mahir Cəfərovun ailəsində anadan olmuşdur. Əslən Füzuli rayonunun Aşağı Veysəlli kəndindəndir. 2008-2019-cu illər ərzində əvvəlcə, Bakı şəhər Sabunçu rayon 213 nömrəli liseydə, sonra isə Füzuli rayon 6 saylı Qayıdış qəsəbə tam orta məktəbində orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Şəmsi Cəfərov 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon üzrə Hərbi Şöbəsi tərəfindən hərbi xidmətə çağırmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Şəmsi Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şəmsi Cəfərov 29 sentyabr 2020-ci ildə Madagizin azad edilməsi gedişatında Tərtər rayonunun Şıxarx qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Şəmsi Fəxri
Şəmsi Fəxri — XIV əsr İran lüğətçisi və filoloqu. O, ən çox 1344-cü ildə Fars vilayətinin son incuid hakimi Əbu İşaq İncuya (hak. 1343–1357) həsr olunmuş "Miyar-i Cəmali və-miftə-yi Bu İşaki" nin ("Camala təklif olunan quş tələsi və Əbu İshaqa həvalə edilən açar") əsərinin müəllifi kimi tanınır.Şəmsi Fəxri gəncliyi dövründə Luristanda hökmranlıq sürən həzarəspilər sülaləsinin sarayında xidmət etmişdir. O, 1313-cü ildə hökmdar Nüsrətəddin Əhmədə (hak. 1296–1330) həsr etdiyi "Miyar-i nüsrəti" şeirini ərsəyə gətirmişdir. Monqol Elxanilərin fars əsilli vəziri olan Qiyasəddin ibn Rəşidəddinin sarayına qoşulmuş, ondan sonra incuidlərin sarayına qatılmışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Boroujerdi, Mehrzad. Mirror For the Muslim Prince: Islam and the Theory of Statecraft (ingilis). Syracuse University Press. 2013.
Şəmsi Pənahoğlu
Şəmsi Pənah oğlu Əhmədov (1959, Kərki, Sədərək rayonu) — Azərbaycan şərqşünası, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru. == Həyatı == Şəmsi Pənahoğlu 1959-cu ildə Naxçıvan MR-in Kərki kəndində doğulub. I sinfi Sədərəkdə, II–IV sinifləri Naxçıvanda, V–X sinifləri Ordubad internat məktəbində oxuyub. 1981-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsini bitirib. Orta, orta-ixtisas, ali məktəblərdə dərs deyib. Əfqanıstanda müşavir aparatında işləyib, İran, Türkiyə, Rusiyada yaşayıb, Avropanın bir neçə ölkəsində olub. Müxtəlif vəzifələrdə, o cümlədən, dövlət qulluğunda və ictimai işlərdə çalışıb: 1986–1989 — Naxçıvan ş. 1 saylı orta-məktəbdə dərs hissə müdiri; 1987–1991-Naxçıvan MR Beynəlmiləl Hərbçilər Şurasının sədri; 1987–1991-Naxçıvan Vilayət Komsomol Komitəsində büro üzvü; 1988–1990-OADKYC Naxçıvan Şəhər Komitəsinin sədri; 1990–1990-"Şəfqət" xeyriyyə cəmiyyətində işlər müdiri; 1991–2004-"Səfəvi" assosiasiyasının sədri; 1991–1996-Naxçıvan MR Nazirlər Kabinetində Hərbi Səfərbərlik şöbəsinin rəisi; 1997–1998-Naxçıvan MR Turizm İdarəsində tərcüməçi; 1998–1998-Naxçıvan MR Antiinhisar Komitəsi KOSİA-nın direktoru; 2001–2003-İİR Naxçıvan Baş Konsulluğunda tərcüməçi; 2005–2008-AMEA Naxçıvan Bölməsində elmi işçi; 2006–2008-Naxçıvan Özəl Universitetində müəllim; 2007–2010-"Kanal 35", "ANS" və "Space" televiziyalarında tərcüməçi; 2008–2009-"Qlobal Biznes Servis"də tərcüməçi. 2009-cu ildən AMEA akad. Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunda işləyir.
Şəmsi Qoca
Şəmsi Adilxan oğlu Qocayev (27 aprel 1961, İlanlı, Amasiya rayonu) — Azərbaycanlı şair, publisist, pedaqoq. Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı və fəaliyyəti == Şəmsi Qoca 27 aprel 1961-ci ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunun Çaybasar (İlanlı) kəndində anadan olub. 1982-ci ildə Gəncə Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1982–2005-ci illərdə Saatlı rayonunun məktəblərində müəllim, direktor müavini, məktəb inspektoru, RTŞ-nin müdir müavini vəzifələrində işləyib. 2006-cı ildən 30 yanvar 2013-cü ilə qədər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Strateji təhlil, planlaşdılrma və kadrların idarəolunması sektorunda aparıcı məsləhətçi vəzifəsində işləmişdir. Müntəzəm olaraq dövri mətbuatda elmi-metodik, publisistik, ədəbi-tənqidi və pedaqoji məqalələrlə çıxış edir. "Qızıl qələm" və "Məmməd Araz" mükafatları laureatıdır. 2011-ci ildə "Qabaqcıl təhsil işçisi" adına layiq görülmüşdür. Bir sıra dərs vəsaitlərinin, tarix proqramlarının dərsliklərin və şeir kitablarının müəllifidir.
Şəmsi Rəhimov
Rəhimov Şəmsi Nuru oğlu (1924, Qafan – 29 sentyabr 1994, Bakı) — Azərbaycanın dövlət xadimi, polkovnik. Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi (8 yanvar — 29 sentyabr 1994). == Həyatı == Rəhimov Şəmsi Nuru oğlu 1924-cü ildə Ermənistan SSR-in Qafan rayonunun Gövdəkli kəndində müəllim ailəsində anadan olub. 1942-ci ildə kənd orta məktəbinin 10-cu sinfindən Sovet Ordusu sıralarına çağrılıb. 1943–1945-ci illərdə ordu sıralarında vzvod komandiri, 1946–1949-cu illərdə Bakı və Gəncə hərbi hissələrində Dövlət Təhlükəsizlik Komitəsininin əməliyyat işçisi, sonra rəhbər işçilərindən olub. 1962-ci ildə BDU-nun hüquq fakültəsini qiyabi yolla bitirmişdir. Birinci dərəcəli Vətən Müharibəsi ordeni və 14 medalla təltif edilmişdi. 1985-ci ildə istefaya çıxır və 1990-cı ilədək mülki vəzifələrdə işləyir. 1994-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi təyin edilir. 29 sentyabr 1994-cü ildə sui-qəsd nəticəsində qətlə yetirilmişdir.
Şəmsi Təbrizi
Şeyx Şəms Təbrizi (d. 1185 – ö. 1248) — mənşəcə Azərbaycan türklərindən olan O, İranın ən sirli personajlarından biridir. == Həyatı == O, İranın ən sirli personajlarından biridir.Şəms Təbrizinin türbəsi.Məqalət-e Şəms-i ​​Təbrizi (Şəms-i ​​Təbrizinin söhbəti) Şəms tərəfindən yazılmış farsca nəsr kitabıdır.[11]Bütövlükdə, İslamın mistik şərhini daşıyır və ruhani tövsiyələri ehtiva edir:Fars dili haqqında dedi: və fars dili, necə oldu? O qədər zəriflik və xeyirxahlıqla ki, fars dilində olan məna və zəriflik ərəb dilində yoxdur.[12]Öz dövrünün ən nüfuzlu sufilərindən biri sayılan Şəms əd-Din Məhəmməd ibn Əli ibn Məlikdad Təbrizi Təbrizdə doğulub. Onun həyatı barədə məlumat olduqca azdır. Məlum olanlar da müəmmalıdır.Bəzi salnaməçilər hətta onun şahzadə oluduğuna da israr etmişlər. Hər halda əsərlərindən və sufilik fəaliyyətindən belə bir nəticə çıxarmaq olar ki, o, kamil ilahiyyat təhsili almışdır. Yüksək erudisiyasına, hazırcavablığına və müəllimlik bacarığına görə Şəms hələ gənc yaşlarından "mürşidi-kamil" adını almışdır. O, qeyri-adi fiziki gözəlliyi və mənəvi təmizliyi ilə seçilmişdir.
Şəmsi İmanov
Şəmsəddin (Şəmsi) İbad oğlu İmanov — Azərbaycan mahir klarnet ifaçısı == Həyatı == Şəmsi İmanov 1930-cu il iyulun 2-də Şuşada anadan olmuşdur. Kiçik yaşlarından musiqiyə həvəs göstərən Şəmsəddinin ailəsində musiqi ilə məşğul olan olmasa da, İbad kişinin muğam sənətinə xüsusi rəğbəti vardı. Bəlkə elə bu səbəbdən də, şəhərin bir çox tanınmış musiqiçiləri onunla dostluq etmiş, evinin qonağı olmuşlar. Görünür, musiqi əhlinə olan belə doğma münasibət balaca Şəmsəddinə də sirayət etmişdi. Şəmsi beş yaşındaykən ailəsi ilə birlikdə Bakının Xilə (Əmircan) kəndinə köçür. Atası ona musiqi təhsili verə bilməsə də, bu yoldan çəkindirməyə də bir o qədər səy göstərmir. Evdə hər dəfə sənətdən söz düşəndə İbad kişi həmişə - "Əgər uşağın həvəsi və qabiliyyəti varsa, gec-tez özünü büruzə verəcək, o özünə yol aça biləcək" - deyərdi. Elə də oldu. Əmircanın musiqi mühiti, kənd mədəniyyət evində tez-tez düzənlənən teatr tamaşaları balaca Şəmsəddinin musiqi zövqünü, sənət təxəyyülünü formalaşdırır. Mahir ifaçı kimi ad çıxarmış kəndin və ətraf qəsəbə toylarının aparıcı klarnetçalanı olan Kərim Şərifin kiçik qardaşı Tofiqlə dostluq edir.
Şəmsi Şəmsizadə
Şəmsi Heydər oğlu Şəmsizadə — aktyor. == Həyatı == 1975-ci ildən Azərbaycan kinosunda fəaliyyət göstərir. Epizodik rollar ifaçısıdır. 40-a qədər filmə çəkilmişdir. == Filmoqrafiya == 777 №-li müəssisədə (film, 1988) (qısametrajlı bədii süjet-Mozalan № 129) Ad günü (film, 1977) (tammetrajlı bədii film)-rol: qonaq Alıcının sərgüzəşti (film, 1976) Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-rol: əksinqilabçı təşkilat üzvü Anlamaq istəyirəm (film, 1980)-rol: elmi işçi Bağçada Rahat Yer (1978) Bir ailəlik bağ evi (film, 1978) Birisigün, gecəyarısı... (film, 1981) Cəza (film, 1986) Cin mikrorayonda (film, 1985) Dad (film, 1984) Dantenin yubileyi (film, 1978) Dədə Qorqud (film, 1975) Defisit qliserin (film, 1975) Əgər bir yerdəyiksə (film, 1975) Gözlə məni (film, 1980) Gümüşgöl əfsanəsi (film, 1984) Gümüşü furqon (film, 1982) Hədiyyə (film, 1986) İstintaq (film, 1979) Küləyapardı (film, 1986) Qara gölün cəngavərləri (film, 1984) Qəzəlxan (film, 1991) Qızıl uçurum (film, 1980) Mastika (film, 1986) Musiqili sınaq (film, 1982) Mühazirə (film, 1986) Orijinal üsul (film, 1983) Özgə ömür (film, 1987) Pəncərə (film, 1991) Sizi dünyalar qədər sevirdim (film, 1985) Sizi, kiçik toy məclisinə dəvət edirik.
Şəmsi Əsədullayev
Şəmsi Əsədullayev — XX əsrin əvvəllərində Azərbaycanın neft maqnatı, multimilyonçu, ictimai xadim. Neftin Rusiyaya daşınmasında buxar gəmisindən birinci istifadə edən neftxuda. == Həyatı == Şəmsi Əsədullayev 1841-ci ildə Bakının Əmircan kəndində anadan olmuşdur. === Gənclik illəri === Şəmsi Əsədullayev də bir çox Bakı milyonçuları kimi yoxsul ailədən çıxmışdır. O, gənc yaşlarında kənddə atasının əkin-biçininə kömək edir, araba ilə biçilmiş taxılı daşıyır, xırman salırdı. Bu illərdə əmircanlıların əsas taxıl yerləri Suraxanı torpaqlarında idi. XX əsrin əvvələrində neft sənayesinin inkişafı ilə əlaqədar olaraq, bu torpaq sahələrinin mühüm bir hissəsi Suraxanıda neft çıxarılması və kerosin emalı ilə məşğul olan rus tacirlərindən Kokorev və Qubonin tərəfindən ucuz qiymətə alınmışdı. Onlar Suraxanıda Atəşgahın yanında kerosin emal edən bir zavod tikdirmişdilər. Torpaqsız qalan Suraxanı və Əmircan kəndinin sakinləri neft mədənlərində işləməyə məcbur olurlar. Şəmsi Əsədullayev də əkinçiliyi buraxaraq, neft işinə başlayır.
Əli Şəmsi
Əli Şəmsi — Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biridir. == Həyatı == Əli Şəmsi 1964-cü ildə Şəkidə anadan olub. 1981-1985-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. 1985-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Əsərlərindən biri Vatinkan muzeyindədir.
Hicri-şəmsi təqvimi
Hicri-şəmsi təqvimi (fars. تقویم هجری شمسی؛ سالنمای هجری خورشیدی‎) — İranda və Əfqanıstanda rəsmi təqvim olaraq istifadə edilən astronomik günəş təqvimi. Təqvim Ömər Xəyyamın iştirakı ilə hazırlanmışdır və müasir dövrə qədər bir neçə dəfə üzərində dəqiqləşdirilmə aparılmışdır. Təqvimdə tarix hicrətdən (Məhəmməd peyğəmbərin 622-ci ildə Məkkədən Mədinəyə köçməsi) hesablanır, amma klassik islam təqvimi olan hicri-qəməri təqvimindən fərqli olaraq İran təqvimi günəş (tropik) ilinə əsaslanır. Ona görə də onun ayları ilin həmişə eyni zamanlarına dəng gəlir. İlin başlanğıcı yaz gecə-gündüz bərabərliyi günü hesab olunur (Novruz bayramı).
Hicri Şəmsi təqvimi
Hicri-şəmsi təqvimi (fars. تقویم هجری شمسی؛ سالنمای هجری خورشیدی‎) — İranda və Əfqanıstanda rəsmi təqvim olaraq istifadə edilən astronomik günəş təqvimi. Təqvim Ömər Xəyyamın iştirakı ilə hazırlanmışdır və müasir dövrə qədər bir neçə dəfə üzərində dəqiqləşdirilmə aparılmışdır. Təqvimdə tarix hicrətdən (Məhəmməd peyğəmbərin 622-ci ildə Məkkədən Mədinəyə köçməsi) hesablanır, amma klassik islam təqvimi olan hicri-qəməri təqvimindən fərqli olaraq İran təqvimi günəş (tropik) ilinə əsaslanır. Ona görə də onun ayları ilin həmişə eyni zamanlarına dəng gəlir. İlin başlanğıcı yaz gecə-gündüz bərabərliyi günü hesab olunur (Novruz bayramı).
Şəmsi Bədəlbəyli küçəsi
Şəmsi Bədəlbəyli küçəsi — Azərbaycanın paytaxtı Bakı şəhərində cənub-qərbdən şimal-şərqə qədər uzanan bir küçədir. Şəhərin mərkəzi küçələrindən biridir. Tanınmış azərbaycanlı aktyor Şəmsi Bədəlbəylinin adını daşıyır. Şərqdən Azadlıq prospekti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, qərbdən - Füzuli meydanına, şimaldan - yeni qoyulmuş Qış bulvarına, cənubdan Mirzə Ağa Əliyev küçəsi ilə kəsişməsində yerləşir. Küçədə Bakı Musiqi Akademiyasının binası var. == Küçənin tarixi == Manaf Süleymanovun xatirələrinə görə, neft bumu XIX əsrdə Bakıda başlamış və yataqlarda böyük miqdarda neft hasil olunduqda, şəhərə qədər neft böyük miqdarda - zavodlara nəql etməyə başlamışdır. Bunun üçün böyük miqdarda barel istehsal etməyə ehtiyac vardı. Sabunçu Stansiyasından Kubinsakaya meydanına qədər hər iki tərəfdə kooperativ atelye olan küçə uzanmışdı. Bu baxımdan, küçənin adı Bondarnaya oldu. Nəticədə, yerli hakimiyyət orqanları şəhər xaricindəki bütün kooperativ seminarları götürməyə qərar verdilər və sahiblərinə iki həftəlik müddət verildi.
Şəmsi Ruhsar Xatun
Şəmsi Ruhsar Xatun (osm. شمسى روحار هاتون) (v. ən geci 1613, Konstantinopol) — Osmanlı imperiyasının 12. padşahı və 91. İslam xəlifəsi III Muradın hasəkilərindən biri. == Həyatı == Şəmsi Ruhsar Xatunun əsli haqqında dəqiq məlumat yoxdur. Bəzi mənbələrə görə yunan, bəzilərinə görə isə Qafqaz əsilli zadəgan ailəsinə mənsubdur. Hərəmxana dəftərlərində Hātun binti Abd-ül-Gaffar (yəni, Əbdül Qaffaq qızı) olaraq qeyd olunur. Erkən yaşda hərəmxanaya alınaraq III Murada təqdim olunmuş, ardından onun ən sevimli hasəkilərindən biri olmuşdur. Çox keçmədən yeganə qızı Ruqiyə Sultanı dünyaya gətirmişdir.Saray ənənələrinə görə, yalnız şahzadə anaları hasəki hesab olunurdu.
Şəmsi Əhməd Paşa
Şəmsi Paşa (osm. شمسي أحمد پاشا; Bolu, Anadolu əyaləti, Osmanlı imperiyası – 5 mart 1580, Konstantinopol, Osmanlı imperiyası), Dəməşq, Anadolu və Rumeli əyalətlərinin Osmanlı valisi olaraq müxtəlif mərhələlərdə xidmət edən bir neçə yüksək rütbəli postu işğal edən, bir neçə yüksək vəzifəli ismarıcını işğal edən möhtəşəm bir Osmanlı zadəgan və bəylərbəyi idi. == Əcdad == Boluda, Anadolunun Osmanlı əyalətində anadan olub. Şəmsi Paşa Mirzə Mehmed Paşanın oğlu idi, Eflani, Kastamonu və Sinopun prinsipləri Candaroğulları sülaləsindən.Şəmsi Paşanın anası Osmanlı sultanı II Bəyəzidin oğlu Şahzadə Abdullahın böyük qızı olan imperator Osmanlı sülaləsindən Şahnisə Sultan idi. Bu, Şəmsi Paşanı Fateh Sultan Mehmedin nəvəsi etdi. == Həyat == Dövrün imperator iqamətgahı olan Topqapı sarayında böyüyən Şəmsi Paşa prestijli Osmanlı Enderun Məktəbində oxumuş, ailə ənənəsinə uyğun olaraq, Süleyman Qanuni ilə birlikdə 1566-cı ildə Sigetvarın mühasirəsi başda olmaqla müxtəlif Osmanlı hərbi yürüşlərində iştirak etmişdir. Avropada bir neçə qalaların fəthi. I Süleymanın dövründə Şəmsi Paşa bəylərbəyilik edirdi.Fərqli bir ovçu kimi məşhur olan Şəmsi Paşa Sultan III Muradın ov yoldaşı təyin edildi. Xidmətindən sonra o, görkəmli Osmanlı imperator memarı Memar Sinana, Konstaninopolda Bosfor boğaziçi sahilində, əsas oturacağı olan Şəmsi Paşa Sarayının yanında məscid və ona bitişik kompleks tikmək vəzifəsini tapşırdı. Şəmsi Paşa Məscidi paşa tərəfindən istifadəyə verilən ən kiçik məscidlərdən biridir, lakin miniatür ölçüləri və dəniz kənarında yerləşməsinə görə şəhərin ən məşhur məscidlərindən biridir.
Şəmsi Əsədullayevin evi
Şəmsi Əsədullayevin evi — Qoqol (Praçeçnaya) 9, Tolstoy (Gimnaziçeskaya) 183 və Həzi Aslanov (Karantinnaya) 84 küçələrinin kəsişməsində yerləşən üç mərtəbəli saray tipli yaşayış binası. 1896-cı ildə Bakı milyonçularından Şəmsi Əsədullayevin sifarişi ilə memar İohan Edelin layihəsi əsasında inşa edilmişdir. == Haqqında == Qoqol 9 küçəsində, Gimnaziçeskaya, 183 və Karantinnaya, 84 ünvanlarının tinində ucaldılmış bina milyonçu Şəmsi Əsədullayevə məxsus saray üslubundadır. 1896-cı ildə memar İohan Edel tərəfindən inşa olunub. Bina üç küçəyə üz tutub və öz monumental fasadları və həcmi ilə tarixi mərkəzin şəhərqurma sistemində əhəmiyyətli yer tutub. Planda binanın günbəzlə tamamlanan yanmdairəvi küncləri xüsusi qeyd olunub. Binanın belə maraqlı künc həlli memar İ. Edelin yaradıcılığında rast gəlinən haldır. Binanın memarlığı klassik formalarda qurulub, həcmi plastika, və iri daş kronşteynləri olan çoxsaylı balkonlarla zənginləşdirilib.Yaşayış binasının birinci mərtəbəsi xidməti kontorlar və ofislərin ixtiyarına verilmişdir. Yan bloklarda ikisıralı sistem tətbiq edilmişdir, bu blokları uzun üç-sıralı sistem birləşdirir, Bakıda bu təcrübədən nadir hallarda istifadə olunub. Binanın künc hissəsi həmişə qaranlıq olur.
Şəmsi Təbrizi minarəsi
Şəmsi Təbrizi minarəsi (fars. مناره شمس تبریزی‎) və ya Səfəvi sarayı minarəsi - İran Azərbaycanının Xoy şəhərində yerləşən Səfəvi dövrü memarlıq abidəsi. Əsər İranın Milli irs siyahısına 966 nömrəsi ilə qeydə alınmışdır. Minarə günümüzdə Xoyun turstik mərkəzlərindən biridir. == Şəmsi Təbrizinin həyatı == Şəmsi Təbrizi 1186-cı ildə Təbrizdə anadan olmuşdur. Adı Məhəmməd, ləqəbləri Şəmsəddin, Şəms, Şəms-i Təbrizi və Şəmsü'l-hak ve'd-dindir. Atası Əli bin Məlikdəd Xorasanın Bəzer vilayətindən ticarət məqsədilə Təbrizə gələrək Təbrizdə məskunlaşan tacir idi. Əhməd Əflakinin “Mənakıbü'l Arifin” və “Məkalat-ı Şəms-i ​​Təbrizi” əsərlərində onun gənclik illərində mədrəsə təhsili almadığı səma və zahidlik etdiyi bildirilir. Müxtəlif mənbələrdə onun Təbrizli Əbubəkir Sələf adlı şeyxə bağlı olduğu bildirilir. Səhih Əhməd Dədə əsərində qeyd edir ki, o, 22 yaşında şeyxinə xidmətinə bağlanıb və burada 14 il xidmət edib.Şəmsi ​​Təbrizinin mistik sözləri, fikirləri, rəvayətləri, Mövlana və digər sufilərlə söhbətləri və həyatına dair lhekayələr “Xirqə-i Şəms” və “Əsrar-ı Şəmsəddin” kimi əsərdə toplanılıb.
Azad Şəmsiyev
Azad Şəmsiyev (tam adı: Azad Əhməd oğlu Şəmşiyev; 7 may 1916, Şuşa – 21 oktyabr 1967, Bakı) — Neft və qaz quyuları qazılması sahəsində alim, texnika elmləri doktoru, professor, Böyük Vətən Müharibəsi iştirakçısı (1941–1945), AzETNÇİ, Azərbaycan Elmlər Akademiyasında böyük elmi işçi, Azərbaycan EA DNQYPİ-da "Dağ süxurlarının mexanikası" laboratoriya rəhbəri. == Həyatı == Azad Əhməd oğlu Şəmşiyev 7 may 1916-cı ildə Şuşa şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olmuşdur. 1941-ci ildə Neft və qaz quyularının qazılması ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirib. 1961–1967-ci illərdə Azərbaycan EA DNQYPİ-da "Dağ süxurlarının mexanikası" laboratoriyasının rəhbəri kimi çalışmışdır. Azad Şəmsiyev neft ve qaz quyularının qazılması, dağ süxurlarının dağıdılmasının mexanikası sahəsində tanınmış alimdir. Azad Şəmşiyev 21 oktyabr 1967-ci ildə Bakı şəhərində vəfat edib. == Əmək fəaliyyəti == Azad Şəmsiyev Kirov-da neftə trestində qazıma ustası köməkçisi vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Böyük Vətən Müharibəsi iştirakçısıdır. 1945–1949-cu illərdə Avstriya -nın Vena şəhərində Sovet neft idarəsində böyük mühəndis, şirkətin direktoru işləmişdir.
Heydər Şəmsizadə
Heydər Məşədi Aslan oğlu Şəmsizadə (25 mart 1905 – 28 sentyabr 1981) — teatr aktyoru və rejissoru, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Heydər Şəmsizadə 1905-ci ildə Şuşa şəhərində anadan olub. Şuşa real məktəbini bitirib. Məktəbdə oxuduğu dönəmdə teatrla ilgilənib. Sonra bir neçə həvəskarla birləşib Ağdam şəhərində teatr truppası yaradıb. Müxtəlif dramaturqların pyeslərini tamaşaya qoyub. Həm aktyor, həm də rejissor kimi fəaliyyət göstərib. Ağdam xalq teatrı dövlət teatrı statusu alandan sonra rejissorluq edib, teatrın bədii rəhbəri olub. 1948-ci ildən 1949-cu ilədək Moskvada Lunaçarski adına Dövlət Teatrı İnstitutunda rejissorları təkmilləşdirmə kursunda oxuyub. Kursu tamamlayandan sonra Türkmənistana, Aşqabad şəhərinə işləməyə dəvət edilib.
Nizaməddin Şəmsizadə
Nizaməddin Şəmsizadə (Nizaməddin Şəmsəddin oğlu Şəmsizadə; d. 30.12.1954, Quba rayonu) — Filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi (2019). == Həyatı == Nizaməddin Şəmsizadə 1954-cü il dekabrın 30-da Quba bölgəsinin qədim türk obası - İspik kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini 1977-ci ildə bitirib. 1978-1990-cı illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş lobarant (1978), kiçik elmi işçi (1981), baş elmi işçi (1986) kimi elmi fəaliyyət göstərib. 1982-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyaları müdafıə edib. 1985-ci ildən SSRİ Yazıçılar İttifaqının (indiki AYB) üzvüdür. 1990-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində elmi pedoqoji fəaliyyətini davam etdirib: müsabiqə yolu ilə baş müəllim (1990), dosent (1991),professor (1992) seçilib. 1991 –ci ildən 2006-ci ilin sentyabr ayınadək “Ədəbiyyat və dillər”, “Ədəbiyyat və Azərbaycan dili” və “Ədəbi yaradıcılıq” kafedralarının müdiri vəzifəsində işləyib. 2002-ci ildə Tiflisdə Qafqaz Xalqları Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Renara Şəmsiyeva
Renara Şəmsiyeva — dizayner, modelyer, tele və radioaparıcı. == Həyatı == Renara Şəmsiyeva 1988-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirmişdir. Rus və ingilis dillərini bilir. 2008-ci ildən ANS televiziya şirkətinin "Ağıl dəryası" proqramının aparıcısı, aparıcı redaktor, Nara Moda Evi-nin direktoru vəzifələrində çalışmışdır. 2010-cu ilin dekabr ayından Media FN radiokanalının aparıcısı vəzifəsində çalışır. 2010-cu ildən Pomidor-Yumurta verilişinin DJ Fatehlə birgə aparıcısı olmuşdur. 2011-ci ildən özünün redaktorluğu altında "Hallandiya" və Kimə nə? radio-verilişlərinin aparıcısıdır. 2017-ci ildən "Sizin sağlığınıza" verilişinin aparıcısıdır.
Şəmsir (Meşkinşəhr)
Şəmsir (fars. شمسير‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 255 nəfər yaşayır (53 ailə).
Şəmsiyyə Kərimova
Şəmsiyyə Kərimova (tam adı: Şəmsiyyə Musa qızı Kərimova; d. 24 noyabr 1955, Azərbaycan, Tovuz) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Qızıl Aypara Cəmiyyəti qəzetinin həmtəsisçisi olduğu "Yeni Təfəkkür" qəzetinin baş redaktoru, əməkdar jurnalist. == Həyatı == Şəmsiyyə Kərimova 24 noyabr, 1955-ci ildə Azərbaycanın Tovuz şəhərində anadan olmuşdur. 1974-cü ildə Tovuz şəhər 1 nömrəli orta məktəbi bitirmiş, elə həmin ildə Saatlı rayonundakı 109 saylı texniki peşə məktəbinə göndərilmiş və sürücü-mexaniklik kursunu oxumuşdur. Həmin məktəbi də fərqlənmə ilə bitirdikdən sonra 1976-cı ildə Azərbaycan Respublikası Komsomolun Mərkəzi Komitəsini onu Bərdə rayonuna göndərmişdir. Orada “Bakı” kolxozunda sürücü-mexanik kimi çalışmışdır. 1977-ci ildə respublikada ilk dəfə sükan arxasına keçən gənclər arasında 3-cü yeri tutmuşdur. Hələ orta məktəbdə oxuyarkən respublika mətbuatında məktəbli olaraq tez-tez çıxış edirdi. Yazıları “Azərbaycan Gəncləri” qəzetində və o vaxtı rayonda çıxan “Həqiqət” qəzetində dərc olunurdu. Azərbaycan mətbuatında ilk dəfə orta məktəbdə oxuyarkən “Azərbaycan gəncləri” qəzetinin Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsi ilə birgə açdığı “Jurnalist...
Şəmsizadələr
Şəmsizadələr — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun yaranması == Bu soy öz başlanığıcını Şəmşi bəy Yağləvəndli-Cavanşirdən götürüb. Bu soy Cavanşir elinin Yağləvənd oymağına bağlıdır. Yağləvənd obasından köçüb Şuşa şəhərində məskunlaşmışdılar. Şəmşi bəyin oğulları İsmayıl bəy, Səfi bəy, Səfəralı bəy İbrahimxəlil xan Cavanşirə xidmət etmişdi. == Soyun tanınmış nümayəndələri == Şəmşi bəy Yağləvəndli-Cavanşir — Qarabağ xanlığının atlı dəstəsinin sərkərdəsi, məaf. Heydər Şəmsizadə — Azərbaycanın əməkdar artisti, aktyor, rejissor. Şəmsi Şəmsizadə — aktyor. Əhəd Şəmsizadə — DTK polkovniki, pedaqoq. Azad Şəmsiyev — Texnika elmləri doktoru, professor Siyavuş Qarayev — üzvi kimya sahəsində alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.52 dəfə / 1 mln.
2002 •••••••••••• 3.43
2003 ••••••• 1.97
2004 •••••• 1.68
2005 ••• 0.67
2006 •••••••••••••••••••• 5.86
2007 ••••••••••• 2.96
2008 •••••••••• 2.92
2009 ••••••••••• 3.04
2010 •••••••••••••• 3.99
2011 ••••••••••••••••• 4.89
2012 ••••••••••• 3.18
2013 ••••••••••• 3.06
2014 •••••••••••••••• 4.46
2015 •••••••••••••••••••• 5.61
2016 ••••••••• 2.60
2017 •••••• 1.63
2018 •••••••••••• 3.30
2019 •••••••••••• 3.34
2020 •••••••••••• 3.45

şəmsi sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) günəşə aid olan; 2) təqvim növü.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

Günəşə mənsub, Günəşə aid olan.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"şəmsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şəmsi nədir? #şəmsi sözünün mənası #şəmsi nə deməkdir? #şəmsi sözünün izahı #şəmsi sözünün yazılışı #şəmsi necə yazılır? #şəmsi sözünün düzgün yazılışı #şəmsi leksik mənası #şəmsi sözünün sinonimi #şəmsi sözünün yaxın mənalı sözlər #şəmsi sözünün əks mənası #şəmsi sözünün etimologiyası #şəmsi sözünün orfoqrafiyası #şəmsi rusca #şəmsi inglisça #şəmsi fransızca #şəmsi sözünün istifadəsi #sözlük