Şəmşir sözü azərbaycan dilində

Şəmşir

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Şəmşir • 96.3885%
  • şəmşir • 3.2379%
  • ŞƏMŞİR • 0.3736%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aşıq Şəmşir
Aşıq Şəmşir (əsl adı: Şəmşir Qurban oğlu Qocayev; 15 mart 1893, Dəmirçidam, Cavanşir qəzası – 10 fevral 1980, Kəlbəcər rayonu) — Azərbaycan aşığı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963). == Həyatı == Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və dostu idi. Sənətkar ailəsində doğulan Şəmşir çox keçmədən el yığıncaqlarında tanınmağa başladı. Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşiri bütün Azərbaycana daha yaxından tanıdan böyük Səməd Vurğun olub. İstisu yaylaqlarında istirahət edən görkəmli şair günlərin birində özünəməxsus səsi, sözü və çalğısı olan bir ozanla — Aşıq Şəmşirlə tanış olur və ona məşhur qoşmasını həsr edir. Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı. Onun 40-dan artıq şəyirdi vardı. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz-söz sənətkarlarının yetkinləşməsində, kamilləşməsində Aşıq Şəmşir məktəbinin əvəzsiz rolu olub. Bu məktəb təkcə aşıq sənətinə deyil, ümumən saz-söz sənətinə təsir göstərməklə Bəhmən Vətənoğlu, Sücaət kimi şairlərin yetişməsinə münbit zəmin yaradıb.
Dədə Şəmşir (film, 2002)
== Məzmun == Film kəlbəcərli məşhur aşıq Aşıq Şəmşirə həsr edilmişdir.
Qənbər Şəmşiroğlu
Qənbər Şəmşiroğlu (tam adı:Qurbanov Qənbər Şəmşir oğlu; 16 noyabr 1933, Ağdaban, Azərbaycan SSR – 30 dekabr 2021, Bakı, Azərbaycan) — azərbaycanlı siyasətçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laurеatı. == Həyatı == Qənbər Şəmşiroğlu 16 noyabr 1933-cü ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1950-ci ildə Yanşaq kənd orta məktəbində təhsilini bitirdikdən sonra bir il kəndli-gənclər kursunda işləyib. 1951-ci ildə Ağdam İkillik Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək Kəlbəcər rayon Ağdaban kənd yeddiillik məktəbində müəllim, 1957-ci ildən isə həmin məktəbin direktoru işləyib.1957-ci ilin mart ayından 1958-ci ilin avqust ayınadək Kəlbəcər rayon Partiya komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1958-ci ildə Bakı Ali Partiya məktəbinə göndərilib. 1961-ci ildə qiyabi yolla N.Tusi adına institutu, 1964-cü ildə isə Sovet İttifaqı Kommunist Partiyası yanında Ali Partiya məktəbini bitirib.1960-1966-cı illərdə Ağdaban səkkizillik məktəbidə direktor, 1966-1971-ci illərdə Kəlbəcər qəsəbə orta məktəbidə direktor, 1971-ci ildən 1974-cü ilədək Kəlbəcər RPK-nın ikinci katibi, 1974-1988-ci illərdə Kəlbəcər RİK-in sədri, 1989-cu ilin aprelindən 1991-ci ilin oktyabr ayınadək Gədəbəy RİK-in sədri, 1991-ci ildən 1992-ci ilin may ayınadək Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı, 1993-cü ilin aprel ayından Azərittifaqda baş müşavir, 1993-cü ilin aprel ayından 1994-cü ilin yanvar ayınadək Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı işləyib.16 noyabr 2008-ci ildə 75 illik yubileyi qeyd olunmuşdur. Qənbər Qurbanov Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, Aşıq Şəmşir Mədəniyyət ocağı İctimai Birliyinin sədri və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. == Mükafatları == Qənbər Şəmşiroğlu "Şərəf nişanı" ordeni, "Əmək igidliyinə görə", "Əmək veteranı" və "Tərəqqi" medalı ilə təltif edilib. == Yaradıcılığı == Qənbər Şəmşiroğlunun şeirlərinin böyük bir qismi "Dünya", "525-ci qəzet", "Ədalət", "Ədəbiyyat" və başqa qəzetlərdə, "Folklor və etnoqrafiya" jurnalında dərc olunmuşdur.
Şəmşirxana (Ərdəbil)
Şəmşirxana (fars. شمشيرخانه‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 37 nəfər yaşayır (7 ailə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.57 dəfə / 1 mln.
2003 ••••••••••••••••• 5.12
2004 •••••• 1.68
2006 •••••• 1.58
2007 0.21
2008 ••• 0.73
2009 ••• 0.80
2010 ••• 0.82
2011 ••••••• 2.14
2012 •••••••••• 2.93
2013 •••• 1.02
2015 •••••••••••••••••••• 6.29
2016 •••••• 1.74
2017 •••••••••••• 3.58
2018 •••••••••••••• 4.20
2019 ••••••••••••••••••• 5.84
2020 •••••••••••••••••• 5.57

şəmşir sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] Qılınc. İş atışmadan ötüb, şəmşir və xəncər ilə bir-birinə həmlə etməyə çatdı. M.F.Axundzadə. Yanımda gər dura cəllad əlində şəmşiri; Ölüm gücüylə mənə hökm edə olum təslim; Əyilmərəm yenə haşa. C.Cabbarlı. □ Şəmşir çəkmək klas. – qılıncla vuruşmağa hazırlaşmaq, qılınc çəkmək, qılınca əl atmaq. Şəmşir çəkdi, qətlin üçün gəldi ol pəri; Sandın ki, rəhm edər sənə ol dilruba, könül. S.Ə.Şirvani.

    Azərbaycan dilinin izahlı lüğəti / şəmşir

şəmşir sözünün etimologiyası

şəmşir sözünün sinonimləri (yaxın mənalı sözlər)

şəmşir sözünün rus dilinə tərcüməsi

şəmşir sözünün inglis dilinə tərcüməsi

şəmşir sözünün fransız dilinə tərcüməsi

şəmşir sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. тур, къилинж; şəmşir çəkmək клас. турунал гъил вегьин, къилинж чӀугун, тур акъудун, турунал кикӀиз гьазур хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / şəmşir

şəmşir sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. qılınc. Şəmşiri-cəfa’ cəfa qılıncı.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

qılınc.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"şəmşir" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şəmşir nədir? #şəmşir sözünün mənası #şəmşir nə deməkdir? #şəmşir sözünün izahı #şəmşir sözünün yazılışı #şəmşir necə yazılır? #şəmşir sözünün düzgün yazılışı #şəmşir leksik mənası #şəmşir sözünün sinonimi #şəmşir sözünün yaxın mənalı sözlər #şəmşir sözünün əks mənası #şəmşir sözünün etimologiyası #şəmşir sözünün orfoqrafiyası #şəmşir rusca #şəmşir inglisça #şəmşir fransızca #şəmşir sözünün istifadəsi #sözlük