Şəmşəddil mahalı
Şəmşəddil mahalı — Gəncə xanlığının mahallarından biri. 1747-ci ildə yaranmışdır. Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında mahal adı.
== Tarixi ==
1789-cu ilin əvvəllərində Fətəli xanın təklifi ilə Şamxorda (indiki Şəmkir) gürcü çarı II Irakli ilə görüş keçirilir. Quba xanlığı tərəfindən Gəncə və Şəki xanlarının da iştirak etdiyi bu görüşdə bir sıra mühüm siyasi və strateji məsələlər müzakirə olunur. Fətəli xan Iraklidən Şəmşəddil mahalının həmişəlik Gəncə xanlığına qatılmasına razılıq alır.
== Toponimiyası ==
Erməni mənbələrində Şəmsəddin formasında 1587-ci ildən məlumdur. Qızılbaşların Zülqədər tayfasının qollarından (Hacılar, Koruqlu, Mosul, Xəzərli və Şəmsəddinlu) Şəmsəddinlu elinin adını əks etdirir. Bu el 1515-ci ildə indiki Şəmşədil r-nu ərazisində məskunlaşmışdır. 1593-cü ilə aid mənbədə “Nahiyeye arani nehri Hasan” (“Həsən adlı şəxsin aranı, yəni qışlağı”) və “Nəhri Qazax”da Şəmşədilu tayfasının yaşadığı qeyd olunmuşdur .