sey sözü azərbaycan dilində

sey

Yazılış

  • sey • 72.0930%
  • Sey • 18.6047%
  • SEY • 9.3023%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sey Muroya
Sey Muroya (5 aprel 1994, Osaka prefekturası) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 9 oyun keçirib.
Sey qanunu
Sey qanunu yaxud bazarlar qanunu — Jan Batist Sey tərəfindən irəli sürülmüş iqtisadi qanundur. Daxili və xarici ticarətdə "məhsullar məhsullar üçün ödənilir" deyimi bazarlar qanununun mahiyyətidir və burada ticarət mahiyyətcə barter mübadiləsindən ibarətdir. Əmtəələr bilavasitə insanların tələbatını ödəmək üçün istehsal olunur, bu mübadilədə pul passiv, vasitəçi rolunu oynayır, o, yalnız tədavül vasitəsidir. Bu qanuna görə, cəmiyyət tərəfindən iqtisadi liberalizmin bütün prinsiplərinə nail olunduqda və riayət edildikdə, istehsal uyğun istehlak doğuracaq, yəni əmtəə və xidmətlərin istehsalı hökmən bu əmtəə və xidmətlərin sərbəst reallaşdırılan gəlirlərini doğuracaq. Seyin qanununa görə, qiymətin səviyyəsindən asılı olmayaraq iqtisadiyyatda həmişə məcmu tələb məcmu təklifə bərabərdir. Bunun isə əsas şərti pula tələbin olmamasıdır.
Sey Şonaqon
Sey Şonaqon (清少納言, ehtimal ki, 966, Heyan-kyo[d] – ehtimal ki, 1025, Kioto) – Heyan dövründə yaşamış yapon yazıçı, şairə və saray dayəsi. "Yastıq kitabı" adlı əsərinə görə məşhurdur. Bu əsər Yaponiya ədəbiyyatı tarixində zuihitsu janrının ilk nümunəsi hesab olunur. Zuihutsu janrı qısa epizodlar, aforizmlər və şəxsi təsəvvürlərin qarışıq kolleksiyasından ibarət janrdır.Yaponiyada ilk romanın müəllifi olan Murasaki Şikibu ilə eyni dövrdə yaşamış, hətta Murasaki gündəliyində onun adını çəkmişdir. == Həyatı == Sey Şonaqonun ilk illəri və sonrakı həyatı ilə bağlı məlumatlar çox azdır. Atası alim və şair Motosuke idi. Şonaqon həmin dövrün bir çox qadınından fərqli olaraq Çin klassiklərini öyrənmişdir. Kioto şəhərində yerləşən imperatorluq sarayında yaşamışdır.Bir çox şeir yazmış, şeirləri bir əsərdə toplanmışdır. == Yastıq kitabı == Sey Şonaqon İmperatriça Sadakonun dayəsi olarkən saray həyatı ilə müşahidələrini qeyd etməyə başlamışdır. Şonaqon əsərini özü ilə hər yerə daşıdığı, hətta yastığında saxladığı üçün əsərə "Yastıq kitabı" adı vermişdir.
Tomas Sey
Tomas Sey (ing. Thomas Say, 27 iyun 1787 və ya 1787, Filadelfiya, Pensilvaniya – 10 oktyabr 1834 və ya 1834) — məşhur Amerikan zooloqu və entomoloqu.
Jan Batist Sey
Jan Batist Sey (fr. Jean-Baptiste Say; 5 yanvar 1767[…], Lion – 14 noyabr 1832) — fransız iqtisadçısı == Həyatı == Jan Batist Sey 1767-ci ildə Lion şəhərində tacir ailəsində anadan olmuşdur. O, yaxşı kommersiya təhsili almış, iqtisadi biiklərini müstəqil surətdə artırmağa olduqca böyük səy göstərmiş, akademik seçilmiş, Paris Universitetinin və Fransanın digər tədris ocaqlarının siyasi iqtisad professoru olmuşdur. Sey özünü Adam Smitin etibarlı şagirdi, onun baxışlarının yalnız sistemləşdiricisi, sadələşdiricisi və geniş formada yayıcısı adlandırmasına baxmayaraq o, faktiki olaraq öz nəzəzriyyələrini yaratmışdır. Sey amillər nəzəriyyəsini Smitin "dəyərin gəlirdən ibarət olması" fikrindən yaratmışdır. Sey proteksionizmin əleyhinə olmuş və onun "bazarlar" qanunu merkantilizmin fiziokratik tənqidinin tərkib hissəsidir.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi
Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi — Azərbaycan Respublikasında zəlzələlərin tədqiqatı və öyrənilməsi ilə məşğul olan təşkilat. Mərkəzdə seysmoloji, geofiziki, geokimyəvi və geodinamik kompleks tədqiqatlar aparılır. 1998-ci ildən fəaliyyət göstərən mərkəzin respublika ərazisində 84 seysmik, 6 geofiziki, 5 geokimyəvi, 24 GPS stansiyaları fəaliyyət göstərir. == Tarixi == Azərbaycanda ilk dəfə seysmik hadisələrlə bağlı instrumental müşahidələrə XX əsrin əvvəllərində başlanılıb. 1902-ci ildə Şamaxıda baş verən güclü zəlzələdən sonra Bakıda neft sənayesi ilə məşğul olan Nobel qardaşlarının təşəbbüsü ilə həmin il Azərbaycan ərazisində üç yerdə seysmik stansiyalar quraşdırılmış və bununla da instrumental müşahidələrə başlanılmışdır.SSRİ dövründə uzun müddət Azərbaycanda müstəqil seysmoloji xidmətin fəaliyyətinə icazə verilməsə də, 1979-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarına və Milli Elmlər Akademiyasının sərəncamına əsasən AMEA Geologiya İnstitutunda "Geofizika" Elmi Mərkəzində Təcrübi-Metodiki Geofizika partiyası yaradılmışdır. 1980-ci ildə isə bunun əsasında Təcrübi-Metodik Geofizika Ekspedisiyası təşkil edilmişdir. Ekspedisiyaya AMEA-nın müxbir üzvü, geologiya-minerologiya elmlər doktoru, professor Arif Həsənov rəhbərlik edib.Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.09.1998-ci il tarixli 179 saylı və Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 17.12.1998-ci il tarixli 22/2 saylı qərarları ilə TMGE-yə 1999-cu ildən AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi statusu verilib.2008-ci ildə Arif Həsənov dünyasını dəyişdikdən sonra mərkəzə AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Qurban Yetirmişli rəhbərlik etməyə başlayıb. == Fəaliyyət istiqamətləri == RSXM-nin seysmoloji tədqiqatları peyk rabitəsi ilə işləyən seysmik stansiyalar şəbəkəsi vasitəsi ilə aparılır. Mərkəzdə seysmoloji, geofiziki, geokimyəvi və geodinamik kompleks tədqiqatlar aparılır. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi-nin respublika ərazisində 84 seysmik, 6 geofiziki, 5 geokimyəvi, 24 GPS stansiyaları fəaliyyət göstərir.
Abbas Seyidov
Abbas Seyidov (1 aprel 1957, Naxçıvan) — tarix elmləri doktoru, professor. Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın Tarix üzrə Ekspert Şurasının üzvü. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru. AMEA Naxçıvan Bölməsinin nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü. Naxçıvan arxeoloji ekspedisiyasının Babək-Culfa dəstəsinin rəisi. "Tarix, insan və cəmiyyət" jurnalının baş redaktorunun müavini. Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru (2022-2023). 27 may 2023-cü ildə öz ərizəsi ilə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsindən azad edilib.28 kitab və monoqrafiyanın, 300-ə yaxın elmi məqalənin müəllifi.
Abdulla Seyrafi Təbrizi
Abdulla Seyrafi Təbrizi - XIV əsrin görkəmli xəttatı.
Adil Seyidzadə
Baxışov Adil Mirseyid oğlu (21 dekabr 1952, Ağdaş – 17 iyul 2014, Bakı) — rəssam, şair, tərcüməçi və esseist, Azərbaycan Yazıçılar Birliyinin (1993), Azərbaycan Jurnalistlər Birliyinin (1989) və Azərbaycan Rəssamlar İttifaqının üzvü (1992), prezident təqaüdçüsü. == Həyatı == Adil Mirseyid 1952-ci il dekabrın 21-də Ağdaş şəhərində ziyali ailəsində anadan olmuşdur. Ləki qəsəbə 6 saylı orta məktəbi bitirib. (1959-1969). İlk şeirləri məktəb illərində "Göyərçin" və "Pioner" jurnallarında çap olunub. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır (1970-1976). Bir müddət təyinatla göndərildiyi Dağıstan Respublikasında işləmişdir (1975-1978). Ağdaş rayonu Füzuli adına Mədəniyyət Evinin Xalq Teatrında rəssam (1983-1987), Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində rəssam (1990-1992), Bakıda müxtəlif vəzifələrdə çalışmışdır. "Xəzər" jurnalında məsul katib və baş redaktor müavini, "Bayatı" jurnalının redaktoru, "Palitra" qəzetinin ədəbiyyat və İncəsənət şöbəsində redaktor, Azərbaycan Tərcümə Mərkəzinin "Yol" ədəbiyyat qəzetində redaktor (1992-1993) olmuşdur. Uzun sürən xəstəlikdən sonra 17 iyul 2014-cü ildə Bakıda vəfat etmişdir.
Adəm Seyfullayev
== Həyatı == Adəm İzzət oğlu Seyfullayev 1925-ci ildə Masallı rayonunun Şərəfə kəndində anadan olub. 1941-ci ildə Şərəfə 7 illik orta məktəbi bitirib və həmin il Lənkəran pedaqoji texnikumuna daxil olur. 1943-cu ildə könüllü cəbhəyə yazılır. Buynaks şəhərinə hərbi hıssəyə göndərilir. 1946-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə qiyabi daxil olub. Masallı rayon partiya komitəsində şöbə müdiri, Şərəfə kənd orta məktəbin direktoru təyin edilir. Sonradan pedaqoji fəaliyyətini Masallı şəhərində davam etdirir. 1985-ci ildə gənc nəslin təlim və tərbiyəsindəkı uğurlarına görə SSRİ Maarif Nazirliyi və MAMEİHİ MK-nin fəxri fərmanına layiq görülür. 2006-cı ildə 3 saylı orta məktətədə üzün müddət işlədikdən sonra səhəti ilə əlaqədar pedaqoji fəaliyyətini dayandırır. 10 övladı var 2010-cu ildə vəfat etmişdir.
Altay Seyidov
Altay Ağasəid oğlu Səidov (Seyidov) (11 iyul 1926, Bakı – 10 sentyabr 2015) — Azərbaycan teatr rəssamı, Azərbaycan SSR əməkdar rəssamı (1979) == Həyatı == Altay Səidov 11 iyul 1926-cı ildə Bakıda anadan olub. 1943–1946-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1948–1953-cü illərdə isə İ. Repin adına Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb. 29 oktyabr 1953-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına quruluşçu rəssam götürülüb və 1967-ci ildən bu kollektivdə baş rəssam işləyib. O, dəvətlə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşalara da səhnə tərtibatı vermişdir.Altay Səidov 10 sentyabr 2015-ci ildə vəfat edib. == Bədii tərtibat işləri == == Mükafatları == Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1967 "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 9 fevral 1979 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 1 aprel 2005 == İstinadlar == == Ədəbiyyat == İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. 428 səh.
Aləmdə səsim var mənim. Seyid Əzim Şirvani (film, 2014)
Aləmdə səsim var mənim. Seyid Əzim Şirvani qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Vasif Məmmədzadə tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film XIX əsr Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvani haqqındadır. == Məzmun == Film XIX əsr Azərbaycan şairi və maarifçisi, öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvaninin həyat və yaradıcılığını əhatə edir.Filmdə şairin obrazını əməkdar artist Pərviz Bağırov canlandırır.
Amanda Seyfreyd
Amanda Mişel Seyfrid (ing. Amanda Michelle Seyfried) — Amerika aktrisası, müğənnisi və modeli.
Amanda Seyfrid
Amanda Mişel Seyfrid (ing. Amanda Michelle Seyfried) — Amerika aktrisası, müğənnisi və modeli.
Amin Seydiyev
Amin Seydiyev (15 noyabr 1998, Azərbaycan) Azərbaycan Premyer Liqasında çıxış edən "Sabah"ın futbolçusu. == Karyerası == === Qəbələ === "Qəbələ"də ilk matçına 29 noyabr 2017-ci il tarixində keçirilən "Qəbələ"-"Mil Muğan" matçının 59-cu dəqiqəsində çıxıb. Matç "Qəbələ"nin 8–0 hesablı qələbəsi ilə başa çatıb. "Qəbələ"nin heyətində ilk qolunu isə 7 mart 2020-ci ildə keçirilən "Qəbələ"-"Sumqayıt" matçının 37-ci dəqiqəsində fərqlənib. Matç "Qəbələ"nin 5–0 hesablı qələbəsi ilə başa çatıb.1 iyul 2020-ci ildə "Qəbələ" ayrıldı. === Sabah === 1 iyul 2020-ci ildə "Sabah" müqavilə imzaladı. "Sabah" heyətində ilk matçına 22 avqust 2020-ci ildə keçirilən "Qarabağ"-"Sabah" matçında keçirib. Matç "Qarabağ"ın 2–0 hesablı qələbəsi ilə başa çatıb. "Sabah"da ilk dəfə 23 noyabr 2020-ci ildə Azərbaycan Premyer Liqasının 10-cu turunun oyunu "Sabah"-"Səbail" matçının 33-cü dəqiqəsində fərqlənib. Matç "Sabah"ın 2–1 hesablı qələbəsi ilə başa çatıb.
Araz Seyfullayev
Araz Elsevər oğlu Seyfullayev (28 may 2001, Masallı – 7 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi təyinatlı qüvvələrində ki əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Araz Seyfullayev 2001-ci il mayın 28-də Masallı şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Araz Seyfullayev Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Araz Seyfullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Araz Seyfullayev oktyabrın 7-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Masallı şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Araz Seyfullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Araz Seyfullayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Araz Seyfullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Araz Seyfullayev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Ayşə Seyidmuradova
Ayşə Seyidmuradova (Krım tatarcası:Ayşe Seitmuratova, rusca:Айше Сеитмуратова, d. 11 fevral 1937) — Krım tatarı olan insan hüquqları müdafiəçisi və aktivisti. == Həyatı == 1937-ci ilin 11 fevralında Krımın Acı Eli kəndində Krım tatarı olan ailədə dünyaya gəlmişdir. O, uşaq yaşlarında ikən onun ailəsi və mənsub olduğu millət Mərkəzi Asiyaya deportasiya edilmişdir. Uşaq olsa da, bu deportasiyadan sağ qurtula bilən Seyidmuradova bundan sonra həyatına "xüsusi məskun" kimi davam etmişdir. Akademik göstəricilərinin çox yüksək olmasına baxmayaraq, deportasiyaya məruz qalmış millətin üzvü olmasına görə universitetə qəbul edilməmişdir. Etnik mənsubiyyətinə görə bu cür münasibətlə qarşılaşan Seyidmuradova bundan sonra Krım tatarları haqları müdafiəçisinə çevrilir və hərəkatın üzvü olur. Krım tatarlarına tətbiq edilmiş bəzi məhdudiyyətlərin aradan qaldırılmasına və Sovet rəhbərliyi ilə görüşməyə nail olduqdan sonra, o, Moskvada öz fəaliyyətinə davam etmişdir. Bu dövrdə onun fəaliyyətinin əsas istiqaməti Krım tatarlarına öz vətənlərinə - Krıma geri dönməyə icazə verilməsi idi. Bu haqq Krım tatarları ilə eyni dövrdə deportasiyaya məruz qalmış bir çox xalqa artıq verilmişdi.Dəfələrlə Sovet hüquq-mühafizə orqanları tərəfindən həbs edilən Seyidmuradova təzyiqlərin davam edəcəyi təqdirdə özünü Qırmızı Meydanda yandıracağı ilə dövləti hədələdi.
Azərbaycan ərazisində seysmoproqnoz müşahidələr (jurnal)
Azərbaycan ərazisində seysmoproqnoz müşahidələr — Azərbaycanda İngilis dilində elmi jurnal — Seismoprognosis observations in the territory of Azerbaijan — elmi jurnal == Haqqında == AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin ingilisdilli elmi nəşri olan "Seismoprognosis observations in the territory of Azerbaijan" ("Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri") elmi jurnalında AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində il ərzində Azərbaycan ərazisində seysmologiya və zəlzələ proqnozu üzrə aparılan işlərin nəticələri cəmlənir. Bu nəticələr seysmik stansiyalar şəbəkəsinin qeydə aldığı zəlzələlərin parametrlərindən, Şəki-Şamaxı və Abşeron proqnostik poliqonlarında və digər seysmik aktiv bölgələrdə geofiziki və geokimyəvi stansiyalar şəbəkəsi ilə müşahidə edilən geofiziki və geokimyəvi sahələrin zaman-məkan variasiyaları haqqında olan məlumatlardan ibarətdir..Jurnal elm və istehsalat təşkilatlarında seysmologiya, zəlzələlərin proqnozu, seysmik rayonlaşdırma və seysmikdayanıqlı tikinti məsələləri ilə məşğul olan seysmoloq, geofizik və geokimyaçı mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Jurnalda seysmologiya sahəsi ilə məşğul olan yerli və xarici ölkələrdən olan alimlərin elmi-məqalələri dərc olunur.
Azərbaycanın seysmik stansiyaları
Azərbaycanın seysmik stansiyaları — Azərbaycanda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 84 telemetrik seysmik stansiyası var. == Haqqında == AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 84 telemetrik seysmik stansiyası mövcuddur. Bu telemetrik seysmik stansiyalar vasitəsi ilə ölkə ərazisində müşahidə şəbəkəsi əsasında respublika ərazisinin seysmik rejimi, zəlzələ episentrlərinin paylanması qanunauyğunluğu, ocaq zonalarındakı seysmik proseslərin dinamikası tədqiq edilir. Dərinlik qırılmalarının aktiv hissələri müəyyənləşdirilir və bu sahələrdə mümkün maksimal güclü zəlzələlərin intensivliyi qiymətləndirilir. Güclü zəlzələ ocaqlarının mexanizmi öyrənilir, böyük şəhərlərin seysmik riskləri araşdırılır, iri tikinti obyekt sahələrinin seysmikliyi tədqiq edilir.
Azərbaycan–Seynt Vinsent və Qrenadin münasibətləri
Azərbaycan–Sent-Vinsent və Qrenadin münasibətləri — Azərbaycan Respublikası ilə Sent-Vinsent və Qrenadin arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 2003-cü ilin may ayının 23-də qurulmuşdur.
Azərbaycan–Seyşel adaları münasibətləri
Azərbaycan–Seyşel adaları münasibətləri — Azərbaycan Respublikası ilə Seyşel Adaları Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin noyabr ayının 2-də qurulmuşdur.
Ağa Seyid Əli Təbrizi
Ağa Seyid Əli Təbrizi "Qanun əl-Əlac" ("Müalicənin qanunları"), "Zadül-Müsafirin" ("Səyahətə çıxanlar üçün məsləhətlər"), "Risaleyi-Cizri" ("Dərmanlar haqqında risalə") əsərlərinin müəllifidir.
Aşağı Seyfəddin (Bükan)
Aşağı Seyfəddin (fars. سيفالدين سفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 143 nəfər yaşayır (26 ailə).
Aşağı Seyfəli
Aşağı Seyfəli – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Aşağı Seyfəli Şəmkir rayonunun Seyfəli inzibati ərazi vahidində kənd. Şamxor çayının sahilində, Kicik Qafqazın ətəyindədir. Bəzi ədəbiyyatlarda Şamaxı rayonu ərazisində de Aşağı Seyfəli yaşayış məntəqəsinin olduğu göstərilir. 1917-ci ildə Seyfalı variantında qeydə alınmışdır. Etnotoponimdir. Seyfalı dərəsi (Daşkəsən), Seyfalas/Seyfalısu (Qəbələ) oronim və hidronimi də seyfalı etnonimi ilə bağlıdır. XIX əsrə aid sənədlərdə Gəncə qəzasında maldarlıqla məŞul olan seyfəli (seyfəlli) elatı haqqında məlumat verilir. Onlar əsasən Şəmkir çayından çəkilmış Kotançı arxın kənarında yaşayırdılar. Oykonim "Aşağıda yerləşən Seyfəli kəndi" mənasındadır.
Aşağı Seyfəli bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aşağı Seyidlər
Aşağı Seyidlər (əvvəlki adı: Seyidlər) — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Zərdab rayonunun Şahhüseynli kənd inzibati-ərazi vahidinin tərkibindəki Seyidlər kəndi Aşağı Seyidlər kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Zərdab rayonunun Şahhüseynli kənd inzibati ərazi vahidinin Aşağı Seyidlər kəndi Şəftəhal kənd inzibati ərazi vahidinin tabeliyinə verilmişdir. == Toponimikası == Kəndin adı ərəb sözü "seyyid" sözündən olub, "ağa, cənab, tayfa başçısı" mənasını verir. "Seyid" mənşəcə Məhəmməd peyğəmbərin nəslindən (Qureyş tayfasından) olanların fəxri titulu olmuş, Ərəbistanda qəbilə və tayfa başçıları nümayəndələrinə deyilmişdir. Seyid komponentli kəndlər də seyidlərlə bağlıdır. Seyidlər adını Azərbaycan tayfalarından biri olan, şahsevən tayfa qrupuna daxil olan Seyidlilərlə də bağlayırlar. Seyidlilər Cənubi Azərbaycanın Meşkin və Muğan ərazilərində yaşamaqla, maldarlıq və əkinçiliklə məşğuldurlar. Azərbaycanda olan Seyidlər və Seyidli kəndləri adlarının Seyidlilərlə bağlı olduğu ehtimal da var. Yerli məlumatlara əsasən, seyidlilər əvvəlcə buraya Kürün qarşı sahilindən — İmişlinin Məmmədli kəndindən ayrılıb gəlmişlər.
Aşağı Seyidəhmədli
Aşağı Seyidəhmədli — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Hal-hazırda Azərbaycan ordusunun nəzarəti altındadır. Təxminən 200-250 evdən ibarət idi. Kəndin ərazisindən cəbhə xətti keçirdi. Erməni qoşunları vaxtilə bu ərazidə tez-tez atəşkəsi pozaraq Azərbaycan Ordusunun mövqelərinə hücum etməyə cəhd göstərirdilər.Kənddə klub, idarə binası, xəstəxana var idi. Kəndlə rayon arasında hər gün avtobus işləyərdi. Həmin avtobus Yuxarı Seyidəhmədli kəndindən keçib Füzuliyə gedərdi. Kəndin müxtəlif yerlərində artezian quyuları var idi. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == Aşağı Seyidəhmədli kəndinın yaranması 1600-1700-cü illərə təsadüf edir.
Aşıq Seyid İbrahim
Aşıq Seyid İbrahim (İbrahim Musa oğlu Möhsümov; 1895, Qaradaş – 1944, Qaradaş, Tovuz rayonu) — Azərbaycanın ustad aşığı == Həyatı == Aşıq Seyid İbrahim 1895-ci ildə Tovuz rayonunun Qaradaş (keçmiş Seyidlər) kəndində sənətkar ailəsində doğulmuşdur. Atası Seyid Musa vaxtilə Şuşadan köçərək burada məskunlaşmışdır. Musa 1916-cı ildə vəfat edib. Onların nəsli həm ata, həm də ana tərəfdən Seyid imiş. === II Dünya müharibəsində === II Dünya müharibəsi başlayanda Seyid İbrahim ön cəbhəyə getmək üçün Stalinə şeirlə müraciət edir. 1943-cü ildə həmkarı Aşıq Nəcəf Əlimərdanlı kimi növbəti döyüşçüləri yola salan zaman sazını da götürüb döyüşlərə yollanır. Vətənpərvər və cəsur aşıq bir əlində saz, birində silah faşistlərə qarşı Krımda ölüm-dirim savaşına girir.1944-cü ilin may ayına qədər Aşıq İbrahim ən ağır bölgələrdə vuruşur, ağır yaralanaraq evə qayıdır. Elə qayıdarkən yolda o vaxt epidemiyaya çevrilmiş tif (yatalaq) xəstəliyinə tutulur, bir müddətdən sonra vəfat edir. == İfaçılığı == Məşhur ustad Aşıq Əsəd Rzayev və onun qardaşı Aşıq Məhəmməd Rzayevdən aşıq sənətini mənimsəmiş, onların dastan və şeir yaradıcılığını öyrənmişdir. Aşıq Seyid İbrahim dövrünün bir çox adlı-sanlı aşıqları ilə deyişmişdir.
Bavələ-i Seyidan (Piranşəhr)
Bavələ-i Seyidan (fars. ‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 98 nəfər yaşayır (17 ailə).
Bağır Seyidzadə
Bağır Mirqasım oğlu Seyidzadə (9 avqust 1912, İrəvan – 24 mart 1968, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, diplomat, jurnalist, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi. == Həyatı == Bağır Qasım oğlu Seyidzadə 1912-ci ildə İrəvanda anadan olmuşdur. Ermənilərin 1918-ci ildə törətdikləri qırğınlar səbəbindən seyidzadələr ailəsi Tiflisə köçməyə məcbur olmuş və Bağır Seyidzadə burada Əncümən məktəbində təhsil almışdır. O, 1925-ci ildə Bakıya gələrək toxuculuq fabrikində işləmiş və fəhlə fakültəsində oxumuş, sonra Azərbaycan Sənaye İnstitutuna daxil olmuşdur.Bağır Seyidzadə 1932–1939-cu illərdə "Gənc işçi" qəzetində işləmiş, 1939–1940-cı illərdə həmin qəzetin məsul katibi və redaktoru olmuşdur. 1940–1943-cü illərdə Azərbaycan LKGİ Mərkəzi Komitəsinin katibi seçilmişdir. Moskvada birillik diplomatiya kursunu bitirdikdən sonra 1944–1949-cu illərdə Cənubi Azərbaycanın Maku və Təbriz şəhərlərindəki Sovet konsulluqlarında vitse-konsul və baş konsul vəzifələrində çalışmışdır. Təbrizdən qayıtdıqdan sonra 1950–1952-ci illərdə Azərbaycan SSR kinematoqrafiya naziri, sonralar isə Azərbaycan SSR mədəniyyət nazirinin müavini, Azərbaycan Dövlət Poliqrafiya və Nəşriyyat İdarəsinin rəhbəri olmuşdur.Bağır Seyidzadə sonralar Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində işləmiş, ömrünün son illərində isə Azərbaycan SSR Nazirlər Soveti yanında Teleqraf Agentliyində direktor müavini vəzifəsində çalışmışdır. Rus, fransız və fars dillərini mükəmməl bilirdi.Bağır Seyidzadə 1968-ci ildə Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur. Qızı, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi vəzifəsində işləmişdir. == İstinadlar == == Xarici keçidlər == "O, məşhur Seyidovlar nəslindən idi".

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.15 dəfə / 1 mln.
2003 ••••••••••• 0.79
2008 •••••••••••••••••••• 1.46
2010 ••• 0.18
2012 •• 0.09
2013 •• 0.15
2014 ••••• 0.34
2015 ••• 0.17
2017 ••• 0.16
2018 ••• 0.15

"sey" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sey nədir? #sey sözünün mənası #sey nə deməkdir? #sey sözünün izahı #sey sözünün yazılışı #sey necə yazılır? #sey sözünün düzgün yazılışı #sey leksik mənası #sey sözünün sinonimi #sey sözünün yaxın mənalı sözlər #sey sözünün əks mənası #sey sözünün etimologiyası #sey sözünün orfoqrafiyası #sey rusca #sey inglisça #sey fransızca #sey sözünün istifadəsi #sözlük