seyl sözü azərbaycan dilində

seyl

Yazılış

  • seyl • 64.7059%
  • Seyl • 35.2941%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Corc Seyl
Corc Seyl(ing. George Sale; 1697, Kenterberi, Kent qraflığı – 13 noyabr 1736, London) — ingilis şərşünası, tərcüməçisi. == Həyatı == Corc Seyl 1697-ci ildə Kentdə doğulmuşdu. Atası London tacirlərindən Samuel Seyldir. Kenterberidəki Kings Schoolda təhsil gördü. Hüquq təhsilinin ardından qısa bir müddət vəkillik etdi. 1720-ci ildə Society for the Promoting Christian Knowlədgea (SPCK) bağlı Inner Templə adlı instituta daxil oldu. İlk Ərəbcə təhsilini, Zəburun və İncilin Ərəb dilinə tərcüməsinin hazırlanması üçün Antakya patriki tərəfindən Londona göndərilən keşiş Süleyman əs-Sadidən (Salamo Negri) aldı. İngiltərə kralının mütərcimi Suriyalı xristian Dadichi ilə Ərəbcənin ləhcələri üzərinə incələmələr apardı. Volter, Fəlsəfə lüğətindədə Seylin Ərəblər arasında iyirmi il qaldığını söyləməkdəysə də bunun doğru olmadığı bildirmişdir.
Ludolf van Seylen
Ludolf van Seylen (ing. Ludolph van Ceulen; 28 yanvar 1540[…], Hildeshaym[d], Saksoniya elektoratlığı – 31 dekabr 1610[…], Leyden, Yeddi Birləşmiş Əyalət Respublikası) — Holland riyaziyyatçısıdır; 1615-ci ildə p-i ədədinin 32 onluq işarəyə qədər hesablanmasını çap etdirmişdir.
Pişiklər (Seylor Mun)
Seylor Mun pişikləri (美少女戦士セーラームーンの猫, Bishōjo senshi sērāmūn no neko) — Naoko Takeuçi tərəfindən yazılmış "Seylor Mun" manqa seriyasında yer alan pişik personajlar. Seriyada 3 pişik personaj vardır: Luna, Artemis və Diana Bu üç pişik personajının öz sahibləri var. Hər pişik danışmaq qabiliyyətinə malikdir və alınlarında aypara işarəsi var. Yetkin pişiklər — Luna və Artemis əsas süjet xətti başlamazdan qabaq Gümüş Minillikdə Kraliça Serenitiyə xidmət vermişlər. Üçüncü pişik Diana isə onların XXX əsrdəki uşağıdır, daha gəncdir və Yerdə doğulmuşdur. Ayla əlaqədər münasibətlərinə görə üçü də adlarını Roma və yunan mifologiyasındakı ilah və ilahələrdən almışdır. Pişiklər Seylor döyüşçülərinə müşavir və dost kimi xidmət verirlər. Həmçinin komandanı yeni əşyalarla, güclərlə və məlumatlarla təmin edirlər. Onların əlavə fiziki formaları da var. Animedə pişiklərdən ancaq Luna insana çevrilmişdi.
Seylab
Seylab və ya Silab: Seylab (Azərşəhr) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. Seylab (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Seylab (Azərşəhr)
Seylab (fars. سيلاب‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.414 nəfər yaşayır (379 ailə).
Seylab (Qürvə)
Seylab (fars. سيلاب‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 387 nəfər yaşayır (90 ailə). Əhalisini kürdlər təşkil edir.
Seylan
Seylanə (Urmiya)
Seylanə (fars. سيلانه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 75 nəfər yaşayır (20 ailə).
Seylenn
Seylenn – Troms-oq-Finnmarkda (Norveç) yerləşən ən böyük səkkizinci ada. 583 km² ərazini əhatə edən ada Alta və Hammerfest arasında bölünür. Arxeoloji qazıntılar göstərir ki, 7000 ildən də uzun müddət əvvəl insanlar burada məskunlaşıb. Buna baxmayaraq, günümüzdə adanın tərkedilmiş ərazilərində azsaylı insan yaşayır. Buraya adanın şimalında Karhamn, cənub hissəsində Honsebi, Aydvagen, Fiskebukta, Survika, cənub ucunda isə Altnesetdən Hakkstabenə qədər olan ərazilər daxildir. 2006-cı ildə mərkəzi Seylennin böyük əksəriyyəti Seylenn Mərkəzi Parkının ərazisinə çevrilir. Adada iki buzlaq mövcuddur: Seylennscokelen və Nordmenscokelen. 1078 metr (3537 fut) hündürlüyündəki Seylennstuva dağı adadakı ən hündür dağdır. Adada Lill Kufcorden, Stor Kufcorden, Nordefcorden və Cofcorden daxil olmaqla bir neçə fyord da var.
Seylon
Şri-Lanka, tarixi adı ilə Seylon və ya rəsmi adı ilə Şri-Lanka Demokratik Sosialist Respublikası — Cənubi Asiyada ada-dövlət. Şri-Lanka Hind okeanında Hindistandan 31 km cənubda eyni adlı adada yerləşir. Ada-dövlət 1972-ci ilə qədər Seylon olaraq bilinirdi. Ümumi sahəsi 65610 kvadrat kilometr, əhalisinin sayı 21 milyon nəfərdən çoxdur. Şri-Lanka həm də Hind okeanının incisi adlandırılır. Hökumət qüvvələri ilə Tamil İlam Azadlıq Pələngləri (digər adı ilə Tamil pələngləri) arasında baş verən vətəndaş müharibəsi 1983-cü ildən bu yana davam edir. Tamil pələngləri adanın şimalında və şərqində Tamil İlam adında müstəqil dövlət qurmaq üçün mübarizəsi 2009-cu ildə hökumət qüvvələrinin zəfəri ilə nəticələndi. Ümumilikdə 1,340 kilometrlik sahil xəttini malikdir. Hindistandan Polk boğazı vasitəsilə ayrılır. Dekabr və Mart ayları arasında tropik və şimal-şərq bölgəsi musson yağışlarının təsiri altında qalan iqlimi, İyun və oktyabr ayları arasında da cənub-qərb bölgəsi musson yağışlarının təsiri altında qalır.
Seylon bəbiri
Seylon bəbiri (lat. Panthera pardus kotiya) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Seylon cəngəllik toyuğu
Seylon cəngəllik toyuğu (lat. Gallus lafayettii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin cəngəllik toyuğu cinsinə aid heyvan növü.
Seylon darçın ağacı
Seylon darçın ağacı (lat. Cinnamomum zeylanicum) - darçın ağacı cinsinə aid bitki növü.
Seylon fili
Seylon fili (lat. Elephas maximus maximus) — Asiya filinin üç geniş yayılmış yarımnövündən biri. Seylon adasının (Şri-Lanka) endemikdir. 1986-cı ildən bəri Elephas maximus IUCN Qırmızı Siyahısına daxil edilmişdir. Səbəb isə son 60–75 il ərzində sayının ən azından 50% azalmasıdır. Yaşayış arealının insanlar tərəfindən mənimsənilməsi müşahidə olunur. Asiya filləri Afrika fillərindən daha kiçik olur. Dişilər bir qayda olaraq ölçü baxımından erkəklərdən kiçikdir və iri fil dişlərinə sahib olmurlar. Erkəklərin yalnız 7% -nin iri dişləri olur. Asiya filinin müasir yarımnövlərinin ən böyüyü olan Seylon fili 2–3,5 m hündürlüyə malik olur.
Seylon çayı
Seylon çayı — Şri-Lankada yetişdirilən çay. Seylon çayı Şri-Lankanın əsas gəlir mənbələrindən biridir. Bu ölkənin ÜDM-nin 2%-ni təşkil edir. 2013-cü ildə Şri-Lankaya 1,5 milyard dollar vəsait gətirmişdi. Təxminən 1 milyona yaxın insan çay tarlalarında işləyir. Bundan əlavə, kiçik sahibkarlar tərəfindən çay əkilməsi minlərlə insan üçün yaşayış mənbəyidir. Şri-Lanka dünyanın dördüncü ən böyük çay istehsalçısıdır. 1995-ci ildə dünyanın çay ixracatının 23%-nə sahib olub. 2013-cü ildə çay hasilatı 340 milyon kiloqramı keçərək ən yüksək həddə çatmışdır. Ölkənin mərkəzi dağlıqlarının rütubəti, sərin temperaturu və yağışları yüksək keyfiyyətli çay istehsalına kömək edən iqlimi təmin edir.
Seylor Mars
Seylor Mars (セーラーマーズ, Sērā Māzu) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Rey Hino (火野 レイ, Hino Rei) olan Seylor Mars Günəş sistemini qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Mars Usaqi tərəfindən tapılmış 2-ci Seylor döyüşçüsüdür. Seylor döyüşçüləri komandasının Seylor Veneradan sonra ikinci lideridir. Rey atəşi idarə etməklə yanaşı, zehni bacarıqlara da sahibdir. "Seylor Mun" manqasından başqa Seylor Mars iki qısa manqada da yer almışdır. İlk belə manqası keçmişindən bəhs edən "Kasablanka xatirələri" manqasıdır. "Rey və Minakonun qız məktəbi döyüşü" manqasında isə hekayə Seylor Mars və Seylor Venera üzərində qurulmuşdur. Rey ilk dəfə Hikava məbədində (火川神社, Hikawa Jinja, "Alov Çayı məbədi", ingilis versiyasında Albalı Təpəsi məbədi) miko kimi peyda olmuşdur və orada iki qarğası olduğu göstərilmişdir. Manqada bu iki qarğanın adının Fobos və Deymos (Mars planetinin iki peyki) olduğu bildirilmişdi.
Seylor Merkuri
Seylor Merkuri (セーラーマーキュリー, Sērā Mākyurī) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" animanqasında personaj. Əsl adı Ami Mizuno (水野 亜美, Mizuno Ami) olan Seylor Merkuri gənc yapon tələbə qızdır. Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. 14-16 yaşlarındadır. 10 sentyabrda anadan olmuşdur. Boyu 158 santimetrdir. Seylor Merkuri Seylor Mun tərəfindən tapılmış ilk Seylor döyüşçüsüdür, komandanın beynidir. Əsas gücü suyun bütün aqreqat hallarını idarə etmək, onu manipulyasiya etməkdir. Həmçinin IQ səviyyəsi 300 olduğundan çox güclü intellektə malikdir, hər cür texnologiyadan başı çıxır. "Seylor Mun" manqasından başqa Seylor Merkuri qısa müddət xüsusi olaraq hazırlanmış "Aminin ilk məhəbbəti" manqasından yer almışdır.
Seylor Mun
Seylor Mun və ya Yaponiyada tanınan adı ilə Bishoujo Senshi Sailor Moon (美少女戦士セーラームーン, Bishōjo Senshi Sērā Mūn, azərb. Gözəl qoruyucu Seylor Mun‎) — yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış və çəkilmiş şoco manqa seriyası. Manqa seriyası 1991-1997-ci illərdə "Nakayoshi" jurnalında nəşr olunmuşdur. Bu dövrdə 52 fəsli 18 tankobon cildi şəklində çap edilmişdir. Manqa seriyası Seylor Muna çevrilərək Ay şahzadəsinin və Əfsanəvi Gümüş Kristalın (「幻の銀水晶」, Maboroshi no Ginzuishō) axtarışına çıxan 14 yaşlı qız Usaqi Tsukino haqqındadır. Seriya boyunca Seylor Mun Əfsanəvi Gümüş Kristalı qorumaq və Günəş sistemini məhv etmək istəyən düşmənlərin qarşısını almaq üçün yaradılmış Seylor döyüşçüləri (セーラー戦士, Sērā Senshi) komandasına başçılıq edir. Manqa seriyasının 18 cildi əsasında Toei Animation tərəfindən anime hazırlanmışdır. Anime Yaponiyada 5 mövsüm olmaqla 1992-1997-ci illərdə yayımlanmışdır. Bundan başqa, manqa seriyası əsasında 3 animasiya filmi, 3 qısametrajlı animasiya, 1 televiziya verilişi və "Gözəl qoruyucu Seylor Mun" adlı teleserial hazırlanmışdır. Anime hekayəsi 2014-cü ildən göstərilən "Sailor Moon Crystal" animesi ilə yenidən başladılmışdır.
Seylor Mun (IV mövsüm)
Gözəl Qoruyucu Seylor Mun: SuperS (美少女戦士セーラームーン SuperS, Bishōjo Senshi Sērā Mūn Sūpāzu) — "Seylor Mun" animesinin Kunihiko İkuharanın rejissorluğu ilə Toei Animation tərəfindən çəkilmiş 4-cü mövsümü (128-166-cı seriyalar). Animenin digər mövsümlərində olduğu kimi bu mövsümdə də yapon qız Usaqi Tsukino və dostlarının başına gələn macəralardan bəhs olunur. Hekayə iki arkdan ibarətdir. Birinci arkda Peqasus Çibiusanın yuxularını daxil olmaqla onu Ölü Aydan qorumağa çalışır, çünki Ölü Ay dünyaya yiyələnmək yolunda onu öldürmək istəyirlər. İkinci arkda isə həmişə uşaq kimi qalmağı arzulayan Amazon Kvartetindən və Ölü Ayın lideri, Yeri işğal etmək niyyətində olan Kraliça Neheleniyadan bəhs olunur. Mövsüm 4 mart 1995-ci ildə TV Asahi-də yayımlanmağa başlamış və 2 mart 1997-ci ildə başa çatmışdır. Mövsüm 39 seriyadan ibarətdir. Mövsüm 2000-ci ildə Cloverway Inc. tərəfindən Şimali Amerikada ingilis dilində yayımlanmaq üçün lisenziyalaşdırılmışdır. Mövsüm ABŞ-də Cartoon Network kanalının Toonami televiziya blokunda göstərilmişdir.
Seylor Mun (I mövsüm)
Gözəl Qoruyucu Seylor Mun (美少女戦士セーラームーン, Bishōjo Senshi Sērā Mūn) — "Seylor Mun" anime serialının Dzyuniti Satonun rejissorluğu ilə Toei Animation tərəfindən çəkilmiş ilk mövsümü (1-46-cı seriyalar). Anime yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış "Seylor Mun" manqa seriyası əsasında çəkilmişdir. Mövsüm 7 mart 1992-ci ildən 27 fevral 1993-cü ilə qədər TV Asahi kanalında yayımlanmışdır. Mövsümdə "Seylor Mun" manqa seriyasının ilk arkı olan "Qaranlıq Krallıq" arkından bəhs olunur. Anime serialının davam mövsümü olan "Seylor Mun R" 6 mart 1993-cü il tarixində yayımlanmağa başlanılmışdır. Anime serialında Usaqi Tsukino və dostlarının başına gələn əhvalatlar ələ alınır. Danışan dişi pişik Lunanın köməyi ilə Seylor Muna çevrilən Usaqi Tsukino Yeri Ay Krallığını məhv etmiş Qaranlıq Krallıqdan qorumağa çalışır. "Animage"nin 1993-cü ilin ən çox sevilən anime seriyaları siyahısında bu mövsümün "Sevilən və izlənən! Lunanın ən pis günü" seriyası birinci, "Narunun ağlayışı! Nefrit sevgi üçün ölür" seriyası üçüncü, "Parıldayan Gümüş Kristal!
Seylor Mun (V mövsüm)
Gözəl Qoruyucu Seylor Mun: Seylor Ulduzlar (美少女戦士セーラームーン セーラースターズ, Bishōjo Senshi Sērā Mūn Sērā Sutāzu) — "Seylor Mun" animesinin Takuya İqaraşinin rejissorluğu ilə Toei Animation tərəfindən çəkilmiş 5-ci mövsümü (167-200-cü seriyalar). "Seylor Mun" animesinin sonuncu mövsümüdür. Animenin digər mövsümlərində olduğu kimi bu mövsümdə də yapon qız Usaqi Tsukino və dostlarının başına gələn macəralardan bəhs olunur. Bu mövsüm "Seylor Mun" hekayəsinin 5-ci hissəsi əsasında çəkilmişdir. 5-ci hissənin ilk hissəsində yenə Kraliça Neheleniya peyda olur. Daha sonra Seylor döyüşçüləri Şahzadə Kakyunu axtaran Seylor Starlaytlar ilə qarşılaşırlar. Onlar öyrənirlər ki, bədəni Xaos tərəfindən ələ keçirilmiş, Kölgə Qalaktikanın lideri, Seylor döyüşçüsü Seylor Qalaksiya bütün qalaktikanı ələ keçirmək istəyir. Mövsüm 9 mart 1996-cı ildə TV Asahi-də yayımlanmağa başlamış və 8 fevral 1997-ci ildə başa çatmışdır. Mövsüm 34 seriyadan ibarətdir. Mövsümün sonuncu — 34-cü seriyası ümumilikdə "Seylor Mun" animesinin 200-cü və sonuncu seriyası olmuşdur.
Seylor Mun (dəqiqləşdirmə)
Seylor Mun — Yaponiya mediafranşizi. Seylor Mun həmçinin bu mənaları da verə bilər: Seylor Mun (personaj) — Seylor Mun manqasından personaj. Seylor Mun (anime) — eyniadlı manqa seriyası əsasında 1992-1997-ci illərdə göstərilmiş anime. Sailor Moon Crystal — 2014-cü Seylor Mun manqası əsasında yenidən çəkilmiş anime. Gözəl Qoruyucu Seylor Mun (teleserial) — 2003-cü ildə yayımlanmış teleserial. Seylor Mun musiqili filmləri — SeraMyu kimi də tanınan musiqili filmlər. Seylor Mun video oyunlarının siyahısı — eyniadlı seriya əsasında hazırlanmış video oyunların siyahısı. Seylor Mun Kolleksiya Kart Oyunu — Şimali Amerikada buraxılmış kart oyunu.
Seylor Mun (personaj)
Seylor Mun (セーラームーン, Sērā Mūn) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqa seriyasının baş qəhrəmanı. Əsl adı Usaqi Tsukinodur. (月野 うさぎ, Tsukino Usagi) İlk dəfə 28 dekabr 1991-ci ildə "Nakayoshi" jurnalında nəşr olunmuş "Seylor Mun" manqasının ilk fəslində ("Usaqi - Seylor Mun") qayğısız qız və Seylor döyüşüçlərinin de-fakto lideri kimi peyda olmuşdur. Uzun müddət özünü Yer sakini hesab etmişdir, lakin daha sonra Aydakı Gümüş Minillik Krallığından olduğunu öyrənmişdir. Əsl adının Şahzadə Sereniti (プリンセス・セレニティ, Purinsesu Sereniti) olduğunu kəşf etmişdir. "Seylor Mun" manqasında Usaqi Ay şahzadəsinin axtarışında olan Luna ilə rastlaşır. Luna ona Yeri şər qüvvələrdən qorumaq vəzifəsinin verildiyini görür və ona Seylor Muna çevrilmək üçün broşka verir. Vəzifəsinin şahzadəni tapmaq, Əfsanəvi Gümüş Kristalı qorumaq və digər Seylor döyüşçülərini kəşf etməkdən ibarət olduğunu açıqlayır. Usaqi təcrübə qazandıqdan sonra kainatın ən güclü döyüşçülərindən biri olur və Yeri onu məhv etmək istəyən düşmənlərindən qoruyur. Usaqi zəif ikən qayğısız və gümrahdır, lakin döyüşərkən ciddi olur.
Seylor Mun musiqisi
Bir çox insanlar Seylor Mun cizgi filminə xeyli sayda mahnılar yazıblar. Bu mahnıların bir çoxu məhz orijinal musiqilərin remiksidir. Bəstəkar Takanori Arisava film musiqilərinə görə bir neçə mükafatlara layiq görülmüşdür. 1998, 2000 və 2001-ci illərdə keçirilən JASRAC beynəlxalq mükafatlandırma mərasimlərində o, Seylor Mun filmi üçün bəstələdiyi musiqilərə görə bütün nominasiyalarda qalib oldu. Gözəl Qoruyucu Seylor Mun - Musiqi Kolleksiyası (yap. 美少女戦士セーラームーン音楽集 - Bishōjo Senshi Sailor Moon Ongaku Shuu) - 1 may 1992-ci ildə CD formatında, 17 mart 2010-cu ildə isə HQCD formatında satışa çıxarıldı. Gözəl Qoruyucu Seylor Mun - Sevgi Haradadır? (yap. 美少女戦士セーラームーン ~愛はどこにあるの? - Bishōjo Senshi Sailor Moon - Ai wa Dokoni Aruno?) - bu albomun CD versiyası 1992-ci ildə, 2010-cu ildə isə HQCD versiyası satışa çıxarıldı.
Seylor Mun seriyalarının siyahısı (IV mövsüm)
Gözəl Qoruyucu Seylor Mun: SuperS (美少女戦士セーラームーン SuperS, Bishōjo Senshi Sērā Mūn Sūpāzu) — "Seylor Mun" animesinin Kunihiko İkuharanın rejissorluğu ilə Toei Animation tərəfindən çəkilmiş 4-cü mövsümü (128-166-cı seriyalar). Animenin digər mövsümlərində olduğu kimi bu mövsümdə də yapon qız Usaqi Tsukino və dostlarının başına gələn macəralardan bəhs olunur. Hekayə iki arkdan ibarətdir. Birinci arkda Peqasus Çibiusanın yuxularını daxil olmaqla onu Ölü Aydan qorumağa çalışır, çünki Ölü Ay dünyaya yiyələnmək yolunda onu öldürmək istəyirlər. İkinci arkda isə həmişə uşaq kimi qalmağı arzulayan Amazon Kvartetindən və Ölü Ayın lideri, Yeri işğal etmək niyyətində olan Kraliça Neheleniyadan bəhs olunur. Mövsüm 4 mart 1995-ci ildə TV Asahi-də yayımlanmağa başlamış və 2 mart 1997-ci ildə başa çatmışdır. Mövsüm 39 seriyadan ibarətdir. Mövsüm 2000-ci ildə Cloverway Inc. tərəfindən Şimali Amerikada ingilis dilində yayımlanmaq üçün lisenziyalaşdırılmışdır. Mövsüm ABŞ-də Cartoon Network kanalının Toonami televiziya blokunda göstərilmişdir.
Seylor Mun seriyalarının siyahısı (I mövsüm)
Gözəl Qoruyucu Seylor Mun (美少女戦士セーラームーン, Bishōjo Senshi Sērā Mūn) — "Seylor Mun" anime serialının Dzyuniti Satonun rejissorluğu ilə Toei Animation tərəfindən çəkilmiş ilk mövsümü (1-46-cı seriyalar). Anime yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış "Seylor Mun" manqa seriyası əsasında çəkilmişdir. Mövsüm 7 mart 1992-ci ildən 27 fevral 1993-cü ilə qədər TV Asahi kanalında yayımlanmışdır. Mövsümdə "Seylor Mun" manqa seriyasının ilk arkı olan "Qaranlıq Krallıq" arkından bəhs olunur. Anime serialının davam mövsümü olan "Seylor Mun R" 6 mart 1993-cü il tarixində yayımlanmağa başlanılmışdır. Anime serialında Usaqi Tsukino və dostlarının başına gələn əhvalatlar ələ alınır. Danışan dişi pişik Lunanın köməyi ilə Seylor Muna çevrilən Usaqi Tsukino Yeri Ay Krallığını məhv etmiş Qaranlıq Krallıqdan qorumağa çalışır. "Animage"nin 1993-cü ilin ən çox sevilən anime seriyaları siyahısında bu mövsümün "Sevilən və izlənən! Lunanın ən pis günü" seriyası birinci, "Narunun ağlayışı! Nefrit sevgi üçün ölür" seriyası üçüncü, "Parıldayan Gümüş Kristal!

seyl sözünün leksik mənası və izahı

"seyl" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#seyl nədir? #seyl sözünün mənası #seyl nə deməkdir? #seyl sözünün izahı #seyl sözünün yazılışı #seyl necə yazılır? #seyl sözünün düzgün yazılışı #seyl leksik mənası #seyl sözünün sinonimi #seyl sözünün yaxın mənalı sözlər #seyl sözünün əks mənası #seyl sözünün etimologiyası #seyl sözünün orfoqrafiyası #seyl rusca #seyl inglisça #seyl fransızca #seyl sözünün istifadəsi #sözlük