sayə sözü azərbaycan dilində

sayə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sayə • 89.8551%
  • Sayə • 7.2464%
  • SAYƏ • 2.8986%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Keyni Sayə
Keyni Sayə (fars. کینی‌سایه‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 332 nəfər yaşayır (103 ailə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.10 dəfə / 1 mln.
2006 ••••••• 0.23
2010 ••• 0.09
2011 •••••• 0.17
2012 ••• 0.09
2015 •••••••••••••••••••• 0.68
2020 •••••••• 0.27

sayə sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. Kölgə. Sən bir ağacsan ki, ömründə heç kəs; Nə sayə görübdür, nə səmər səndən. Q.Zakir. [Dərviş:] Ruqiyyə əvəzində duman arasında sayə görürdüm… A.Divanbəyoğlu. □ Sayə salmaq – kölgə salmaq, kölgələmək. Qaşın qabağında sığallı birçək; Sayə salmış üzə şölə mübarək. M.P.Vaqif. 2. məc. Himayə, mühafizə, qoruma. [Pərvizxan:] Mərhəmətiniz artıq, lütfünüz ziyadə, sayəniz kəm olmasın. M.S.Ordubadi. □ Sayə salmaq – himayə etmək, mühafizə etmək, kömək etmək, himayəsi altına almaq. Şahlar şahı sayə salsın üstümə; Ələsgərtək bəxtiqara dolansın. Aşıq Ələsgər. 3. Sayəsində şəklində – “nəticəsində”, “səbəbilə”, “köməyilə” mənalarında. Müəllimlərin səyi və qeyrəti sayəsində çox qövm və tayfalar xoşbəxt olub ağ günə çıxıblar… F.Köçərli. ◊ Bu (o) sayədə – bunun (onun) nəticəsində, səbəbilə, üzündən. Qoy cahan elm ilə pürnur olsun; Vətən o sayədə məmur olsun. A.Səhhət.

    Azərbaycan dilinin izahlı lüğəti / sayə

sayə sözünün sinonimləri (yaxın mənalı sözlər)

sayə sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 SAYƏ I is. [ fars. ] Kölgə. Qaşın qabağında sığallı birçək; Sayə salmış üzə şölə, mübarək (M.P.Vaqif). SAYƏ II is. [ fars. ] Himayə, vasitə. Sənin sayəndə ağ günə çıxdıq.

    Azərbaycan dilinin omonimlər lüğəti / sayə

sayə sözünün rus dilinə tərcüməsi

  • 2 сущ. 1. устар. тень: 1) тёмное отражение на чём-л., отбрасываемое предметом, освещённым с противоположной стороны 2) пространство, защищённое чем-л. от лучей солнца 3) неясные в темноте очертания фигуры человека, животного, предмета и т.п. 4) отражение на лице, в глазах внутреннего мира человека 2. устар. сень 1) покров, укрытие, образуемые кронами деревьев, их ветвями, листвой) 2) перен. покровительство (защита, заступничество, оказываемые к ому-л); onun sayəsində благодаря ему (ей), bizim sayəmizdə благодаря нам, sizin sayənizdə благодаря вам; sizin köməyiniz sayəsində благодаря вашей помощи, sayəsi altında под сенью (под покровительством, защитой чего-л.); sayə salmaq: 1. затенять (заслонять от света); 2. покровительствовать (оказывать покровительство) ◊ bu sayədə благодаря этому, o sayədə … благодаря тому …

    Azərbaycanca-rusca lüğət / sayə

sayə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. 1. эхъен, хъен; sayə salmaq эхъен гун, эхъен авун, серинрун; 2. пер. кьилел хьунухь, хуьнуьх; sayə salmaq нафакьадиз къачун, куьмекун, хуьн; 3. sayəsində эхъендик кваз, куьмекдалди; себебдалди; нетижада; уьжуьнда; ** bu (o) sayədə идан (адан) нетижада, себебдалди, идаз (адаз) килигна; им (ам) себеб яз.

    Azərbaycanca-ləzgicə lüğəti / sayə

sayə sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Bax: saya.

Azərbaycan dastanlarının leksikası

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) kölgə; 2) m. himayə, kömək. Sayei-sübhan Allahın kölgəsi.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"sayə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sayə nədir? #sayə sözünün mənası #sayə nə deməkdir? #sayə sözünün izahı #sayə sözünün yazılışı #sayə necə yazılır? #sayə sözünün düzgün yazılışı #sayə leksik mənası #sayə sözünün sinonimi #sayə sözünün yaxın mənalı sözlər #sayə sözünün əks mənası #sayə sözünün etimologiyası #sayə sözünün orfoqrafiyası #sayə rusca #sayə inglisça #sayə fransızca #sayə sözünün istifadəsi #sözlük